Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2901/2019 16.10.2019 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası, apellyasiya şikayətinin icraata qəbulundan imtina) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apel lyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1630/2019 saylı 16 iyul 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 16.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 15.12.1982-ci ildən 01.01.2006-cı il tarixinə kimi işlədiyi illərin güzəştli iş stajı kimi nəzərə alınmaqla 09 dekabr 2015-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilərkən yaranmış məbləğ fərqin in hesablanaraq ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5585/2017 saylı 26 dekabr 2017-ci il tarixli qərarı ilə İddiaçı 15.12.1982-ci ildən 01.01.2006-cı il tarixinə kimi işlədiyi illərin güzəştli iş stajı kimi nəzərə alınmaqla 09 dekabr 2015-ci il tarixindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə edilməklə iddia təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82 )-5585/2017 saylı 26 dekabr 2017-ci il tarixli qərarından cavabdeh 30.05.2019-cu il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1630/2019 saylı 16 iyul 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamış və qəbulundan imtina edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayəti 30 may 2019-cu ildə-qərarın təqdim olunduğu vaxtdan 1 ildən artıq müddət keçdikdən sonra birinci instansiya məhkəməsinə daxil olmuşdur. Beləliklə, cavabdehin birinci instansiya məhkəməsinin hazırki iş üzrə qərarından apellyasiya şikayəti inzibati prosessual qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasın ın 2-1(103)-1630/2019 saylı 16 iyul 2019-cu il tarixli qərardadından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-5585/2017 saylı 26 dekabr 2017-ci il tarixli qərarı 26.12.2017-ci il tarixdə qəbul edilsə də, şöbənin rəhbərliyinin dəyişməsindən sonra araşdırmalar nəticəsində yeni açılmış hallar müəyyən edilmişdir. Bu səbəbdən apellyasiya şiayəti verilmişdir. Kassator İPM-nin 90-99-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1630/2019 saylı 16 iyul 2019-cu il tarixli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayarq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməməmişdir. Məhkəmə Kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1630/2019 saylı 16 iyul 2019-cu il tarixli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-5585/2017 saylı, 26 dekabr 2017-ci il tarixli qərarı surətli poçt kuryer xidməti vasitəsilə göndərilmiş və 15.01.2018-ci il tarixdə cavabde hə təqdim edilmişdir. Məhkəmənin həmin qərarının qanuni qüvvəyə minməsi və icrasının zəruri olmasına dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 fevral 2018-ci il tarixli məktubu rəsmi poçt vasitəsilə göndərilmiş, həmin məktub 26 fevral 2018-ci ildə ünvanda qəbul edilmişdir (i.v 39). Cavabdeh tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayəti isə 30 may 2019-cu ildə, yəni qərarın təqdim olunduğu vaxtdan 1 ildən artıq müddət keçdikdən sonra birinci instansiya məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İPM-nin 85-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası İPM-nin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxı lmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin iş üzrə qərarından şikayət inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində verilmədiyindən və buraxılmış müddətin bərpasına dair ərizə vermək imkanı da itirildiyindən şikayət mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası cavabdehin “2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-5585/2017 saylı 26 dekabr 2017-ci il tarixli qərarı 26.12.2017-ci il tarixdə qəbul edilsə də, şöbənin rəhbərliyinin dəyişməsindən sonra araşdırmalar nəticəsində yeni açılmış halların edilməsi və bu səbəbdən apellyasiya şiayəti verilməsi”nə dair kassasiya dəlilləri ilə əlaqəda r qeyd edir ki, İPM-nin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddənin tələbinə əsasən cavabdeh hazırkı iş üzrə yeni açılmış halların olduğunu hesab edirsə, İPM-nin 100-cü maddəsinə müvafiq olaraq bu barədə ərizə ilə müraciət edə bilər. Lakin yeni açılmış halların müəyyən edilməsi apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsi və bərpası üçün əsas ola bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazı rki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1630/2019 saylı 16 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2901/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2901/2019
16.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver