Məhkəmə qərarları › İş №2-1(102)-2901/2024

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2901/2024

12.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2901/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması nəticəsində əlil olmuş şəxsə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib S ahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 2-1(105)-668/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etdiyinə görə alınmış əmək haqqının dördqat məbləğindən və əsas iş yerində saxlanılan əmək haqqından tam aylarda qazanılmış gəlir toplanaraq, ayların sayına bölünməklə alınan əmək haqqı məbləğinin 25,4-ə vurulmaqla müasirləşdirilərək, 01 yanvar 2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etirazında bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1993-cü il 10 sentyabr tarixli məktubunda əmək pensiyasının dördqat əməkhaqqı məbləğində müəyyən edilmiş mükafat əsasında hesablanmasının qeyri-mümkün olduğu və bu səlahiyyətin “Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5-ci bəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verildiyi qeyd edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 21 dekabr tarixli, 577 nömrəli qərarına əsasən əmək haqqının dördqat məbləğində mükafat ödənilir və əməkhaqqından pensiya hesablanması “Vətəndaşların pensiya təminatı haqqında Qanun”un 83-cü maddəsində nəzərdə tutulmuşdur. Bu halda ödənilmiş dördqat məbləğ ÇAES günlərinin sayına bölünərək 25.4-ə vurulmalıdır. Alınan məbləğ pensiyanın orta aylıq əmək haqqını təşkil edir. Dördqat məbləğ özü müasirləşdirilərək ödənildiyi üçün həmin əmək ha qqının müasirləşdirilməsinə yol verilmir. Yəni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 may 1993-cü il tarixli, 255 nömrəli qərarına əsasən orta aylıq əmək haqqının müasirləşdirilməsi mümkün deyildir. xx.xx.2006-cı il tarixə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən iddiaçı N.Quliyevə xx.xx.1992-ci il tarixdə əlilliyə görə əmək pensiyası təyin olunmuş və xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə onun əmək pensiyasının ödənişi davam etdirilmişdir.

3. Sumqayıt İnzibati Məhkəməsinin (hakim V.E.Əzizova) 4 mart 2024-cü il tarixli, 21(118)-1251/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilərək İddiaçı Çernobıl AES-də qəza nın nəticələrinin ləğvi ilə əlaqədar ÇAES-dəki işə görə əsas iş yerində saxlanan əmək haqqından tam aylarda qazanılmış gəlir toplanaraq, ayların sayına bölünməklə alınan və dördqat əmək haqqı nəzərə alınmaqla alınan əmək haqqı məbləğinin 25,4-ə vurulmaqla müasirləşdirilərək, xx.xx.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və əmək pensiyası məbləğinin yenidən hesablanması üçün cavabdehə müraciət etdiyi xx.xx.2023-cü il tarix nəzərə alınmaqla xx.xx.2023-cü il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

4. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva (sədrlik edən), İ.R.Quliyev və G.İ.Cabbarova) 14 iyun 2024-cü il tarixli, 2- 1(105)-668/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasi ya şikayəti mümkün sayılmamalıdır.

8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata0 keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüquq un düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrüb ə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məluma tlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

10. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının X1 Sosial Müdafiə Fondu X3 1 saylı regional ərazi filialına qarşı iş üzrə xx.xx.2022-cü il tarixli, 2-1(102)1478/2022 nömrəli, X1 Sosial M üdafiə Fondu X3 1 saylı regional ərazi filialına qarşı iş üzrə xx.xx.2021-cü il tarixli, 2-1(102)-1684/2021 nömrəli, X2 Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə xx.xx.2024-cü il tarixli, 2-1(102)- 2217/2024 nömrəli qərarlar) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 577 nömrəli qərarı ilə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında çalışanlara əmək haqqının dördqat məbləğində mükafatın ödənilməsi nəzərdə tutulmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli, 577 nömrəli qərarında həmin hesablama qaydasının tətbiqini istisna edən hər hansı məhdudiyyət nəzərdə tu tulmamışdır. Bu baxımdan, normativ qaydada nəzərdə tutulmayan məhdudiyyətin cavabdehin istinad etdiyi məktubla müəyyən edilməsi hüquqi dövlət prinsipi və normativ hüquqi aktlar haqqında qanunvericilik baxımından yolverilməzdir.

11. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

12. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları nın zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.

13. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

14. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 2-1(105)-668/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar