Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2904/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyası məbləğinin, təyin edilmə müddətinin yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon Şöbəsinə qarşı “əmək pensiyası məbləğinin, təyin edilmə müddətinin yenidən hesablanması və s.” tələblərinə dair inzibati iş üzrə Bak ı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 iyun tarixli 2-1(103)-1056/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçıya 63 yaşdan - 2011-ci il 26 yanvar tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 15 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, 2010-cu il 1 yanvar tarixdən yaş həddinin artırılması barədə (62 yaşdan 63 yaşa) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 63 yaşdan, yən i 2011-ci il 26 yanvar tarixdən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 2018-ci il 18 sentyabr tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun əmək pensiyası məbləğinin, təyin edilmə müddətinin və müəyyən edilmiş məbləğində əmək pensiyasının və ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Şöbəsinin işə cəlb edilməsini və əmək pensiyası məbləğinin, təyin edilmə müddətinin yenidən hesabl anması və müəyyən edilmiş məbləğdə əmək pensiyasının və ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, hazırda təqaüddədir, əmək veteranı, İ qrup əlildir. Ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, onun əmək penisyası həm gec hesablanmışdır, həm də məbləği düzgün deyildir. “Əmək pensiyaları haqqında”Qanunun tələblərinə əsasən, 62 yaşına çatmış kişilərin əmək pensiyası almaq hüququ vardır. Belə olan halda onun əmək pensiyası almaq hüququ 2010-cu ildə yaranmışdır. Lakin onapensiya 2011-ci il26 yanvar tarixdən hesablanmışdır. Halbuki, Qanuna edilmiş dəyişikliyə əsasən kişilərin y aş həddi 2010-cu il1 yanvar tarixdən 2012-ci il1 yanvar tarixədək hər il 6 ay artırılmışdır.Onun 62.5 yaşı 2010-cu il26 iyul tarixdə tamam olmuşdur. Göründüyü kimi, cavabdeh pensiyanın hesablanma tarixini düzgün müəyyən etməmişdir. Bundan başqa,əmək pensiyasının məbləği də düzgün hesablanmamışdır. Onun təqdim etdiyi arayışlar və pensiyanın hesablanma qaydasına görə o,ən azından 1.500 manat əmək pensiyası almalı olduğu halda onun pensiyasına limit tətbiq edilmişdir. Birinci instansiya məhkəməsində icraat: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 30 oktyabr tarixli 2-1(81)4164/2018 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon Şöbəsi ilə əvəz edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 22 yanvar tarixli 2-1(81)251/2019 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçıya yaşa görə əmək pensiyasının 2010-cu il 26 iyul tarixdən təyin olunaraq, ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 62 yaş, 6 ayı 2010-cu il 26 iyul tarixdə tamam olduğundan, onun pensiya hüququ həmin vaxtdan yarandığından ona yaşa görə əmək pensiyası həmin tarixdə təyin edilməli idi. İddiaçı ona yaşa görə əmək pensiyasının orta aylıq əmək haqqına görə yenidən hesablanmasını tələb etsə də, yaşa görə əmək pensiyasının orta aylıq əmək haqqına görə hesablanması 2010-cu il 1 yanvar tarixdən dayan dırılmışdır. Göründüyü kimi, iddiaçının pensiya hüququ 2010-cu il 26 iyul tarixdə yarandığından, ona orta aylıq əmək haqqına görə əmək pensiyasının hesablanması mümkün deyildir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 iyun tarixli 21(103)-1056/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 10 iyul tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 1 avqust tarixdə kassasiya şikay əti vermişdir. O, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Qanununun 31.2, 31.4-cü maddələrinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 68.1, 68.2-ci maddələrinin tələblərinə əməl etməmişdir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş m əhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada), 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəx slər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. İddiaçının 1948-ci il 26 yanvar tarixdə doğulduğu nəzərə alındıqda, onun 62 yaşı 2010-cu il yanvarın 26-da tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin qeydinin tələbi nəzərə alındıqda isə, iddiaçının əmək pensiyası hüququ 2010cu il 26 iyul tarixdə yaranmışdır. Beləliklə, iddiaçı ona 2010-cu il 26 iyul tarixdən əmək pensiyasının təyin edilməsini və ödənilməmiş pensiyanın ödənilməsini tələb etməkdə haqlı olmuş, cavabdehin imtinası isə əsassız olmuşdur. Apellyasi ya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. İş üzrə icraata dair prosessual xərclər İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. İPM-in 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi qismən təmin edilmiş, lakin o, birinci instansiya məhkəməsinin qərarını mübahisələndirməmişdir. Əksinə, cavabdeh birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarları ilə razılaşmamış, həmin qərarları mübahisələndirmişdir. Hər iki şikayət əsassız olmuşdur. İPM-in 110.1-ci maddəsinin tələbi nəzərə alınmaqla, birinci instansiya məhkəməsində icraatla bağlı xərclər bərabər (1/2) hissədə tərəflərə, apellyasiya və kassasiya instansiyalarında icraatla bağl ı xərclər isə bütövlükdə cavabdehə aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98 və 110.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 12 iyun tarixli 21(103)-1056/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Birinci instansiya məhkəməsində icraatla bağlı xərclər bərabər (1/2) hissədə tərəflərə, apellyasiya və kassasiya instansiyalarında icraatla bağlı xərclər isə bütövlükdə cavabdehə aid edilir. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2904/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2904/2019
16.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver