Məhkəmə qərarları › İş №2-1(102)-2906/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2906/2019

09.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2906/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinəqarşı iş üzrə QƏRAR Açar söz: mənfəət vergisinin hesablanmasına aid qərarların ləğv edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin nümayəndəsi xxxa və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 14 iyun 2019-cu i l tarixli, 2-1(103)-971/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 09 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı Departamentin 2012-ci il mənfəət vergisinin hesablanmasına görə 26.05.2015-ci il tarixli **********114800 №-li və 2014-cü il mənfəət vergisinin hesablanmasına aid 30.06.2015-ci il tarixli **********488800 №- li qərarlarının və hesablanmış verginin ləğv edilməsi barədə qərar 2012, 2011, 2014-cü illərin mənfəət vergisinin Vergi Məcəlləsinə uyğun olaraq hesablanması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müra ciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Departamentin 26.05.2015-ci il tarixli **********114800 №-li və 30.10.2015-ci il tarixli **********531900 №-li qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, MMC-nin yerinə yetirdiyi işlərin ümumi həcmi 2012-ci ildə 43914,50 manat, 2014-cü ildə isə 49704 manat olmuşdur. Yerinə yetirilmiş işlərin həcminə görə hesablanmış ƏDV dövlət büdcəsinə ödənilmişdir. 2014-cü ilin mənfəət vergisi bəyannaməsi təqdim edilərkən 2014-cü ilin dekabr ayına aid 735750 manat ƏDV azaldılaraq 2015ci ilin mart ayında göstərilmişdir. Vergi orqanı tərəfindən həmin azalmaya görə 7357,50 manat ƏDV və 7159 manat mənfəət vergisi hesablan mışdır. Müəssisə tərəfindən təqdim olunmuş dəqiqləşdirilmiş vergi bəyannaməsi ilə yaranmış azalma düzəldikdən sonra vergi orqanı tərəfindən hesablanmış əlavə dəyər və mənfəət vergisi kameral qaydada müəssisəsinin şəxsi hesabından silinmişdir. Lakin sonradan 7159 manat mənfəət vergisi kameral qaydada şəxsi hesaba yenidən hesablanmışdır. Birinci instansiya məhkəməsinin 10.11.2016-cı il tarixli iş № 2-1(81)-426/2016, (sədrlik edən hakim T.Əsədova) qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 10.11.2016-cı il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkə məsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 08.06.2017-ci il tarixli iş № 2-1(103)-833/2017 (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və E.Vəliyeva) qərarı ilə cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 10.11.2016-cı il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin 26.05.2015-ci il tarixli **********114800 №-liqərarı 447,7 manat mənfəət vergisinin hesablanması hissəsində ləğv edilməsi, həmin qərar üzrə hesablanmış mənfəət vergisinin məbləği 1463,91 manat müəyyən edilməsi, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin 30.10.2015-ci il tarixli ***** *****531900 №-li qərarı 7012,1 manat mənfəət vergisinin hesablanması hissəsində ləğv edilməsi, həmin qərar üzrə hesablanmış mənfəət vergisinin məbləği 1152,7 manat müəyyən edilməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 08.06.2017-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Məhkəməsinin 31.01.2018-ci il tarixli iş № 2-1(102)16/2018 (hakimlər S.Hüseynova - sədrlik edən və məruzəçi, İ.Dadaşov və K.Bədəlov) qərarı ilə cavabdehin kasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin 08 iyun 2017-ci il tarixli qərarının ləğv edilməsi, işin bax ılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin 18.09.2018-ci il tarixli iş № 2-1(82)-2297/2018, (sədrlik edən hakim R.Kərimli) qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 18.09.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin 14.06.2019-cu il tarixli iş № 2-1(103)-971/2019 (hakimlər S.Seyidova - sədrlik edən və məruzəçi, V.Məmmədov və Vəkilov) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 18.09.2018-ci il ta rixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,vergi ödəyicisi 2012-ci il üzrə təqdim etdiyi 03 mart 2015-ci il tarixli bəyannamədə 43917,50 manat ümumi gəlir və 41679.00 manat məbləğində gəlirdən çıxılan xərc göstərməklə, vergiyə cəlb olunan mənfəət vergisini 447,70 manat hesablamışdır. Həmin bəyannamə üzrə ümumi xərclər vergi orqanında olan uçot baza məlumatlarında öz əksini tapmamışdır. Bu hal isə müvafiq hesabat dövrü üzrə kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Müəyyən edilən kənarlaşma bərədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” 19 fevral 2015-ci il tarixli **********459800 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən müəyyən edilmiş kənarlaşma barədə əsaslandırılmış izahat məktubu və müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyindən, həmçinin vergi ödəyicisinin xərclərini birbaşa müəyyən etmək mümkün olmadığı üçün Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən, mənfəət vergisi bəyannaməsi üzrə 2012-ci il üçün 1463,90 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablanmış vergilər barədə vergi ödəyicisinə 12 mart 2015-ci il tarixli **********856800 nömrəli “Vergilərin hesablanması bərədə” qərar göndərilmişdir. Lakin iddiaçı daha “sonra 2012-ci il üçün mənfəət vergisi üzrə 06 may 2015-ci il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim etmiş və bəyannamədə ümumi gəlirini, gəlirdən çıxılan xərci və mənfəət vergisini 0 manat göstərmişdir. Vergi ödəyicisinin tə qdim etdiyi dəqiqləşdirilmiş bəyannamə üzrə aparılan kameral vergi yoxlaması nəticəsində 26 may 2016-cı il tarixli **********114800 nömrəli “Vergilərin hesablanması barədə” Qərar qəbul edilmiş və əvvəlki yoxlamanın nəticələri bərpa olunmuş və vergi ödəyicisinə əlavə 1911,60 manat məbləğində əlavə vergi hesablanmışdır. Lakin məhkəmə, 26 may 2016-cı il tarixli **********114800 nömrəli “Vergilərin hesablanması bərədə” qərarı ləğv etməklə, vergi ödəyicisi tərəfindən qərarın əhatə etdiyi dövr üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannaməni, yəni, “0” hesabatını təsdiq etmişdir. Halbuki, vergi orqanında olan baza məlumatlarına əsasən, o cümlədən, vergi ödəyicisinin məhz özünün 2012-ci ilin iyun ayı üzrə təqdim etdiyi əlavə dəyər vergisi bəyannaməsinin 301-ci sətrində, yəni, ƏDV-yə 18 faiz dərəc ə ilə cəlb olunan əməliyyatlar sətrində qeyd edilənlərə əsasən, ödəyicinin 2012-ci ilin iyun ayı üzrə dövriyyə məbləği ƏDV-siz 43917,5 manat təşkil etmişdir ki, bu da hesablama metodu ilə işləyən vergi ödəyicisinin 2012-ci ilin mənfəət vergisi üzrə ümumi gəlirinin 43914,5 manat olduğunu göstərir. Müəyyən edilən kənarlaşma barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” 21 aprel 2015-ci il tarixli **********355300 nömrəli uyğunsuzluq məktubu göndərilmişdir. Vergi ödəyicisi tərəfindən müəyyən edilmiş kənarlaşma barədə əsaslandırılmış izahat və müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyindən depozit hesabına mədaxil olmuş pul vəsaiti əsas götürülməklə, mənfəət vergisi bəyannaməsi üzrə 2014-ci il üçün 8195,00 man at əlavə vergi məbləği hesablanmışdır. Hesablanmış vergilər barədə vergi ödəyicisinə 30 aprel 2015-ci il tarixli **********910400 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmə qərarında kameral vergi yoxlaması nəticəsində vergi ödəyicisinə 2012-ci il mənfəət vergisi hesablanması barədə qərarın 26 may 2015-ci il tarixində, 2014-cü ilin mənfəət vergisi hesablanmasi barədə qərarın isə 30 oktyabr 2015-ci il tarixində qəbul edildiyini, halbuki 2012-cı ilin mənfəət vergisi üzrə kameral vergi yoxlamasının 2013-cü ilin may ayının 20-dən və 2014-cü ilin mənfəət vergisi üzrə 2015-ci ilin may ayının 20-dən gec olmayaraq keçirilməli olduğunu və bu səbəblə də mübahisələndirilən qərarların Vergi Məcəlləsinin 37-ci maddəsinin tələblərini pozduğundan qanuna zidd olmasını qeyd etmi şdir. Məhkəmələrin istinad etdiyi “Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir” məzmununda olan Vergi Məcəlləsinin 37.2-ci maddəsi 2017-ci ilin 01 yanvar tarixindən etibarən qüvvəyə minmişdir. Digər tərəfdən, məhkəmə hal-hazırda qüvvədə olan Vergi Məcəlləsinin 37.2-ci maddəsinə istinad etsə də, həmin maddəni də düzgün tətbiq etməmişdir. Belə ki, hal-hazırda qüvvədə olan Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Vergi Məcəlləsinin 72-ci maddə si vergi hesabatının tərtib edilməsi və verilməsi qaydasını müəyyən edir ki, həmin maddənin 5-ci bəndi dəqiqləşdirilmiş vergi hesabatlarının (bəyannamələrinin) təqdim edilməsi ilə bağlıdır. Beləliklə, hal-hazırda qüvvədə olan Vergi Məcəlləsinin 37.2-ci maddəsindən göründüyü kimi vergi orqanına dəqiqləşdirilmiş vergi hesabatlarının təqdimatından sonra 30 iş günü ərzində kameral vergi yoxlaması aparmaq səlahiyyəti verilmişdir ki, hal-hazırkı iş üzrə mübahisələndirilən kameral vergi yoxlamaları qaradan məhz vergi ödəyicisinin təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamələr əsasında “30 iş günü” müddəti ötürülmədən aparılan kameral vergi yoxlaması nəticəsində çıxarılmışdır. Digər tərəfdən maraqlıdır ki, məhkəmə qərarında birbaşa olaraq iddiaçı tərəfindən 2014-cü il üzrə 1646,90 manat məbləğində mə nfəət vergisinin ödənilməli olduğunu müəyyən etsə də, iddiaçı tərəfindən mübahisələndirilən 30 oktyabr 2015-ci il tarixli, **********531900 nömrəli qərarı qismən yox, tam şəkildə ləğv etmişdir. Qeyd edilənlərlə yanaşı bildirir ki, iddiaçının mübahisələndirdiyi 26 may 2015-ci il tarixli **********114800 saylı və 30 oktyabr 2015-ci il tarixli **********531900 saylı qərarlar onun elektron qutusuna göndərilsə və həmin qərarlar müvafiq olaraq 27 may 2015-ci il və 03 noyabr 2015-ci il tarixlərində oxunsa da, vergi ödəyicisi həmin qərarlardan qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməklə (29 fevral 2016-cı il) məhkəməyə müraciət etmişdir. Bu barədə məhkəməyə əsaslandırılmış vəsatət təqdim edilməsinə və məhkəmə baxışı zamanı məlumat verilməsinə baxmayaraq, məhkəmə tərə findən iddia müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməmiş, o cümlədən yekun qərarında iddianın mümkünlüyü məsələsi də yoxlanılmamış, nəticədə prosessual pozuntuya yol verilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasıya Məhkəməsinin 21(103)-971/2019 saylı iş üzrə 14 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 14 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi P.Kərimova da, cavabdehin vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 14 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxma yaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 14 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İ nzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 14 iyun 2019-cu il tarixli, 21(103)-971/2019 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2-1(82)-2297/2018 saylı qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən Vergi Məcəlləsinin 3.2, 13.2.10, 16.1.1, 23.1.1, 36.1, 37, 62, 64, 67, 72.1, 103.1, 104.1, 105.1-ci maddələrinə, İnzibati Prosessual Məcəllənin 68.1, 68.2-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, məhkəmə tərəfindən işdə olan sübutlara əsasən hərtərəfli araşdırma aparılmış, işin müəyyən edilmiş həqiqi halları üzrə maddi hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı olan nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 14 iyun 2019-cu il tarixli qərarla gəldiyi nəticə düzgündür, halbuki qərarın əsaslandırıcı hiss əsində qüsurlar mövcuddur. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı “xxxx” MMC hüquqi şəxs kimi 29 iyul 2009-cu il tarixdə Azərbaycan Respublikası Vergi Nazirliyində qeydiyyatdan keçmiş və ona ********** nömrəli VÖEN Şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin kameral vergi yoxlaması nəticəsində vergi ödəyicisi kimi hazırki iddiaçıya 2012-ci il üzrə mənfəət vergisi hesablanması barədə qərarı 26 may 2015-ci il tarixdə, 2014-cü ilin mənfəət vergisi hesablanması barədə qərarı isə 30 oktyabr 2015-ci il tarixdə qəbul etmişdir. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vergi orqanı həmin kameral vergi yoxlamasını müvafiq olaraq 2013-cü ilin may ayının 20-d ən və 2015-ci ilin may ayının 20-dən gec olmayaraq keçirə və qərar qəbul etməli olduğu halda hazırda mübahisələndirilən 26 may 2015-ci il və 30 oktyabr 2015-ci il tarixli qərarları Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərini pozmaqla qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2.1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Məhkəmə kollegiyası apelyasiya instansiyası mə hkəməsinin bu qənaətini yanlış hesab edir və qeyd edir ki, bütün kameral yoxlamalar və müvafiq qərarlar iddiaçı tərəfindən dəqiqləşmiş bəyannamə verildikdən sonra qəbul edilmişdir. Buna görə də bu halda Vergi Məcəlləsinin 37.2-ci maddəsinin müddəaları tətbiq edilə bilməz. Bununla belə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 84.0.8-ci maddəsində deyilir ki, vergi ödəyicisinə verginin hesablanması haqqında bildirişdə verginin hesablanmasına əsas olmuş hallar göstərilir. Lakin iş materiallarında olan cavabdehin vergilərin hesablanması barədə qərarlarından göründüyü kimi, verginin hesablanmasına əsas olmuş hallar göstərilməmişdir ki, bu da sözügedən qərarların ləğv edilməsi üçün qanuni əsas sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 418.3-cü maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 14 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmə dən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 14 iyun 2019-cu il tarixli, 21(103)-971/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar