Məhkəmə qərarları › İş №2-1(102)-2907/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2907/2019

29.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2907/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinə və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri, hesaba qoyulmaş məhdudiyyətin aradan qaldırılması. QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 29.10.2019 Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili X2, cavabdehlərin nümayəndəl əri X3, X4 və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyinə və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı müvəqqəti xarakterli müdafiə tədbiri ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1574/2019 saylı iş üzrə 09 iyul 2019-cu il tarixli qərardadından cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 29 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəm əyə müraciət edərək, İddiaçının fəaliyyətinə, şəxsi hesab vərəqəsinə, ƏDV sub-uçot depozit hesabına hər hansı bir qanunsuz müdaxilə etməkdən çəkinmək vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətinin və müəssisənin öz öhdəlikləri üzrə ƏDV köçürülməsinin təmini üçün məhdudiyyətin aradan qaldırılması və sub-uçot depozit hesabından hər hansı məbləğin tutulmasının, habelə silinməsinin Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qadağan edilməsi barədə müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməs inin 2-1(82)-4046/2019 saylı, 14 sentyabr 2018-ci il tarixli qərardadı (hakim – Ç.A.Bəşirov) ilə ərizə təmin edilmiş, İddiaçı sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətinin və müəssisənin öz öhdəlikləri üzrə ƏDV köçürülməsinin təmini üçün qoyulmuş məhdudiyyət aradan qaldırılmalı, sub-uçot depozit hesabından hər hansı məbləğin tutulması, habelə silinməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2582/2018 saylı, 19 oktyabr 2018-ci il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – S.S.Seyidova, hakimlər – V.M.Məmmədov və V.M.Ağayev) ilə cavabdehlərin apellyasiya şikayətləri təmin e dilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4046/2019 saylı 14 sentyabr 2018-ci il tarixli qərardadı dəyişirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)280/19 saylı, 23 yanvar 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – S.Ə.Hüseynova, hakimlər – İ.A.Dadaşov və K.N.Bədəlov) ilə cavabdehlərin apellyasiya şikayətləri qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2582/18 saylı, 19 oktyabr 2018-ci il tarixli qərardadı ləğv edilərək iş təkrar apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-720/2019 saylı, 13 mart 2019-cu il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakim lər – Ü.A.Mayılov və C.A.Yusifov) ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4046/2019 saylı, 14 sentyabr 2018-ci il tarixli qərardadı ləğv edilmiş, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-252/2019 saylı, 15 may 2019-cu il tarixli qərardadı (hakim – Ç.A.Bəşirov) ilə ərizə təmin edilmiş, “İddiaçı” məhdud məsuliyyətli cəmiyyətinin sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətinin və müəssisənin öz öhdəlikləri üzrə ƏDV köçürülməsinin təmini üçün məhdudiyyət aradan qaldırılması, sub-uçot depozit hesabından hər hansı məbləğin qanunsuz tutulması, habelə silinməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Verg ilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qadağan edilmişdir. Həmin qərardaddan cavabdehlər tərəfindən yenidən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1574/2019 saylı, 09 iyul 2019-cu il tarixli qərardadı (sədrlik edən və məruzəçi hakim – K.N.Abiyeva, hakimlər – V.M.Ağayev və A.B.Nuriyeva) ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-252/2019 saylı, 15 may 2019-cu il tarixli qərardadıdəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər ayrı-ayrılıqda kassasiya şikayətləri verərək apellyasiya instansiyası məhkəməsinin qərardadını ləğv edib iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsi ni xahiş etmişdirlər. Kassasiya şikayətlərinin dəlilləri Kassasiya şikayətiləri onunla əsaslandırılmışlar ki, maddi və prosessual hüquq normaları apellyasiya məhkəməsi tərəfindən mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmələr proqram təminatın daim işlək vəziyyətdə olmasına məsuliyyəti Vergilər Nazirliyinin daşıdığını əsas gətirərək ərizəni təmin etsələr də, sub-uçot hesabdan istifadə edilməsinin mümkün olmamasının proqram təminatı ilə bağlı olub-olmadığını araşdırmamışlar. Məhkəmə işin faktiki hallarını araşdırmadan, iddianın uğurluluq ehtimalının mövcud olmadığını nəzərə almadan yalnız özünün və iddiaçının subyektiv mülahizələri əsasında müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardad qəbul etmişdir. Həmçinin, məhkəmə sub-uçot depozit hesabında olan ƏDV məbləğinin sərbəs t hərəkətinin təmin edilməsi üçün qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını qərara alsa da, belə bir məhdudiyyətin mövcudluğunu, eləcə də bu məhdudiyyətin vergi orqanı tərəfindən həyata keçirilməsini sübut edə bilməmişdir. İstər Vergi Məcəlləsində, istərsə də, Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarlar təsdiq edilmiş Qaydalarda ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddənin tələblərindən göründüyü kimi, inzibati orqan qanunsuz müdaxilə olduğu təqdirdə, onu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübüt etməlidir. Lakin hazırki iş üzrə vergi orqanı tərəfindən iddiaçı nəinki şəxsi hesab vərəqəsinə, ƏDV sub- uçot hesabına və onun fəaliyyətinə hər hansı qanunsuz müdaxilə edilməmiş, ümumiyyətlə ona belə bir səlahiyyət verilməmişdir. Öz növbəsində iddiaçı da nə ƏDV depozit hesabı üzrə hər hansı məhdudiyyətin mövcudluğunu, nə də onun fəaliyyətinə şəxsi-hesab vərəqəsinə vergi orqanı tərəfindən qanunsuz müdaxiləni sübut edə bilməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin nümayəndələri və vəkili kassasiya şikayətlərinin məzmununa uyğun izahatlar verərək şikayətlərin təmin edilməsini xahiş etdil ər. İddiaçının vəkili kassasiya şikayətlərinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayətləri təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəld iyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Həmin Məcəllənin 43.1-ci maddəsinə görə isə mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması (43.1.1); İlkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi (43.1.2) məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün əsas sayılır. Prossessual qanunvericiliyin ist inad olunan normalarının tətbiqi ilə bağlı olaraq apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, müvəqqəti xarakterli müdafiə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən bu dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı, işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olması və iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olması nəzərə alınmalıdır. Hazırki halda, işə əlavə olunmuş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytında Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidmətindən 07 may 2019-cu il, 08 may 2019-cu il, 10 may 2019-cu il, 11 may 2019-cu il, 13 may 2019-cu il, 14 may 2019-cu il və 15 may 2019-cu il tarixlərdə hər gün müxtəlif saatlarda istifadə zamanı edilmiş əməliyyatların çıxarışlarından aydın olur ki, ƏDV köçürmə əməliyyatı uğurla icra edilə bilməmişdir və sistem tərəfindən monitorda “Səhv!!! Məbləğin formatı düzgün deyil” yazısı göstərilmişdir. Cavabdehlərin şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr iddiaçının ƏDV depozit hesabına qoyulmuş məhdudiyyətlərin və qadağaların aradan qaldırılmasını qərara alsa da, belə bir məhdudiyyətin mövcudluğunu, eləcə də bu məhdudiyyətin vergi orqanı tərəfindən həyata keçirilməsini sübut edə bilməmişdir. Kollegiya hesab edir ki, cavabdehlərin məhkəmə çəkişmələrinin əvvəlki mərhələlərində də təkrarladığı həmin dəlilin əsassız olduğu ilə bağlı apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbirinə dair ərizəsində qeyd etdiyi xüsusatlar araşdırılarkən, birinci instansiya məhkəməsində iclas zamanı keçirilmiş sınaq zamanı “İddiaçı” MMC-nin nümayəndəsi Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytında “İddiaçı” MMC-nin şəxsi kabinetinə daxil olaraq “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidmətindən əyani istifadə zamanı kompüterdə edilmiş əməliyyatların ardıcıl çıxarışlarından görünür ki, iddiaçının nümayəndəsi “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlamentin tələb lərinə uyğun olaraq “idxala görə ƏDV köçürmə” əməliyyatını icra etmək üçün bütün zəruri hərəkətləri etməsinə baxmayaraq, ondan asılı olmayan səbəblərdən əməliyyatı uğurla icra edə bilməmişdir və sistem tərəfindən monitorda reqlamentdə müəyyən edilməyən “Səhv!!! Məbləğin formatı düzgün deyil” yazısı göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.8-ci maddəsinə əsasən ƏDV ödəyiciləri, (…) tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron vergi hesab-fakturaları üzrə, (…) ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDVnin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazi rlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli, 219 saylı qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi» Qaydalarının 1.2-ci bəndinə əsasən 1.2-ci bəndinə əsasən əlavə dəyər vergisinin depozit hesabı-ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır; ƏDV-nin depozit hesabı X1 (bundan sonra-DXA ) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir; ƏDV s ub-uçot hesabı-ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədi ilə lə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir. Göründüyü kimi, vergi ödəyicisinin ƏDV üzrə iki hesabı-depozit və sub-uçot hesabı mövcüddür. ƏDV sub hesabına münasibətdə qeyd olunan Qaydaların 4.1-ci bəndində nəzərdə tutulmuşdur ki, vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər bu Qaydaların 2.1-ci bəndində göstərilən mənbələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər; 4.2-ci bəndinə əsasən ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin köçürülməsi aşağıdakı ardıcıllıqla aparılır: dövlət büdcəsinə; dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına;- ƏDV sub-uçot hesablarına; 4.3-cü bəndinə əsasən vlınmış elektron vergi hesab-fakturasına əsasən alıcı öz ƏDV subuçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyul 2007-ci il tarixli 120 saylı qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları”na əsasən vergi orqanından alınmış istifadəçi kodu, parol və şifrə, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 yanvar 2006-cı il tarixli, 27 saylı qərarına uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az ) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılmış “Köçürmə əməliyyatlarının aparılması” menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir. Sadalanan normalardan göründüyü kimi, ƏDV üzrə vergi ödəyicisi elektron vergi hesabfakturası üzrə ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsini həyata keçirmək məqsədilə vergi orqanında yaradılmış elektron xidmətdən istifadə etməli və özünə məxsus ƏDV sub-uçot hesabı üzrə hərəkətin edilməsində yalnız özü səlahiyyətlidir. Bu halda, cavabdeh inzibati orqanın vergi ödəyic isinin ƏDV sub-uçot hesabına hər hansı bir qaydada məhdudiyyətin qoyulmasının hüquqi və ya texniki əsasları qanunvericlikdə təsbit olunmamışdır, çünki ƏDV-nin sub-uçot hesabı üzrə hər hansı bir əməliyyatların aparılması yalnız vergi ödəyicisinin hüququna aiddir və ona verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə o, həmin hesab üzrə proqram təminatı vasitəsilə əməliyyatlarını həyata keçirə bilər. ƏDV depoziti hesabı ilə bağlı zamana görə qüvvədə olmuş Vergi Məcəlləsinin 65.2.3-cü maddəsində müəyyən olunmuşdur ki, vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi b orclarının dövlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər. Maddənin tələbləri onu ehtiva edir ki, vergi ödəyicisinin yalnız ƏDV üzrə vergi borcu olduqda, onun ƏDV depoziti hesabından həmin borcun tutulması ilə bağlı vergi orqanı müvafiq səlahiyyətə malikdir. Lakin işdə olan, “İddiaçı” MMC-nin şəxsi hesab vərəqəsinin 06 may 2019cu il tarixli çıxarışından görünür ki, iddiaçının vergi orqanınlarına hər hansı vergi borcu yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısının 7 və 7.3-cü bəndlərinə uyğun olaraq “Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” Azərbaycan Respu blikasının Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin siyahısında göstərilmişdir. Həmin reqlamentin 3.3.2 bəndinə uyğun olaraq imtina üçün əsas olmadıqda elektron xidmət göstərilir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24 dekabr 2012-ci il tarixli, **********004800 saylı qərarı ilə təsdiq edilmiş “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlamentin 3.3.1-ci bəndinə əsasən elektron xidmətin göstərilməsindən aşağıdakı hallarda imtina edilir və sistem tərəfindən bu barədə istifadəçinin ekranına müvafiq mesajlar verilir: 1) Əlavə dəyər vergisi odəyicisi olmayan vergi ödəyiciləri; 2) İstifadəçi kodu, parol və ya şifrəsi səhv olarsa; 3) Dövlət büdcəsinə borcu olduğü hal da digər sub-uçot hesaba ödəniş aparılmasından imtina edilir; 4) Vergi ödəyicisi gücləndirilmiş elektron imzaya malik olmadıqda. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24 dekabr 2012-ci il tarixli, **********004800 saylı qərarı ilə təsdiq edilmiş “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlamentin 3.4.2-ci bəndinə əsasən idxala görə ƏDV köçürmə əməliyyatı ilə ƏDV sub-uçot hesabından idxala görə ƏDV köçürməsi ödənişi gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir. Bunun üçün əməliyyat növündən “İdxala görə ƏDV köçürməsi” bəndi qeyd edilir. Sonra alanın VÖEN-i siyahısından müvafiq Gömrük idarəsi seçilir, ödənişin məbləği və ödənişin təyinatı daxil edilir. Sonda gücləndirilmiş elektron imzadan istifadə etməklə "İmzala və Göndər" düyməsi basılır. Bu əməliyyatdan sonra daxil edilmiş məbləğ vergi ödəyicisinin sub-ucot hesabından təyin edilmiş Gömrük idarəsinə köçürülür. İşin materialları ilə müəyyən edilmişdir, “İddiaçı” MMC sub-uçot hesabında olan ƏDV məbləğinin sərbəst və maneəsiz hərəkəti, habelə köçürülməsi vergi orqanları tərəfindən tam təmin edilməmişdir. “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə edilmiş əməliyyatların çıxarışlarından ƏDV köçürmə əməliyyatının uğurla icra edilə bilmədiyi və sistem tərəfindən monitorda reqlamentdə müəyyən edilməyən “Səhv!!! Məbləğin formatı düzgün deyil” yazısı göstərildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə icla sı zamanı iddiaçının nümayəndəsi tərəfindən iddia etdiyi məhdudiyyət əyani olaraq göstərilmişdir. Nümayəndə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi saytında “İddiaçı” MMC-nin şəxsi kabinetinə daxil olaraq “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidmətindən əyani istifadə zamanı “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlamentin tələblərinə uyğun olaraq “idxala görə ƏDV köçürmə əməliyyatını” icra etmək üçün bütün zəruri düzgün hərəkətləri etməsinə baxmayaraq, ondan asılı olmayan səbəblərdən əməliyyatı uğurla icra edə bilməmişdir və sistem tərəfindən monitorda reqlamentdə müəyyən edilməyən “Səhv!!! Məbləğin formatı düzgün deyil.” y azısı göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24 dekabr 2012-ci il tarixli, **********004800 saylı qərarı ilə təsdiq edilmiş “Vahid depozit hesabı vasitəsi ilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması” elektron xidməti üzrə inzibati reqlamentin 3.3.1-ci bəndinə əsasən elektron xidmətin göstərilməsindən imtina halları müəyyən edilmiş və bu zaman sistem tərəfindən istifadəçinin ekranına verilən mesajların qəti siyahısı müəyyən edilmişdir. Lakin, iddiaçının nümayəndəsi tərəfindən əməliyyatın nümayişi zamanı sistem tərəfindən kompüter ekranına verilən “Səhv!!! Məbləğin formatı düzgün deyil.” yazısı həmin imtina hallarının və kompüter ekranına verilən mesajların siyahısında göstərilməmişdir. Beləliklə, iddiaçı “idxala görə ƏDV kö çürmə əməliyyatım” sistemdə mövcud olan məhdudiyyətlərə görə icra edə bilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində işə baxılarkən, məhkəmə iclasında cavabdehlərin nümayəndələri tərəfindən də əməliyyatın icra edilməsi üçün bütün zəruri hərəkətlərin düzgün edildiyi təsdiq edilmiş, lakin onlar iddiaçının ƏDV sub-uçot hesabının işlək vəziyyətdə olmasını da nümayiş etdirə bilməmişlər. Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 saylı Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyə ti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən elektron xidmətin təşkili üçün elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi vergi orqanlarının vəzifəsidir. Buna görə də ƏDV sub-uçot hesabı ilə bağlı olan proqram təminatının daima işlək vəziyyətdə olmasına məsuliyyəti Azərbaycan Respublikasının Vergilər Nazirliyi daşıyır. Buna baxmayaraq, cavabdehlər tərəfindən proqram təminatının daima işlək vəziyyətdə saxlanılması, vergi ödəyicilərinin elektron xidmətlərdən maneəsiz və sərbəst istifadəsi təmin edilmədiyi üçün maraqlı şəxsin sub-uçot hesabında məhdudiyyət yaranmışdır. Bu məhdudiyyət onun normal fəaliyyət göstərməsinə, habelə üçüncü şəxslər qarşısında öhdəliklərinin yerinə yetirilməsinə maneəçilik törədir və gəlir əldə etməsinin qarşısını alır. Həmçinin, sub-uçot hesabında məhdudiyyət mövcud vəziyyətin dəyişməsinə səbəb olduğu üçün sonradan ərizəçinin hüquqlarının qorunması, yəni təmin və ya bərpa edilməsi mümkün olmayacaq yaxud xeyli dərəcədə çətinləşəcək. Beləliklə, qeyd olunanları nəzərə almaqla kollegiya hesab edir ki, mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin o lunmamalı, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlərin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1574/2019 saylı iş üzrə 09 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar