Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2907/2024 20.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: icarə müqaviləsinin etibarsız hesab edilməsi, məhkəmə qərarının şikayət həddində yoxlanılması, üçüncü şəxs kimi zəruri cəlbetmənin əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “icarə müqaviləsinin etibarsız sayılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyu n 2024-cü il tarixli, 2-1(105)-397/2024 saylı qərarından üçüncü şəxs Novruzov Cabir Məmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2011-ci il tarixli, 2(060)-2287/2011 nömrəli qətnaməsi ilə Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinə dair İddiaçı ilə cavabdeh Sumqayıt Bələdiyyəsi arasında xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilmiş, həmin torpaq sahəsinə dair plan və ölçünün verilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə həvalə edilmiş, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ tanınmışdır.
2. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2011- ci il tarixli, 2(105)-1062/2011 nömrəli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2011-ci il tarixli qətnaməsi qismən - Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun tanınmasına aid hissəsində ləğv edilmiş, həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2012-ci il tarixli, 2(102)-850/2012 nömrəli qərarı ilə Sumqayıt Bələdiyyəsinin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2011-ci il tarixli, 2(060)- 2287/2011 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra iddiaçı həmin 1200 kv.m bağ torpaq sahəsinin sxeminin verilməsi ilə bağlı 01 mart 2016-cı il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət etmişdir.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi xx.xx.2016-cı il tarixli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edərək qeyd etmişdir ki, idarənin mütəxəssisləri tərəfindən Sumqayıt Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 151 nömrəli qərarına əsasən iddiaçıya satılmış torpaq sahəsinə yerində baxış keçirilmiş və çölölçmə işləri aparılarkən müəyyən edilmişdir ki, həmin torpaq sahəsi hər birinin payı 1/3 hissə olmaqla X8, X13 və X9 adlarına daşınmaz əmlakın dövlət reyestrində 2282 nömrəli bağ sahəsi kimi qeydiyyata alınmışdır. Bu səbəbdən də Sumqayıt şəhəri, Corat bağları massivi ünvanında yerləşən 2265 nömrəli, sahəsi 1200 kv.m olan bağ torpaq sahəsinin sxeminin verilməsi mümkün olmamışdır.
6. Sumqayıt şəhər X27 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi ilə X18 arasında bağlanmış “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” xx.xx.1978ci il tarixli, 1684 nömrəli müqavilənin işdə olan surətində Corat bağ massivi ünvanında yerləşən 2282 nömrəli 0,25 ha-dan ibarət olan bağ torpaq sahəsinin X10 icarəsinə verildiyi göstərilmişdir.
7. İddiaçı cavabdeh qismində X10 qanuni vərəsələrinə, üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərə k Sumqayıt şəhəri, Corat bağlar massivi 2282 nömrəli bağ sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, xx.xx.1978-ci il tarixli, 1684 nömrəli icarə müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsini xahiş etmişdir.
8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-35/2017 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Sumqayıt şəhəri, Corat bağlar massivi 2282 nömrəli bağ sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, həmin bağ torpaq sahəsinə dair bağlanmış xx.xx.1978-ci il tarixli, 1684 nömrəli icarə müqaviləsinin və həmin müqavilə əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi qət edilmişdir.
9. Qətnamə qanuni qüvvəyə minərək icraya yönə ldikdən sonra qətnamədən hüquq və vəzifələrinə toxunan şəxs qismində Novruzov Cabir Məmməd oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-409/2019 nömrəli qətnaməsi ilə Novruzov Cabir Məmməd oğlunun apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia ərizəsi rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-4128/2019 nömrəli qərarı ilə iş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
11. İkinci apellyasiya ic raatı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-3458/2019 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-cu il tarixli, 2(102)-2901/2020 nömrəli qərarı ilə iş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
12. Üçüncü apellyasiya icraatı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-220/2021 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş üz rə icraata xitam verilmiş və iddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-5448/2021 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Corat bağları ərazisində yerləşən 2282 nömrəli bağ sahəsinə dair X18 ilə Sumqayıt şəhər X27 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi arasında bağlanıldığı iddia edilən xx.xx.1978ci il tarixli, 1684 nömrəli icarə müqaviləsinin etibarsız sayılmasını xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdı r ki, “Corat” bağları ərazisində yerləşən sahəsi 1200 kv.m olan 2265 nömrəli bağ torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 151 nömrəli iclasının qərarı ilə iddiaçının mülkiyyətinə verilmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə mübahisələndirilən bağ torpaq sahəsinə hər hansı digər şəxsin hüququnun olmadığı və iddiaçının adına rəsmiləşdirilərkən həmin torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğu tam şəkildə sübuta yetirilmişdir. İddiaçı torpaq sahəsinin dövlət qeydiyyatından keçirilməsi üçün DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etdikdə həmin torpaq sahəsinin mərhum X10, daha sonra isə onun vərəsələri X24, X25 və X9 mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı məlum olmuşdur. Daha sonra həmin torpaq sah əsi adıçəkilən şəxslərin adına verilmiş çıxarışlar əsasında Novruzov Cabir Məmməd oğluna satılmışdır. Bu səbəbdən iddiaçı cavabdehlər R.E.Quliyeva, E.E.Quliyev və M.E.Quliyevə qarşı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv olunması, bağ sahəsinin icarəyə verilməsinə dair müqavilənin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və tərtib edilmiş plan və ölçünün etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir.
15. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, 2282 nömrəli bağ torpaq sahəsi kimi təqdim olunan torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı həyata keçirilərkən cavabdehlər tərəfindən DƏDRX-in 2 saylı Ərazi İdarəsinə Sumqayıt Bələdiyyəsinin bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsi tərəfindən tər tib edildiyi göstərilən torpağın texniki pasportu və sxemi təqdim olunmuşdur. Həmin sənədlərin bələdiyyə tərəfindən hazırlanmadığı və sənədlərdəki imzaların və möhürün saxtalaşdırıldığı birinci instansiya məhkəməsində tam sübuta yetirilmişdir. Belə ki, bununla bağlı təyin olunmuş məhkəmə ekspertizasının nəticəsi olaraq ekspert tərəfindən xx.xx.2017-ci il tarixli, 13930/13941 nömrəli rəy məhkəməyə təqdim olunmuşdur ki, həmin rəydə də bələdiyyə qulluqçuları S.S.Əsədullayev, U.B.Əliyev və T.S.Əhmədov yazılarının qarşısında əks olunmuş imzaların həmin şəxslər tərəfindən deyil, başqa şəxs tərəfindən icra edildiyi bildirilmişdir. Həmin rəy birinci instansiya məhkəməsində işə baxılarkən adıçəkilən bələdiyyə işçilərinin hər birinin üç vərəqdə imza nümunələri alınmaqla, habelə əsilləri DƏDRX-nin 2 saylı Ərazi İdarəsində saxlanılan bələdiyyənin hazırladığı kimi təqdim olunan texniki pasportun və torpağın sxeminin məhkəməyə təqdim olunmuş surətləri əsasında aparılmış tədqiqat nəticəsində verilmişdir.
16. Eyni zamanda, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2016-ci il tarixli, 24 nömrəli arayışından da görünür ki, Sumqayıt şəhər ZDS İK-nın 1968-ci ilə olan iclas protokollarında X10 adına torpaq sahəsinin ayrılması barədə hər hansı məlumat mövcud deyildir. Həmçinin Sumqayıt Bələdiyyəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2017-ci il tarixli, 1559 nömrəli arayış əsasında müəyyən edilmişdir ki, hüququn qeydiyyatı üçün əsas götürülmüş torpaq icarə müqaviləsinin hüquqi əsasları və arxivi mövcud deyildir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, üçüncü şəxsin adına olduğu iddia edilən 2282 nömrəli bağ torpaq sahəsi bələdiyyədə olan arxiv sənədlərinə əsasən 1965-ci ildə başqa bir şəxsin, yəni X3 icarəsinə verilmiş bağ torpaq sahəsi kimi qeydə alınmışdır. Nəzərə alınsa ki, bağ sahələrinin nömrələri 1965-ci ildən etibarən sıra sayları ilə nömrələnmişdir və eyni nömrə altında iki bağın mövcudluğu istisna olunur, arxivi olmayan və X10 adına yazılmış icarə müqaviləsinin saxta olduğu sübuta yetirilir. Bunu məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş xx.xx.2017-ci il tarixli, 8187 nömrəli rəyində ekspert də vurğulamışdır. Belə ki, həmin rəydə 1 vərəqdən ibarət olan xx.xx.1978-ci il tarixli, 1684 nömrəli icarə müqaviləsində çap olunmuş mətnlərin rəngləyici maddələrinin kimyəvi tərkibinə görə texni ki qurğularda (surətçıxaran, çoxaldıcı aparat və sairə) istifadə olunan rəngləyici maddələrə aid olduğu qeyd edilmişdir. Nəzərə alınsa ki, 1978ci ildə adı çəkilən texniki qurğular, o cümlədən surətçıxaran, çoxaldıcı aparat və s. avadanlıqlar mövcud deyildi, aydın olur ki, həmin müqavilə Sumqayıt Bələdiyyəsinin bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsi tərəfindən hazırlandığı iddia edilən texniki pasport kimi saxtalaşdırılmışdır. Həmçinin DƏDRX-nin 2 saylı Ərazi idarəsi tərəfindən X10 adına hüquqmüəyyənedici sənəd verilərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10-cu maddəsinin tələbləri də kobud şəkildə pozulmuşdur. Məhkəmə araşdırmalarının nəticəsində kassasiya instansiya məhkəməsi həqiqiliyi onun tərəfindən mübahisələndirilən xx.xx.1978-ci il tarixli,1684 nömrəli bağ sahəsi nin icarəyə verilməsinə dair müqaviləni inzibati akt hesab etdiyindən, bu mübahisənin mülki deyil, inzibati məhkəmə icraatı qaydada baxılmalı olması qənaətinə gəlmişdir. Sözügedən torpaq icarə müqaviləsi keçmiş Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin Bağ təsərrüfatı İdarəsi tərəfindən bağlanıldığından və həmin orqanın hüquqi varisi hal-hazırda Sumqayıt Şəhər İcra Hakimiyyəti olduğundan, iddiaçı müqavilənin ləğv edilməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, sonuncu bunun səlahiyyətlərində olmadığını bildirərək imtina etmişdir.
17. Birinci instansiya məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərardadı ilə Novruzov Cabir Məmməd oğlu iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs X18 birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixl i qərardadı ilə prosessual hüquqi varisi X25 ilə əvəz edilmişdir.
18. Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1318/2022 nömrəli qərarı ilə (hakim X17) iddia təmin edilmiş, Sumqayıt şəhərinin Corat bağları ərazisində yerləşən 2282 nömrəli bağ sahəsinə dair X18 ilə Sumqayıt şəhər X27 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi arasında bağlanıldığı iddia edilən xx.xx.1978-ci il tarixli, 1684 nömrəli icarə müqaviləsi etibarsız sayılmışdır.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-ci il tarixli rəyinə əsasən mübahisə predmeti olan icarə müqaviləsinin surətində aparılan tədqiqat zamanı müəyyən edilmişdir ki, müqavilədə çap olunmuş mətnlər te xniki qurğularda istifadə olunan rəngləyici maddələrdən istifadə olunaraq yazılmışdır. 1978-ci ildə surətçıxaran aparatın mövcud olmaması həmin müqavilənin sonrakı tarixlərdə tərtib edilməsinə dəlalət edir. Bundan əlavə, digər ekspert rəyi ilə 2282 nömrəli bağ torpaq sahəsinə bələdiyyə tərəfindən tərtib edilmiş sxemin bələdiyyənin əməkdaşları tərəfindən imzalanmaması, ümumiyyətlə, həmin sxemin bələdiyyə tərəfindən tərtib edilməməsi müəyyən edilmişdir. Göründüyü kimi, icarə müqaviləsinin hansı qurum tərəfindən rəsmiləşdirilməsi məhkəməyə məlum deyildir.
20. Üçüncü şəxslər Novruzov Cabir Məmməd oğlu və X25 həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsi ndəki birinci icraat
21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(105)-158/2023 nömrəli qərardadı ilə (hakimlər X14 (məruzəçi), X19 və X7) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının hüquqi marağına uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında qaldırılmalı olan iddia bağ sahəsinin icarəyə verilməsinə dair xx.xx.1978-ci il tarixli, 1684 nömrəli müqaviləyə əsasən daşınmaz əmlakın dövlət reyestrində X10 adına aparılmış qeydiyyatın ləğvi barədə iddia ola bilərdi. Belə ki, tərəflər arasında həmin icarə müqaviləsinin etibarsız sayılmas ına dair mülki iş üzrə aparılmış araşdırma zamanı müəyyən edilən hallardan görünür ki, torpaq icarə müqaviləsinin hüquqi əsasları və arxivi mövcud olmamış, X18 və onun qanun üzrə vərəsələri tərəfindən Corat bağları massivində yerləşən 2282 nömrəli torpaq sahəsinə dair sxemin tərtib edilməsi barədə Sumqayıt Bələdiyyəsinə rəsmi qaydada müraciət edilməmişdir. Həmçinin iş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan xx.xx.2022-ci il tarixli, 447 nömrəli məktubdan görünür ki, Corat bağları ərazisində yerləşən 2282 nömrəli bağ torpaq sahəsinə dair X18 ilə Sumqayıt şəhər XDS İK-nın Bağ Təsərrüfatı İdarəsi arasında bağlanıldığı iddia edilən xx.xx.1978-ci il tarixli, 1684 nömrəli icarə müqaviləsi Sumqayıt Şəhər İcra Hakimiyyəti və onun ta beli qurumu olan Memarlıq və Şəhərsalma İdarəsinin arxivlərində aşkar edilməmişdir. Habelə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ərazi idarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına əsasən Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş təhvil-təslim aktına əsasən Corat bağları ərazisi, 2282 nömrəli bağ torpaq sahəsinə dair 1684 nömrəli icarə müqaviləsinin arxiv qovluğu aşkar edilməmişdir.
23. Hazırkı halda da işin yuxarıda qeyd edilən xüsusatlarından göründüyü kimi, mübahisəli torpaq sahəsinə dair Eldar Quliyevin adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat arxiv əsasları mövcud olmayan icarə müqaviləsi əsasında, yəni hər hansı mülki-hüquqi əqd ə əsaslanmadan aparıldığından, aparılan qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir və həmin qeydiyyatın mübahisələndirilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Hazırkı işdən görünür ki, iddiaçının reyestrdə qeydiyyatın ləğvinə dair iddianı qaldırmağa hüquqi marağı aradan qalxmış, konkret halda reyestrdə qeydiyyatın mübahisələndirilməsinə dair hüquqi müdafiəyə ehtiyacı yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-35/2017 nömrəli qətnaməsi əsasında xx.xx.2017-ci il tarixdə icra vərəqəsi yazılaraq qətnamə icraya yönəldilmiş, icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra İd arəsinin icra məmuru tərəfindən xx.xx.2017-ci il tarixli “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş və həmin qərar icra edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə göndərilmişdir. İşdən görünür ki, qeyd edilən icra vərəqəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində 0,1823 ha torpaq sahəsinə dair X18 və onun vərəsələrinin adına aparılmış qeydiyyat ləğv edilmişdir. Bundan sonra, iddiaçının hazırda mübahisələndirdiyi, bələdiyyə tərəfindən ona ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2265G nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydə alınaraq, bu barədə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Eyni zamanda, işdən görünür ki, 0,1823 ha torpaq sahəsinin qalan 0,06 ha hissəsi isə iddiaçının həyat yoldaşı X5 adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Belə olan halda, kollegiya hesab edir ki, daşınmaz əmlakın dövlət reyestr məlumatlarına əsasən, hazırda mübahisəsi gedən ərazi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğundan həm hazırkı iddia, həm də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv edilməsinə dair iddia iddiaçının hüquqi marağına uyğun iddia deyildir. Ona görə də, iddia mümkün sayılmamalıdır.
24. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)2514/2023 saylı, 08 dekabr 2023-cü il tarixli qər arı ilə (hakimlər X20 (məruzəçi), X2 və X11) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(105)-158/2023 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-35/2017 nömrəli qətnaməsi icra edilmiş olsa da, həmin qətnamə sonradan yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmiş, buradan, həmin qətnamə əsasında inzibati orqan tərəfindən həyata keçirilmiş müvafiq tədbirlərin hüquqi əsası aradan qalxmışdır.
27. Hazırkı məzmunda iddianın iddiaçının hüquqi marağına uyğun iddia olmadığına dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə bağlı məhkəmə kollegiy ası qeyd edir ki, iddianın ümumi mümkünlük şərtləri şübhə doğurmur. İddianın xüsusi mümkünlük şərtinə (iddia tələbində göstərilən müqavilənin etibarsızlığının tanınmasına iddiaçının hüquqi marağının olmasına) gəldikdə, iddia İPM-in 36.3-cü maddəsində nəzərdə tutulmuş xüsusi mümkünlük şərtlərini təmin etməli, etibarsızlığının tanınması tələb edilən aktın (habelə, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinin tələbləri baxımından, inzibati orqanın faktiki xarakterli hərəkətinin/fəaliyyətinin nəticəsini əks etdirən digər sənədin) məzmununda iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilə edən və ya müdaxilə təhlükəsi yaradan müddəa olmalı, həmin müddəadan irəli gələn hüquq münasibətlərinin qısa müddətdə müəyyən edilməsində iddiaçının kifayət qədər marağı olmalıdır. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər.
28. İddia olunan “müqavilə”nın məzmunu və iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar nəzərə alındıqda, iddiaçının hazırkı işdə müəyyən etmə marağının olduğu mübahisə doğurmalı deyil.
29. Beləliklə, əgər apellyasiya instansiyası məhkəməsi hazırkı iddianın iddiaçının hüquqi marağına uyğun məzmunda olmadığı qənaətinə gəlirsə, bu halda, o, İPM-in 13-cü maddəsində nəzərdə tutulmuş məhkəmənin xidməti vəzifəsinə dair müddəaların hazırkı işə tətbiqi imkanlarını nəzərdə keçirə, üçüncü şəxslərin mübahisəli əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının əsası kimi çıxış edən “müqavilə”nın həmin əmlakla bağlı hüquqi nəticə yaradıb-yaratmadığını, başqa sözlə, həmin “müqavilə”dən irəli gələn hüquq münasibətinin mövcud olub-olmadığını müəyyən edə bilərdi. Bu halda, apellyasiya instansiyası məhkəməsinin nəzərdə tutduğu digər inzibati orqana qarşı başqa icraatda və başqa məzmunda yeni mübahisə açmağa da zərurət qalmır. ç. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
30. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2024-cü il tarixli, 2-1(105)-397/2024 nömrəli qərarı ilə (hakimlər X26 (məruzəçi), X4 və X1) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2-1(118)-1318/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
31. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsinə dair Eldar Quliyevin adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat arxiv əsasları mövcud olmayan icarə müqaviləsi əsasında aparılmışdır. İddiaçının 1200 kv.m bağ torpaq sahəsinin sxeminin verilməsi ilə bağlı qanuni gözləntisi yaranmış, lakin müvafiq səbəblərdən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən sxemin verilməsi mümkün olmamışdır. Beləliklə, X18 ilə Sumqayıt şəhər X27 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi arasında bağlanılan icarə müqaviləsinin mötəbərliyi təsdiq edilmədiyindən, birinci instansiya məhkəməsi icarə müqaviləsini etibarsız saymaqla düzgün hüquqi nəticəyə gəlmişdir.
32. Üçüncü şəxs Novruzov Cabir Məmməd oğlu kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın mümkün sayılmamasını və icarə müqaviləsinin etibarlı hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
33. Şikayətdə apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticənin qanuni olmadığı vurğulanaraq bildirilir ki, X15 15 iyul 1978-ci il tarixdə Sumqayıt Bağlar İdarəsinin rəisi Elmira Hacıyeva ilə bağladığı icarə müqaviləsi əsasında 0.25 ha torpağın icarəyə verilməsinə baxmayaraq məhkəmə qərarında əsassız olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filiallının verdiyi Sumqayıt şəhər XDS İK-nin 1968-ci ilə olan iclas protokollarında Eldar Quliyevin adına torpaq sahəsinin ayrılması barədə məlumatın olmadığına əsaslanmışdır. Əlbəttə ki, 1968-ci il tarixdə olan protokollarda Eldar Quliyevin adına torpağın mövcud olmadığı müəyyən ediləcəkdir. X38 həmin torpaq sahəsi 1978-ci ildə verilmişdir.
34. Bundan başqa məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Eldar Quliyevin adına torpaq sahəsinin olmasına dair Sumqayıt bələdiyyəsində Eldar Quliyevlə bağlanmış icarə müqaviləsinin hüquqi əsasları və arxivi mövcud deyildir. Əlbəttə ki,1978-ci ildə bağlar idarəsi tərəfindən bağlanmış icarə müqaviləsinin Sumqayıt bələdiyyəsinin arxivində olmayacağı bəllidir. Çünki bağlar idarəsinə aid olan torpaqların Sumqayıt bələdiyyəsinə heç bir aidiyyəti olmamışdır.
35. Məhkəmə qərarını həmçinin onunla əsaslandırmışdır ki, Eldar Quliyevə verilmiş 2282 saylı bağ sahəsi 1965-ci ildə Məmməd Qasımova icarəyə verilməsi kimi qeydə alınmışdır. Eyni bağ sahəsinin sahənin isə 1978-ci ildə Eldar Quliyevə verilməsi barədə müqavilə saxtadır. Lakin məhkəmə 1965-ci ildə Məmməd Qasımova 2282 saylı bağ sahəsinin hansı müddətə verilməsini, həmin sahənin Bağlar İdarəsi tərəfindən 1978-ci ildə Eldar Quliyevə icarəyə verilməsinin qanunauyğun olub-olmamasını araşdırmamışdır.
36. Məhkəmə qərar qəbul edərkən iddiaçı tərəfin əsassız iddialarına inanaraq üçüncü şəxs qismində iştirak edən Elçin Quliyevin və Cabir Novruzovun irəli sürdüyü dəlilləri tam araşdırmamışdır. Belə ki, Elçin Quliyev məhkəmədə verdiyi izahatında 1965-ci ildə 2282 saylı bağ sahəsinin Məmməd Qasımova icarəyə verilməsinə baxmayaraq həmin sahədən uzun müddət istifadə etmədiyinə görə 1978-ci ildə eyni sahənin onun mərhum atası Eldar Quliyevə icarəyə verilməsinə sonradan isə ailə üzvləri ilə rəsmiləşdirərək razılıqları əsasında sahənin 0.10 ha his səsini vicdanlı alıcı Cabir Novruzova satmasına dair izahatına düzgün yanaşmamışdır.
37. Məhkəmə İddiaçı verilmiş 2265 saylı bağ sahəsinin 0.12 ha olduğu halda Eldar Quliyevə verilmiş 0.25 ha olan sonradan isə qonşular tərəfindən bir hissəsi zəbt edildiyindən 0.1823 ha qalan hissəni tam zəbt etməklə ona verilmiş 2265 sonradan isə 2265 G kimi qeydiyyata alınmış bağ sahəsinin həmin sahə olub-olmamasını araşdırmadan hansısa əsasla xx.xx.1978-ci ildə bağlanmış icarə müqaviləsini etibarsız saymışdır.
38. Məhkəmə də bütün sənədlərə əsaslanaraq 2265 G bağ sahəsi ilə 2282 saylı bağ sahələrinin üst-üstə düşmədiyi qənaətinə gəlmişdir. Belə olan halda həmin sahələrin yerini dəqiqləşdirmək üçün heç bir tədbir görməmiş, CPS vasitəsilə yerlərin harada olmasını müəyyən etməmiş, Eldar Quliyevə verilmiş 2282 saylı bağ sahəsinə aid xx.xx.1978-ci il tarixli müqavilənin etibarsız sayılması barədə qərar qəbul etmişdir.
39. Məhkəmə qərarını onunla əsalandırmışdır ki, 2282 saylı bağ sahəsinə dair icarə müqaviləsi 1 vərəqdən ibarət olmaqla sürət çıxardan aparat vasitəsi ilə çıxarılmış, torpağa dair sxemdə olan imzalar bələdiyyə işçilərinə aid olmayan imzalardır. 2265 G saylı bağ sahəsi ilə 2282 saylı bağ sahələrinin üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. Buna görə də məhkəmə müvafiq orqanlardan CPS vasitəsilə həmin sahələrin yerləşdiyi yeri dəqiqləşdirməli olduğu halda bunu etməmişdir. Halbuki, həmin müqavilə 2 vərəqdən ibarət olmaqla rus dilində tərtib olunmuş və möhür vurulmuş müqavilədir. Həmin müqavilə və ona aid sənədlər ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsindən tələb edilər ək götürülüb tədqiq edilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəflər i və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllən in 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarın ı (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
42. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
43. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanıl acaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
44. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
45. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticəni iş materiallarında olan sənədlərə istinad etməklə aşağıdakı kimi şərh etməyi məqsədə müvafiq hesab edir. İddiaçı aid olan məlumatlar:
46. İddiaçı ilə cavabdeh Sumqayıt Bələdiyyəsi arasında bağlanmış xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında ona 1200 kv.m (0,12 ha) torpaq sahəsi satılmışdır.
47. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xid mətinin 2 saylı Ərazi İdarəsinə müraciət edərkən məlum olmuşdur ki, həmin torpaq sahəsi hər birinin payı 1/3 hissə olmaqla X21, X25 və X9 adlarına daşınmaz əmlakın dövlət reyestrində 2282 nömrəli bağ sahəsi kimi qeydiyyata alınmışdır. Bu səbəbdən də Sumqayıt şəhəri, Corat bağları massivi ünvanında yerləşən 2265 nömrəli, sahəsi 1200 kv.m olan bağ torpaq sahəsinin sxeminin verilməsi mümkün olmamışdır.
48. Beləliklə, iddiaçının hüquqi marağı xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında ona satılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyəti hüququnun təsdiqinə yönəlmişdir. Üçüncü şəxs Novruzov Cabir Məmməd oğluna aid olan məlumatlar:
49. X18 ilə Sumqayıt şəhər X27 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi arasında bağlanmış xx.xx.1978-ci il tarixli, 1684 nömrəli icarə müqaviləs i əsasında ona 0,25 ha torpaq sahəsi icarəyə verilmişdir. Daha sonra X18 həmin torpaq sahəsinin 0,1823 ha üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. X10 vəfatından sonra X21, X22 və X25 onun qanun üzrə vərəsələri qismində tanınmışlarhər birinə 1/3 pay olmaqla.
50. Üçüncü şəxs Novruzov Cabir Məmməd oğlu bildirmişdir ki, qeyd edilən 0,1823 ha torpaq sahəsinin 0,10 ha hissəsi 19 fevral 2016-cı il tarixdə ona satılmışdır.
51. Üçüncü şəxs Novruzov Cabir Məmməd oğlu kassasiya şikayəti verməkdə çatmaq istədiyi hüquqi nəticə ona satılmış 0,10 ha torpaq sahəsi üzərində hüququnun pozulmamasına istiqamətlənmişdir.
52. Məhkəmə kollegiyası üçüncü şəxs Novruzov Cabir Məmməd oğlunun kassasiya şikayətinin dəlillərinə qiymət verərək bildirir ki, apellyasiya instansiy a məhkəməsi tərəfindən X18 ilə Sumqayıt şəhər X27 İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı İdarəsi arasında bağlanmış 025, ha torpaq sahəsi barədə xx.xx.1978-ci il tarixli, 1684 nömrəli icarə müqaviləsini etibarsız saymaqla qərar qəbul edərkən iddiaçıya ayrılan 0,12 ha və üçüncü şəxsə məxsus 0,10 ha torpaq sahələri ilə bağlı işin yuxarıda qeyd edilən halları tam araşdırılmamışdır.
53. Belə ki, icarə müqaviləsi əsasında X15 0,25 ha torpaq sahəsi verildiyi müəyyən edilir. İddiaçının hüquqi marağı 0,12 ha torpaq sahəsinə, üçüncü şəxsin hüquqi marağı isə 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun təsdiqinə yönəlmişdir.
54. Apellyasiya instansiya məhkəməsi iddianı təmin edərkən iddiaçıya məxsus 0,12 ha torpaq sahəsi ilə üçüncü şəxsə məxsus 0,10 ha torpaq sahəsinin üst-üstə düşüb düşməməsini aydınl aşdırmamışdır. Növbəti apelyasiya baxışında məhz bu xüsusata, yəni üçüncü şəxs Novruzov Cabir Məmməd oğluna satılmış 0,10 ha torpaq sahəsinə münasibətdə araşdırmalar aparılmalı, birinci instansiya məhkəməsinin qərarı 0,10 ha torpaq sahəsinə aid hissədə yoxlanılmalıdır.
55. Məhkəmə kollegiyası xatırladır ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın predmeti olan icarə müqaviləsi 0,25 ha hissədə etibarsız hesab edilmişdir. Həmin qərardan yalnız üçüncü şəxs C.Novruzov apelyasiya şikayəti vermişdir. C.Novruzov 0,10 ha torpaq sahəsinin ona satıldığını, 0,10 ha torpaq sahəsinə sahiblik və istifadə hüququ olduğunu bildirmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qərarı 0,250,10=0,15 ha hissədə mübahisə predmeti olmamışdır. Lakin apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinə baxarkən bu halı nəzərə almamış, apelyasiya şikayətinin predmetini təşkil edən məhz iddiaçıya məxsus 0,12 ha torpaq sahəsinin üçüncü şəxsə məxsus 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşməsi barədə hüquqi qiymətləndirmə aparmamışdır.
56. Bu məqsədlə müvafiq mütəxəssislərdən rəy alınmalı, həmin rəylər işin digər halları ilə vəhdət şəklində təhlil edilməlidir.
57. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1318/2022 saylı, 22 sentyabr 2022-ci il tarixli qərardadı ilə Novruzov Cabir Məmməd oğlu zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir (cild 1, iş vər. 79-80). 58. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məh kəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər.... Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir.
59. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmiş hüquqi yanaşmanı rəhbər tutaraq bildirir ki, birinci instansiya məhkəməsi Novruzov Cabir Məmməd oğlunun zəruri cəlbetmə qaydasında prosesə cəlb edərkən bu zəruriliyin nədən ibarət olduğunu qərardadda göstərməmiş, gəlmiş olduğu nəticəni əsaslandırmamışdır.
60. İş materiallarında olan mülki məhkəmə icraatı zamanı qəbul edilmiş məhkəmə aktlarının məzmunundan, eləcə də verilmiş izahatlardan məlum olur ki, X15 məxsus olan 0,1823 ha torpaq sahəsinin 0,10 ha hissəsi onun vərəsələri tərəfindən 19 fevral 2016-cı il tarixdə üçüncü şəxs Novruzov Cabir Məmməd oğluna satılmışdır.
61. Lakin iş materiallarında alqı satqı müqaviləsi mövcud deyildir. İşə baxan apellyasiya instansiya məhkəməsi müqavilənin iş materiallarına əlavə edilməsi ilə bağlı hər hansı tədbir görməmişdir.
62. Nö vbəti apelyasiya baxışı zamanı alqı satqı müqaviləsi tələb edilməklə iş materiallarına əlavə edilməlidir. Belə müqavilənin tələb edilməsində məqsəd ondan ibarətdir ki, alqı satqı müqaviləsi mühüm sübut olmaqla Novruzov Cabir Məmməd oğlunun mübahisə edilmiş torpaq sahəsinə istifadə hüququnun mövcudluğu və nəticədə zəruri cəlbetmə qaydasında üçüncü şəxs kimi cəlb edilməsi, habelə apelyasiya şikayətinin mümkün sayılması üçün əhəmiyyət kəsb edə bilər.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının ad ından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
64. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.
65. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyas iya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın mümkün sayılmaması hissəsində rədd edilməlidir.
66. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Novruzov Cabir Məmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyun 2024-cü il tarixli, 2-1(105)-397/2024 saylı qərarı ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.