Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-291/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-291/2019) Bakı şəhəri 06 fevral 2019-cu il GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 və onların vəkili Vəkil iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı kompensasiya ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2340/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 06 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, İddiaçı1 və İddiaçı2 (bundan sonra - iddiaçılar) Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə (bundan sonra - cavabdeh) müraciət edərək mənzil hüquqlarının pozulması səbəbindən onlara vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmiş, lakin cavabdeh iddiaçıların müraciətini cavablandırmamışdır. Bundan sonra, iddiaçılar 25 il 3 ay ərzində onlara dəymiş 60600,0 manat maddi ziy anın və 100000,0 manat mənəvi ziyanın, ümumilikdə 160600,0 manat pul məbləğinin cavabdehdən onların xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 1992-ci ildə “xxxx" TASC-dən xxx mənzili verilmişdir. Mənzil xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş, bu barədə MH 177990 seriyalı, 19.03.1999-cu il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Oğlu İddiaçı1 İİİ qrup Qarabağ əlili olduğu üçün mənzil onun adına keçirilmiş, ona ÖM 068777 seriyalı, 09.03.2001-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. 1992-ci ildən etibarən Şuşa şəhərindən olan köçkün X4 mənzili qanunsuz olaraq zəbt etmiş, 25 il qanunsuz olaraq mənzildən istifadə etmişdir. Mənzil zəbt olunandan sonra 25 il ərzində dəfələrlə müvafiq olaraq yuxarı ali orqanlara müraciət edərək mənzil hüquqlarının bərpa olunmasını xahiş etmişlər. Lakin bu müraciətlərin heç bir nəticəsi olmadığı üçün 2015-ci ildə Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmçinin dəymiş maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. Binəqədi rayon məhkəməsinin 21.07.2015-ci il tarixli, 2(001)6871/2015 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Binəqədi rayon İcra Şöbəsinin 9758 saylı, 23.09.2015-ci il tarixli “İcraata başlamaq haqqında” qərarı olsa da, bu günə qədər həmin qətnamə icra edilməmişdir. Qətnamənin icrasını təmin etmək məqsədi ilə Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciətlər olunsa da, həmin ərizə və şikayət lərə cavab verilməmiş, bunun da nəticəsində iddiaçılar mənəvi sarsıntı keçirmişlər. Daha sonra iddiaçılar mənzilin boşaldılması və mənzil hüququnun təmin olunması üçün 2018-ci ildə Binəqədi rayon İcra şöbəsinin rəisinə, Azərbaycan Respublikasının Baş Prokuroruna müraciət etmişlər. Beləliklə iddiaçılara dəymiş maddi və mənəvi ziyanın məbləği aşağıdakı hesab üzrə olmuşdur:mənzilin zəbt olunduğu vaxtdan 25 il 3 ay keçmiş, bu ümumən 303 ay olmuşdur. Son 10 ildə kirayə haqqının 300 və 400500 manat olması nəzərə alınmaqla, ondan əvvəlki illər 200-250 manat civarında olması da nəzərə alınmaqla orta hesabla hər ay ən aşağısı 200 manat hesabı ilə maddi ziyan çəkmişlər. Beləliklə, iddiaçılar onlara dəymiş maddi ziyanı 60600 manat, bu 25 il ərzində keçirdikləri əzab-əziyyət, əsəb xəstəliyi, sarsıntı, xəstəlikdən müalicə, gərgin həyat şəraiti keçirdiklərini nəzərə almaqla mənəvi ziyanı 100000,0 (yüz min) manat məbləğində qiymətləndirməklə, ümumilikdə 160600,0 manat pul məbləğinin Qaçqınların və X3 Üzrə Dövlət Komitəsindən iddiaçıların xeyrinə tutulmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2911/2018 saylı, 11 iyul 2018ci il tarixli qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçılar onlara vurulmuş mad di və mənəvi ziyanın əvəzi olaraq 160600 manatın cavabdehdən tutulmasını tələb etsələr də, məhkəməyə cavabdeh tərəfindən onlara maddi və mənəvi ziyanın vurulmasını təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmişlər. Qərardan narazı qalan iddiaçılar tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2340/2018 saylı iş üzrə 26 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2911/2018 saylı, 11 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçılar Bakı Apellyasiya Məh kəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2340/2018 saylı iş üzrə 26 sentyabr 2018-ci il tarixli qərarından kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmamışdır. Belə ki, İddiaçı2 1992-ci ildən etibarən ünvan 1 ünvanında mənzil almış, Qarabağ əlili olduğu üçün mənzil oğlu - iş üzrə digər İddiaçı1 adına keçirilmişdir. Həmin tarixdən etibarən mənzil Şuşalı köçkü n X4 tərəfindən zəbt edilmişdir. 23 il mənzil hüququndan məhrum olduğu üçün Binəqədi rayon məhkəməsinə müraciət etmiş, məhkəmənin 21.07.2015-ci il tarixli 2(001)6871/2015 saylı qətnaməsi qəbul edilmiş, həmin qətnamə əsasında Binəqədi İcra və Probasiya Şöbəsi 23.09.2015-ci il tarixli 9758 saylı icraata başlama haqqında qərar qəbul etmişdir. Lakin qərar icra olunmamış, mənzil boşaldılmamış, ona görə də mənzil hüquqları 26 il pozulmuş, uzun müddət kirayə evində, qohum-qardaş evində yaşamış, olmazın əzab əziyyətin çəkmiş, xəstəlik tapmış, fiziki, psixi və mənəvi sarsıntıya məruz qalmış, maddi və mənəvi ziyan çəkmişlər. Ona görə də iddiaçılar hesab edir ki, məhkəmələr iddianın təmin edilməməsi barədə səhv nəticəyə gəlmişlər, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəm ə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçılar və onların vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ:i Azərbaycan Res publikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də, şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr əsaslı olaraq qeyd etmişlər ki, iddiaçıların mənzilində müv əqqəti məskunlaşmış X2 ailəsi məcburi köçkün ailəsi kimi iddiaçıların mənzilində müstəqil şəkildə məskunlaşıb, onun ailəsi həmin mənzildə cavabdeh Komitə tərəfindən yerləşdirilməyib və Komitə ilə iddiaçı arasında hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı müqavilə bağlanılmayıb. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vahid büdcə təsnifatı"na əsasən dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatları dövlət büdcəsindən onun üçün ayrılmış vəsaitdən təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatdan kənar hər hansı məqsədlə vəsait xərcləyə bilməzlər. Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsi dövlət büdcəsi hesabına maliyyələşən mərkəzi icra hakimiyyəti orqanı olduğundan Əsasnamə ilə ona verilmiş səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikasının dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız Azərbaycan Respublikasının vahid büdcə təsnifatına əsasən Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Komitənin Əsasnaməsinə görə, Respublika ərazisində qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası işlərinin yerinə yetirilmə funksiyasının - işlərin yerinə yetirilməsi yalnız təsdiqlənmiş xərclər smetasına uyğun olaraq həyata keçirilir və təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlardan kənar hər hansı işlərin görülməsi mümkün deyildir. Eyni zamanda, Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsinin həm ötən illər ərzində, həm də 2018-ci il üçün təsdiqlənmiş xərclər smetasında Azərbaycan Respublikasının şəhər və rayonlarında, o cümlədən Bakı şəhərində xüsusi mülkiyyətdə olan yaşayış və ya qeyri-yaşayış sahəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərə görə mülkiyyət sahiblərinə kirayə haqqı və ya kompensasiya ödənilməsi məqsədilə vəsait nəzərdə tutulmamışdır. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulması üçün tərəflər arasında bununla bağlı müqavilə olmalıdır. Belə bir müqavilə isə tərəflər arasında bağlanılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na yeni əlavələrə əsasən, Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailəsi üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli qərarı ilə təsdiq olunmuş "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası"nın tələblərinə uyğun olaraq, yalnız Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə faktiki məskunlaşan və müvəqqəti qeydiyyatda olan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. İddiaçılara vurulmuş maddi və mənəvi zərərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın( 21.1-ci maddə). Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13.11.2008-ci il tarixli 7 N-li Qərarının 1-ci bəndinə əsasən “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar məhkəməyə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən onlara maddi və mənəvi ziyanın vurulmasını təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmişlər. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bu Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir; qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bəhs edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır, iddianın rədd edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanu ni və əsaslıdır. Odur ki, iddiaçıların kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2340/2018 saylı, 26 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-291/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-291/2019
06.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver