Məhkəmə qərarları › İş №2-1(102)-291/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-291/2020

28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-291/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı İddiaçı Hacıbala oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: Rəssamlar İttifaqı, emalatxananın özəlləşdirilməsi, hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı Hacıbala oğlu, vəkili X3, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili X19, üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X25, vəkili X2 iştirakı ilə, İddiaçı Hacıbala oğlunun (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Maraqlı şəxs və Bakı şəhəri Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat Birliyi) “mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-2292/2019 saylı, 11 oktyabr 2019-cu il tarixli qərarından cavabdeh və üçü ncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 28 yanvar 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı şəhər XDS-nin 05/1215 saylı 03.12.1987-ci il tarixli sərəncamı ilə, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Maraqlı şəxs icarəsinə verilmişdir. Bakı ŞİH Nərimanov RİH Nərimanov rayon MKTB-nin 28.12.2005-ci il tarixli, Q-32 saylı Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinə ünvanlanmış məktubda iddiaçının ərizə ilə Nərimanov Rayon MKTB-yə müraciət edərək A.Nemətulla küçəsi 23 saylı binanın çardağında yerləşən 67.5 kv.m.-lik qeyri-yaşayış sahəsinin ona icarəyə verilməsi və özəlləşdirilməsi üçün razılıq məktub unun verilməsini xahiş etməsi, Bakı şəhər XDS İK-nin 03 dekabr 1987-ci il tarixli sərəncamı ilə həmin sahə Maraqlı şəxsna yaradıcılıq emalatxanası kimi ayrıldığı, hazırda göstərilən qeyri-yaşayış sahəsi Azərbaycanın əməkdar rəssamı İddiaçı tərəfindən emalatxana kimi istifadə olunduğu və qeyri-yaşayış sahəsinin ona icarəyə verilməsinə və özəlləşdirilməsinə etiraz etmədikləri qeyd olunmuşdur. Bakı ŞİH MKTD-nin 23.07.2015-ci il tarixli, 584 saylı məktubuna əsasən ünvan 3 ünvanda yerləşən yaşayış binası dövlət mənzil fonduna daxil olmaqla Nərimanov rayon MKTB-nin balansında olduğu qeyd olunmuşdur. İddiaçının cavabdehə ünvanladığı 18.06.2016-cı il tarixli, ünvan 5aylı binanın 122A saylı fərdi yaradıcılıq emalatxanasına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair müraciətinə, cavabdehin 21.07.2016-cı il tarixli **********57 saylı imtina məktubunda araşdırma aparılan zaman ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edildiyi qeyd olunmuşdur. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 5aylı binanın 122A saylı fərdi yaradıcılıq emalatxanasına dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 5aylı binanın üst mərtəbəsində yerləşən sahəsi 67.5 kv.m olan 122A saylı qeyri-yaşayış sahəsi 03 dekabr 1987-ci il tarixdə Bakı şəhər XDS-nin 05/1215 sayl ı sərəncamı ilə Maraqlı şəxsna yaradıcılıq emalatxanası kimi verilmiş və göstərilən qeyri-yaşayış sahəsi emalatxana kimi iddiaçının istifadəsinə verilmişdir. İddiaçının istifadəsində olan yaradıcılıq emalatxanasında istifadə etdiyi 30 il ərzində orada təmir işləri aparmış, səliqə-sahman yaratmış və kommunal xidmətlərini vaxtı-vaxtında ödəmişdir. İddiaçı qeyd olunan emalatxana üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması məqsədilə cavabdeh idarəyə müraciət etmiş, lakin müraciətin təmin edilməsindən imtina edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13.12.2016-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 31.05.2017-ci il tarixli qərarı ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11.10.2017-ci il tarixli qərarı ilə qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cavabdeh mübahisə ilə bağlı yeni açılmış hallara və üçüncü şəxslərin cəlbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.12.2017-ci il tarixli (hakim X13, 2-1(82)-3213/2016 saylı iş) qərardadı ilə ərizəçi DƏDRX Bakı şəhər Ərazi İdarəsinin mübahisə ilə bağlı yeni açılmış hallara və üçüncü şəxslərin cəlbinə dair ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 04.04.2018-ci il tarixli (X14-sədrlik edən və məruzəçi hakim, hakimlər X20 və X9, 2-1(103)-1002/2018 saylı) qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 31.07.2018-ci il tarixli (hakimlər Məmmədov Xəqani Səyyad oğlu-məruzəçi, Nəbizadə Rahib Sahib oğlu və Dadaşov İlqar Ağababaş oğlu, 2-1(102)-1495/2018 saylı iş) qərarı ilə cavabdehin kassasiya şikayəti qismən, üçüncü şəxsin kassasiya şikayəti isə tam təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 4 aprel 2018-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 14.09.2018-ci il tarixli (hakimlər X6-məruzəçi X21 və X7, 2-1(103)-2348/2018 saylı iş) qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzib ati-İqtisadi Məhkəməsinin 2- 1(82)-3213/2016 saylı, 27.12.2017-ci il tarixli qərardadının ləğv edilməsi və iş yenidən baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 05.12.2018-ci il tarixli (hakimlər X15-məruzəçi, X4 və X16, 2-1(102)-2533/2018 saylı iş) qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 14 sentyabr 2018ci il tarixli qərardadının ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və şikayətin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 31.01.2019-cu il tarixli (X5-sədrlik edən və məruzəçi, hakimlər X10 və X17, 2-1(103)-502/2019 saylı iş) qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3213/016 saylı, 27.12.2017-ci il tarixli qərardadı ləğv edilmiş və iş DƏDRX Bakı şəhər Ərazi İdarəsinin ərizəsinə yenidən baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli (hakim X11, 21(82)-1446/2019 saylı iş) qərardadı ilə cavabdeh tərəfindən verilmiş yeni açılmış hal üzrə ərizəsinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 dekabr 2016-cı il tarixli, 2-1(82)-3213/2016 saylı qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli (hakim X11, 21(82)-1446/2019 saylı iş) digər qərardadı ilə isə Bakı şəhəri Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2019-cu il tarixli (hakim X11, 21(82)-1446/2019 saylı iş) qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhər, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 23 saylı binanın 122A saylı fərdi yaradıcılıq emalatxanasına dair hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 11 oktyabr 2019-cu il tarixli (hakimlər X30-məruzəç i, X8 və X12, 2-1(103)-2292/2019 saylı iş) qərarı ilə cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 26.11.2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 15.11.2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. kassasiya şikayətlərinin dəlilləri: Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur k i, müvafiq qeyri-yaşayış sahəsinə (fərdi yaradıcılıq emalatxanası) dair qanunvericiliklə tələb olunan hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan başqa, iddiaçı müvafiq qeyri-yaşayış sahəsinin (fərdi yaradıcılıq emalatxanası) “Maraqlı şəxs üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli, 1251 nömrəli Sərəncamına əsasən onun mülkiyyətinə verildiyini qeyd etmişdir. Lakin müvafiq qeyri-yaşayış sahəsi Maraqlı şəxs balansında deyil, Nərimanov rayonu Mənzil Kommunal-Təsərrüfatı Birliyinin balansında olmaqla dövlət mülkiyyətindədir və həmin qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Prezidentinin 06 sentyabr 1997- ci il tarixli, 629 nömrəli Fərmanına uyğu n olaraq iddiaçının icarəsinə verilmişdir. İcarəyə verilmiş dövlət əmlakı isə Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli, 313 nömrəlı təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq yalnız dəyəri ödənilmək şərti ilə özəlləşdirilə bilər. Yalnız Maraqlı şəxs balansında olan yaradıcılıq emalatxanaları əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətınə verilə bilər. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayətinin dəlillərinə görə “Maraqlı şəxs üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli, 1251 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən dövlət mülk iyyətində olan və Maraqlı şəxs üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları qanunvericiliyə uyğun olaraq onların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Həmin Sərəncamın 2-ci bəndinə əsasən dövlət mülkiyyətində olan və Maraqlı şəxs üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları və Maraqlı şəxs Rəyasət Heyətinin 14 iyul 2000-ci il tarixli qərarı ilə ittifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları üzərində onların mülkiyyət hüququnu müvafiq qaydada rəsmiləşdirmək vəzifəsi Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Beləliklə, qeyd edilən Sərəncamla dövlət mülkiyyətində olan və Maraqlı şəxs üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi nəzərdə tutulsa da, bunun əvəzsiz qaydada edilməsi nəzərdə tutulmamışdır. Sərəncamda yalnız Maraqlı şəxs balansında olan yaradıcılıq emalatxanalarının ittifaqın üzvlərinə əvəzsiz verilməsi müəyyən edilmişdir. İddia predmeti olan qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmaqla Nərimanov rayonu Mənzil Kommunal-Təsərrüfatı Birliyinin balansındadır və bu fakt məhkəmə araşdırması zamanı da sübut olunmuşdur. Qeyd edilən qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olduğundan həmin əmlak “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” “Azərbaycan Respublikası Qanununa və dövlət əmlakının özəlləşdirilməsini tənzimləyən digər qanunvericilik aktlarına uyğun olaraq yalnız dəyəri ödənilmək şərti ilə özəlləşdirilə bilər. Bundan əlavə, 2003-cü il tarixə kimi dövlət əmlakının iddiaçının istifadəsinə verilməs inə dair hər hansı rəsmi sənəd məhkəməyə təqdim edilməmişdir. Emalatxanaya dair icarə müqaviləsi 2006-cı ilin aprel ayında bağlanmışdır. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Üçüncü şəxslər Maraqlı şəxs və Bakı şəhəri Nərimanov rayon MKTB məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkə mə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayətləri vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayətlər qəbul oluna bilən hesab edilir. İddiaçı ünvan 5aylı binanın 122A saylı fərdi yaradıcılıq emalatxanasına dair hüququn qeydə alınm ası vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İşdə olan sənədlərdən görünür ki, 03.12.1987-ci il tarixli sərəncamla ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Maraqlı şəxs icarəsinə verilmişdir. Qeyri-yaşayış sahəsi iddiaçının istifadəsində, Bakı şəhəri Nərimanov rayon MKTB-nin balansındadır. Bakı şəhəri Nərimanov rayon MKTB fərdi yaradıcılıq emalatxanasının iddiaçının mülkiyyətinə verilməsinə etiraz etmədiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə və “Maraqlı şəxs üzvlərinin istifa dəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli, 1251 nömrəli Sərəncamına istinad edərək iddianı əsaslı hesab etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Maraqlı şəxs üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onlar ın mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2003-cü il tarixli, 1251 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən, dövlət mülkiyyətində olan və Maraqlı şəxs üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları qanunvericiliyə uyğun olaraq onların mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Sərəncamın 2-ci bəndinə əsasən, dövlət mülkiyyətində olan və Maraqlı şəxs üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları və Maraqlı şəxs Rəyasət Heyətinin 14 iyul 2000-ci il tarixli qərarı ilə ittifaqının balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları üzərində onların mülkiyyət hüququnu müvafiq qaydada rəsmiləşdirmək vəzifəsi Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. İddiaçının istifadə sində olan yaradıcılıq emalatxanası Maraqlı şəxs balansında olmamışdır. Emalatxana dövlət mülkiyyətində olmaqla Bakı şəhəri Nərimanov rayon MKTB-nin balansında olmuşdur. Odur ki, Maraqlı şəxs balansında olmayan və Bakı şəhəri Nərimanov rayon MKTB-nın balansında olan qeyri-yaşayış sahəsinə münasibətdə yuxarıda qeyd edilən Qanunun və sərəncamın müddəalarını tətbiq etməklə apellyasiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia əsaslı olmadığından təmin olunmamalıdır. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinə zərurət olmadığından, İPM-in 96.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2292/2019 saylı, 11 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı Hacıbaba oğlunun iddiası təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar