Məhkəmə qərarları › İş №2-1(102)-291/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-291/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-291/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxs 1 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlara əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və cavabdehin vəkili X1 iştirakı ilə, İddiaç ı cavabdeh Dövlət Sosial Müdafiə X2 Şəxs 1 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(105)330/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur və Sumqayıt şəhərində yaşayır.

2. İddiaçı beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmişdir. İddiaçı əmək kitabçası olmadığına görə, xx.xx.1989-cu ildən xx.xx.1994-cü ilədək Lerik rayonunda fəaliyyət göstərmiş Monadigah sovxozunda fəhlə işlədiyinə dair arxiv arayışını xx.xx.2019cu ildə ərizə ilə birlikdə cavabdehə təqdim edərək, ona yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.

3. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və iddiaçıya xx.xx.2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən, iddiaçının təqdim etdiyi arxiv arayışında qeyd edilən dövrün sığorta stajına hesablanması zamanı nəzərə alınması, «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na ziddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 2019-cu il 16 sentyabr tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət e dərək, “onun xx xxxx 1979-cu ildən xx xxxx 1989-cu ilə kimi Lerik rayonun “Partiyanın XX Qurultayı” adına sovxozunda Monidigah kəndi üzrə briqadada fəhlə, xx xxxxx 1989-cu ildən xx xxxxxx 1994-cü ilə kimi həmin sovxozdan ayrılaraq yeni yaradılmış “Monidigah” sovxozunda fəhlə və xx xxxxxx 1994-cü ildən xx xxxxxx 2004-cü ilə kimi “Monidigah” kəndli fermer təsərrüfatında fəhlə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, 52 yaşının tamam olduğu xx xxxxxx 2015-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1979-cu ildən xx xxxx 1989-cu ilə kimi Lerik rayonun “Partiyanın XX Qurultayı” adına sovxozun Monidigah kəndi üzrə briqadasında fəhlə, xx xxxxx 1989-cu ildən xx xxxxxx 1994-cü ilə kimi həmin sovxozdan ayrılaraq yeni yaradılmış “Monidigah” sovxozunda fəhlə və xx xxxxxx 1994-cü ildən xx xxxxxx 2004-cü ilə kimi “Monidigah” kəndli fermer təsərrüfatında fəhlə işləmişdir. Bu dövrdə işləməsi Milli Arxiv İdarəsinin Lerik rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 121 saylı arayışında əksini tapmışdır. Arayışda göstərilir ki, “Monidigah” sovxozu üzrə xx xxxxx 1989-cu il tarixli 18/2 saylı əmrlə (paraqraf 4) sovxoza fəhlə kimi işə qəbul olunmuş və xx xxxxxx 1994-cü ildə 34 saylı əmrlə işdən azad edilmişdir. “Partiyanın XX Qurultayı” sovxozu və “Monidigah” kəndli fermer təsərrüfatlarının əmək stajı kitabları Lerik rayon Dövlət Arxivində aşkar olunmamışdır. xx xxxx 1979-ci ildən xx xxxx 1989-cu il tarixə kimi “Monidigah” kəndli Fermer təsərrüfatında əkib becərdiyi torpağa görə Dövlət Sosial Müdafiə fondunun Lerik rayon şöbəsinə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Belə ki, xx xxxxxx 2003-cü il tarixli, seriya BZB-069601 saylı qəbzlə 5000 və xx xxxxxx 2003-cü il tarixli BZB–070660 saylı qəbzlə isə 3000 manat məbləğində pul DSMF-nin Lerik rayon şöbəsinə ödəmişdir. xx xxxx 1979-cu ildən xx xxxx 1989-cu ilə kimi Lerik rayonun “Partiyanın XX Qurultayı” adına sovxozda, xx xxxxx 1989-cu ildən xx xxxxxx 1994-cü ilə kimi “Monidigah” sovxozunda və xx xxxxxx 1994-cü ildən xx xxxxxx 2004-cü ilə kimi “Monidigah” kəndli fermer təsərrüfatında fəhlə işləməsinin təsdiq olunmasını istəyir, lakin həmin təşkilatlar fəaliyyət göstərmədiyinə görə arayışı n əldə edilməsi qeyri-mümkündür. Həmçinin beş uşaq doğub tərbiyə etmiş və 25 ildən artıq əmək stajı vardır. “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə əsasən onun xx xxxxxx 2015-ci il tarixdən yaşa görə əmək pensiyasına çıxmaq hüququ vardır. Eyni zamanda xx xxxxxx 2006-cı il tarixli Qanuna xx xxxx 2017-ci il tarixli 543–VOD nömrəli Qanunla edilmiş dəyişiklik və əlavələrə əsasən 7.1-ci maddədə 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası təyin edilməsi nəzərdə tutulmuşdur. Qanunun geriyə qüvvəsi olmasına görə onun xx.xx.2015-ci ildən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasına çıxmaq hüququ da vardır.

6. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-162/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə (hakim C.Məmmədov) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının pensiya hüququnun yaranması üçün tələb edilən iş stajı mövcud deyil. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışına əsasən iddiaçının ümumilikdə 5 il 7 ay əmək stajı vardır.

8. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2-1(105)-330/2020 nömrəli qərarı ilə (hakimlər Z.Məmmədov (sədrlik edən və məruzəçi), T.Quliyev və H.Babayeva) Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkə məsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmununa uyğun olmaqla yanaşı göstərilmişdir ki, təqdim etdiyi sənədlər ona pensiya təyin olunması üçün bütün şərtlərin mövcüd olduğunu təsdiq edir. Belə ki, 5 uğaşı 8 yaşa kimi böyütməsi, 57 yaş həddinə çatması və tələb olunan 10 il sosial sığorta stajına qarşı 25 il stajının olması sübut olunur. Qanunun geriyə qüvvəsi olduğuna görə onun xx.xx.2015-ci ildən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasına çıxmaq hüququ da vardır. b. Kasas iya şikayətinə qarşı etirazlar

13. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin vəkili kassasiya şikayətinin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

17. «Əmək pensiyaları haqqında» Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə

1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaoluna nların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

8. Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası 8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»

3. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.

19. İnzibati icraat haqqında qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orq anlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

20. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayətləri vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Belə ki, iddia tələbinin hüquqi əsasını “Əmək pensiyalarl haqqında” Qanunun 8.1-ci maddəsi təşkil edir. Həmin normanın adı çəkilən qanunun 7-ci maddəsi ilə birgə təhlili o nəticəyə gəlməyə əsas verir ki, iddianın təmin olunması üçün aşağıdakı şərtlər ödənlməlidir: iddiaçı beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş olmalı; iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya bu pensiya təmina tına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalı; bu Qanunun 7-ci maddəsinə uyğun yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ verən yaşa çatmalıdır.

25. Bu şərtlərdən hər hansı birinin olmaması iddianın təmin edilməməsi üçün əsasdır.

26. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu şərtlər əsasında yoxlamış və müəyyən etmişdir ki, iddiaçıya pensiya təyin olunması üçün zəruri olan sosial sığorta stajı yoxdur. Buna görə də iddianın təmin olunmaması barədə gəlinən nəticə əsaslıdır.

27. İddiaçının əmək fəaliyyəti barədə təqdim olunan sübut yalnız Milli Arxiv İdarəsinin Lerik rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 121 saylı arayışıdır. Həmin arayışda iddiaçının “Monidigah” sovxozu üzrə xx xxxxx 1989-cu il tarixli 18/2 saylı əm rlə (paraqraf 4) sovxoza fəhlə kimi işə qəbul olunması və xx xxxxxx 1994-cü ildə 34 saylı əmrlə işdən azad edilməsi əksini tapmışdır. Bu dövr 5 il 7 ay 1 gün təşkil edir. Lakin iddiaçının “Monidigah” kəndli fermer təsərrüfatında işləməsi arxiv sənədləri və ya əmək kitabçası ilə təsdiqini tapmır.

28. İddiaçı 2019-cu ilin iyulun 14-də yaşa görə pensiya təyin edilməsi üçün Qanunla müəyyən edilmiş 55 il altı ay (xx.xx.2017-xx.xx.2018-ci il tarixədək olan dövr üçün qadınlar üzrə müəyyən edilmiş 60,5 il pensiya yaş həddi 5 il, yəni hər uşağa görə 1 il azaldılmaqla) yaşına çatmışdır. İşə baxmış məhkəmələr isə iddiaçının 52 yaşda pensiya almaq hüququ əldə etməsi barədə səhv nəticəyə gəlmişdir. Lakin bu hal qərarın ləğvinə və iddianın təmin olunmasına əsas vermir.

29. Apelyasiya instansiyası məhkəm əsi iddiaçının pensiya təyin olunması üçün yetərli iş stajına malik olması barədə dəlillərini araşdıraraq həmçinin göstərmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-8785/2018 saylı qətnaməsinə əsasən İddiaçı əmək stajı 18 il 8 ay müəyyən edilmiş, lakin həmin qətnamə Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-1963 saylı qərardadı ilə ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Belə olduğu tədqirdə iddiaçının pensiya hüququnun yaranması üçün tələb edilən 10 illik sığorta stajı mövcud deyildir.

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində tələb edilən sosial sığorta stajını toplaması müəyyən olunmadığından onun yaşa görə əmək pensiyası almaq hüququ yoxdur.

31. Apelyasiya instansiyası məhkəməsi işin hallarını tam müəyyən etmiş və maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur.

32. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2-1(105)-330/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar