Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-291/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarının icrası üzrə icraat) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 01.02.2022 Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X2) “fərdi yaşayış evinə dair texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilm əsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 noyabr tarixli, 2-1(107)-467/2021 nömrəli qərardadından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
1. İddiaçılar 2019-cu il 16 iyun tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2019-cu il 4 dekabr tarixli reyestr nömrəsi **********14-10301 olan ünvan 1 ünvanına aid X1 adına işlənilmiş fərdi yaşayış evinə dair texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər.
2. Şəki İnzibati Məhkəməsinin 2021-ci il 19 aprel tarixli, 2-1(116)-127/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehi n üzərinə 2019-cu il 4 dekabr tarixli reyestr nömrəsi **********14-10301 olan ünvan 1 ünvanına aid X1 adına işlənilmiş fərdi yaşayış evinə dair texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi öhdəliyi qoyulmuşdur.
3. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 30 iyul tarixli, 2-1(107)-286/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2021-ci il 19 aprel tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Bundan sonra Şəki İnzibati Məhkəməsinin 2021-ci il 19 aprel tarixli, 2-1(116)127/2021 nömrəli qərarından çıxarış icra edilməsi üçün Şəki İnzibati Məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli məktubu ilə cavabdehə göndərilmişdir. m əhkəmə qərarının icrası ilə bağlı icraat
6. İddiaçı1 Şəki İnzibati Məhkəməsinə 2021-ci il 21 oktyabr tarixli ərizə ilə müraciət edərək, məhkəmənin qərarının bugünədək icrasız qaldığını bildirmiş və həmin qərarın icrasının təmin olunmasını xahiş etmişdir.
7. Şəki İnzibati Məhkəməsinin 2021-ci il 22 oktyabr tarixli, 2-1(116)-127/2021 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 2021-ci il 19 aprel tarixli, 2-1(116)127/2021 nömrəli qərarının icrası icra sənədi verilməklə Şəki Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmışdır.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi Şəki şəhərində yerləşdiyinə görə Şəki İnzibati Məhkəməsinin 2021-ci il 19 aprel tarixli, 2-1(116)-127/2021 nömrəli qərarının icrası üçün səlahiyyətli orqan Şəki Rayon İcra və Probasiya Şöbəsi müəyyən edilməli və icra vərəqəsi verilərək qərarın icrası həmin orqana tapşırılmalıdır.
9. Üçüncü şəxs həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 noyabr tarixli, 2-1(107)-467/2021 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin 2021-ci il 22 oktyabr tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Üçüncü şəxs həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərardadı dəyişdirilmədən qüvvədə saxlayarkən heç bir araşdırma aparmamış, nəyə görə qərarın icra edilmədiyini, ümumiyyətlə icra edilib-edilə bilinmədiyini araşdırmamışdır. Məhkəmə tərəfindən iddiaçının ərizəsinin araşdırılmadan birbaşa təmin edilməsi də məhkəmənin obyektivsizliyindən, birtərəfli olmamasından əsaslı şübhələrin yaranmasına şərait yaradır. Apellyasiya instansiyası məhkəməsinin qərardadı işin hallarına uyğun olmadığından, əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri
14. İddiaçı1 Əsəbəli oğlu kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda g östərilmişdir ki, üçüncü şəxs X1 qanunsuz şikayətlər verməklə qanuni qüvvəyə minmiş qərarın icrasını əsassız olaraq gecikdirməkdədir. Şikayətlər nəticəsində qanuni qüvvəyə minmiş qərarın icrası mümkün olmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmalıdır. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
129. Məhkəmə qərarları və onların icrası İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
16. İnzibati Prosessual Məcəllə: Maddə
78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcbu ridir. Maddə 79.1. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Maddə 79.2. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasi təsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessu al Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Maddə 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. 17. "İcra haqqında" Qanun: Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 18. “Dövlət rüsumu haqqında” Qanun: Maddə 27.4. Daşınmaz əmlak üzərində hüquqların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında dövlət qeydiyyatına alınanadək verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmur. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icra at çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
22. Şikayətin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi qərardadı dəyişdirilmədən qüvvədə saxlayarkən heç bir araşdırma aparmamış, nəyə görə qərarın icra edilmədiyini, ümumiyyətlə icra edilib-edilə bilinmədiyini araşdırmamışdır.
23. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, yuxarıda istinad olunan normaların tələblərindən göründüyü kimi, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsul iyyətə səbəb olur. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.
24. İşin materiallarına görə, cavabdeh inzibati orqan məhkəmə qərarının icrası ilə bağlı məktubunda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə istinadla qeyd etmişdir ki, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxu d qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır.
25. Məktubda, həmçinin qeyd olunmuşdur ki, vətəndaş “Dövlət rüsumu haqqında” Qanunun 26-cı maddəsinə əsasən müəyyən edilmiş dövlət rüsumu və Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2021-ci il 4 yanvar tarixli, 2 saylı qərarı ilə təsdiq edilmiş xidmət haqqı ödənilərək müəyyən ölçü işlərinin aparılması təmin edilməklə mövcud qanunvericiliyin tələblərinə uyğun müraciət ediləcəyi təqdirdə məhkəmə qərarının icrası təmin ediləcəkdir.
26. Göründüyü kimi, qərarının cavabdeh inzibati orqan tərəfindən icra olunmamasının səbəbi kimi dövlət rüsumu və xidmət haqqının ödənilməməsi göstərilmişdir.
27. Cavabdehin həmin şərtə istinadı isə əsassız o lmuşdur. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 27.4-cü maddəsinin tələbindən göründüyü kimi, qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmur.
28. Hazırkı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarını görə, cavabdeh inzibati orqan tərəfindən hüquqların dövlət qeydiyyatı aparılan zaman texniki səhvə yol verdiyi təsdiqini tapdığından, mübahisə predmeti olan 86 sm olan dar dalan texniki pasportda 2.0 metr qeyd olunduğundan və bununla da iddiaçıların tələbi əsaslı olduğundan iddia təmin edilmiş, cavabdehin üzərinə 2019-cu il 4 dekabr ta rixli reyestr nömrəsi **********14-10301 olan ünvan 2 ünvanına aid X1 adına işlənilmiş fərdi yaşayış evinə dair Texniki pasporta ilkin sənədlərə uyğun düzəliş edilməsi öhdəliyi qoyulmuşdur.
29. Eyni səbəblərə görə (texniki səhvə cavabdeh tərəfindən yol verilməsi), həmin səhvin aradan qaldırılması üçün xidmət haqqının tələb olunması da əsassızdır.
30. Məktubda məhkəmə qərarının icrasını mümkünsüz edən hər hansı hala istinad yoxdur.
31. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 25 noyabr tarixli, 2-1(107)-467/2021 nömrəli qərardadı dəyişdirilmədən saxla