Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-291/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: iddia predmeti olan inzibati aktların inzibati icraat ilə ləğv edilməsi; iddia tələbinin dəqiqləşdirilməsi, məhkəmənin yardımetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidm ətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 sentyabr 2023-cü il tarixli, 2-1(105)-223/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********518800 nömrəli qərarı ilə 2021-ci il hesabat dövrü üzrə 340.046,06 manat əlavə mənfəət vergisi hesablanmışdır.
2. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********0518500 nömrəli Qərarı ilə 2019-cu il hesab dövrü üzrə 65.343, 21 manat əlavə mənfəət vergisi hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il tarixli **********518800 nömrəli və xx.xx.2022-ci il tarixli **********0518500 nömrəli Qərarların ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********438600 nömrəli Qərara əsasən 2021-ci ilin may ayına ƏDV üzrə 248148.71 manat, xx.xx.2021-ci il tarixli **********210400 nömrəli qərara əsasən 2021-ci ilin Mənfəət vergisi üzrə 340046.06 əlavə vergi məbləği hesablanmışdır. Qeyd olunan qərarlarda hesablamanın əsası kimi ƏDV bəyannamələrində və Mənfəət vergisi bəyannaməsində vergiyə cəlb edilən dövriyyənin az bəyan edilməsi göstərilmişdir. Aşağıda qeyd olunanlara əsasan cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********438600 nömrəli və xx.xx.2021-ci il tarixli **********210400 nömrəli qərarları qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı MMC təqdim etdiyi mallara görə əldə etdiyi vəsaiti tam şəkildə ƏDV və Mənfəət vergisi bəyannamələrində əks etdirmişdir. Lakin cavabdeh vergi orqanı ona məlum olmayan səbəblərdən həm ƏDV, həm də Mənfəət vergisi bəyannamələri üzrə vergiyə cəlb edilən dövriyyəni kəskin şəkildə artıraraq cəmiyyətə əsassız əlavə vergi məbləği hesablamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda xx.xx.2022-ci il tarixli **********0518500 nömrəli qərarla bağlı göstərilmişdir ki, iddiaçı dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək iddiaçı tərəfindən hesablama metodu ilə təqdim edilmiş 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi araşdırılmış və aparılan araşdırmaya əsasən 2019-cu il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 317.189,85 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortiza siya və s.) şişirdilməsi kimi qiymətləndirilmişdir. İddiaçı tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən və müvafiq dövr üzrə bəyannaməyə düzəliş edilmədiyindən kameral vergi yoxlamasına əsasən 2019-cu ilin mənfəət vergisi bəyannaməsi üzrə 61.051,60 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********915700 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2020, xx.xx.2020 və xx.xx.2022-ci il tarixlərdə boş bəyannamə təqdim edilmiş və hesablanmış vergi məbləği azaldıldığından vergi ödəyicisinə yenidən xx.xx.2022-ci il tarixli **********702200 nömrəli AVİS-dən kənar uyğunsuzluq məktubu göndərilmiş, kameral vergi yoxlamasına əsasən həmin vergi məbləği bərpa edilmiş və xx.xx.2022ci i l tarixli **********518500 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Həmçinin, Qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020-ci il tarixdən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 316659,11 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim edilmiş cəmi bəyannamələrə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 68510,40 manat olması təqdim edilmiş bəyannamələr üzrə ümumilikdə 248148,71 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. İddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. İddiaçı tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən və müvafiq dövr üzrə bəyannaməyə düzəliş edilmədiyindən ka meral vergi yoxlamasına əsasən 2021-ci ilin may ayı əlavə dəyər vergisi bəyannaməsi üzrə 248.148,71 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********438600 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə boş bəyannamə təqdim edilmiş və hesablanmış vergi məbləği azaldıldığından yenidən kameral vergi yoxlamasına əsasən həmin vergi məbləği bərpa edilmiş və xx.xx.2022-ci il tarixli **********896100 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir.
6. Etirazda xx.xx.2022-ci il tarixli **********518800 nömrəli qərarla bağlı göstərilmişdir ki, hesablama metodu ilə təqdim edilmiş 2021-ci ilin mənfəət vergisi bəyannaməsinin “Xammal və materiallar” (221.3-cü), “Malın dəy əri” (221.4-cü), Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri (221.11-ci), Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri (221.14-cü), Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), “Nəqliyyat xərcləri” (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (1700362,00 manat), vergi ödəyicisi tərəfindən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (və ya “Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 Ns-li Əlavəsinin Hesabat dövrünün sonuna sütununda əks etdirilmiş mal-materi al qalığının məbləği (0 manat) (+) cari il ərzində əldə edilmiş eqaimə-fakturaların və alış aktlarının məbləği (12,00 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (12,00 manat) bəyannamənin 1 Ns-li Əlavəsinin Hesabat dövrünün sonuna sütununda əks etdirilmiş mal -material qalığının məbləğinin (0 manat) çıxılması nəticəsində yaranan (12,00 manat) məbləğin müqayisəsi nəticəsində 1700350,00 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********074400 nömrəli elektron kameral üçün uyğunsuzluq məktubu göndərilmişdir. Lakin iddiaçı tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən və müvafiq dövr üzrə bəyannaməyə düzəliş edilmədiyindən kameral vergi yoxlamasına əsasən 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 340.046,06 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********210400 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. İddiaçı tərəfindən xx.x x.2022-ci il tarixdə dəqiqləşdirilmiş bəyannamə təqdim edərək hesablanmış vergi məbləğini azaltmış, vergi orqanı tərəfindən yenidən xx.xx.2022-ci il tarixli **********633200 nömrəli elektron kameral üçün uyğunsuzluq məktubu göndərilmiş və kameral vergi yoxlamasına əsasən hesablanmış vergi məbləği bərpa edilərək vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********518800 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-2539/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********518800 nömrəli və xx.xx.202 2-ci il tarixli **********0518500 nömrəli qərarları ləğv edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, - xx.xx.2022-ci il tarixli **********518500 nömrəli Qərar barəsində: vergilərin hesablanmasına dair xx.xx.2022-ci il tarixli **********518500 nömrəli qərarda hesablamanın səbəbi “idxal edilmiş malların faktiki qiymətləri ilə statistik qiymətləri arasındakı fərq”, “xərclərin şişiridilməsi”, “analoji vergi ödəyicilərinin uçot göstəriciləri ilə müqayisədə vergilərin az göstərilməsi” ilə əlaqələndirilməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hesablamanın əsl səbəbi iddiaçı tərəfindən 2019-cu il üzrə Mənfəət vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin “Mallar” başlıqlı 1.3.2-ci sətrində əks etdirdiyi hesabat ilinin sonuna olan (növbəti hesabat ilinə keçi rilən) 1 754 875.0 manat məbləğində mal qalığının vergi orqanı tərəfindən təqdim edilmiş mal kimi qiymətləndirilməsi olmuşdur. Belə ki, iddiaçının 2019-cu il ərzində malların (işlərin, xidmətlərin) təqdim edilməsindən hər hansı gəliri olmadığı halda, cavabdeh vergi orqanı bununla razılaşmamış və vergi bəyannaməsində göstərilən 1 754 875.0 manat mal qalığını iddiaçının gəliri kimi qiymətləndirərək vergiyə cəlb etmiş, lakin istər vergilərin hesablanması barədə qərarda, istərsə də, məhkəmə araşdırması bunu hansı səbəbdən etdiyini əsaslandıra bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, bir haldakı iddiaçının 2019-cu il ərzində malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsindən hər hansı gəliri olmamış və cavabdeh vergi orqanı da iddiaçının həmin il ərzind ə malların təqdim edilməsindən 1 768 451.0 manat gəlir əldə etdiyinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmir, bu halda mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********518500 nömrəli Qərar əsasında hesablanmış 65 343.21 manat əlavə vergi məbləğinin düzgünlüyü öz təsdiqini tapmır. - xx.xx.2022-ci il tarixli **********518800 nömrəli Qərar barəsində: iddiaçının 2021-ci ilin əvvəlinə mal qalığı 1.700.362.0 manat olmuş və həmin hesabat ili üzrə təqdim etdiyi Mənfəət vergisi bəyannaməsində “Malın dəyəri” başlıqlı 221.4-cü sətirdə təqdim edilmiş malların dəyərini haqlı olaraq 1.700.362.0 manat bəyan etdiyi halda, cavabdeh həmin xərci hər hansı əsas olmadan qəbul etməmişdir. Cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********518800 nömrəli Qərara əsasən hesablanmış 340 046.06 manat əlavə vergi məbləği öz təsdiqini tapmadığından ləğv edilməlidir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 sentyabr 2023cü il tarixli, 2-1(105)-223/2023 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, - Cavabdeh in zibati orqan hesablamaya əsas olaraq 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində öz əksini tapmış 1,700,362.0 manat xərcə dair təsdiqedici sənədin olmadığını qeyd etsə də, məhkəmə araşdırması zamanı 2021-ci ilin bəyannaməsində öz əksini tapmış 1,700,362.0 manat mal qalığının 2019cu ilin sonuna olan mal qalığının satılmamış hissəsi olduğu müəyyən edilmişdir. - Cavabdehin iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu il üzrə təqdim edilmiş bəyannamədə mal qalığının 21,099.0 manat bəyan edilməsi barədə dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli bəyannamədən sonra daha üç dəfə, xx.xx.2020, xx.xx.2020, və xx.xx.2022-ci il tarixlərdə yenidən dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim et miş, sonuncu dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi isə məhz xx.xx.2022-ci il tarixli bəyannamə olmuşdur. Belə ki, vergi ödəyicisi təqdim edilmiş hesabatlar ilə uçot sənədləri arasında hər hansı uyğunsuzluq (kənarlaşma) aşkar edərsə, həmin dövr üzrə hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində (səyyar vergi yoxlaması təyin edildiyi halda isə yoxlamanın başladığı günədək) dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etmək hüququna malikdir. (Vergi Məcəlləsinin 72.5 və 85.5ci maddələri) Göründüyü kimi, vergi orqanının hesablama zamanı istinad etdiyi xx.xx.2020-ci il tarixli bəyannamədən sonra 3 yeni dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edildiyindən öz hüquqi qüvvəsini itirmişdir. Sonuncu, yəni xx.xx.2022-ci il tarixli dəqiqləşdirilmiş Mənfəət vergisi bəyannaməsində (1 nömrəli Əlavən in “Mallar” başlıqlı 1.3.2-ci sətrində) isə hesabat ilinin sonuna mal qalığı 1,754,875.0 manat bəyan edilmişdir. - Cavabdeh vergi orqanı 2019-cu ilin sonuna olan mal qalığının 2019-cu və ya 2020-ci illərdə satıldığına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir ki, bu da həmin malların qalıq qismində 2021-ci ilə keçməsi faktını təsdiq edir. Əksinə, cavabdeh vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş “Məlumatın təqdim edilməsi haqqında” məktubda qeyd edilir ki, vergi ödəyicisi tərəfindən 2019-2020-ci illər ərzində elektron qaimə fakturaya əsasən malların təqdim edilməsi və ya 2019-cu il ərzində kassa üzrə satış əməliyyatları olmamışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSAS İYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində işin halları, iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, müvafiq dövrlər üzrə kameral vergi yoxlaması ilə hesablanmış əlavə vergi məbləğlərinə 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə yenidən baxılmış, hesablanmış vergi məbləğinin böyük hissəsi (348 858,9 manat) xx.xx.2023-cü il tarixli qərarlarla azaldılmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim etdiyi 2019-cu il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində ilin sonuna 1 754 875,0 manat mal qalığının göstərilməsini nəzərə alaraq, müvafiq dövr üzrə hesablanmış mənfəət vergisi azaldılmışdır. Eyni zamanda sözügedən bəyannamə üzrə aparılmış araşdırma nəticəsində 2019-cu il üzrə idxal olunan malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 317 189,85 manat fərq məbləği və 2019-2020-ci illər üzrə yaranmış 22 486,33 manat zərər məbləğləri də nəzərə alınmaqla 2021-ci il üzrə hesablanmış vergi məbləğinin 56 530,37 manat hissəsi qüvvədə saxlanılmışdır.
14. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə təqdim etdiyi 2019-cu il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində ilin sonuna 1.754.875,0 manat mal qalığının göstərilməsini nəzərə alaraq, müvafiq dövr üzrə hesablanmış mənfəət vergisi azaldılmış, “Vergilərin, Sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2023-cü il tarixli **********592400 nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli **********518500 nömrəli qərar cavabdeh vergi orqanı tərəfindən ləğv edildiyindən bu hissədə icraata xitam verilməlidir. Həmçinin, 2019-cu il üzrə idxal olunan malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 317 189,85 manat fərq məbləği və 2019-2020-ci illər üzrə yaranmış 22 486,33 manat zərər məbləğləri də nəzərə alınmaqla 2021-ci il üzrə hesablanmış vergi məbləğinin 56 530,37 manat hissəsi qüvvədə saxlanılmışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdeh vergi orqanı birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş halı (iddiaçının 2019-cu ilin sonuna 1,754,875.0 manat mal qalığının olduğunu və bu səbəbdən də aparılmış hesablam alarının qanunsuz olduğunu) etiraf etmiş və mübahisələndirilən qərarları ləğv etmişdir. Bu isə o deməkdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı mübahisələndirilən xx.xx.2022 və xx.xx.2022-ci il tarixli qərarların ləğv edilməsi hissəsində qanuni qüvvəyə minmişdir.
16. Cavabdeh vergi orqanı 2021-ci il üzrə qüvvədə saxlanılmış 56,530.37 manat əlavə vergi məbləğini belə əsaslandırır ki, 2019-cu il üzrə idxal olunan malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 317,189.85 manat fərq məbləği kənarlaşma kimi qiymətləndirilmişdir. Cavabdeh vergi orqanının məhkəmə çəkişməsi davam etdiyi dövrdə əvvəlki iki instansiya məhkəməsinin hüquqi mövqeyini nəzərə almadan, mübahisələndirilən qərarları ləğv etmişdir. Hesablamaya münasibətdə qeyd edilməlidir ki, vergitutma məqsədləri üçün malların uçotu Vergi Məcəlləsinin 139.2-ci maddəsinin tələbinə əsasən istehsal xərclərinə və ya satınalma qiymətinə əsasən uçota alınır. Başqa sözlə desək, mallar idxal zamanı gömrük orqanı tərəfindən müəyyən edilmiş gömrük dəyərinə əsasən deyil, məhz faktiki satınalma (invoys) dəyərinə əsasən uçota alınır. Cavabdeh vergi orqanının kassasiya şikayətində də etiraf etdiyi kimi mallar 2019-cu il ərzində idxal edilmişdir ki, həmin idxal zamanı invoys dəyəri ilə gömrük dəyəri arasında yaranan fərqə görə 2021-ci ilin mənfəət vergisi üzrə əlavə vergi məbləğinin hesablanması qanunsuz olmuşdur. Hesablama yalnız 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə münasibətdə Vergi Məcəlləsinin 37.2ci maddəsində müəyyən edilmiş müddətdə həyata keçirilə bilərdi. Halbuki, cavabdeh nəinki VM-ni n 37.2-ci maddəsində nəzərdə tutulmuş 60 iş günü müddətini, hətta VMnin 85.4-cü maddəsində hesablama üçün nəzərdə tutulmuş 3 illik müddəti də ötürmüşdür. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, ayd ın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
72. İnzibati aktın inzibati orqanın özü tərəfindən ləğv olunduğu və ya digər əsaslara görə qüvvədən düşdüyü hallarda, məhkəmə iddiaçının hüquqi marağını nəzərə alaraq onun ərizəsinə (vəsatətinə) əsasən həmin aktın etibarsız (qanunsuz) sayılması barədə qərar qəbul edir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüq uqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyas ı məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
21. Hazırkı iş üzrə işə baxan birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi 2019-cu və 2021-ci ilin mənfəət vergisi ilə bağlı qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********518800 nömrəli və xx.xx.2022-ci il tarixli **********0518500 nömrəli qərarların ləğvinə dair iddia tələbini mümkün sayaraq mahiyyəti üzrə qiymətləndirmə aparsalar da, işin hallarından görünür ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********518800 nömrəli və xx.xx.2022-ci il tarixli **********0518500 nömrəli qərarları ləğv edilərək xx.xx.2023-cü il tarixli **********594800 saylı və xx.xx.2023-cü il tarixli **********592400 saylı qərarlar qəbul edilmişdir.
22. Məhkə mə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
23. İstinad olunan hüquq normalarının tələbləri baxımından mübahisələndirilən inzibati akt xx.xx.2023-cü il tarixli qərarlarla ləğv edildiyindən hüquq i qüvvəsini itirmişdir.
24. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 25. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur.
26. Plenum qərarında həmçinin qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edi lməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
27. Göründüyü kimi, iddianın mümkünlük şərtlərindən biri də cavabdehin inzibati aktın qəbul edilməsində ifadə olunan hərəkətlərinin şəxsin hüquqlarına müdaxilə təşkil etməsidir.
28. Nəzərə alınmalıdır ki, hazırkı işin kontekstində qeyd edilən tərzdə hüquqlara müdaxilə o halda baş verəcək ki, iddiaçının mübahisələndirdiyi inzibati akt hüquqi qüvvəsində olsun.
29. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarlar cavabdehin özü tərəfindən ləğv edildiyindən və inzibati aktın ləğv edilməsi apellyasiya instansiyası məhkəməsinin icraatından sonra baş verdiyindən iş üzrə yenidən məhkəmə araş dırması aparılmalıdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 72-ci maddəsinə əsasən inzibati aktın inzibati orqanın özü tərəfindən ləğv olunduğu və ya digər əsaslara görə qüvvədən düşdüyü hallarda, məhkəmə iddiaçının hüquqi marağını nəzərə alaraq onun ərizəsinə (vəsatətinə) əsasən həmin aktın etibarsız (qanunsuz) sayılması barədə qərar qəbul edir.
31. Belə ki, İnzibatı Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatları n təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
32. Beləliklə, təkrar işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya hüquqi marağı baxımından iddia tələbinin dəqiqləşdirilməsinə dair hüquqi yardım göstərməklə mübahisə predmeti barəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli inzibati aktların ləğvini və ya İPM-in 72-ci maddəsinə əsasən inzibati icraatda ləğv olunmuş inzibati aktların etibarsız sayılmasını tələb etmək hüququ izah edilməlidir.
33. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 sentyabr 2023-cü il tarixli, 2-1(105)-223/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.