Məhkəmə qərarları › İş №2-1(102)-2910/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2910/2025

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-2910/2025 08.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı İsmayıl oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: əmək kitabçasının, güzəştli iş stajı barədə işəgötürənin arayışının, həmçinin iş stajını təsdiq edən sənədlərin mötəbərliyi prezumpsiyası, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı İsmayıl oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əvvəlki 3 il üçün hesablanıb ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı ##.##.2021-ci il tarixdən, yəni 60 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi ##.##.2024-cü il tarixdən əvvəlki 3 il üçün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir.

3. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ##.##.1961-ci il təvəllüdlü iddiaçının 60 yaşının tamam olduğu ##.##.2021-ci il tarixə onun 25 ildən artıq (31 il 3 ay 15 gün) ümumi sosial sığorta stajı vardır. Həmçinin qeyd olunan tarixə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 53350,06 manatdır ki, bu da, tələb olunan 40800 manatdan artıqdır. Xüsusi iş stajına münasibətdə cavabdeh iddiaçının ##.##.2009-##.##.2012-ci il tarixləri arasındakı dövr ərzində “xxxx” ASC-nin “STP” Tikinti Layihəsinin Quraşdırma sahəsində “quraşdırıcı-çilingər” peşəsində çalışdığı müddətdə onun bilavasitə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə işlə məşğul olub-olmaması barədə məlumatın təqdim olunmamasına, ******* nömrəli əmək kitabçasında ##.##.1987–##.##.1999-cu il tarixləri arasında “Akvilon” QTSC-də iş fəaliyyəti dövründə işdən çıxma əmrinin qarşısında vurulmuş möhürün oxunmamasının təqdim edilən məlumatların etibarlılığına əsaslı şübhələr yaratmasına, “Akvilon” QTSC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışda iddiaçının ##.##.1990–##.##.1999-cu il tarixləri arasında “elektrik qaynaqçısı” vəzifəsində çalışdığı təsdiqlənsə də, bu peşənin Siyahının “bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində nəzərdə tutulmamasına istinad edərək həmin dövrün güzəştli iş stajı kimi tanınmasından imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı ümumilikdə 5 il 5 ay 29 gün qəbul edilmişdir (##.##.1980–##.##.1981, ##.##.1981–##.##.1981, ##.##.1984–##.##.1986, ##.##.1986–##.##.1987, ##.##.2006–##.##.2008). İş materiallarında olan “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli işin xarakteri haqqında güzəştli arayışında iddiaçının ##.##.2009-cu ildə “xxxx” ASC-nin “STP” Tilinti Layihəsinin Quraşdırma sahəsinə “quraşdırıcı çilingər” peşəsinə qəbul edilməsi və ##.##.2012-ci ildə əmək müqaviləsinə xitam verilməsi, “STP” Tikinti Layihəsinin Quraşdırma sahəsinin “quraşdırıcı çilingərləri”nin zavodların tikintisidə quraşdırılan polad və dəmir-beton konstruksiyaların quraşdırılması ilə məşğul olmaları qeyd edilmişdir. “xxxx” ASC-nin ##.##.2015-ci il tarixli, ATÜ/*** nömrəli əmri ilə Cəmiyyətdə “elektrik qaynaqçısı” işləmiş işçilər “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” hesab edilir. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci (“Ümumi peşələr”) bölməsinə əsasən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə və 29-cu (“Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”) bölməsinə əsasən “polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar” peşəsinə aiddir. Göründüyü kimi, iddiaçının “quraşdırıcı-çilingər” peşəsində çalışdığı müddətdə onun bilavasitə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə işlə məşğul olması işdə olan “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli işin xarakteri haqqında güzəştli arayışı ilə sübut olunur. İddiaçının ##.##.1987–##.##.1999-cu il tarixləri arasında əmək fəaliyyəti müddətinə dair əmək kitabçasının mötəbərliyinin şübhə altında olmasına dair cavabdehin dəlilinə münasibətdə qeyd edilməlidir ki, “Akvilon” QTSC-nin ##.##.2024-cü il tarixli güzəştli arayışında iddiaçının ** saylı X1 ##.##.1987-ci il tarixdən * saylı qəlibləyici sexə 3-cü dərəcəli “qəlibləyici” qəbul olunması, ##.##.1990-cı il tarixdən ##.##.1999-cu il tarixə qədər armatur sexində “əl ilə elektrik qaynaqçısı” işləməsi və ##.##.1999-cu il tarixdə öz ərizəsinə əsasən işdən azad olunması, sözügedən arayışın “Akvilon” QTSC-nin arxivində saxlanılan sənədlər əsasında tərtib edilməsi qeyd edilmişdir. Həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ##.##.1998-ci il tarixli, **/** nömrəli qərarı və Cəmiyyətin ##.##.1998-ci il tarixli, ** nömrəli protokoluna əsasən ** saylı X2 adı dəyişdirilib “Akvilon” QTSC adlandırıldığı üçün verilən sənədlər yeni ştamp və möhürlə təsdiqlənmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının sözügedən müddət ərzində əmək fəaliyyəti müddəti ilə bağlı cavabdehin şübhələri sırf subyektiv mülahizələrdən ibarət olmuşdur. “Əl ilə elektrik qaynaqçısı” peşəsinin isə Siyahının “bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində nəzərdə tutulub-tutulmamasının hər hansı hüquqi əhəmiyyəti yoxdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi həmin peşə Siyahının 35-ci “Ümumi peşələr” bölməsində nəzərdə tutulduğundan zərərli sahə kimi nəzərə alınmalıdır. Belə olan halda iddiaçının xüsusi iş stajı 12 il 6 aydan artıq olur ki, bu da, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verir. İddiaçının cavabdehə ilkin müraciəti ##.##.2024-cü il tarixdə olduğundan ona cavabdehə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya hesablana bilər. Göstərilən qaydada iddiaçıya ödəniləcək pensiyanın hesablanmasının əvvəli ##.##.2021-ci ildən sayılmalıdır.

5. Cavabdeh mahiyyətcə imtinasının, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.2- 96.3, 6.98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının ##.##.2006-cı il tarixədək bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Cavabdeh tərəfindən istinad edilən hallar, başqa sübutlarla təsdiq olunmadığı təqdirdə, əmək kitabçasının iddiaçının əmək fəaliyyəti ilə bağlı qeydlərinin mötəbərliyinin şübhə altına alınması üçün yetərli əsas sayıla bilməz. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)- ****/**** nömrəli qərarları).

10. Həmçinin formalaşmış məhkəmə təcrübəsinə əsasən, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından şəxsin ümumi və güzəştli iş stajını təsdiq edən sənədlər, o cümlədən güzəştli arayış, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin sənədlərdə nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarları).

11. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.

12. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

13. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır və şikayətin qəbulundan imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar