Məhkəmə qərarları › İş №2-1(102)-2911/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2911/2023

24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2911/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etmədən imtina) 24.11.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə “üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma barədə” ərizəçilər X2 və Maraqlı şəxs tərəfindən verilmiş ərizəyə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2734/2023 nömrəli qərardadından ərizəçilər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2-1(82)1652/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya məxsus olmuş Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2210-cu məhəllədə yerləşən 710 kv.m ölçüdə qeyriyaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 852000 manat məbləğində kompensasiyanın cavabdehdən iddiaçının xeyrinə tutulması qərara alınmışdır.

3. Həmin qərardan ca vabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2020-ci il tarixli, 2-1(103)89/2020 nömrəli qərarı ilə qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2-1(82)-1652/19 nömrəli qərarı yoxlanılan hissədə qismən – cavabdehdən iddiaçının xeyrinə 497000 manatın tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qərar yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

4. Həmin qərardan iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 31 avqust 2020-ci il tarixli, 2-1(102)-1536/2020 nömrəli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2-1(103)-8 9/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli məktubla icra edilməsi üçün cavabdehə göndərilmiş, lakin cavabdeh tərəfindən həmin qərarın icrası təmin edilməmişdir.

6. Sözügedən məhkəmə qərarı əsasında birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixdə icra vərəqəsi verilərək icra edilməsi üçün Bakı şəhəri Xətai rayon İcra və probasiya şöbəsinə göndərilmiş və icra qurumu tərəfindən 15 mart 2021-ci il tarixli qərarla həmin icra sənədi üzrə icraata başlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat 7. 15.05.2023-cü il tarixdə X2 və Maraqlı şəxs tərəfindən Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edilərək, onların üçüncü şəxs qismində hazırkı iş üzrə məhkəmə icraatına cəlb olunmaları xahiş edilmişdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1652/2019 nömrəli qərarı ərizəçilərə Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətlərinə cavab məktubundan məlum olmuşdur. xx.xx.2001-ci il tarixdə hazırkı iş üzrə iddiaçı “Qartal” kiçik müəssisəsi ilə X2 və Maraqlı şəxs arasında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə müəssisənin 0,30 ha ölçüdə ərazidə fiziki şəxslə birlikdə daş emalı istehsalı sahəsinin tikilməsini bərabər aparması qeyd olunsa da, tikinti işlərinə sərmayə adıçəkilən şəxslər tərəfindən qoyulmuşdur. Bu şərt tam olaraq əsas verir ki, icra hakimiyyətlərinin göstərişi əsasında sökülən qeyri-yaşayış sahəsinə görə ödəniş ona xərc çəkən hazırkı ərizəçilərə ödənilməlidir. 2.6-cı bənddə qeyd olunanlar nəzərə alınsa, gələcəkdə hər hansı biri müəyyən səbəblər üzündən öz fəaliyyətini dayandırarsa, ümumi razılıq və qiymətləndirmə əsasında onların hər birinə düşən 33 faizdir. Yəni, X1 və Maraqlı şəxs ümumilikdə 66,6 faiz ödənilməlidir. Bundan başqa, “Qartal” kiçik müəssisəsinin direktoru İddiaçı tərəfindən yazılan cavab məktubunda cizgidə göstərilən ərazidə vəsait çatışmadıqda, onların icra olunması və gələcəkdə həmin 0,3787 ha əraziyə heç bir iddia qaldırılmayacağı bildirilmişdir. Babək prospekti, 2100 məhəllə ünvanında yerləşən “qəbir daşı” sexinin ümumi ərazisi 2,800 kv.m, əsas və yardımçı tikililər 710 kv.m təşkil edir. Məhkəmə qərarının surəti onlara təqdim olunmaqla, ərizəçilərin üçüncü şəxs qismində hazırkı iş üzrə məhkəmə icraatına cəlb olunmaları məhkəmədən xahiş olunur.

9. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 17 may 2023-cü il tarixli, 21(82)-1652/2019 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, ərizəçilərin müvafiq daşınmaz əmlaka hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, habelə istinad olunan müvafiq müqavilənin tərəfi olan “Qartal” kiçik müəssisəsi və ya onun rəhbəri daşınmaz əmlakın istifadəçisi olduğundan, yekun məhkəmə qərarının qəbul edilməsi və qüvvəyə minməsi ilə başa çatmış məhkəmə icraatının üçüncü şəxsin cəlbi ilə əlaqədar təzələnməsi məqsədəuyğun deyil. Ərizəçilərin hüquqi müdafiə vasitələri və təqdim etdiyi sübutlar “Qartal” kiçik müəssis əsinə qarşı mülki qaydada mübahisə açmaq imkanına daha adekvatdır, nəinki onların inzibati məhkəmə icraatı qaydasında baxılmış işə icraat təzələnməklə üçüncü şəxs qisimində qoşulmasına. Odur ki, məhkəmə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2-1(82)-1652/2019 nömrəli qərarının ləğv olunmasına və ərizəçilərin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlbinə zərurət görmür və hesab edir ki, “üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma barədə” ərizə təmin edilməməlidir.

11. Ərizəçilər apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdirlər. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Aytən Oruczadə və Rəşid Səmədov) 20 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2734/2023 nömrəli qərardadı ilə ərizəçilərin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, ərizəçilərin üçüncü şəxs kimi işə cəlb edilmələrinin əsası kimi istinad etdikləri müqavilə onların inzibati məhkəmə icraatı qaydasında yekunlaşmış işə qoşulması üçün deyil, daha çox mülki məhkəmə icraatı qaydasında iddiaçıya qarşı hüquqlarının pozulduğunu iddia etdikləri halda müvafiq mülki iddia qaldırmaları üçün əsas kimi çıxış edə bilər. Hazırkı vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, ərizəçilərin göstərdiy i dəlillər onların üçüncü şəxs qismində işə cəlb olunmalarını qanunla tələb etmir və hazırkı iş üzrə çıxarılan məhkəmə aktı ərizəçilərin fiziki şəxs kimi hər hansı qanuni mənafeyinə toxunmadığından birinci instansiya məhkəməsi düzgün olaraq sonuncuların işə cəlb olunmasından imtina etmişdir. Apellyasiya şikayətinin dəlilləri bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qərardadın ləğv edilməsinə əsas vermir.

14. Ərizəçilər kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Ərizəçilərin kassasiya şikayətinin dəlilləri onların ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldi kdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına m əlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 18. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixi qərarı 19. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 01/2022 nömrəli qərardadı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab ed ir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayə tinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb olunma ilə bağlı məsələ lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

27. Hazırkı iş üzrə ərizəçilərin tələbi onların üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmələrinə yönəlmişdir. Onların hüquqi marağı və məqsədi iş üzrə məhkəmə aktının ləğv edilməsinə və məhkəmə icraatının təzələnməsinə nail olmaqdan ibarətdir. Ərizəçilər üçüncü şəxs qismində hazırkı iş üzrə məhkəmə icraatına cəlb edilməli olduqlarını onunla əsaslandırırlar ki, iddiaçının kompensasiya tələb etdiyi qeyri-yaşayış sahəsinin tikinti işlərinə sərmayə onlar tərəfindən qoyulmuşdur və məhkəmə aktına əsasən tutulacaq kompensasiya onlara da ödənilməlidir.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcə lləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.

29. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, inzibati prosessual qanunvericilikdə məhkəmə qərarı qanunla qorunan maraqlarına toxunacağı hallarda belə, şəxslərin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına yalnız həmin məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər cəlb edilə biləcəyi təsbit edilmişdir. Hazırkı iddia tələbinə dair işə isə hər üç instansiya məhkəməsi tərəfindən baxılmış və iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. 30. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında qeyd edilmişdir ki: “... qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmi ş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin.... Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu v ə ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.... adi və ya zəruri cəlbetmə ya prosesə qoşulmaq istəyən, lakin həmin vaxt icraat iştirakçısı statusuna malik olmayan şəxsin özünün vəsatəti əsasında, ya məhkəmə icraatı iştirakçılarından (iddiaçı, cavabdeh və ya artıq cəlb edilmiş digər üçüncü ş əxsin) birinin vəsatəti üzrə, yaxud da məhkəmənin özünün təşəbbüsü əsasında həyata keçirilə bilər. Şəxsin özü və ya məhkəmə icraatının iştirakçıları cəlbetmə barədə verdikləri vəsatətlərində hansı qaydada (adi və ya zəruri cəlbetmə) icraata qoşulmanın həyata keçirilməsini istədiklərini dəqiq göstərməli, eləcə də vəsatətlərini lazımi qaydada əsaslandırmalı, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağına dair dəlil və sübutlarını təqdim etməlidirlər.”

31. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş zərərin əvəzi kimi kompensasiyanın hüquqi şəxsə, yəni “Qartal” kiçik müəssisəsinə ödənilməsi qərara a lınmışdır. Ərizəçilər isə sözügedən qeyri- yaşayış sahəsinin tikinti işlərinə aralarında bağladıqları müqaviləyə əsasən sərmayənin onlar tərəfindən qoyulduğunu iddia etmişdirlər.

32. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarının qanunla qorunan maraqlarına toxunduğunu iddia edən mübahisə tərəfləri olmayan digər şəxslər maraqlarına toxunmanın nədə ifadə olunduğunu ərizələrində əsaslandırmalı və bu barədə məhkəməyə mötəbər sübut təqdim etməlidirlər.

33. İş materiallarının ətraflı araşdırılması nəticəsində apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, ərizəçilərin göstərdiyi dəlillər onların üçüncü şəxs qismində işə cəlb olunmalarını qanunla tələb etmir və hazırkı iş üzrə çıxarılan məhkəmə aktı ərizəçilərin fiziki şəxs kimi hər hansı qanuni mənafeyinə tox unmadığından birinci instansiya məhkəməsi düzgün olaraq sonuncuların işə cəlb olunmasından imtina etmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi həmçinin haqlı olaraq qeyd etmişdir ki, ərizəçilərin üçüncü şəxs kimi işə cəlb edilmələrinin əsası kimi istinad etdikləri müqavilə onların inzibati məhkəmə icraatı qaydasında yekunlaşmış işə qoşulması üçün deyil, daha çox mülki məhkəmə icraatı qaydasında iddiaçıya qarşı hüquqlarının pozulduğunu iddia etdikləri halda müvafiq mülki iddia qaldırmaları üçün əsas kimi çıxış edə bilər.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Odur ki, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməl i, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçilərin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2734/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar