Məhkəmə qərarları › İş №2-1(102)-2913/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2913/2025

16.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(102)-2913/2025 16.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi (əmək kitabçasının mötəbərliyi); güzəştli arayış; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və sair” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI

1. Iddiaçı İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə ilə Şəki Inzibati Məhkəməsinə müraciət edərək, 52 yaşının bitdiyi ##.##.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ##.##.2024-cü il tarixli müraciətindən əvvəlki 3 ildən, yəni ##.##.2021-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1965-ci ildə doğulmuşdur. ##.##.1982-ci ildə X2 Texnikumuna daxil olmuşdur. ##.##.1985-ci ildə həmin texnikumu “Elektrik stansiyaları, şəbəkələri və sistemləri” ixtisası üzrə bitirmiş, ##.##.1989-cu il tarixdə Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasında “Avadanlıqların sazlanması və sınağı sexi”nə texnik vəzifəsinə işə qəbul edilmişdir (Əmr №**, ##.##.1989-cu il). ##.##.1992-ci il tarixindən həmin sexdə II qrup texnik vəzifəsinə keçirilmişdir (Əmr №**/K, ##.##.1992-ci il). ##.##.1997-ci il tarixindən isə İ qrup texnik vəzifəsinə keçirilmişdir (Əmr №**/K, ##.##.1997-ci il). ##.##.2009-cu ilə qədər “Avadanlıqların sazlanması və sınağı sexi”ndə texnik vəzifəsində işləmişdir və hazırda da həmin vəzifədə işləyir. Onun zərərli iş şəraitində iş stajı 20 il 8 ay 27 gün təşkil edir. Qeyd etdiyi vəzifələr zərərli işlər hesab olunur və buna görə də əməkhaqqına hər ay 12 faiz həcmində əlavə ödənilmişdir və hazırda əmək məzuniyyətinə çıxdıqda da 6 təqvim günü məzuniyyət günlərinə əlavə olunur. Bununla bağlı o, cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (Mərkəzi Filial) müraciət etmiş, inzibati icraatın nəticəsi olaraq ona imtina məktubu ünvanlanmışdır. Həmin imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) fəhlələr yarımbəndində (a) enerji bloklarının maşinistləri vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr hesab edilir. Iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli, A-** nömrəli arayışında ##.##.1989-##.##.2009-cu il tarixləri arasındakı dövr ərzində avadanlıqların sazlanması və sınağı sexində texnik vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, sözügedən arayışda qeyd olunmuş texnik vəzifəsi Nazirlər Kabinetinin ** nömrəli Qərarında göstərilən enerji bloklarının maşinistləri vəzifəsinə uyğun deyil. Buna görə də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanlara əsasən, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir.

4. Şəki Inzibati Məhkəməsinin (hakim: V.Ə.Musayev) ## ###### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə iddiaçı İddiaçı 52 yaşının bitdiyi ##.##.2017-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ##.##.2024-cü il tarixli müraciətindən əvvəlki 3 ildən, yəni ##.##.2021-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsinin əsaslandırması: 5.1. Iddiaçının ##.##.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddət cəmi 22 il 27 günə bərabərdir. Yəni iddiaçının ##.##.2006-cı ilə qədər 20 ildən az olmayan ümumi iş stajı mövcuddur. Iddiaçının xüsusi iş stajına münasibətdə isə müəyyən edilir ki, o, X2 Texnikumunu ##.##.1985-ci ildə “Elektrik stansiyaları, şəbəkələri və sistemləri” ixtisası üzrə bitirmişdir. ##.##.1989-cü il tarixində Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasında “Avadanlıqların sazlanması və sınağı sexi”nə texnik vəzifəsinə işə qəbul edilmişdir. ##.##.1992-ci il tarixdən həmin sexdə II qrup texnik vəzifəsinə keçirilmişdir. ##.##.1997-ci il tarixdən isə İ qrup texnik vəzifəsinə keçirilmişdir. ##.##.2009-cu ilə qədər “Avadanlıqların sazlanması və sınağı sexi”ndə texnik vəzifəsində işləmişdir. Iddiaçının işlədiyi müəssisə faktiki olaraq onun zərərli iş şəraitində işləməsini və iş stajının 20 il 8 ay 27 gün təşkil etdiyini, 8 saatlıq iş günü ərzində III sinif təhlükəli, yüksək səs-küy, yüksək titrəmə, hava cərəyanının sürəti və iş yerində havanın yüksək temperaturu şəraitində Qazan-turbin sexində yerləşən qazan-turbin qurğularının iş rejimlərinin yoxlanması, faktiki texniki vəziyyətinin təyin olunması və enerji blokları üçün rejim xəritələrinin tərtib olunması məqsədilə istismar olunan enerji bloklarında istismar sınaqları aparmasını və tələb olunan sazlama işlərini yüksək parametrlərdə, yəni 240 kqq/sm2 təzyiq altında 540°C temperaturda olan buxarla işləyən qazan-turbin qurğularında yerinə yetirməklə enerji blokunun istismarına xidmət etdiyini bildirir. 5.2. Həmçinin təqdim edilmiş istehsalat fəaliyyəti haqqında arayışda “Avadanlıqların sazlanması və sınağı sexi”nin “texnik”i vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarının * nömrəli Siyahısının 13-cü bölməsinin *******A-***** nömrəli vəzifə kodu olan enerji bloku maşinisti və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsində elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin “a” yarımbəndində göstərilmiş enerji bloklarının maşinistləri vəzifəsi koduna və xüsusiyyətlərinə uyğunluğu qeyd olunmuşdur. Bütün bu sınaq və sazlama işləri hər gün 8 saatlıq iş rejimində ağır və zərərli iş şəraitində yerinə yetirildiyi üçün iddiaçıya 12 faiz həcmində əlavə əməkhaqqı və 6 təqvim günü əlavə məzuniyyət verilmişdir. Beləliklə, istinad olunan istehsalat fəaliyyəti haqqında arayışın məzmunu ilə iddiaçının ##.##.2006-cı ilədək azı 10 il zərərli sahədə işləməsi sübut olunur. Iddiaçının cavabdehə ilkin müraciəti ##.##.2021-ci ildə olsa da, o, verilmiş imtina cavabı ilə razılaşmış və imtinanı mübahisələndirilməmişdir. Növbəti imtina cavabı isə ##.##.2024-cü il tarixli müraciətə verildiyindən, cavabdehə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya hesablana bilər. Göstərilən qaydada iddiaçıya ödəniləcək pensiyanın hesablanmasının əvvəli ##.##.2021-ci ildən sayılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının ##.##.2006-cı il tarixədək ümumi və xüsusi iş stajı tamamlandığından cavabdeh orqanonun müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: T.H.Həsənov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və Ə.V.Kərimov) ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

9. Məhkəmə kollegiyası hesab edir ki, IPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, HYPERLINK "https://supremecourt.gov.az/storage/pages/1970/kassasiya-sikayetinin-mumkunluyu- 06112023-yenilenmis-son-1.pdf" Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və Inzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə Inzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının “Inzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il ## ###### tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardadlarda (##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli; ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür.

14. Bundan əlavə, “Inzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin, işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

15. Hazırkı iş üzrə iddiaçı ##.##.1965-ci il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (52 yaşa) çatması, ##.##.2006-cı il tarixədək 20 ildən artıq ümumi, 10 ildən artıq güzəştli iş stajına malik olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı (iddiaçıya məxsus əmək kitabçası; iş yerindən verilmiş güzəştli arayış və məhkəmə sorğularına cavab məktubları) öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, iddiaçı ##.##.2006-cı il tarixədək azı 20 il ümumi və 10 il xüsusi (güzəştli) iş stajına malik olduğundan, 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir.

16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

17. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

18. Bundan başqa, hazırkı iş üzrə IPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar