AzərbaycanǝRespublikasıǝadından Qərar Bakıǝşəhəri İşǝ№ǝ2-1(102)-2917/2025 19.03.2026 ALIǝMƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açarǝsözlər:ǝ(“torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması, plan və ölçü sənədinin verilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və BədəlovǝKəmaləddinǝNurəddinǝoğlundanǝibarətǝtərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ### tarixli, *-*(***)-**/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəməǝicraatıǝqaydasındaǝbaxaraqǝaşağıdakıǝqərarıǝqəbulǝetdi. İŞİN HALLARI
1. “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-2926 KOD ******** nömrəli şəhadətnaməyə əsasən, Şəmkir rayonu Dəllər-Daşbulaq bələdiyyəsinin ##.##.2003-cü il tarixli qərarına və ##.##.2003-cü il tarixli ** saylı icarə müqaviləsinə əsasən Şəmkir rayonu Daşbulaq Bələdiyyəsinin torpaq sahəsindən 8,96 ha ölçüdə torpaq sahəsi kənd təsərrüfatınınǝinkişafıǝüçünǝ50ǝilǝmüddətinəǝmüvəqqətiǝistifadəǝüçünǝİddiaçıǝverilmişdir.ǝ
2. Şəmkir Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsindən 26500 (iyirmi altıǝminǝbeşǝyüz)ǝmanatǝməbləğindəǝpulunǝalınıbǝiddiaçıǝİddiaçıǝverilməsiǝqətǝedilmişdir.ǝ
3. Şəmkir Rayon İcra və Probasiya şöbəsinin ##.##.2022-ci il tarixli qərarı ilə Şəmkir Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** nömrəli icra sənədi üzrə borclu Dəllər-Daşbulaq Bələdiyyəsinə məxsus olan Dəllər-Daşbulaq kəndində yerləşən JN-****A saylı torpaq sahəsinin üzərinə həbs qoyulmuş və həmin torpaq sahəsininǝüzərindəǝsərəncamǝverməkǝhüququǝqadağanǝolunmuşdur.ǝ
4. Şəmkir Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə Şəmkir Rayon İcra və Probasiya şöbəsinin təqdimatı qismən təmin edilmiş, borclu Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsinin adına olub Şəmkir rayonu Dəllər Daşbulaq kəndində yerləşən JN-****A saylı torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. 6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Şəmkir Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş ##.##.2022-ci il tarixli, ************ nömrəli məktubda qeyd edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı əsasında Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu, Dəllər Daşbulaq kəndində yaşayan İddiaçı “Torpaqdan müvəqqəti istifadə hüququna dair” ## ###### 2003-cü il tarixli, JN-****A nömrəli şəhadətnamədə qeyd olunanǝ2.3995ǝhaǝtorpaqǝsahəsiǝüzərinəǝhəbsǝqoyulmuşdur.
5. Şəmkir Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə Şəmkir Rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı icra sənədinin icrasını təmin etmək üçün borclu Şəmkir rayon X3 mülkiyyətində olan Dəllər-Daşbulaq kəndində yerləşən JN-2926, KOD ******** saylı şəhadətnamədə göstərilən və kənd təsərrüfatının inkişafı məqsədilə 50 il müddətinə tələbkar İddiaçı icarəsinə verilmiş 8.96 ha olan torpaq sahəsininǝüzərinəǝhəbsǝqoyulmasıǝqəraraǝalınmışdır.ǝ
6. Şəmkir rayon İcra şöbəsinə təqdim edilmiş ##.##.2023-cü il tarixli, **/** nömrəli bildirişdən görünür ki, Şəmkir Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** saylı icra vərəqəsinə əsasən, Şəmkir Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş ******/****-** saylı, ##.##.2023-cü il tarixli sifariş üzrə, Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı, 8.96 ha və 3 ha torpaq sahələrinin ilkin hərracının açıq auksion qaydasında keçirilməklə ##.##.2023-cü il tarixində keçirilməsi elan edilmişdir (Əmlakın ilkin satış qiyməti 8.96 ha torpaq sahəsi üzrə 26880 manat; 3 ha torpaqǝsahəsiǝüzrəǝ9000ǝmanatǝməbləğindəǝmüəyyənləşdirilmişdir
7. “xxxx” MMC-nin “X2 barədə” ##.##.2023 cü il tarixli, **/** nömrəli protokoluna əsasən, ilkin satış dəyəri 7200 (yeddi min iki yüz) manat məbləğində müəyyənləşdirilən, Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı, 2.3995 ha torpaqǝsahəsiǝüzrəǝkeçirilənǝhərracınǝqalibiǝİddiaçıǝolmuşdur.ǝ
8. Şəmkir Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə Şəmkir Rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilmiş, borclu Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsinə məxsus Şəmkir rayonu Dəllər-Daşbulaq kəndində yerləşən JN-****A saylı 2.3995 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin həbsdənǝazadǝedilməsiǝqəraraǝalınmışdır.ǝ
9. Şəmkir Rayon İcra və Probasiya şöbəsi tərəfindən “xxxx” MMC-yə göndərilmiş ##.##.2023-cü il tarixli, ******/****-** nömrəli məktubda qeyd edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli, *(***)-***/**** saylı icra sənədinə əsasən Şəmkir rayonu Dəllər-Daşbulaq bələdiyyəsindən 26500 manat məbləğində pul alınıb tələbkar İddiaçı verilməlidir. İcra sənədinin icrasını təmin etmək üçün Dəllər-Daşbulaq bələdiyyəsinə məxsus olan JN ****A nömrəli torpaq sahəsinin üzərinə həbs qoyularaq qiymətləndirilmiş və ## ###### 2023-cü il tarixdə hərrac vasitəsilə satılması üçün göndərilmişdir. Saytda qeyd olunan torpaq sahəsi 3 ha kimi göstərilmişdir. DƏDRX-nin ** saylı Ərazi İdarəsindən əldə olmuş məlumatdan qeyd olunan torpaq sahəsinin 2.3995 ha olduğu müəyyən olunmuşdur. Buna görə də, sifariş məktubunda qeyd olunan 3 ha torpaq sahəsi,ǝ2.3995ǝhaǝolmaqlaǝ7200ǝmanatǝmüəyyənǝedilməlidir.ǝ
10. X1 İnkişaf Mərkəzinin ##.##.2024-cü il tarixli, 3-22-3-57/# ##/2024 nömrəli məktubuna əlavə edilmiş rəydə qeyd edilmişdir ki, Dəllər Daşbulaq kəndində yerləşən, İddiaçı ayrılmış 2.3995 hektar torpaq sahəsi kənd təsərrüfatı ehtiyacları üçün tam yararlıdır. Belə ki, 2.3995 hektar sahənin 0.57 hektarında bibər, 0.15 hektarında isə kələm və digər tərəvəz-bostan bitkiləri əkilmişdir. Həmin ərazidə 5-6 il əvvəl kənd bələdiyyəsi və İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən ipəkçiliyin inkişaf etidirilməsi məqsədilə çəkil ağacları salınmışdır. Həmçinin həmin sahədə 62 ədəd digər meyvə ağaclarıǝəkilmişdir,ǝhal-hazırdaǝməhsuldardır.ǝ
11. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi İdarəsinə Şəmkir rayonu, Dəllər Daşbulaq kəndində yerləşən 2.3995 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı etdiyi ##.##.2023-cü il tarixli müraciətinə sonuncu tərəfindən ##.##.2023cü il tarixli, *-**-*-**/*-****/** nömrəli imtina məktub ilə bildirilmişdir ki, həmin torpaq sahəsində başqa şəxs tərəfindən bağ salınaraq istifadə olunduğundan torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası mümkünǝolmamışdır.ǝ
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI
a. birinci instansiya məhkəməsində icraat
12. İddiaçı X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ##.##.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu Dəllər-Daşbulaq kəndində yerləşən 2.3995 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.ǝ
İddiaçının əsaslandırması:
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsi ilə arasında bağlanmış ##.##.2015-ci il tarixli ** saylı torpağın icarə müqaviləsi əsasında 3 ha torpaq sahəsi onun icarəsinə verilmiş və o, həmin torpaq sahəsini təyinatına uyğun istifadə etmişdir. Eləcə də, həmin torpaq sahəsinin münbitliyinin və keyfiyyətinin yaxşılaşdırılması üçün öz vəsaiti hesabına müəyyən işlər görmüş, habelə torpağın suvarılması üçün su xətti çəkdirmişdir. Həmin işlərin görülməsinə ümumilikdə 26500 manat vəsait sərf etmişdir. Lakin, müqavilənin müddəti bitdikdən sonra Şəmkir rayonu X3 müqavilənin müddətini uzatmaqdan imtina etmişdir. Onun həmin torpaq sahəsində gördüyü abadlıq işləri, onun tərəfindən quraşdırılmış qurğular torpaq sahəsinin dəyərinin əhəmiyyətli dərəcədə artmasına, tam münbitləşməsinə səbəb olmuşdur. Ona görə də o, məhkəmədə Şəmkir rayonu X3rşı pul tələbinə dair iddia qaldırmışdır. Şəmkir Rayon Məhkəməsinin ## #### 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və cavabdeh Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsindən 26500 manat məbləğində pulun alınıb ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Lakin, borclu Şəmkir rayonu Dəllər-Daşbulaq Bələdiyyəsi *(***)-*** saylı, ##.##.2018-ci il tarixli icra sənədini icra etmədiyindən Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qərardadı ilə borclu Şəmkir rayonu X3 adına olub Şəmkir rayonu Dəllər-Daşbulaq kəndində yerləşən torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. O, 2.3995 ha torpaq sahəsini "xxxx" MMC-nin təşkil etdiyi hərracda ## ###### 2023-cü il tarixdə satın almışdır. Bununla bağlı X2 barədə **/** saylı, ##.##.2023cü il tarixli protokol tərtib edilmişdir. Torpaq sahəsi onun tərəfindən satın alındıqdan sonra Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2023-cü il tarixli qərardadı ilə həmin torpaq sahəsi həbsdən azad edilmişdir. İddiaçı torpaq sahəsini satın aldıqdan sonra Daşınmaz Əmlakın Dövlət Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi şəxsinin ** saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş olsa da, həmin idarə tərəfindən torpaq sahəsinin ona hərac vasitəsilə satıdıqdan sonra notarial qaydada ǝqd bağlanmalı olduğu, həmçinin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğundan yalnız icarəyə verilməsinin mümkün olduğu qeyd edilərək, ## ###### 2023-cü il tarixdə imtina edilmişdir.
Cavabdehin etirazı:
14. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Cavabdeh orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş ##.##.2023-cü il tarixli, *-**-*-**/*-****/** nömrəli etirazın məzmunu ##.##.2023-cü il tarixli, *-**-*-**/*-****/** nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.
birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
16. Gəncə İnzibati Məhkəməsinin (hakim: F.C.Hüseynov) 2024-cü il ## ###### tarixli,ǝ*-*(***)-***/****ǝnömrəliǝqərarıǝiləǝiddiaǝtələbiǝtəminǝedilməmişdir.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmasına baxmayaraq, hərrac vasitəsi ilə iddiaçıya satılmışdır. Mövcud qanunvericilik normalarında hərracın nəticələrinə dair protokolun mülkiyyət hüquqlarının qeydiyyatı üçün hüquqverici sənəd hesab edilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin borcun ödəniş üsulu kimi hərraca çıxarılması öz-özlüyündə qanunsuz olduğundan hazırki halda qeyd olunan protokol mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün hüquqi zəminǝyaradaǝbilməz.
18. İddiaçı apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsiniǝməhkəmədənǝxahişǝetmişdir.ǝ
b) apellyasiya instansiyası məhkəməsində icraat
19. Gəncə Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının (hakimlər A.V.İsgəndərova /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.BAyramov) 2025-ci il ## ### tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməyərək, Gəncə İnzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *-*(***)-***/**** nömrəli qərarınınǝdəyişdirilmədənǝsaxlanılmasıǝqəraraǝalınmışdır.ǝǝǝ
20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün nəzərdə tutulan və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2 və Mülki Məcəllənin 139-1.1.2. maddəsində təsbit edilən hüquqi əsashərracın nəticəsinə dair protokol təqdim edilsə də, hərracın predmeti olan torpaq sahəsi işdə olan sənədlərə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Göstərilən normalar daşınmaz əmlakın yalnız qanunvericiliyin tələblərinə uyğun qaydada və əsaslarla şəxsə ayrılmış olduğu (özgəninkiləşdirilmə, icarəyə, istifadəyə vermə və s.) halda onun üzərində əmlak hüquqlarının dövlət qeydiyyatının aparılmasının mümkünlüyü qənaətinə gəlməyə əsas verir. X1 İnkişaf Mərkəzinin ##.##.2024-cü il tarixli, 3-22-3-57/2- **/**** nömrəli məktubuna əlavə edilmiş rəy ilə müəyyən olunur ki, Dəllər Daşbulaq kəndində yerləşən, İddiaçı ayrılmış 2.3995 hektar torpaq sahəsi kənd təsərrüfatı ehtiyacları üçün tam yararlıdır. Belə ki, 2.3995 hektar sahənin 0.57 hektarında bibər, 0.15 hektarında isə kələm və digər tərəvəz-bostan bitkiləri əkilmişdir. Həmin ərazidə 5-6 il əvvəl kənd bələdiyyəsi və İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən ipəkçiliyin inkişaf etidirilməsi məqsədilə çəkil ağacları salınmışdır. Həmçinin həmin sahədə 62 ədəd digər meyvə ağacları əkilmişdir, halhazırdaǝməhsuldardır.ǝ
21. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubuna əlavə edilmiş rəydə qeyd edilmişdir ki, “xxxx” MMC-nin "X2 barədə” **/** nömrəli protokola əsasən sənədlər toplusunda sxem, cizgi və koordinatlar olmadığı üçün İddiaçı ayrılmış Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yerişən 2.3995 ha torpaq sahəsinin koordinatları ilə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-2926 KOD ******** nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsinin koordinatlarının üst-üstə düşübdüşməməsini və torpaq sahəsinin hansı mülkiyyət formasına aid olmasını müəyyən etmək mümkün olamışdır. Lakin İddiaçı göstərdiyi torpaq sahəsi bələdiyyə mülkiyyət formasına aiddir. Göstərilən və iddia olunan torpaq sahəsi su fondu torpaqları olmaqla kənd təsərrüfatı ehtiyacları üçün digər ərazilərə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. “Torpaqdan müvəqqəti istifadə hüququna dair" JN-2926 KOD ********** nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Qeyd olunan torpaq sahəsi su fondu torpaqları olmaqla, kənd təsərrüfatı ehtiyacları üçün digər ərazilərə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.ǝ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi İdarəsi tərəfindən təqdim edilmiş arayışlarla da müəyyən edilir ki, JN-2926A KOD ******** nömrəli şəhadətnamədə qeyd olunan 2.3995 ha torpaq sahəsi kompleks yerquruluşu xəritəsinə əsasən təsərrüfatın su ehtiyaclarını ödəmək məqsədi ilə ayrılmış sular və göllərə aid ərazi olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahəsidir, mülkiyyət növü isə bələdiyyə mülkiyyətidir. Həmin torpaq sahəsi Yeni elektron uçot xəritəsinə əsasən bələdiyyə mülkiyyətində olub, alt uqodiyası su fondu torpaqları (dəniz və göllər) olmaqla, kənd təsərrüfatı ehtiyacları üçün digər ərazilərə aid olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.ǝ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plennumunun ## #### 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilik normalarının tələblərinə görə, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) və sair barədə məlumatlar əks olunmalıdır. Hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı belə sənədlərin olmadığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun müvafiq normalarına əsasən maraqlı şəxsə yardım etməli və ya işin həlli üçün zəruri olan əlavə sənədlərin təqdim olunmasını tələb etməlidir. Belə yardımın göstərilməsi, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il # ### tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.23-cü bəndindən də irəli gəlir. Belə ki, həmin normaya əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəsidir. Bununla yanaşı, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmədikdə həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Lakin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində yuxarıda göstərilən əsasa görə hüquqların dövlət qeydiyyatına alınmasından imtina halı nəzərdə tutulmamışdır. Mövcud vəziyyəti nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsinin VI hissəsindən çıxış edərək qanunverici tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının təkmilləşdirilməsini məqsədə müvafiq hesab edir. Müvafiq dəyişikliklər edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatındanǝimtinaǝediləǝbilər».ǝ
22. İşdə olan məhkəmə aktlarından məlum olur ki, Şəmkir Rayon Məhkəməsi tərəfindən JN-****A saylı torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı qərardad qəbul edilsə də, həmin torpaq sahəsi ilə bağlı ayrıca şəhatədnamənin və ya bələdiyyənin həmin torpaq sahəsi üzərində hüquqların qeydə alınmasına dair çıxarışın olmaması, digər tərəfdən həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmaqla tam yararlı olması nəzərə alınmamışdır. Belə olan halda məhkəmə tərkibi qeyd edir ki, hərracın nəticələrinə dair protokol qüvvədə olsa da mübahisəli torpaq sahəsinin borcun ödəniş üsulu kimi hərraca çıxarılması öz-özlüyündə qanunsuz olduğundan, məhkəmə tərəfindən həbs qoyulmasına dair qərardadın qəbulu zamanı kifayət qədər araşdırılma aparılmadığından, həmçinin bu halın inzibati orqan tərəfindən mübahisələndirilməməsi hazırki halda hüquqların qeydə alınmasına əsas ola bilməz.
23. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianınǝtəminǝolunmasınaǝdairǝyeniǝqərarǝqəbulǝedilməsiniǝxahişǝetmişdir.ǝǝ
KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ
a) kassasiya şikayətinin dəlilləri
24. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğunǝşəkildəǝəsaslandırılmışdır.
b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiyaǝşikayətinəǝqarşıǝetirazǝtəqdimǝedilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlətǝtərəfindənǝqorunur.ǝ Maddə 5.2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — AzərbaycanǝRespublikasınınǝvətəndaşlarıǝvəǝhüquqiǝşəxsləridir.ǝ Maddə 4.3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindənǝistifadəyəǝdairǝmüəyyənǝedilmişǝyüklənməniǝ(məhdudiyyətləri)ǝəhatəǝedir.ǝ Maddə 9.2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fonduǝtorpaqları.ǝ Maddə 10.1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlardaǝmüəyyənǝedilmişǝqaydaları,ǝşərtləriǝvəǝhəddidir.ǝ Maddə 10.4. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Maddə 10.5. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında,ǝǝdövlət torpaq kadastrı sənədlərində, torpaqǝqeydiyyatıǝkitablarındaǝvəǝbuǝMəcəllədəǝgöstərilənǝdigərǝsənədlərdəǝəksǝolunur.ǝ Maddə 12.1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.ǝ Maddə 13.1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə vəǝsınaqǝməqsədləriǝüçünǝistifadəǝedilir.ǝ Maddə 48.4. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Maddə 56.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnızǝkəndǝtəsərrüfatıǝistehsalıǝüçünǝicarəyəǝveriləǝbilər. Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri aşağıdakıları yerinə yetirməyə borcludurlar: torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməmək; torpaqlarda bu Məcəllədə nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirmək; torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırmamemarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata keçirmək;
27. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməkləǝistifadəyəǝvəǝicarəyəǝverilir.ǝ Maddə 12.1. Kənd təsərrüfatı ehtiyacları üçün verilmiş və ya bu məqsədlər üçün nəzərdəǝtutulanǝtorpaqlarǝbələdiyyəninǝkəndǝtəsərrüfatıǝtəyinatlıǝtorpaqlarıǝsayılır.ǝ Maddə 12.2. Kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə qaydaları və şərtləri AzərbaycanǝRespublikasınınǝtorpaqǝvəǝaqrarǝqanunvericiliyiǝiləǝtənzimlənir.
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsiǝbarədəǝhüquqiǝaktdır.ǝ Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakınǝdövlətǝreyestrindəǝaparılır.ǝ Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatıǝüçünǝəsasǝhesabǝolunur:ǝ 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; Maddəǝ9.1.ǝHüquqlarınǝdövlətǝqeydiyyatıǝaşağıdakıǝqaydadaǝaparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumataǝuyğunluğununǝyoxlanılması;ǝ 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqlarınǝdövlətǝqeydiyyatıǝüçünǝqanunlaǝmüəyyənǝedilmişǝtələblərəǝuyğunǝolmalıdır.ǝ Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtinaǝediləǝbilər:ǝ 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatınaǝalınmalıǝdeyildirsə;ǝ 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərindəǝhüquqaǝdairǝsərəncamǝverməkǝsəlahiyyətinəǝmalikǝolmadıqda;
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgünǝtətbiqǝedilməsiniǝyoxlayır.ǝ Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallardaǝ10 gün müddətində müvafiqǝapellyasiyaǝinstansiyasıǝməhkəməsiǝvasitəsiǝiləǝverilir.ǝ Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırmaǝhissəsindəǝşikayətiǝverənǝşəxsinǝtələbiǝgöstərilməlidir.ǝ Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinəǝgöndərməyəǝhaqlıdır:ǝ Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutlarınǝaraşdırılmasıǝtələbǝolunduqda;ǝ Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiyaǝinstansiyasıǝməhkəmələriǝüçünǝməcburidir.ǝ Maddəǝ98.1.ǝAliǝMəhkəməninǝinzibatiǝmübahisələrəǝdairǝişǝüzrəǝqərarıǝqətidir.
KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesabǝedilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsiǝüçünǝəsasǝyoxdur.
33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).ǝ
34. Məhkəmə kollegiyası, xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki hallarıǝiləǝbağlıǝapellyasiyaǝməhkəməsininǝaraşdırmalarıǝyetərliǝhesabǝolunur.ǝ
35. Bununla belə Kollegiya kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakılarıǝqeydǝedir.
36. İddiaçının hazırkı iş üzrə hüquqi marağı Şəmkir rayonu Dəllər-Daşbulaq kəndində yerləşən 2.3995 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış və torpaq sahəsinin plan və ölçüsünün verilməsindənǝibarətdir.
37. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubuna əlavə edilmiş rəydə qeyd edilmişdir ki, “xxxx” MMC-nin "X2 barədə” **/** nömrəli protokola əsasən sənədlər toplusunda sxem, cizgi və koordinatlar olmadığı üçün İddiaçı ayrılmış Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində yerişən 2.3995 ha torpaq sahəsinin koordinatları ilə “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN- 2926 KOD ******** nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsinin koordinatlarının üst-üstə düşüb-düşməməsini və torpaq sahəsinin hansı mülkiyyət formasına aid olmasını müəyyən etmək mümkün olamışdır. Lakin İddiaçı göstərdiyi torpaq sahəsi bələdiyyə mülkiyyət formasına aiddir. Göstərilən və iddia olunan torpaq sahəsi su fondu torpaqları olmaqla kənd təsərrüfatı ehtiyacları üçün digər ərazilərə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. “Torpaqdan müvəqqəti istifadə hüququna dair" JN-2926 KOD ********** nömrəli şəhadətnamədə qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Qeyd olunan torpaq sahəsi su fondu torpaqları olmaqla, kənd təsərrüfatı ehtiyacları üçün digər ərazilərə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.ǝ
38. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi İdarəsi tərəfindən təqdim edilmiş arayışlarla da müəyyən edilir ki, JN-2926A KOD ******** nömrəli şəhadətnamədə qeyd olunan 2.3995 ha torpaq sahəsi kompleks yerquruluşu xəritəsinə əsasən təsərrüfatın su ehtiyaclarını ödəmək məqsədi ilə ayrılmış sular və göllərə aid ərazi olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahəsidir, mülkiyyət növü isə bələdiyyə mülkiyyətidir. Həmin torpaq sahəsi yeni elektron uçot xəritəsinə əsasən bələdiyyə mülkiyyətində olub, alt uqodiyası su fondu torpaqları (dəniz və göllər) olmaqla, kənd təsərrüfatı ehtiyacları üçün digərǝərazilərəǝaidǝolanǝkəndǝtəsərrüfatıǝtəyinatlıǝtorpaqǝsahəsidir.ǝ
39. Göründüyü kimi, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etdiyi torpaq sahəsi su ehtiyaclarını ödəmək məqsədi ilə ayrılmış sular və göllərə aid əraziǝolmaqlaǝkəndǝtəsərrüfatıǝtəyinatlıǝtorpaqlarǝkateqoriyasınaǝaidǝtorpaqǝsahəsidir.
40. Qeyd olunanları nəzərə alan apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hərracın nəticələrinə dair protokol qüvvədə olsa da mübahisəli torpaq sahəsinin borcun ödəniş üsulu kimi hərraca çıxarılması öz-özlüyündə qanunsuz olduğundan,ǝhazırkiǝhaldaǝhüquqlarınǝqeydəǝalınmasınaǝəsasǝolaǝbilməz.
41. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədənǝsaxlanılmalıdır.
43. Yuxarıdaǝgöstərilənlərəǝəsasən,ǝməhkəməǝkollegiyası
QƏRARA ALDI:
Kassasiyaǝşikayətiǝtəminǝolunmasın. Gəncə Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2025-ci il ## ### tarixli, *- *(***)-**/****ǝnömrəliǝqərarıǝdəyişdirilmədənǝsaxlanılsın. ǝQərarǝqətidir.