Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2919/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: (şikayət vermək hüququ, məhkəmə icraatının iştirakçısı yalnız tələbinin təmin olunmadığı halllarda şikayət vermək hüququna malikdir). GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon Şöbəsinə qarşı müvafiq illər sığorta stajına daxil edilməklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2-1(82)-2383/2018 saylı qərarına izah verilməsi barədə cavabdehin ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1910/2019 saylı, 25 iyul 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 18 dekabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2383/2018 saylı iş üzrə 25 iyun 2018-ci il tarixli qərarı ilə (hakim: R.L.Kərimli) İddiaçı onun 10 avqust 1976-cı il tarixdən 06 may 1980-ci il tarixinə qədər 9 saylı X2 xadimə, 06 may 1980-ci il tarixdən 27 iyun 1993-cü il tarixədək 9 saylı X3 5-ci məntəqəsində ikinci dərəcəli yol montyoru, 08 noyabr 1993-cü il tarixdən 24 may 2015-ci il tarixədək “Bakı Şin Zavodunda” Avtokamer sexində üçüncü dərəcəli avtokamer calayıcısı işlədiyi dövrlər sığorta stajına daxil edilməklə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nərimanov rayon şöbəsinin üzərinə qoyulmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti vermiş, Bakı Apelyasiy a Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2452/2018 saylı qərarı ilə (sədrlik edən: C.A.Yusifov, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) şikayət qismən təmin edilmiş və birinci instansiya məhkəməsinin həmin qərarı 31 may 2002-ci il tarixdən 24 may 2015-ci il il tarixədək (“xxxx” ASC-yə aid) dövrün iddiaçının sığorta stajına daxil edilməsi hissəsində ləğv olunmuş, həmin hissədə iddia təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-433/2019 saylı, 29 fevral 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: N.İ.Rəsulbəyova, hakimlər: Z.M.Quliyev və İ.K.Hüse ynov) kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2452/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə “məhkəmə qərarına izah verilməsi barədə” ərizə ilə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-2383/2018 saylı, 18 iyun 2018-ci il tarixli qərardadı ilə cavabdehin məhkəmə qərarına izah verilməsi barədə ərizəsi baxılmadan geri qaytarılmışdır. Birinci instansiya məhkəməsinin qərardadından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1910/2019 saylı, 25 iyul 2019-cu il tarixli qərardadı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiy a məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1910/2019 saylı, 25 iyul 2019-cu il tarixli qərardadının ləğv edilməsini və işin apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində bildirilir ki, Bakı Apelyasiya Məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu səbəbdən də həmin qərardad ləğv edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Cavabdehin vəkili kassasiya şikayətində qeyd edilən məsələlərin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İddiaçı məhkəmə kollegiyasının iclas ında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasında onun iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mü mkün sayılmamalı və kassasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 90.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Normanın tələbindən göründüyü kimi, məhkəmə aktından yalnız icraatın iştirakçıları onların tələblərinin təmin olunmadığı hallarda kassasiya şikayəti verə bilərlər. Lakin hazırki işdən görünür ki, məhkəmə qərarına izah verilməsi ilə bağlı cavabdeh məhkəməyə müraciət etmiş, onun ərizəsi baxılmadan geri qaytarılmış, apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehın şikayəti təmin edilməmiş, birinc i instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda, iddiaçının kassasiya şikayəti vermək üçün İPM-in 90.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərti – tələbin təmin olunmaması şərti ödənilmədiyindən, onun kassasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1910/2019 saylı, 25 iyul 2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermək hüququ yoxdur. Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qəra rdad qəbul edir. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Qeyd nedilənlərə əsasən iddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İPM-nin 96.2 və 96.3-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1910/2019 saylı, 25 iyul 2019-cu il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2919/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2919/2019
18.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver