Məhkəmə qərarları › İş №2-1(102)-292/2020

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-292/2020

22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-292/2020 22.01.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İ.Dadaşov iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2158/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə hərəkətinin qanunsuz hesab edilməklə hazırki iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(82)2759/19 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-l(103)-2586/2019 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmini edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyi üçün mümkün hesab edilməməli, onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. İş materiallarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərardadı iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx xxxxxxx 2019-cu il tarixdə təqdim edilmiş, xx xxxxxx 2019-cu il tarixdə həmin qərardaddan kassasiya şikayəti vermə müddəti bitsə də, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti yalnız xx xxxxxx 2019cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş, ötürülmüş müddətin bərpası barədə ərizə verilməmiş, bununla da qərardaddan kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş on günlük müddət cavabdeh tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişd ən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Proses iştirakçılarının dinlənilmə hüququnun təmin edilməsi məqsədilə iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Vəkil və cavabdeh Bakı şəhəri Cavabdeh xx xxxxxx 2020-ci il tarixdəAzərbaycan Respublikası Ali Məhkəməsinə dəvət edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər, iddiaçı və vəkili qeyd edilən pozuntunu aradan qaldırmamışlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 94.1, 96.2 və 96.3-cü maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil kassasiya şikayəti mümkün hesab edilməsin. Kassasiy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar