Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-292/2021 13.04.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: qaçqın statusu olan şəxsin yaşayış sahəsi ilə təmini) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, iddiaçının vəkili X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxslər: Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) qarşı “iddiaçının cavabdehin yaşayış məntəqəsi daxilində yaşayış üçün yararlı olan yaşayış sahəsində məskunlaşdırılması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.10.2020-ci il tarixli, 2-1(105)-204/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı x.x.1958-ci il tarixində İran, Mazandaranda anadan olub, 1991-ci ildə qaçqın statusu almaq üçün Azərbaycan Respublikasına gəlib, 2006-cı ildən qaçqın statusu və vəsiqəsi verilib.
2. Azərbaycan Respublikasını heç vaxt tərk etmədiyini, 6 ildir Abşeron rayonu Saray qəsəbəsində hərbi yaşayış kompleksində yaşadığını, onunla ikisi məcburi köçkün olmaqla, 8 ailənin yaşadığını, 2017-ci ilin may ayında tikinti şirkətinin əməkdaşları kimi özlərini təqdim edən şəxslər tərəfindən yaşayış yerindən məcburi çıxarıldığını, məcburi köçkünlərin evlə təmin olunduqları nı, həmin vaxtdan fərqli ünvanlarda müvəqqəti məskunlaşmaqla yaşadığını bildirir.
3. İddiaçı göstərilənlərə istinad edərək mənzillə təmin olunması ilə bağlı köməklik göstərilməsi məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh 24.06.2019-cu il tarixli, 955 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və imtinasını rayon İcra Hakimiyyətinin sərbəst mənzil fondu olmaması ilə əsaslandırmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının Cavabdeh yaşayış məntəqəsi daxilində yaşayış üçün yararlı olan yaşayış sahəsində məskunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsini belə əsasl andırmışdır ki, 2017-ci ilin may ayında tikinti şirkətinin əməkdaşları kimi özlərini təqdim edən şəxslər iddiaçının yaşadığı yerə gəlmiş, ərazinin tikinti şirkəti tərəfindən alındığını qeyd edərək onu yaşadığı yerdən zorla çıxarmışlar. Orda yaşayan iki məcburi köçkün ailəsi mənzillə təmin edilmişdir. Həmin vaxtdan etibarən daimi yaşayış yeri yoxdur, müxtəlif ünvanlarda müvəqqəti məskunlaşmaqla yaşayır, heç bir yerdə işləmir. Cavabdehə müraciət edərək yaşayış üçün yararlı olan yaşayış sahəsi ilə təmin edilməsini xahiş etsə, cavabdeh əsassız olaraq bundan imtina etmişdir. Halbuki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinin 1-ci bəndinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən h əyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir.
6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 02.08.2019-cu il tarixli 2-1(085)1435/2019 nömrəli qərarına əsasən (hakim – Zaur Pirverdiyev) Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində inzibati məhkəmə iclasına cəlb edilmişdir.
7. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi etiraz təqdim edərək İddiaçı İran İslam Respublikasından qaçqın olması barəsində Komitədə heç bir məlumat olmadığı və iddiaçıya Komitə tərəfindən qaçqın statusunun verilmədiyini bildirmiş, göstərilənləri nəzərə alaraq məhkəmə tərəfindən iddiaçının tələbinə mövcud qanunvericilik çərçivəsində baxılmasını xahiş etmişdir.
8. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Bundan başqa, cavabdeh orqanın sərbəst mənzil fondu olmad ığından və bu məqsədlər üçün mənzil, ev, yaşayış sahələri ayrılmadığından iddia tələbi mümkünsüz sayılmalıdır.
9. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09.12.2019-cu il tarixli, 2-1(085)1435/2019 nömrəli qərarına görə (hakim – Zaur Pirverdiyev) iddianın təmin edilməsi, iddiaçının Abşeron rayonu ərazisində, yaşayış məntəqəsi daxilində yaşayış üçün yararlı olan yaşayış sahəsində məskunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı qaçqın olmaqla ona bu status Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verildiyindən iddiaçının yaşayış sahəsi ilə təmin edilməsi “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentin in 08.07.1999-cu il tarixli 149 nömrəli Fərmanına uyğun olaraq cavabdeh tərəfindən təmin edilməlidir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.08.2020-ci il tarixli, 2-1(105)-204/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.10.2020-ci il tarixli, 2-1(105)-204/2020 nömrəli qərarına əsasən (sədrlik edən Hökümə Babayeva, hakimlər – Zaur Məmmədov və Fuad Məmmədov) apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09.12.2019-cu il tarixli, 2-1(085)1435/2019 nömrəli qərarının dəyişdi rilmədən saxlanılması qərara alınmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Məhkəmə qərarı 05.11.2020-ci il tarixində cavabdehə təqdim edilmişdir.
16. Cavabdeh 25.11.2020-ci il tarixində həmin qərardan kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 07.10.2020-ci il tarixli, 2-1(105)-204/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə nəzərə almamışdır ki, Cavabdeh sərbəst mənzil fondu yoxdur və bu məqsədlər üçün icra hakimiyyətinə mənzil, ev ayrılmamışdır. B u dəlili həm iddiaya etirazda, həm də apellyasiya şikayətində qeyd etməsinə baxmayaraq məhkəmə bu halı araşdırmamışdır.
18. Bundan başqa, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08.07.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci bəndində yerli icra hakimiyyəti orqanları sözü yoxdur. Həmin bənddə konkret olaraq qeyd olunur ki, “...həmin qanunun 17-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi və İcra Hakimiyyəti orqanları həyata keçirirlər. Əlbətdə ki, icra hakimiyyəti orqanları s özü ilə yerli icra hakimiyyəti orqanları sözü arasında böyük fərq var. 19. “Yerli İcra hakimiyyəti haqqında” Əsasnamənin 3.9-cu bəndində icra başçılarının şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində vəzifələri aşağıdakı kimi təsbit olunmuşdur:...3.9.6 dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir;....
20. Göründüyü kimi, Cavabdeh sərbəst mənzil fondu olmadığından və bu məqsədlər üçün icra hakimiyyətinə mənzil, ev ayrılmadığından bu iddiaya Cavabdeh cavab verə bilməz. Ona görə də məhkəmə qərarı kassasiya qaydasında ləğv olunmalı və iddia tələbi icra hakimiyyətinə münasibətdə rədd olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili X3 izahat verərək kassasiya şikayətinin təmin olunmamssı barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanun: Maddə
1. Bu Qanun Azərbaycan Respublikasında məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin məskunlaşdırılması, sosial müdafiəsi tədbirlərini və bununla əlaqədar dövlət orqanla rının vəzifələrini müəyyən edir. Maddə
4. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (bundan sonra “məcburi köçkünlər” adlandırılacaq) barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; Maddə
5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düş ərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. 25. ““Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08.07.1999-cu il tarixli 149 nömrəli Fərmanının 2-ci bəndinə əsasən “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində nəzərdə t utulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və X5 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. 26. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun: Maddə
6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri.... Qaçqın statusu almış şəxs iş və ya yaşayış yeri əldə edənədək, lakin 3 aydan artıq olmayan müddətə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilə bilər. Maddə
11. Qaçqın statusu verilməsi haqqında vəsatətlə müraciət etmiş şə xsin hüquq və vəzifələri... qaçqın statusu verilməsi məsələsi həll edilənədək onunla gələn ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü yerləşdirilmək və saxlanılmaq; Maddə
17. Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. 27. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun: Maddə
3. Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və digər qanunvericilik aktlarından başqa ha l irəli gəlmirsə, qaçqınlar da Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkün statusu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminat verilir: üç aydan gec olmayaraq işlə və ya yaşayış yeri ilə təmin olunana qədər xüsusi ayrılmış yerlərdə haqqı ödənilmədən yaşamaq; Maddə
5. Qaçqının və ya məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada, respublika hökumətinin müəyyən etdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Maddə
6. Bu Qanunun müddəaları 1-ci maddədə verilmiş “qaçqın” anlayışına uyğun gələn aşağıdakı şəxslərə şamil edilmir: —qaçqın statusu aldıqdan sonra beş ili keçənə; Madd ə
7. Qaçqınlar və məcburi köçkünlər məsələləri üzrə dövlət orqanları X7 X10 Şəxslərlə İş üzrə Azərbaycan Respublikasının Dövlət Komitəsi (bundan sonra Dövlət Komitəsi) və onun yerli orqanlarıdır. Dövlət Komitəsi və onun yerli orqanları qaçqınların və məcburi köçkünlərin bu Qanunla nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsini təmin edirlər. Respublika Dövlət Komitəsi və onun yerli orqanları qüvvədə olan Əsasnaməyə uyğun fəaliyyət göstərirlər. Maddə
8. Qaçqınlara və məcburi köçkünlərə kömək göstərilməsi və onların yerbəyer edilməsi sahəsində yerli icra hakimiyyəti orqanlarının əvvəlcədən Dövlət Komitəsi ilə razılaşdırılmış xərcləri Dövlət Komitəsi hesabına ödənilir. Maddə
17. Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmi n edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Müvəqqəti yaşayış yerindən daimi yaşayış və iş yerinə köçməsi ilə əlaqədar qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) çəkdiyi xərclər ona müəyyənləşdirilmiş qaydada və məbləğdə ödənilir. Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) arzusu ilə ona on il müddətinə məqsədli faizsiz ssuda, habelə yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə və qaydada istifadəsi üçün torpaq sahəsi verilir. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) mənzil və ya ev satınalarkən əməliyyatlar notarial rüsumlar ödənilmədən icra edilir. 28. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə: Bə nd
3. Yerli icra hakimiyyəti başçısının vəzifələri 3.1 Ümumi vəzifələr: 3.9. Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində: 3.9.6. dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir; Bənd
4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri 4.6. Əhalinin sosial müdafiəsi və gender bərabərliyi sahələrində: 4.6.10. müəyyən yaşayış yeri olmayan vətəndaşlara, cəzaçəkmə müəssisələrindən çıxmış şəxslərə, məcburi köçkünlərə sosial xidmət və sosial dəstək göstərilməsi ilə bağlı tədbirlər həyata keçirmək. Bənd 7.2. Yerli icra hakimiyyətlərinin istifadəsində olan əmlakın tərkibinə Azərbaycan Respublikasının dövlət büdcəsindən (Naxçıv an Muxtar Respublikasında – Naxçıvan Muxtar Respublikasının büdcəsindən) ayrılan vəsait, dövlət mənzil fondu, dövlət mənzil fondu binalarının qeyri-yaşayış sahələri, mühəndis-kommunikasiya və infrastruktur obyektləri, kommunal xidmət təyinatlı və yerli icra hakimiyyəti orqanlarının ərazisində yerləşən və onların istifadəsinə verilmiş digər əmlak daxildir. Bənd 7.4. Yerli icra hakimiyyətlərinin istifadəsində olan obyektlər üzərində sərəncam verilməsi və onların idarə edilməsi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir.
29. Mənzil Məcəlləsi: Maddə
17. Mənzil fondu 17.1. Mənzil fondu – Azərbaycan Res publikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslini n qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. 17.4. Mənzil fondu qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət uçotuna alınmalıdır.
30. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
31. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayana qədər, hüquqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması (mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul olunması) üçün bütün zəruri tədbirləri görməlidir. Bu məqsədlə sədrlik edən hakim aşağıdakı hərəkətləri edə bilər: 49.1.2. hazırlıq sənədlərini (ərizələrini, vəsatətlərini, izahatlarını, etirazlarını) tamamlamağı və ya aydınlaşdırmağı, iş üzrə materiallarda saxlanılması mümkün olan sənədlərin və predmetlərin məhkəməyə təqdim olunmasını proses iştirakçılarına təklif etmək, dəqiqləşdirmə təl əb edən müəyyən halların izah olunması üçün müddət təyin etmək; 49.1.3. zəruri sənədləri (arayışları, məlumatları) toplamaq; 49.1.4. tələb olunan sənədlərin təqdim olunması barədə sərəncam vermək; Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən sədrlik edən hakim proses iştirakçısından müəyyən hadisələrə dair faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi tələb edə bilər. Hakim tərəfindən bu məqsədlə müvafiq müddət təyin oluna bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən inzibati orqanlar məhkəmənin tələb etdiyi sənədləri və ya aktları, habelə zəruri məlumatları təqdim etməyə borcludurlar. Həmin s ənədlərin və ya aktların məzmununun açıqlanmasının qanunla qorunan maraqlara ziyan vura biləcəyi hallarda və ya müəyyən fəaliyyətin mahiyyətinə görə, yaxud qanuna əsasən məxfi saxlanılmalı olduğu hallarda məhkəmə həmin sənədlərin və ya aktların, habelə məlumatların qapalı məhkəmə iclasında araşdırılması barədə qərardad qəbul edir.
32. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aş ağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Həmin Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Odur ki, şikayət üzrə kassa siya mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.
36. Kassasiya şikayətinin Azərbaycan Respublikası Prezidentinin 08.07.1999-cu il tarixli 149 nömrəli Fərmanı ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ““Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08.07.1999-cu il tarixli 149 nömrəli Fərmanında “yerli” sözü qeyd edilmiş, yəni icra hakimiyyəti orqanları deyil, yerli icra hakimiyyəti orqanları olduğu müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir.
37. Cavabdehin digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 3.9.6-cı bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarının vəzifələrinə dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılması və idarə olunmasını təşkil etmək, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirmək qeyd edilmişdir. Bu hal özlüyündə şikayətin dəlilinin formal olduğunu təsdiqləyir.
38. Məhkəmə kollegiyası İPM-in 91-ci maddəsinə uyğun olaraq maddi və prosessual hüquq normaları nın apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün tətbiq edilməsini yoxlayaraq belə qənaətə gəlir ki, məhkəmə işə baxarkən İPM-in 12-ci maddəsinin tələblərinə riayət etməmiş, bununla da prosessual hüquq normalarını pozmuşdur.
39. Belə ki, iddiaçı “qaçqın” statusu olmasına istinad edərək yaşayış sahəsi ilə təmin olunmasını xahiş etmiş, məhkəmələr də iddiaçının tələbini təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi öz nəticəsini hazırkı qərarın 24-29-cu bəndlərində qeyd olunan maddi hüquq normaları ilə əsaslandırmış və iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. Lakin Ali Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparmamışdır.
40. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı ona yaşayış sahəsi verilməsini tələb edərkən aşağıda sadalanan faktiki şərtlərə əsaslanmışdır: - 2006-cı ildə qaçqın statusu alması; - 28 ildir Azərbaycan Respublikasında yaşaması; - 6 il müddətində Abşeron rayonu Saray qəsəbəsi ərazisindəki hərbi yaşayış kompleksində yaşaması - yaşadığı yerdən 2017-ci ildə tikinti şirkətinin əməkdaşları tərəfindən zorla çıxarılması; - həmin yerdə onunla birlikdə yaşayan iki məcburi köçkün ailəsinin mənzillə təmin edilməsi; - həmin vaxtdan daimi yaşayış yerinin olmaması.
41. Halbuki, iddiaçı iddia tələbinin əsası kimi göstərilən faktiki şərtlərə istinad etdiyi halda həmin şərtlərin həqiqətən mövcud olduğunu sübut etməli, məhkəmə də öz növbəsində İPM-in 13-cü maddəsinin tələblərinə uyğun rəftar etməli idi. Belə ki, iddiaçının 30 ilə yaxın müddətdir Azərbaycan Respublikasında yaşadığını nəzərə alaraq apellyasi ya instansiyası məhkəməsi ilk növbədə bu müddət ərzində onun yaşayış sahəsi ilə təmin olunub-olunmadığını, əvvəllər harada yaşamasını, onun yaşayış yerini tərk etməsinə nəyin səbəb olduğunu, bununla bağlı ona kompensasiya verilib verilmədiyini araşdırmalı idi. Çünki hazırkı qərarın 24-29-cu bəndlərində göstərilən normaların məzmunundan görünür ki, qanunvericilikdə əvvəllər yaşayış sahəsi verilmiş “qaçqın” statusu olan şəxslərə sonradan təkrarən belə yaşayış sahəsinin verilməsi nəzərdə tutulmamışdır.
42. Belə ki, qaçqınların yaşayış sahəsi ilə təmin olunması “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 17-ci maddəsində (bax: hazırkı qərarın 27-ci bəndi) qaçqınların yaşayış sahəsi ilə təmin edilməsinin qaydalar ı qeyd olunsa da, həmin maddədə “qaçqın” statusu almış şəxsə ikinci dəfə yaşayış sahəsi verilməsi ilə bağlı hər hansı bir norma qeyd olunmamışdır. Beləliklə, qanunvericilik “qaçqın” statusu almış şəxsə yalnız bir dəfə yaşayış sahəsi ilə təmin olunmaq hüququ verir.
43. Odur ki, hazırkı mübahisənin həll edilməsi üçün birinci növbədə iddiaçının əvvəllər yaşayış sahəsi ilə təmin olunub-olunmadığı müəyyən edilməli, yuxarıda göstərilən hallar həm inzibati icraat zamanı cavabdeh orqan tərəfindən, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmalı idi.
44. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddiaçının dediyi 2 qonşu məcburi köçkünün kim tərəfindən yerləşdirildiyini, həmin 2 qonşu məcburi köçkünün İcra Hakimiyyəti, yoxsa Tikinti Şirkəti tərəfindən yerləşdirildiyini də araşdırmalı idi. Eyni zamanda, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi iddiaçı evindən məcburi çıxarıldığı iddia edilən, lakin barəsində heç bir məlumat olmayan Tikinti Şirkətinin məlumatlarını, iddiaçı ilə aralarında iddiaçının bildirdiyi hadisənin baş verib-vermədiyini, müsbət halda hansı əsasla edildiyini araşdırmayıb. Bununla da, inzibati məhkəmə icraatının hazırkı qərarın 30-cu bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərini pozmuş və inzibati orqan tərəfindən mübahisənin düzgün həlli üçün lazımi araşdırmanın aparılıb-aparılmadığını, lazımi sübutların toplanılıbtoplanılmadığını, eləcə də inzibati orqanın mübahisə üzrə bütün zəruri faktiki və hüquqi hallara münasibətini aydın şəkildə bildirib-bildirmədiyini müəyyən etmək üçün İPM-in 49, 51 və 60-cı maddələrində (bax: hazırkı qərarın 31-ci bəndi) təsbit olunmuş imkanlardan fəal istifadə etməmişdir.
45. Odur ki, hazırkı qərarın 32-ci bəndində göstərilən prosessual hüquq normalarının tələblərinə əsasən qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Cavabdeh qərarın ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etsə də, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan kassasiya şikayəti “iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi” hissəsində təmin oluna bilməz.
46. Apellyasiya instansiyası məhkəməsi tərəfindən öz vəzifələrini tam həcmdə yerinə yetirmək üçün müraciətlə bağlı inzibati orqanda aparılmış araşdırmanın bütün materialları cavabdehdən tələb edilməli, iddiaçının ailə, sosial və maddi və ziyyəti və əmək fəaliyyəti barədə məlumatlar,1991-ci ildən haralarda və hansı əsaslar üzrə yanaşması, dövlət orqanları tərəfindən əvvəllər məskunlaşdırılıb-məskunlaşdırılmadığı, iddiaçının narazılığının əsası olan tikinti şirkətinin hərəkətləri ilə əlaqədar vurulmuş ziyanın əvəzinin həmin şirkətdən tələb edilməsi imkanının hazırda olub-olmadığı aydınlaşdırılmalıdır. Belə ki, yalnız göstərilən istiqamətdə araşdırma aparıldıqdan sonra cavabdehin imtinasının qanunauyğun olub-olmadığına qiymət verilə bilər.
47. Şərh olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.10.2020-ci il tarixli, 2-1(105)-204/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndəri lsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.