Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-292/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsinin və tikililərin dövlət qeydiyyatına alınması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı "xxxx" MMC cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı "xxxx" MMC-nin yerləşdiyi torpaq sahəsinin və tikililərin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Na xçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26.10.2021-ci il tarixli, 2-1(108)-24/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Naxçıvan şəhər X1 13.09.1993-cü il tarixli qərarı ilə “Aydın” kiçik müəssisəsinin ərazisində yerləşən Ağamalıoğlu küçəsi, 1 nömrəli binanın 2400 kv.m. həyətyanı sahəsinin, 621.03 kv.m. ümumi sahəsi, o cümlədən 222.020 kv.m. köməkçi sahəsi olan tkililərin iddiaçının şəxsi mülkiyyətinə keçirilməsi və həmin daşınmaz əmlakın iddiaçıya satılması nəzərdə tutulmuşdur. Alqı-satqı müqaviləsinə əsasən həmin əmlakın rəsmiləşdirilməsi Texniki İnventarlaşdırma Bürosundan xahiş edilmişdir.
2. Naxçıvan Muxtar Respubl ikası Texniki İnventarlaşdırma Bürosu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyul 1989-cu il tarixli, 257 nömrəli qərarına əsasən tərtib edilmiş 02 sentyabr 1993-cü il tarixli, 30 nömrəli qiymətləndirmə aktında həmin daşınmaz əmlakın dəyəri ******* (bir milyon səkkiz yüz iyirmi yeddi min yüz qırx) rubl məbləğində müəyyənləşdirilmişdir.
3. İddiaçı "xxxx" MMC ona ayrılmış torpaq sahəsinin və üzərindəki tikililərin dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, özəlləşdirilən obyekt dövlətə məxsus olduğundan yalnız Əmlak Komitəsi tərəfindən özgəninkiləşdirilə bilərdi. "xxxx" MMC-nin yerləşdiyi torpaq sahəsinin və tikilil ərin sözügedən müəssisənin adına özəlləşdirilməsini təsdiq edən sənədlər təqdim olunmadığından dövlət qeydiyyatının aparılması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" MMC-nin direktoru X2 iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin yerləşdiyi torpaq sahəsinin və tikililərin dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Aydın” kiçik müəssisəsi 1992-ci ildən fəaliyyət göstərmişdir. Onun hüquqi varisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət 19.08.2020-ci il tarixdə, ********** VÖEN nömrəsi ilə Azərbaycan Respublikası Vergilər N azirliyinin Kommersiya qurumlarının Dövlət reyestrindən çıxarış almışdır. Naxçıvan şəhərində fəaliyyət göstərən “Aydın” kiçik müəssisəsinin 15 aprel 1993-cü il tarixli ərizəsi nəzərə alınaraq, Naxçıvan şəhər XDM-nin 20 aprel 1993-cü il tarixli, 89 nömrəli Sərəncamına əsasən kənd təsərrüfatı və digər ərzaq mallarının tədarükü, daşınması, ticarətinin təşkili və kooperasiya işləri ilə əlaqədar olaraq Ağamalıoğlu küçəsində yerləşən, istismar müddəti başa çatmış bir saylı kommunal binanın bir hissəsinin, arxa hissəsindəki torpaq sahəsi ilə birlikdə onun istifadəsinə verilməsi, gələcəkdə şərait yarandıqda orada yerləşən təşkilatların köçürülməsi və binanın ərazi ilə birlikdə müəssisənin sərəncamına verilməsi və ona satılması qərara alınmışdır. Sərəncamla “Aydın” kiçik müəssisəsinə öz hesabına, u çmuş hissə də daxil olmaqla binanın və otaqların istifadəyə yararlı vəziyyətə gətirilməsi və dəyəri ödənilməklə onların müəssisənin balansına götürülməsi tapşırılmışdır.
6. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Hicran Muradov) 04 avqust 2021-ci il tarixli, 2-1(122)-21/2021 nömrəli qərarı ilə iddia təmin olunmamışdır.
7. Məhkəmə hesab etmişdir ki, "xxxx" MMC-nin yerləşdiyi torpaq sahəsinin və tikililərin sözügedən müəssisənin adına özəlləşdirilməsi ilə bağlı müvafiq qərar olsa da, özəlləşmənin sonrakı mərhələlərinin aparılmasını təsdiq edən sənədlər iş materiallarında mövcud deyildir. Məhkəmə araşdırması zamanı özəlləşmənin sonrakı mərhələlərinin aparılmasını təsdiq edən müvafiq sənədlərin, o cümlədən alqı-satqı müqaviləsinin, qeydiyyat vəsiqəsinin, texniki pasportun, qiymət aktına əsasən ödənilən məbləği təsdiq edən qəbzlərin məhkəməyə təqdim edilməsi dəfələrlə iddiaçıya təklif olunmuşdur. Lakin iddiaçı həmin sənədlərin mövcud olduğunu bildirsə də, onlardan hər hansı birini məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, qeyd olunan sənədlərin mövcudluğu və məhkəməyə təqdim edilməsi ilə bağlı məhkəmə tərəfindən dəfələrlə müvafiq dövlət orqanlarına sorğular verilmiş, lakin aparılan araşdırma müsbət nəticə verməmişdir.
8. İddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsində icraat
9. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26.10.2021-ci il tarixli, 2-1(108)-24/2021 nömrəli (hakimlər Vüqar Quliyev-sədrlik edən və məruzəçi, Yusifəli Qurbanov və Əhliman Xıdırov ) qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 avqust 2021-ci il tarixli, 2-1(122)-21/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı kassasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğun dəlillərində qeyd olunmuşdur ki, Naxçıvan şəhər X1 13 sen tyabr 1993-cı il tarixli qərarı ilə Naxçıvan şəhəri, Ağamalıoğlu küçəsi, 1 nömrəli binanın 2400 m2 həyətyanı sahəsi, ümumi sahəsi 621.03 kv.m., 222.020 kv.m. köməkçi sahəsi olan tikililər "Aydın” (əvvəlki adı ilə) kiçik müəssisəsinin mülkiyyətinə verilmiş və həmin sahələrin satılması ilə bağlı müvafiq ödənişlər müəssisə tərəfindən ödənilmişdir. Müvafiq qərarla Naxçıvan MR Texniki İnventarlaşdırma Bürosundan alğı-satqı müqaviləsi əsasında satılan yuxarıda qeyd edilən əmlakın şəxsi mülkiyyət sırasına daxil edilməsi və pasportlaşdırılması xahiş edilmişdir. Qeyd edilən torpaq sahəsinin və tikililərin satılması ilə bağlı qiymət aktı tərtib edilmiş, daşınmaz əmlak qiymətləndirilmiş və müəssisə tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. Sonradan həmin daşınmaz əmlakın özəlləşdirilməsi X2 tərəfindən həyata keçirilmiş və qeyd edilən torpaq sahəsinə dair pasportlaşdırma işləri aparılmışdır. Lakin sonradan üzrlü səbəblərdən torpaq sahəsinə aid olan həmin sənəd itirilmişdir. İtirilmiş sənədlə bağlı müvafiq inzibati orqana müraciət etsə də, belə bir sənədin mövcud olmadığı bildirilmişdir. Məcbur qalaraq müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda müvafiq qərarın hüquqi qüvvəsi qalmaqda davam edir və rəsmiləşdirilmiş alğı-satqı qərarın icrasından yaranmış alğı-satqıdır. Hazırda həmin torpaq sahəsi faktiki olaraq müəssisənin istifadəsində və sahibliyində deyildir, hətta qeyd edilən torpaq sahəsinin müəyyən hissəsi başqaları tərəfindən zəbt olunmuş və müəyyən tikililər tikilmişdir. Müəssisə mülkiyyətinə verilmiş həmin daşınmaz əmlak üz ərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir və nəticədə onun bu hüququ kobud şəkildə pozulmuşdur. Qanuna müvafiq olaraq Naxçıvan şəhər X1 qərarı əsasında həmin daşınmaz əmlak kiçik müəssisənin hüquqi varisi olan “Aydınoğlu 92" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Bu qərar qeydiyyat üçün əsas sənədlər sırasındadır. Hüquqi qüvvəsi mövcud olan qərar əslində həmin daşınmaz əmlakın mülkiyyətçisinin "xxxx" MMC-nin olduğunu təsdiqləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə görə, mülkiyyət hüququ maddi hüquqi baxımdan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan sonra əmələ gəlsə də, nəzərə almaq lazımdır ki, müvafiq qərar verilən zaman həmin Məcəllə hələ qəbul olunmamış və qüvvəyə minməmiş idi. "Aydınoğlu 92” MMC qeyd edilən daşın maz əmlakın müvafiq qərar əsasında tam mülkiyyətçisidir. Lakin bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən və qeydiyyata alınmasından imtina edilir. Bu mülkiyyət hüququna birbaşa olaraq müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmə müvafiq qərarın 7-ci səhifəsində cavabdeh inzibati orqanın hərəkətlərinin qanuni olduğunu qeyd edir və iddia mümkün olsa da, əsassız olduğundan rədd olunması qənaətinə gəlir. Müvafiq qərarla tikililər və torpaq sahəsi müəssisənin mülkiyyətinə keçirilmişdir. Eyni zamanda qiymət aktı tərtib olunmuş və beləliklə, dolayı yolla alğı-satqı prosesi həyata keçirilmişdir. Məhkəmənin müvafiq qərarda istinad etdiyi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq normalarına münasibətdə qeyd edir ki, daşınmaz əmlakın dövlət re yestrində qeydə alınma üçün əsas olan sənədlər siyahısında X1 qərarları da əsas yer tutmaqdadır. Həmin qərarın 9-cu səhifəsinin 3-cü abzasında özəlləşmənin aparılması ilə bağlı müvafiq qərar olsa da, sonrakı mərhələlərin aparılması ilə bağlı sənədlərin iş materiallarında olmadığı qeyd olunur. Məhkəməyə müraciət etməkdə məqsəd məhz müvafiq qərar əsasında tikililərin və torpaq sahəsinin qeydiyyata alınması öhdəliyinin məhz məhkəmə tərəfindən cavabdehin üzərinə qoyulması olmuşdur. Özəlləşmənin sonrakı mərhələsi baş tutsa və əmlak qeydə alınsaydı, o zaman məhkəməyə müraciət etməyin əhəmiyyəti olmazdı. Daşınmaz əmlakın dövlət reyestrində bu əmlak "xxxx" MMC-nin mülkiyyəti kimi qeydə alınmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmi şdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklül üyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən akt lar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşı nmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Lakin qanunvericiliyin tələb etdiyi müvafiq sənədlər iddiaçı tərəfindən istər cavabdeh inzibati orqana müraciət edərkən, istərsə də məhkəmə icraatı zamanı təqdim edilməmişdir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini). Onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların d övlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
15. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə
4. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Maddə
46. Dövlət mülkiyyətində olan torpaqlara-dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları daxildir.
16. İnzibati Prosessual Məcəllə Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsini n qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.
20. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin, şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
21. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdır malarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
22. Hazırkı mübahisədə iddiaçının tələbi və hüquqi marağı Naxçıvan şəhər XDM-nin 13.09.1993-cü il tarixli qərarı ilə onun mülkiyyətinə ayrılması nəzərdə tutulmuş "xxxx" MMC-nin yerləşdiyi torpaq sahəsinin və tikililərin dövlət qeydiyyatına alınmasına və bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir.
23. Bu qərarın 14-cü bəndində istinad olunan normaya görə, 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınm az əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
24. Yuxarıda istinad olunan normalara görə, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Bu zaman həmçinin nəzərə almaq lazımdır ki, qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.
25. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən binanın 2400 kv.m. həyətyanı sahəsinin, onun üzərində yerləşən 621.03 kv.m. ümumi sahəsi, o cümlədən 222.020 kv.m. köməkçi sahəsi olan tikililəri n iddiaçının (“Aydın” kiçik müəssisəsinə) mülkiyyətinə ayrılması nəzərdə tutulmuşdur. Qərarın məzmununa görə torpaq sahəsinin və tikililərin iddiaçıya ayrılması həmin daşınmaz əmlakın iddiaçıya satılması ilə şərtləndirilmişdir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Texniki İnventarlaşdırma Bürosu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyul 1989-cu il tarixli, 257 nömrəli qərarına əsasən 02 sentyabr 1993-cü il tarixli, 30 nömrəli qiymətləndirmə aktı tərtib edilmiş və həmin daşınmaz əmlakın dəyəri ******* (bir milyon səkkiz yüz iyirmi yeddi min yüz qırx) rubl məbləğində müəyyənləşdirilmişdir. Alqı-satqı müqaviləsi əsasında rəsmiləşdirmənin həyata keçirilməsi Texniki İnventarlaşdırma Bürosundan xahiş edilmişdir.
26. Bununla bağlı nəzərə almaq lazımdır ki, qeyd olunan sə rəncam daşınmaz əmlakın həmin sərəncamda nəzərdə tutulmuş tələblərlə bağlı müddəalara əməl olunması şərtilə ayrılmasını nəzərdə tutmuşdur. Həmin müddəalar daşınmaz əmlakın ayrılması barədə qərarın tərkib hissəsi kimi qiymətləndirilməlidir. Cavabdehin həmin şərtləri nəzərdə tutmaqda məqsədi əlverişli inzibati aktın icrasını müəyyən şərtlər daxilində təmin etməkdən ibarət olmuşdur. Qeyd olunmalıdır ki, həmin şərtlərin yerinə yetirilməsi tamamilə iddiaçının istəyinə bağlıdır. Lakin bu zaman nəzərə almaq lazımdır ki, iddiaçı həmin şərtləri yerinə yetirmədiyi təqdirdə, ona münasibətdə qəbul edilmiş əlverişli qərardan yararlanmaq imkanından da məhrum olacaqdır. Bu baxımdan torpaq sahəsinin və üzərindəki tikililərin ayrılmış sayılması üçün həmin şərtlərin yerinə yetirilməsi mütləqdir. Məhz bu bax ımdan rəsmiləşdirmənin daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həyata keçirilməsi Texniki İnventarlaşdırma Bürosuna həvalə edilmişdir. Əks təqdirdə, həmin qərarın şərtlərini ifadə edən müddəalar yerinə yetirilmədiyi üçün, iddiaçı həmin sərəncamdan faydalana və ona əsaslanaraq tələb irəli sürə bilməz.
27. Mübahisəyə dair iş üzrə materiallardan və işdə iştirak edən şəxslərin izahatlarından qeyd olunan sərəncamda nəzərdə tutulmuş şərtlərin yerinə yetirildiyi, yəni daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanıldığı, həmin əmlakın dəyərinin ödənildiyi və bunu təsdiq edən ödəmə sənədlərinin mövcudluğu müəyyən olunmamışdır. Belə ki, qeyd olunan sənədlərin əldə edilməsi və məhkəməyə təqdim olunması ilə bağlı məhkəmə tərəfindən müvafiq dövlət orqanlarına dəfələrlə sorğular verilmiş, lak in həmin sənədləri əldə etmək mümkün olmamışdır. İddiaçı tərəfindən sərəncamın şərtlərinin yerinə yetirilməsini təsdiq edən müvafiq sənədlərin - alğı-satqı müqaviləsinin, qeydiyyat vəsiqəsinin, texniki pasportun, qiymət aktına əsasən ödənilən məbləği təsdiq edən qəbzlərin məhkəməyə təqdim olunması ona təklif edilmiş, lakin iddiaçı bu sənədlərin mövcud olduğunu iddia etməklə kifayətlənmiş, həmin sənədlər onun tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki hazırkı mübahisəyə münasibətdə sərəncamın şərtlərinin yerinə yetirilməsini sübut etmək və bunu təsdiq edən müvafiq sənədləri təqdim etmək iddiaçının məsuliyyət sferasına aiddir.
28. Torpaq sahəsinin və üzərindəki tikililərin mülkiyyətə ayrılması şərtləri iddiaçı tərəfindən yerinə yetirilmədiyi üçün iddiaçı həmin qərara yuxarıda istina d olunan normalar anlamında daşınmaz əmlakın dövlət qeydiyyatına alınması üçün əsas qismində istinad edə bilməz.
29. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı "xxxx" MMC ona ayrıldığını iddia etdiyi torpaq sahəsinin və tikililərin həmin qərara əsasən dövlət qeydiyyatına alınmasını və bu barədə müvafiq çıxarışın verilməsini tələb etməkdə haqlı sayıla bilməz.
30. Beləliklə, hazırkı mübahisəyə münasibətdə cavabdehin daşınmaz əmlakın dövlət qeydiyyatından imtinası qanuni və əsaslı olmuşdur.
31. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda şərh edilənlərə və Azərbaycan R espublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26.10.2021ci il tarixli, 2-1(108)-24/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.