Məhkəmə qərarları › İş №2-1(102)-292/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-292/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-292/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: xidməti mənzillərin özəlləşdirilməsinə yol verilməməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X3 massivi, ev 8, mənzil 24 ünvanda yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2023-cü il tarixli, 2-1(105)-577/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya və onun ailə tərkibinə 29 noyabr 1985-ci il tarixli H/1317 saylı order əsasında xidməti yaşayış sahəsi kim i Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X3 massivi, ev 8, 24 saylı mənzil verilmişdir.

2. İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edərək yaşadığı mənzili xidməti rejimindən çıxarılmasını xahiş etmişdir.

3. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının 513 saylı, 12 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X3 massivi ev 8-də yerləşən xidməti rejimdə olan 24 saylı mənzil xidməti rejimdən çıxarılmışdır.

4. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək Sumqayıt şəhəri, X1 qəsəbəsi, ev 8 ünvanında yerləşən 24 nömrəli mənzil üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2022-ci il tarixli daşınmaz əmlak üzəri ndə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd etmişdir ki, Sumqayıt şəhər X2 İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli, H/1317 nömrəli orderə əsasən Sumqayıt şəhəri, X1 qəsəbəsi, ev 8 ünvanında yerləşən 24 nömrəli mənzilin xidməti rejimdə verildiyi müəyyən edilmiş, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, X1 qəsəbəsi, ev 8 ünvanında yerləşən 24 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, H.Zeynalabdin qəsəbəsi, X3 massivi, ev 8, mənzil 24 ona və ailə tərkibinə 29 noyabr 1985-ci il tarixli H/1317 saylı order əsasında xidməti yaşayış sahəsi kimi verilmişdir. Yaşayış sahəsi 28,41 kvadrat metr olan 2 otaqlı mənzildə 7 nəfər ailə tərkibi ilə 1986-cı ildən qeydiyyatda olmaqla həmin ünvanda yaşayırlar.Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 12 sentyabr 2022-ci il tarixli 513 nömrəli sərəncamından da görünür ki, yaşayış sahəsi 28,41 kvadrat metr olan 2 otaqlı H.Zeynal abdin qəsəbəsi, X3 Massivi, ev 8, mənzil 24 xidməti rejimdən çıxarılmışdır.Odur ki, qanuni əsaslarla əldə etdiyi H.Zeynalabdin qəsəbəsi, X3 massivi, ev 8, mənzil 24 ünvanda yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi üçün 24 sentyabr 2022-ci il tarixdə DƏDRX-nin 2 saylı Sumqayıt ərazi İdarəsinə müraciət etmiş, həmin müraciətinə 03 oktyabr 2022-ci il tarixli, **********60 saylı məktubu ilə ərizənin icra edilməsindən imtina edilmişdir.

8. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər X2 icraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli, H/1317 nömrəli orderə əsasən Sumqayıt şəhəri, X1 qəsəbəsi, ev 8 ünvanında yerləşən 24 nömrəli mənzilin xidməti rejimdə verildiyi müəyyən edilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondun un yaşayış sahələrinə şamil edilmir. Həmçinin bildirilir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 12 sentyabr 2022- ci il tarixli 513 nömrəli sərəncamı sözü gedən mənzilin xidməti rejimdən çıxarılması üçün əsas sayılmamalıdır. Müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətləri qanunvericiliklə dəqiq müəyyən edilmişdir və mənzillərin xidməti rejimdən çıxarılması ilə bağlı icra hakimiyyəti orqanının səlahiyyəti qanunvericilikdə dəqiq göstərilmədiyi üçün mənzilin xidməti rejimdə qaldığı nəzərə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qa nunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır.

9. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1672/2023 nömrəli qərarı ilə (hakim C.Məmmədov) iddia təmin edilmiş, Sumqayıt şəhəri, X1 qəsəbəsi, ev 8 ünvanında yerləşən 24 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 3-21-3/2-3192/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilir ki, Sumqayıt şəhəri, X1 qəsəbəsi, ev 8 ünva nında yerləşən 24 nömrəli mənzil Sumqayıt Şəhər İcra Hakimiyyətinin MənzilKommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olan daşınmaz əmlak kimi dövlət əmlakının registrində qeydə alınmışdır. Mənzilin balans saxlayıcısı olan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 12 sentyabr 2022-ci il tarixli 513 nömrəli sərəncamı ilə sözü gedən mənzilin xidməti rejimdən çıxarılmışdır. Həmçinin, daşınmaz əmlaka dair orderdə adları keçən şəxslərin həmin mənzilin iddiaçının adına rəsmiləşdirməsinə dair etirazlarının olmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə olan halda İddiaçı mübahisə edilən mənzilin özəlləşdirilməsi üçün əsas verən hallar qanunvericiliyə uyğun olaraq öz həllini tapdığından, cavabdeh tərəfindən onun tələbinin təmin edilməməsi qanunsuz olmuşdur.

11. Cavab deh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2023-cü il tarixli, 2-1(105)-577/2023 nömrəli qərarı ilə (hakimlər: G.Cabbarova - sədrlik edən və məruzəçi, H.Babayeva və A.Süleymanova) apellyasiya şikayətləri təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və iddia təmin edilməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mənzil qanunvericiliyinin tələbinə əsasən, xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Müvafiq mənzilin xidməti rejimdən çıxarılması barədə müvafiq icra hakimiyyətinin sərəncamı ilə bağlı onu qeyd etmişdir ki, qey d edilən sərəncam 12 sentyabr 2022-ci il tarixdə qəbul edilmişdir. Həmin sərəncamın qəbul edildiyi vaxt qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 06 may tarixli, 86 №li Qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın 1.3 Bəndi). Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində dövlət nəzarətini həyata keçirən qurumdur. Belə ki, yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və çıxarılmasının müvafiq icra hakimiyyəti orqanının sərəncamı əsasında deyil, məhz Əmlak Məsələləri Dövlət Xidmətinin qərarı əsasında həyata keçirilməsi dəqiq, imperativ və birmənalı şəkildə qeyd edilmişdir. Bununla yanaşı, qeyd olunmalıdır ki, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə də yerli icra hakimiyyəti orqanının belə bir səlahiyyətə malik olmasına, o cümlədən bununla bağlı istisna qaydaya dair hər hansı norma nəzərdə tutulmamışdır. Belə olan halda, hazırki iş üzrə müvafiq icra hakimiyyəti orqanının yaşayış sahəsinin xidməti rejimdən çıxarılmasına dair sərəncamı qanunauyğun olmamışdır. Buna görə də həmin sərəncam indiki halda müvafiq yaşay ış sahəsinin xidməti rejimdən çıxarılması üçün əsas hesab edilə bilməz.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X3 massivi ev 8-də yerləşən xidməti rejimdə olan 24 saylı mənzilin sahibi İddiaçı şəhər İcra Hakimiyyətinə müraciəti əsasında tərəfindən qanunvericiliyə uyğun olaraq toplanmış sənədlər əsasında 24 saylı mənzil şəhər İcra Hakimiyyəti başçısının 513 saylı, 12 sentyabr 2022-ci il tarixli sərəncamı ilə xidməti rejimdən çıxarılmışdır. Lakin məhkəmə artıq bu mənzilin qüvvədə olan Sumqayıt şəhər İcra hakimiyyətinin sərəncamına əsasən xidməti rejimdən çıxarılmasına baxmayaraq bu mənzili yenə də xidməti mənzil kimi qiymətləndirməklə inzibati orqanın qanunsuz hərəkətinə haqq qazandırmışdır. Bununla da məhkəmə 1985-ci ildən iddiaçının qanuni istifadəsində olmuş və 40 ilə yaxın bir müddətdə yaşadığı,onun potensial əmlakı hesab olunan mənzil üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirmək hüququnu pozan qanunsuz bir qərar qəbul etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;... 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 18. “Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” Qanun Maddə

1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır..... Maddə

6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, q apalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir...

19. Mənzil Məcəlləsi Maddə

91. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri;.... 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.

20. İnzibati Prosessual Məcəllə: Maddə

14. Sübut etmə vəzifəsi... 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməs inin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, iddiaçının şikayəti üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etm əklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən göründüyü kimi, daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə baxan məhkəmələr ilk növbədə cavabdehin hərəkətlərinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci və 15-ci maddələrinin tələblərinə uyğun olub-olmadığını müəyyən etməlidir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1971/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, 2-1(102)-2231/2020 nömrəli qərarları).

26. Belə ki, sözügedən Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaş dırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir və Qanunun 8-ci maddəsi mülkiyyət hüququnun qeydə alınması əsaslarını, 15-ci maddəsi isə mülkiyyət hüququnun qeydə alınmasından imtinanın əsaslarını özündə əks etdirir. İnzibati orqanlar da öz növbəsində həmin əsaslardan biri olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasında imtina edə bilərlər.

27. İşə baxan apellyasiya instansiyası məhkəməsi də göstərilən hüquqi mövqeyə uyğun araşdırma apararaq müəyyən etmişdir ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X3 massivi, ev 8, 24 saylı ünvanında yerləşən yaşayış sahəsi iddiaçıya xidməti vəzifəsinə görə verilmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə əmək fəaliyyəti ilə əlaqədar müvafiq şəxslərə istifadəsi üçün verilmiş yaşayış sahəsidir və qeyd olunan normalara əsasən isə xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir.

29. İddiaçı kassasiya şikayətinin dəlillərində mübahisələndirilən mənzilin Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 513 saylı, 12 sentyabr 2022-ci il tarixli sərəncamı ilə xidməti rejimdən çıxarılmasını qeyd edir.

30. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin sərəncamın qəbul edildiyi vaxt qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 06 may tarixli, 86 №li Qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”nın 1.3 Bəndi).

31. Yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və çıxarılmasının müvafiq icra hakimiyyəti orqanının sərəncamı əsasında deyil, məhz Əmlak Məsələləri Dövlət Xidmətinin qərarı əsasında həyata keçirilməsi dəqiq imperativ və birmənalı şəkildə qeyd edilmişdir.

32. Qeyd edilənlərə əsasən, iddiaçının özəlləşdirilməsini tələb etdiyi mənzilə münasibətdə “Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində nəzərdə tutulan (qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir) məhdudiyyətlər mövcud olduğundan, apellyasiya instansiyası məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur.

33. Belə ki, inzibati orqanın iddiaçının istifadəsinə verilmiş mənzilə dair onun mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Ona görə də cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib olmuşdur.

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası m əhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilməsin Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 sentyabr 2023-cü il tarixli, 2-1(105)-577/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar