Məhkəmə qərarları › İş №2-1(102)-2920/2018

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2920/2018

26.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2920/2018 26.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinə qarşı iş üzrə QƏRARDAD (prosessual müddətin bərpasına dair ərizəyə baxılması barədə) iş № 2-1(102)-2920/18 Bakı şəhəri 26 dekabr 2018-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin vəkili Xəqan Hümmətzadənin iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin müdiri Faxrət Gülüşov tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2018ci il tarixli, 2-1(107)-312/2018 saylı qərarından verilmiş kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə baxaraq, TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 aprel 2013-cü il tarixdən 08 aprel 2016-cı il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyinin cava bdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2-1(84)-621/2018 saylı qərarı (hakim Vidadi Qasımov) ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli, 2-1(107)-312/2018 saylı qərarı (sədrlik edən hakim Elçin Hüseynov, hakimlər Rövşən Rəfiyev və Gündüz Abbasov) ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verməklə onun ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul o lunmasını xahiş etmişdir. Kassasiya şikayəti verilən qərar cavabdehə 22 oktyabr 2018-ci il tarixdə təqdim olunmuş kassasiya şikayəti isə apellyasiya instansiyası məhkəməsinə 28 noyabr 2018-ci il tarixdə daxil olmuşdur. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olduqdan sonra onun mümkünlüyü məsələsinə 26 dekabr 2018-ci il tarixdə baxılacağına dair məhkəmə bildirişi cavabdehə və vəkilinə göndərilmişdir. Bildirişdə cavabdehin nəzərinə çatdırılmışdır ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Bu səbəbdən təyin olunan vaxta qədər göstərilmiş nöqsanın aradan qaldırılması, prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin təqdim olunması cavabdehə təklif edilmişdir. Cavabdeh in vəkili tərəfindən prosessual müddətin bərpası barədə ərizə təqdim edilmişdir. Ərizə ilə prosessual müddətin buraxılmasının səbəbi kimi bildirilmişdir ki, 22 oktyabr 2018-ci il tarixində X1 sistemində texniki nasazlıq yarandığı üçün, qərar sistemə 23 oktyabr 2018-ci il tarixdə daxil edilmiş və şikayət vermə müddəti də həmin tarixdən hesablanmışdır. Göstərilənlərə əsasən cavabdehin vəkili buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə ə saslanmaqla işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası buraxılmış müddətin bərpasına dair ərizəni nəzərdən keçirərək hesab edir ki, buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməməli, kassasiya şikayəti mümkün hesab edilməməli və onun qəbuludan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM): - 90.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər; - 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində mü vafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. - 89-cu maddəsinə əsasən, bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. - 96.2.-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; - 96.3-ci maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilm ə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddələrdən göründüyü kimi, kassasiya icraatı zamanı şikayətin mümkünlüyü məsələsi həll olunmalı və kassasiya şikayətinin verilməsinə dair tələblərə riayət edilibedilməməsi yoxlanılmalıdır. Bu tələblərə həmçinin kassasiya şikayətinin apellyasiya məhkəməsinin qərarının alındığı gündən 1 ay- 30 gün müddətində verilməsi aiddir. Bu müddət ötürüldükdə isə, proses iştirakçısı onun bərpasını xahiş edə bilər. Bu müddəaların tətbiq edərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti prosessual müddət buraxılmaqla verilmişdir. Belə ki, işin 81-ci səhifəsində olan sifarişli məktubun çatdırılmasına dair xəbərnamədən göründüyü kimi, cavabdehə apelly asiya məhkəməsinin qərarı 22 oktyabr 2018-ci il tarixdə təqdim edilmişdir. İşin 83-cü səhifəsində olan kassasiya şikayətinin üzərində olan möhürdən göründüyü kimi, şikayət məhkəməyə 28 noyabr 2018-ci il tarixdə göndərilmişdir. Prosessual müddətin bərpasına dair Azərbaycan müddəalarında aşağıdakılar müəyyən olunmuşdur: Respublikası İPM-nin - 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən mə hkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Buraxılan prosessual müddətin cavabdehin təqsiri olmadan buraxılmasını əsaslandırarkən, cavabdehin vəkili 22 oktyabr 2018-ci il tarixində X1 sistemində texniki nasazlıq yarandığı üçün, qərar sistemə 23 oktyabr 2018-ci il tarixdə daxil edilmiş və şikayət vermə müddətinin də həmin tarixdən hesablandığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş ərizədə göstərilmiş əsaslar buraxılmış müddətin bərpası üçün yetərli deyildir və ərizə təmin edilməməlidir. Belə ki, apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin ötürülməsinin səbəbini X 1 sistemində yaranmış texniki nasazlıqla əlaqələndirilsə də, bu fakt hətta belə mövcud olduğu halda, müddətin üzürlü səbəbdən buraxılması kimi qiymətləndirilmir, çünki cavabdehin daxil olan sənədlərin dövriyyəsinin qeydiyyata alınması qaydaları onun fəaliyyətinin kargüzarlıq sahəsində tənzimləyən məsələdir və həmin qaydaların pozulması müddətin buraxılması üçün hüquqi əsas deyildir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə cavabdehin ərizəsində istinad edilmiş hal qanunvericiliklə müəyyən edilmiş proses iştirakçısının təqsiri olmadan buraxılması kimi qiymətləndirilmir və bu səbəbdən ərizə təmin edilməməli, kassasiya şikayətinin verilmə müddəti buraxıldığından, kassasiya mümkün sayılmamalıdır. Azərbaycan Respu blikası İPM-nin 96.2-ci və 96.3-cü maddələrinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Şikayətin qəbulundan imtina edildiyi hallarda apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1, 24.2, 24.3, 89, 94.1, 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin müdiri Faxrət Gülüşov tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiy asının 02 oktyabr 2018ci il tarixli, 2-1(107)-312/2018 saylı qərarından verilmiş kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin olunmasın, kassasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar