Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2920/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: özəlləşdirilmiş evin altındakı torpağa dair çıxarışın verilməsi GİRİŞ HİSSƏ 27.11.2019 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və X2 ibarət tərkibdə, Cavabdeh İdarənin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs Səbail rayon İcra Hakimiyyətinə qarşı özəlləşdirilmiş evin altındakı torpaq sahəsinə çıxarışın verilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qərarından cavabdeh İdarə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs Səbail rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İdarəyə ünvan 1 ünvanında yerləşən bir mərtəbəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçının şəxsi mülkiyyə tinə keçirilməsinin tapşırılması barədə qərar qəbul kedilməsini xahiş etmişdir etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 mart 2018-ci il tarixli qərarı ilə (hakim E.Məmmədov; iş No 2-1(81)- 920/2018) iddianın təmin edilməsi; iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin altındakı, iddiaçının istifadəsində olan torpaq sahəsinin (40 kv.metr) onun adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh İdarənin üzərinə öhdəlik kimi qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14.09.2018-ci il tarixli qərarı ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayılov və K.Abiyeva; iş No 2-1(103)1659/18) cavabdeh İdarənin apellyasiya şikayə tinin təmin edilməsi, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 30 mart 2018-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.03.2019-cu il tarixli qərarı ilə (sədrlik edən İ.Hüseynov, hakimlər N.Rəsulbəyova və Z.Quliyev) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14.09.2018-ci il tarixli qərarının ləğv edilməsi; işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi; şikayətin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qərarı ilə(sədrlik edən A.Nuriyeva, hakimlər V.Ağayev və C.Yusifov; iş № 2-1(103)-1240/2019) cavabdeh İdarə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 mart 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh İdarə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya inistansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh İdarənin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçının və üçüncü şəxs İcra Hakimiyyətinin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan müəyyən edilir ki, işin materiallarında olan: -RX seriyalı ******* saylı çıxarışa əsasən, iddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 40,0 kv.m, o cümlədən, yaşayış sahəsi 17,3 kv.m, yardımçı sahəsi 22,7 kv.m olan 1 otaqlı fərdi yaşayış evinin mülkiyyətçisidir; -**********53-05101-093001 saylı, 04.1 2.2013-cü il tarixli texniki pasportun təsdiqləmiş surətinə müvafiq olaran iddiaçıya məxsus mənzilin yerləşdiyi bina bir mərtəbəli olmaqla fərdi yaşayış evidir; evin ümumi ölçüsü 40 kv.m-dir; -Səbail rayon İcra Hakimiyyətinin Başçısının 04.11.2013-cü il tarixli 321 saylı sərəncamının surətinə görə, iddiaçıya məxsus mənzilin ölçüləri dəqiqləşdirilmiş və mənzilin 1 otaqlı, yaşayış sahəsinin 17,3 kv.m, yardımçı sahəsinin 22,7 kv.m və ümumi sahəsinin 40 kv.m olduğu təsdiq edilmişdir; -iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 35 A, 4 nömrəli mənzilə dair 04.12.2013-cü il tarixdə tərtib edilmiş, inventar nömrəsi 11/9632 olan texniki paspora uyğun olaraq 1901-ci ildə tikilən ümumi sahəsi 40,0 kv.m mənzil birmərtəbəlidir, tikinti altı sahə faktiki olaraq 0,0119 ha təşkil edi r. Yuxarıda qeyd edilənlərə əsaslanan iddiaçı, mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin altındakı torpaq sahəsinin xüsusi mülkiyyət üzrə qeydə alınaraq, dövlət reyestrindən çıxarışın verilməsinə dair 20.04.2017-ci il tarixli ərizə ilə cavabdeh İdarəyə müraciət etmişdir. Lakin həmin inzibati orqan iddiaçıya ynvanladığı 10.05.2018-ci il tarixli cavab məktubla ona bildirmişdir ki, torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər təqdim edildikdən sonra yenidən müraciətə baxıla bilər. Araşdırılan qərardaddan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, cavabdeh İdarənin imtinası qanuni olmadığından, iddiaçıya məxsus fərdi yaşayış evinin altındakı, istifadədə ola n torpaq sahəsinə dair onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin döv lət qeydiyyatı üçün əsaslarından biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına görə, fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmil əşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin maddənin 5-ci bəndinə əsasən, torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin maddənin 6-cı bəndinə müvafiq olaraq torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi ( satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Həmin maddənin 8-ci bəndinə görə, torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə uyğun olaraq vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağl arın) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən, vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətəndaşlann mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. Cavabdeh İdarənin iddiaçının müraciətinin təmin edilməsindən imtinasının dəlilləri ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 35 A ünvanında yerləşən 4 nömrəli mənzil çoxmərtəbəli yaşayış binasının tərkib hissəsi kimi, daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatdan keçsə də, müvafiq mənzilin yerləşdiyi binada digər mənzillər - 1 saylı mənzil X4 adına, 3 saylı mənzil X3 (1/2 hissəsi) və X1 (1/2 hissəsi) adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, bu səbəbdən də, müvafiq binanın yerləşdiyi torpaq sahəsi qanunvericiliyə əsasən binada yerləşən mənzillərin mülkiyyətində ümumi paylı mülkiyyət hüququ ilə məxsus olduğundan müvafiq torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu dəlillər ə sassız olduğundan qəbul edilməməlidir, belə ki işin materiallarında olan sənədlərən (o cümlədən mübahisəli mənzilin fotoşəkillərindən) görünür ki, iddiaçının 4 Noli mənzili çoxmərtəbəli yaşayış binasının tərkib hissəsi deyil, ayrıca təcrid olunmuş birmərtəbəli tikilidir. Bu səbəbdən də, iddiaçı, həmin mənzilin yerləşdiyi və məhz həmin mənzilə aid olan torpaq sahəsinə öz mülkiyyət hüququnun qeydə alınmasını tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasın ın tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə müvafiq olaraq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, ya şıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər|'iimümi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri ndzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci və Azəbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddələrinin dispozisiya şərtləri nəzərə alındıqda, hazırkı işdə iddiaçıya məxsus mənzilin ayrıca tikilidən - digər mənzillərlə konstruktiv bağlılığı olmayan ayrıca hissədən ibarət olduğu müəyyən edildiyi halda, o, təkbaşına mülkiyyə tçisi olduğu həmin hissəyə (mənzilə) xidmət edən obyektlərin (o cümlədən, hissənin yerləşdiyi torpaq sahəsinin) də təkbaşına mülkiyyətçisidir. Azərbaycan Respublikası İPM-nin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər Ona görə də, iddiaçının iddia tələbi əsaslı və qanuni olduğundan, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilmə mişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2920/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2920/2019
27.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver