Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2921/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: mənzildən qeydiyyatdan çıxarılma 12.11.2019 giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxslər X13, X14, X19, bundan sonra üçüncü şəxslər) “üçüncü şəxslərin qeydiyyatdan çıxarılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibat i-İqtisadi kollegiyasının 2-1(103)-1052/2019 saylı, 12 iyun 2019-cu il tarixli qərarından üçüncü şəxs X3kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 23.11.2001-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının yaşadığı evin ünvanında dəyişiklik aparılması haqqında məktubuna baxılmış, ünvan 2 ünvana baxış keçirilmişdir. Həqiqətən ərazidə yerləşən 3-4 mənzilin ünvanının təkrarlanaraq 15a yazıldığı müəyyən edilmişdir. İddiaçının xahişi nəzərə alınaraq ünvanda dəyişiklik edilmiş və həmin ünvana ünvan 3kimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi t ərəfindən verilmiş 19.12.2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsindəki 1 (bir) otaq 20.1 kv.m yaşayış sahəsi, 53.0 kv.m ümumi sahəsi olan 15 “b” saylı fərdi yaşayış evi iddiaçıya məxsusdur. Həmin ünvana dair Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 19.12.2001-ci il tarixdə texniki pasport da tərtib edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 06.09.2007-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində yerləşən 15 b saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tər əfindən məhkəmənin “Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 15 b nömrəli evə dair hüquqmüəyyənedici sənədlərin və ilkin hüquqmüəyyənedici sənədlərin təqdim edilməsinə dair” sorğusuna cavab olaraq ünvanlanmış 13.08.2018-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, ünvan 5 ünvanla bağlı ilkin hüquqmüəyyənedici sənədlərdə həmin ünvan ünvan 6r. Eləcə də həmin sənədlərdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, ev 15A ünvanın adı altında birdən çox ev olmuşdur. 59 saylı Mənzil–Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş X3 adına olan forma “A” kartasına əsasən 3-cü şəxs X3 yaşadığı fərdi yaşayış evi həmin dövrdə qüvvədə olan kiril əlifbası ilə Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 15 “b” yəni, latın əlifb ası ilə Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 15 “v” olmuşdur. Eləcə də, işdə olan 1985-ci il və müxtəlif tarixli qəbz və bildirişlərdən də, görünür ki, S.Musayev tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 15 “v” ünvanı ilə bağlı ödənişlər edilmişdir. 3-cü şəxs X3 qızı X4 məxsus şəxsiyyət vəsiqəsinə əsasən onun qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 15 “v” kimi qeyd olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş fərdi uçot vərəqəsinə əsasən X5 qeydiyyatda olduğu ünvan kimi, Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 15 qeyd olunmuşdur. X19 isə X5 oğlu, azyaşlılar isə nəvəsi olmaqla onun ailə üzvləridirlər, eyni ünvanda birlikdə yaşayırlar. İddiaçı ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. 3-cü şəxslər mübahisəli evdə qeydiyyatda olsalar da, faktiki olaraq həmin evdə heç vaxt yaşamamışlar. Onlar özlərinə məxsus evlərində yaşamışlar və onların da qeydiyyatda olduqları ünvan S.Musayevin ünvan 10 onun ailə üzvlərinin qeydiyyatda olduqları ünvan isə ünvan 11 ünvanladığı 24 may 2018-ci il tarixli məktubda “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 9-cu maddəsinə istinad edilərək iddiaçıya bildirilmişdir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma və yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. İddiaçı 8 iyun 2018-ci il tarixli iddia ərizəsi ilə cavabdehə qarşı 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək X13, X14, X19, X15, X16 və X6 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, 15 B saylı evdən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, 15 B saylı ev iddiaçının xüsusi mülkiyyətindədir. Bu barədə onun adına DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 06.09.2007-ci il tarixli dövlət reyestrindən çıxarış vardır. Həmin evdə o, ailə üzvləri ilə birlikdə qeydiyyatdadır. Həmin evin nömrəsinə dair ona Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 23.11.2001-ci il tarixli ünvan dəyişikliyi barədə məktub verilmişdir. Məktuba əsasən onun evinin ünvanı 15 B hesab edilmişdir. Lakin bu yaxınlarda 3 saylı Bakı “ASAN XİDMƏT” mərkəzindən aldığı arayı şdan ona məlum olmuşdur ki, onun evinə başqa şəxslər qeyri-qanuni olaraq qeydiyyata düşmüşlər. Həmin şəxslər X13, X14, Əliyev Ceyhun Arif oğlu, X15, X16 və X7r. Cavabdeh tərəfindən onun evinə qanunsuz olaraq qeydiyyata düşən həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı imtina edilərək məhkəməyə müraciət etməsi ona məsləhət görülmüşdür. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır, cavabdeh onun razılığı olmadan həmin şəxsləri onun evinə qanunsuz olaraq qeydiyyata aldığından həmin şəxslər ona məxsus evdən qeydiyyatdan çıxarılmalıdır. Həmin şəxslərin onun evində qeydiyyatda qalmaları onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1,2-1(81-115/2019 saylı iş) 13 fevral 2019-cu il tarixliqərarı ilə iddia təmin edilərək,X13, X14, Əli yev Ceyhun Arif oğlu, X15, X16 və X6 Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsində yerləşən 15 B saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 fevral 2019-cu il tarixliqərarı ilərazılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X11məruzəçi, X17 və X8, 2-1(103)-1052/2019 saylı iş) 12 iyun 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Musayev Səməd və onun ailə üzvləri, X12 istisna olmaqla, inzibati orqanının səhvi ucbatından əvvəllər N.Yusifbəyli küç. 15 “v” qeydiyyatda olduqları halda düzgün olm ayaraq N.Yusifbəyli küçəsi 15 “b” ünvana qeydiyyata alınmışdır və bu məsələ ilə bağlı hazırki iş üzrə üçüncü şəxslər müvafiq inzibati orqana müraciət etməmiş, ona qarşı məhkəmədə mübahisə qaldırmamışlar. Üçüncü şəxs X14 10 iyul 2019-cu il tarixdə qərarın surətini almış, 10 avqust 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iş üzrə yeni qərar çıxarılmaqla iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: S.Musayev özünə məxsus olan həmin dövrdə qüvvədə olan kiril əlifbası ilə Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 15 “b” yəni, latın əlifbası ilə Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 15 “V” olan fərdi yaşayış evində yaşayıb və həmin ünvanda qeydiyyatda olub. Lakin dövlət orqanları S.Musayevin ünvanını latın əlifbası ilə yazarkən onu “V” kimi deyil, “B” kimi qeyd ediblər. 12.12.2000-ci ildə Nəsimi rayon pasport şöbəsində pasport qeydiyyatına alınıb, qeydiyyat ünvanı kimi ünvan 14l şəxsiyyət vəsiqəsi alarkən, yenə də ünvanı eyni qeyd edilib. Dövlət orqanları hər iki evə eyni ünvan veriblər, bu zaman da S.Musayev iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılmasına dair iddia deyil, iki fərqli fərdi yaşayış evlərinə eyni ünvanın verilməsi ilə bağlı texniki səhvin aradan qaldırılması ilə bağlı iddia qaldırılmalı idi. Çünki S.Musayev iddiaçıya məxsus evdə deyil, öz evində qeydiyyatdadır. Sadəcə olaraq, həm iddiaçının evinə, həm də S.Musayevin evinə eyni ünvan verilib. Odur ki, eyni ünvan problemi aradan qaldırılmadan bu iddianı həll etmək mümkün deyil. Əks halda, S.Musayev və onun ai lə üzvləri qeydiyyatsız duruma düşmüş olacaq. Lakin apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətində qeyd edilməsinə baxmayaraq işə baxarkən bu hala hüquqi qiymət verməyib. 2000-ci ildə pasport kiril əlifbası ilə yazılmışdır, 2005-ci ildə şəxsiyyət vəsiqəsi alarkən artıq ünvan latın əlifbasına keçiddə “B” hərfi “V” hərfinə keçməli idi. Lakin şəxsiyyət vəsiqəsində ünvan yenə də “B” hərfi ilə göstərilib. Səməd Musayevin yaşadığı evdə bacısı X9 1970-ci ildən 1990-cı ilə qədər qeydiyyatda idi. Böyük qardaşı X18 ailəsi ilə bir yerdə 1970-ci ildən 1983-cü ilə kimi bu ünvanda qeydiyyatda olub. 1984-cü ildən isə Səməd Musayev bu ünvanda ailəsi ilə birlikdə yaşayır. İddiaçı isə məhkəməyə verdiyi iddia ərizəsində göstərib ki, guya ki, S.Musayev qanunsuz olaraq onun mülkiyyətində olan evə qey diyyata salınıb. Belə bir iddianın isə heç bir hüquqi əsası yoxdur. Dövlət orqanı özü eyni ərazidə 3-4 evin ünvanının təkrarlandığını təsdiq edib. İddiaçının evi bu təkrar olunan evlərin içərisində olub və həmin dövrdə onun ünvanı “15a” olub. Bu təkrarlığın qarşısının alınması üçün iddiaçının xahişi nəzərə alınaraq, yalnız onun ünvanı “15b” kimi yazılıb. Lakin dövlət orqanı bu zaman “15b” ünvanın da təkrarlandığını, yəni S.Musayevin evinin də ünvanının “15b” kimi qeyd olunduğunu nəzərə almayıblar. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə bax ılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Üçüncü şəxs S.Musayevin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarından yalnız üçüncü şəxs S.D.Musayev tərəfindən kassasiya şi kayəti verildiyindən məhkəmə qərarı ona münasibətdə yoxlanılacaqdır. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır İddiaçı bildirir ki, Bakı şəhəri, N.Yusifbəyli küçəsi, ev 15 B saylı ünvanda yerləşən mənzil onun mülkiyyətindədir. Yaxınlarda ASAN-3 Xidmətindən aldığı arayış əsasında üçüncü şəxslərin qeyri-qanuni olaraq mülkiyyətində olan mənzilə qeydiyyata düşdüklərini bilmişdir. İddiaçı üçüncü şəxslərin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmaları barədə cavabdehə müraciət etmiş, cavabdeh bundan imtina etmiş, mübahisə ilə bağlı yuxarıda q eyd edilən məhkəmə qərarları qəbul edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 3-cü maddəsinə görə yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Qanunun 9-cu maddəsində şəxsi n yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamə si əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. Cavabdeh üçüncü şəxs S.D.Musayevin Bakı şəhəri, N.Yusifbəyli küçəsi, ev 15 B ünvanından qeydiyyatdan çıxarılması barədə imtinasını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu mad dəsi ilə əsaslandırmış və iddiaçıya bildirmişdir ki, onun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsi üçüncü şəxs S.D.Musayevin qeydiyyatda olduğu yerdən qeydiyyatdan çıxarılmasının hüquqi əsası kimi adı çəkilən normanın hər hansı bəndi ilə faktiki və hüquqi cəhətdən əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə istinad edərək qərarda qeyd etmişdir ki, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kira yə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir. Bakı şəhəri, N.Yusifbəyli küçəsi, ev 15 B saylı ünvandakı mənzil 19 dekabr 2001-ci ildən iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə tərəfindən üçüncü şəxs S.D.Musayevin ilk dəfə hansı vaxtdan ünvan 15 ünvana qeydiyyata alınarkən adı çəkilən mənzilin həqiqətən iddiaçının mülkiyyətində və ya qanuni istifadəsində olmasını, bu səbəbdən üçüncü şəxsin bu ünvana qeydiyyata alınarkən iddiaçının razılığının alınıb-alınmadığı araşdırılmamışdır. İşin 66-cı səhifəsində Bakı şəhəri Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin birinci instansiya məhkəməsinə göndərdiyi 11 s entyabr 2018-ci il tarixli 83 saylı arayışında qeyd edilmişdir ki, xidməti ərazimizdə yerləşən N.Yusifbəyli küçəsi 15 “b” saylı ünvan kimi bir neçə ev vardır. X13, X14, X19 özlərinə aid hissədə qeydiyyatdadırlar. Onların İddiaçı mənzilinə heç bir aidiyyətləri yoxdur. Bundan başqa, Mənzil-Kommunal İstismar Sahəsinin işin 67 və 85-ci səhifələrində olan arayışlarında üçüncü şəxslərin bəzilərinin N.Yusifbəyli küçəsi 15 “b” saylı ünvanda yaşadıqları qeyd edilmişdir. Qeyd edilən hallar, yəni N.Yusifbəyli küçəsi 15 “b” saylı ünvanda bir neçə evin olması, üçüncü şəxs S.D.Musayevin mənzilin özünə aid hissədə qeydiyyatda olması, onun N.Yusifbəyli küçəsi 15 “b” saylı ünvanda yaşayıb-yaşamaması apellyasiya məhkəməsi tərəfindən araşdırılıb nəticəsindən asılı olaraq hüquqi qiymətləndirmə aparılmamışdı r. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri bu hissədə əsaslı olduğundan, təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisə olunan hissədə ləğv edilməli, iş həmin hissədə təkrar apellyasiya baxışına göndərilməlidir. Üçüncü şəxs kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından iddianın rədd edilməsi hissəsində şikayət təmin edilə bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati P rosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1052/2019 saylı, 12 iyun 2019-cu il tarixli qərarı X3 Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, ev 15 B saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi hissəsində ləğv edilsin. Bu hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti mübahisə olunan qalan hissədə təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2921/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2921/2019
12.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver