Məhkəmə qərarları › İş №2-1(102)-2922/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2922/2019

09.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2922/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDAD (prosessual müddətin bərpasına dair ərizəyə baxılması barədə) iş № 2-1(102)-2922/19 Bakı şəhəri 09 oktyabr 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Nigar Rəsulbəyova və İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı vəkili XXXun, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmla kın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin vəkili Vəkil iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin rəisi XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2-1(103)2150/2018 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəyə baxmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvan üzr ə 0.1354 ha torpaq sahəsinin üzərində inşa edilmiş qeyriyaşayış obyektinə dair ünvan verilməklə müvafiq reyetr qeydiyyatının aparılmasının və adına reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2-1(82)-1466/2018 saylı qərarı ilə (hakim Etibar Mustafayev) iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının xüsusi mülkiyyətində olan, ünvan 1 sahənin bir hissəsində yerləşən torpaq sahəsində, onun tərəfindən inşa edilmiş, ümumi sahəsi 1 018,28 kv.metr olan qeyri-yaşayış sahəsinə ünvan verilməsi, həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə aınması, bu barədə onun adına çıxarışın verilməsi və texniki pasportun tərtib olunması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 21(103)-2150/2018 saylı qərarı ilə (sədrlik edən Kəmalə Abiyeva, hakimlər Mirzə Tağızadə və Ülvi Mayılov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmişdir. Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verməklə, onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişd ir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2019-cu il tarixli, 2-1(102)-1803/19 saylı qərardadı ilə (hakim Sevda Hüseynova) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və onun qəbulundan imtina edilmişdir. İnzibati iş apellyasiya instansiyası məhkəməsinə qaytarıldıqdan sonra cavabdeh məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir. Ərizədə bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2-1(103)-2150/2018 saylı qərarı idarəyə 25 fevral 2019-cu il tarixdə daxil olmuşdur. Həmin qərardan kassasiya şikayəti isə 19 mart 2019-cu il tarixdə, yəni prosessual qanunvericiliklə nəzərdə tutulmuş bir aylıq müddət ərzində verilmişdir. Cavabdeh qey d etmişdir ki, məhkəmə qərarından şikayətin verildiyi tarix onun məhkəməyə daxil olduğu deyil, poçt rabitəsinə təqdim olunduğu tarix kimi götürülür ki, bununla da idarə şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürməmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair ərizəni müdafiə etmiş və onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətininin verilməsi üçün müddətin bərpasına dair ərizənin dəlillərinə etiraz etmiş və təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası işdə olan sənədləri və daxil olmuş ərizəni nəzərdən keçirərək hesab edir ki, aşağıdakı hüq uqi əsaslara görə müddətin bərpası barədə ərizəyə baxıla bilməz. Azərbaycan Respublikası İPM-nin: - 89-cu maddəsinə əsasən, bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir; - 90.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibatiiqtisadi kollegiyasına şikayət verilə bilər; - 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyas iya instansiyası məhkəməsi vasitəsi ilə verilir; - 96.2.-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; - 96.3-ci maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddələrdən göründüyü kimi, kassasiya icraatı zamanı şikayətin mümkünlüyü məsələsi həll olunmalı və kassasiya şikayətinin verilməsinə dair tələblərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Bu tələblərə həmçinin kassasiya şikayətinin apellyasiy a məhkəməsinin qərarının alındığı gündən 1 ay - 30 gün müddətində verilməsi aiddir. Bu müddət ötürüldükdə isə, proses iştirakçısı onun bərpasını xahiş edə bilər. Müddəaları tətbiq edərkən müəyyən olunmuşdur ki, ilkin kassasiya şikayəti prosessual müddət buraxılmaqla verilmişdir. Belə ki, işin 135-ci səhifəsində olan sifarişli məktubun çatdırılmasına dair xəbərnamədən göründüyü kimi, cavabdehə apellyasiya məhkəməsinin qərarı 25 fevral 2019-cu il tarixdə təqdim edilmişdir. İşin 137-ci səhifəsində olan kassasiya şikayətinin apellyasiya məhkəməsinə göndərilməsinə dair məktubun üzərində olan möhürdən göründüyü kimi, şikayət məhkəməyə 28 mart 2019-cu il tarixdə daxil olmuşdur. Kassasiya şikayəti ilk dəfə məhkəmə daxil olduqda, cavabdehə Ali Məhkəmə tərəfindən 16 may 2019-cu il tarixdə müvafiq bi ldiriş göndərilərək məhkəmə iclasının təyin olunduğu tarixədək prosessual müddətin ötürülmədiyinə dair sübutların və ya üzrlü səbəbdən ötürülmüş müddətin bərpasına dair əsaslandırılmış ərizənin məhkəməyə təqdim olunması təklif edilmiş, cavabdeh isə məhkəmə iclasının təyin olunduğu vaxtadək göstərilən nöqsanları aradan qaldırmamışdır. Kassasiya şikayətinin mümkünlük məsələsi müzakirə olunarkən 12 iyun 2019-cu il tarixli iclas protokolundan göründüyü kimi, cavabdehin nümayəndəsi prosessual müddətin ötürülməməsini onunla əsaslandırmışdır ki, 2019-cu ilin mart ayında Novruz bayramı münasibətilə qeyri-iş günləri olmuş, 28 mart 2019-cu il tarixində birinci iş günü olmuşdur ki, həmin tarixdə də kassasiya şikayəti apellyasiya məhkəməsinə təqdim olunmuşdur. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiy asının 12 iyun 2019-cu il tarixli, 2-1(102)-1803/19 saylı qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamış, onun qəbulundan imtina olunmuş, apellyasiya instnasiya məhkəməsinin qərarı isə cavabdehə münasibətdə qanuni qüvvəyə minmişdir. Bundan sonra cavabdeh tərəfindən təqdim edilmiş prosessual müddətin bərpasına dair ərizəyə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Prosessual müddətin bərpasına dair Azərbaycan Respublikası İPM-nin müddəalarında aşağıdakılar müəyyən olunmuşdur: - 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddə tə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; Müddəaların tələblərindən göründüyü kimi, müddətin bərpası barədə ərizə o halda verilə bilər ki, əgər belə halların mövcudluğu proses iştirakçısının təqsiri olmadan yaranmışdır. Bu hallar aradan qaldıqdan sonra ərizənin 15 gün müddətində verilməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən verilmiş müddətin bərpası barədə ərizə apellyasiya məhkəməsinə 29 iyul 2019-cu il tarixində daxil olmuşdur. Halbuki, ilkin kassasiya şikayəti verilən zaman cavabdeh kassasiya şikayətinin müddət ötürülməklə verilməsi barədə 16 may 2019-cu il tarixli müvafiq bildirişlə məlumatlandırılmış, lakin həmin müddətdə n sonra da keçirilən 12 iyun 2019-cu il tarixli məhkəmə iclasında müddətin bərpası barədə ərizə ilə müraciət etməmişdir. Qeyd edilənlər isə o nəticəni yaradır ki, cavabdeh tərəfindən prosessul müddətin bərpasında dair ərizəyə baxılması üçün yuxarıda istinad edilmiş prosessual qanunvericiliyin tələblərinə əməl edilməmiş, bu səbəbdən müddətin bərpasına dair ərizəyə baxıla bilməz. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24-cü maddələsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin rəisi XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya sının 11 dekabr 2018-ci il tarixli, 2-1(103)-2150/2018 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin qəbul edilməsi mümkün hesab olunmasın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar