Məhkəmə qərarları › İş №2-1(102)-2922/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2922/2024

05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2922/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının kameral vergi yoxlaması nəticəsində qəbul etmiş qərarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyul 2024-cü il tarixli, 2-1(103)-2011/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********452700 nömrəli qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. (Əsas: vergi ödəyicisi tərəfindən xx.xx.2022- xx.xx.2023-cü il tarixdə cəmi 190 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "Kataloq, Kətan çanta, Metal pin, Fəxri fərman və s." satışda qeyd olunmasına baxmayaraq, elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda, vergi ödəyicisinin qeydiyyatda olan təsərrüfat subyekti mövcud deyildir.)

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********568100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə 16127,25 manat əlavə vergi hesablanmışdır. (Əsas: müəssisənin 2022-ci il üzrə gördüyü işlər, xidmətlər illik "Mənfəət vergisi" bəyannaməsində olduğu kimi əksini tapmışdır və xərcl ər bölümündə də yalnız hesablanmış əmək haqları, sosial sığorta və icarə haqları öz əksini tapmışdır. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD N-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmaya raq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəllləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq olunması vergidən yayınma halıdır.) İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli, **********568100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarının ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı ərizəsində qeyd etmişdir ki, İddiaçı MMC Sabunçu rayon Vergi İdarəsi tərəfindən xx.xx.2001-ci ildə, ********* * №li “VÖEN”lə qeydiyyatdan keçərək fəaliyyət ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Tramvay, Ev 14Q olan vergi ödəyicisidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********452700 № li qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2023-cü il tarixli, **********568100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 16127,25 manat əlavə mənfəət vergisi hesablanmışdır. Müəssisənin fəaliyyət istiqaməti xırda çap işlərinin görülməsi, diplom tipli təltif sənədlərinin hazırlanması, müxtəlif mətn və yazı işlərinin dizaynı üzrə xidmətlərin göstərilməsindən ibarətdir. Müəssisə qeydiyyata alındığı vaxtdan bu yana hər zaman şəffaf fəaliyyət prinsipini rəhbər tutmuş, fəaliyyətini hər zaman qanunvericiliyin tələbləri üzrə həyata keçirmişdir. Müəssisə uzun illərdən bu yana fəaliyyətdə olsa da, böyük dövriyyələrlə işləməmiş, hər zaman ixtisaslaşdığı sahə üzrə mikro səviyyədə, yəni kiçik müəssisə olaraq xidmət göstərmişdir. Vergi orqanının müvafiq qərarı ilə hesablanmış əlavə vergilər heç bir əsası olmadan, qanunsuz olaraq hesablanmışdır....“Vergi orqanından daxil olmuş, 23 may 2023-cü il tarixli **********845700 saylı və 25 may tarixli **********148400 saylı Kameral uyğunsuzluq məktubunda, MMC tərəfindən 2022-ci il üzrə təqdim edilmiş "Mənfəət vergisi" bəyannaməsində gəlirlərin və xərclə rin hesablanması zamanı təsdiqedici sənədlərin olmaması haqqında məlumatlar və bununla əlaqədar kameral uyğunsuzluqların baş verdiyi bildirilir. Göstərilən iradlara cavab olaraq bildirilir ki, 2022-ci ildə tərtib edilmiş müvafiq bəyannamədən də göründüyü kimi xərclərin hesablanması zamanı işçi-qulluqçulara hesablanmış və qeyri-nağd yolla, yəni maaş kartlarına bank hesabından ödənilməklə əmək haqqı, sosial sığorta xərcləri (hesablanmış bütün sığorta haqları da bank hesabından büdcəyə ödənilmişdir) və icarə haqqı (ödənilmiş icarə haqqlarını hər rübün "ödəmə mənbəyindən tutulmuş vergilər" hesabatında göstərməklə 14 faiz vergi büdcəyə ödənilmişdir) xərcləri gəlirdən çıxılmışdır. Digər təsdiqedici sənədi olmayan heç bir xərc gəlirlərdən çıxılmamışdır. Eyni zamanda, müəssisənin fəaliyyəti çap iş lərindən - müxtəlif əşyaların üzərinə loqo yazılmasından, yol kənarında böyük plakatların tərtib olunması, reklamların yazılmasından, fəxri fərmanlar hazırlamaqdan ibarət olduğu üçün heç bir mal-material alınmamışdır. Gərək olan materiallar ya dizaynerin hazırladığı məmulatlar hesabına, ya da sifarişçilərin təqdim etdiyi materiallar üzərinə yazılmaqla hazırlanmışdır”. Qeyd edilən izah məktubuna 2022-ci ilin mənfəət vergisi bəyannaməsi əlavə edilməklə, vergi orqanına göndərilmişdir. 08 iyun 2023-cü il tarixli **********983000 saylı kameral vergi yoxlamasının başa çatdırılması üçün tələb olunan sənədlər (məlumatlar) haqqında, vergi orqanından ünvanlanmış məktubla bildirilir ki, uçot-baza məlumatlarına əsasən müəssisənin mülkiyyətində təsərrüfat subyektinin (obyektinin) olmasına baxmayaraq, t əqdim edilmiş 2022-ci ilin "Mənfəət vergisi" bəyannaməsinin 1 saylı əlavəsinin 1.1.1 kodlu sətirində göstəricilər əks etdirilməmiş və əmlak vergisi bəyannaməsi təqdim edilmədiyi üçün kameral uyğunsuzluq aşkar edilmişdir. Bununla əlaqədar olaraq bildirilir ki, müəssisənin balansında heç bir obyekti - yəni, bina, ev, qurğu yoxdur. Müəssisə yarandığı gündən hal-hazıra kimi müxtəlif ünvanlarda icarəyə götürülmüş obyektdə fəaliyyət göstərmişdir. Həmin icarə müqavilələri obyektə kod alan zaman müvafiq vergi orqanlarına təqdim edilmişdir. Müəssisənin mülkiyyətində heç bir əmlakı olmadığı üçün "Əmlak vergisi" bəyannaməsi mükəlləfiyyəti yoxdur”...’’Vergi Orqanının **********568100 saylı qərarına əsasən MMC-nin şəxsi vərəqinə 2022-ci ilin mənfəət vergisi üzrə əlavə olaraq 16127,25 manat kameral verg i hesablanmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, müəssisənin 2022-ci il üzrə gördüyü işlər, xidmətlər illik "Mənfəət vergisi" bəyannaməsində olduğu kimi əksini tapmışdır və xərclər bölümündə də yalnız hesablanmış əmək haqları, sosial sığorta və icarə haqları öz əksini tapmışdır. Mövcud qanunvericiliklə mikro sahibkarlıq fəaliyyəti ilə qeydiyyatda olan vergi ödəyicilərinə şamil olunmuş 75 faiz güzəşt ləğv edilmişdir və müəssisə riskli vergi ödəyicisi kimi qeydiyyata alınmış, bununla da cəmiyyətin fəaliyyəti iflic olmuşdur. Vergi orqanına qeyd edilən ətraflı və təsdiqedici məlumatlar təqdim edilməsinə baxmayaraq, vergi orqanı müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan, sadəcə cərimə tətbiq etmək niyyəti nümayiş etdirərək, vergi qanunvericiliyinin tələblərinə zidd olaraq "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” əlavə vergi öhdəliyinə cəlb olunmaqları ilə bağlı qərar qəbul etmişdir. Cavabdehin etirazları:

5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘‘Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi tərəfindən riskli əməliyyatların aparıldığı aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022- xx.xx.2023-cü il tarixdə cəmi 190 min manat dəyərində təqdim edilmiş qaiməfakturalar üzrə "Kataloq, Kətan çanta, Metal pin, Fəxri fərman və s." satışda qeyd olunmasına baxmayaraq, elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda araşdırma zamanı məlum olmuşdur ki, vergi ödəyicisinin qeydiyyatda olan təsərrüfat subyekti mövcud deyildir. Bununla əlaqədar iddiaçı barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********452700 nömrəli Qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Beləliklə, qeyd olunan meyarlar üzrə riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 75 faiz güzəşt hüququnun məhdudlaşdırılmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun qeyd edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edi lməsi haqqında" xx.xx.2023-cü il tarixli **********148400 nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədlərini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə mənfəət vergisi bəyannaməsi üçün 2022-ci il üzrə 16127,25 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023cü il tarixli **********568100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD N-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələri nə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Bildirilir ki, gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq, həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən e dilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəllləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 2-1(112)-1621/2024 nömrəli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********568100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ləğv edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdeh iddiaçını ris kli vergi ödəyicisi hesab edərkən AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın normalarını səhv tətbiq etmişdir. Belə ki, qaydaların 3.1.1-ci bəndinə riskli əməliyyat kimi, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsinin aşkar edilməsi qeyd edilmişdir. Hazırkı işdə isə, normada qeyd edilən hallar müəyyən edilmir. Qeyd edilən hal o zaman mövcud ola bilərdi ki, iddiaçının təqdim etdiyi elektron qaimə-fakturalarda satışı üzrə "Kataloq, Kətan çanta, Metal pin, Fəxri fərman” göstərilməsinə baxmayaraq, aldığı və ya idxal etdiyi mallar başqa mal olsun. Hazırkı işdə mövcud vəziyyətin yaranmasına səbəb, iddiaçının alışında (idxalında) ümumiyyətlə hər hansı malın göstərilməməsi olmuşdur. Buna səbəb isə, iddiaçının bildirdiyi kimi, onun fəaliyyətinin xarakteri xidmət göstərməsi ilə bağlı olmuşdur. Belə ki, iddiaçının fəaliyyət istiqaməti xırda çap işlərinin görülməsi, diplom tipli təltif sənədlərinin hazırlanması, müxtəlif mətn və yazı işlərinin dizaynı üzrə xidmətlərin göstərilməsindən ibarətdir.

8. Qaydalarda istinad edilən digər hal, yəni iddiaçının təsərrüfat subyektinin (obyekti) olmaması ilə bağlı qeyd edilmişdir ki, qaydaların 2.1.3-cü bəndində aşağıdakı iki halda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olmaması, onun riskli vergi ödəyicisi hesab edilməsi istisna edilmişdir: 1) malların digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sif arişçilərə təhvil verildiyi halda; 2) hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi halda. İddiaçı məhkəməyə notarial qaydada bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi təqdim edərək müəssisənin icarə müqaviləsi əsasında icarəyə götürdüyü obyektlərdə faəliyyət göstərdiyini bildirmişdir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyul 2024-cü il tarixli, 21(103)-2011/2024 nömrəli qərarı ilə (hakimlər R.Səmədov - sədrlik edən və məruzəçi, X.Cəmilova və E.Əliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmi ş, Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, İddiaçının əməliyyatlarında Nazirlər Kabinetinin müəyyən etdiyi Qaydaların 3.1.1-ci bəndinin pozulması halı müəyyən edilmir. Qeyd edilən hal o zaman mövcud ola bilərdi ki, iddiaçının təqdim etdiyi elektron-qaimə fakturalarda satışında “Kataloq, Kətan çanta, Metal pin, Fəxri Fərman" göstərilməsinə baxmayaraq, aldığı və ya idxal etdiyi mallar onlar deyil, başqa mal olsun. Hazırkı işdə mövcud vəziyyətin yaranmasına səbəb iddiaçının alışında (idxalında) ümumiyyətlə hər hansı malın göstərilməməsi olmuşdur. Buna səbəb isə, iddiaçının bildirdiyi kimi, onun fəaliyyətinin xarakteri xidmət göstərməsi ilə bağlı olmuşdur. Cavabdeh vergi hesablayarkən yalnız 75% güzəşt hüququnun tətbiqi deyil, iddiaçının xərclərini bütövlükdə nəzərə almamışdır, iddiaçı təqdim edilmiş malların alış sənədlərini təqdim edə bilməsə də, faktiki olaraq həmin malların alınması üçün xərc çəkilmişdir. Bu halda vergilərin hesablanması Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı Qərarına müvafiq qaydada həyata keçirilməli idi.

12. Apellyasiya məhkəməsi hüquqi mövqeyini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarına istinad etmişdir.

13. Cavabdeh həmin qərardan kas sasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Kassator apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı dəlilləri qeyd etmişdir: - Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində nəzə rdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. - Məhkəmə iddiaçının vergi qanunvericiliyinin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu qəbul etmişdir. - İddiaçı tərəfindən elektron-qaimə fakturalar üzrə təqdim edilmiş malların kimdən, hansı qaydada əldə edilməsinə dair məhkəməyə hər hansı dəlil təqdim olunmamışdır. Malları satan şəxslərin qaimə-faktura təqdim etməkdən imtina etməsi isə heç bir halda iddiaçını məsuliyyətdən azad edən hal kimi onun xeyrinə şərh oluna bilməz. Məhkəmə isə təqdim edilmiş malların hansı formada əldə edilməsinə dair iddiaçının məhkəmə prosesində verdiyi ifadələri əsaslı sayaraq, əlavə sübut tələb etmədən inzibati orqan tərəfindən Nazirlər Kabinetinin müəyyən etdiyi Qaydaların yanlış tətbiq olunduğu qənaətinə gəlmişdir. - Vergi qanunvericiliyi mikrosahibkarlıq subyektləri üçün güzəşt müəyyən edərkən gəlir və xərclərin uçotunun düzgün aparılması şərtini müəyyən etmişdir. - “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. - Lakin hazırkı iş üzrə iddiaçının təqdim etdiyi mallara dair alış sənədlərinin mövcud olmaması onun tərəfindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi a nlamına gəlir. Bu halda iddiaçı onun barəsində tətbiq ediləcək məsuliyyət tədbirləri, o cümlədən məhrum olacağı vergi güzəştləri barədə əvvəlcədən kifayət qədər məlumata sahib olmalıdır. - Kameral vergi yoxlaması zamanı iddiaçının gəlirləri və xərcləri olduğu kimi qəbul edilmiş və təsdiq edilmişdir. Məhkəmənin qeyd etdiyi kimi vergi orqanı tərəfindən həmin normanın tətbiq edilməsi məcburi xarakter daşısa idi, vergi ödəyiciləri tərəfindən malların alış-satışına dair düzgün vergi uçotu aparmağa gərək olmazdı. Vergi ödəyiciləri hər bir halda həmin normanın tətbiq ediləcəyini bildikləri üçün artmaqda davam edən vergidənyayınma halları baş verərdi, bu isə birbaşa dövlət büdcəsinə daxilolmaların əhəmiyyətli dərəcədə azalması şəklində özünü göstərmiş olardı. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyul 2024-cü il tarixli, 2-1(103)-2011/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Vergi Məcəlləsi: Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək... Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X1ni keçirmək... Maddə

24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur;... Maddə

37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergis i bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bil diriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsin də və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-cü maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesa blanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır Maddə

102. Gəlir vergisindən azadolmalar və güzəştlər 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır:.. 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi; (1 yanvar 2024-cü ilədək olan redaksiya) 106.1.20. müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sah ibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi; Maddə

109. Gəlirdən çıxılmayan xərclər... 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır

17. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən f aktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir... Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

18. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apel lyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Qeyd edilməlidir ki, işə baxan apellyasiya instansiya məhkəməsinin iddianın təmin edilməli olması ilə bağlı mövqeyi onunla bağlı olmuşdur ki, “iddiaçının əməliyyatlarında Nazirlər Kabinetinin müəyyən etdiyi Qaydaların 3.1.1-ci bəndini n pozulması halı müəyyən edilmir. Qeyd edilən hal o zaman mövcud ola bilərdi ki, iddiaçının təqdim etdiyi elektronqaimə fakturalarda satışında “Kataloq, Kətan çanta, Metal pin, Fəxri Fərman" göstərilməsinə baxmayaraq, aldığı və ya idxal etdiyi mallar onlar deyil, başqa mal olsun. Hazırkı işdə mövcud vəziyyətin yaranmasına səbəb iddiaçının alışında (idxalında) ümumiyyətlə hər hansı malın göstərilməməsi olmuşdur. Buna səbəb isə, iddiaçının bildirdiyi kimi, onun fəaliyyətinin xarakteri xidmət göstərməsi ilə bağlı olmuşdur. Cavabdeh vergi hesablayarkən yalnız 75% güzəşt hüququnun tətbiqi deyil, iddiaçının xərclərini bütövlükdə nəzərə almamışdır, iddiaçı təqdim edilmiş malların alış sənədlərini təqdim edə bilməsə də, faktiki olaraq həmin malların alınması üçün xərc çəkilmişdir. Bu halda vergilə rin hesablanması Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı Qərarına müvafiq qaydada həyata keçirilməli idi.”

24. Göründüyü kimi, işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçı barəsində riskli vergi ödəyicisi hesab edilmə ilə bağlı qərarın əsassızlığından çıxış etmişdir. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmayaraq bildirir ki, iş materialları ilə müəyyən olunur ki, cavabdehin xx.xx.2023-cü il tarixli, **********452700 № li qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. İddiaçının həmin qərarı mübahisələndirməsi və qərarın ləğv edilməsi iş materiallarından müəyyən olunmur. Göründüyü kimi, riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın qanuniliyi və əsassızlığı hazırkı işin predmeti deyildir.

25. Odur ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən mövqeyi düzgün olmamışdır.

26. Bununla belə, mübahisələndirilən qərarın ləğvi ilə bağlı məhkəmənin gəldiyi nəticə digər əsaslara görə düzgün olmuşdr.

27. Belə ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinin dispozisiya şərtinə əsasən yalnız bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların 75 faiz güzəşt hüququndan istifadə imkanı mövcuddur.

28. İddiaçının riskli vergi ödəyicisi olması halından çıxış edərək qeyd edilməlidir ki, iddiaçı qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan vergi ödəyicisi deyildir. Odur ki, cavabdehin iddiaçı tərəfindən 75 faiz güzəşt h üququnun tətbiq edilməsinin əsassız sayılması ilə bağlı mövqeyi qanuni olmuşdur.

29. Bununla belə, iddiaçıya münasibətdə 75 faiz güzəşt hüququnun tətbiq edilməməsi hazırda mübahisələndirilən qərarın qanuniliyinə dəlalət etmir. Belə ki, cavabdeh iddiaçının aldığı mallara dair xərc sənədlərinin olmamasını iddia edir. Başqa sözlə, iddiaçının xərc sənədləri natamamdır.

30. Nəzərə alınmalıdır ki, əmtəəsiz əməliyyatlar çərçivəsində xərclərin nəzərə alınması Vergi Məcəlləsinin 109.9-cu maddəsi ilə tənzimlənir. Tərəflər arasında baş tutan əməliyyat “əmtəəsiz” olsa da, cavabdeh vergi orqanı iddiaçı barəsində əlavə mənfəət vergisini 109.9-cu maddəsinin tələblərinə riayət etməklə hesablamalı idi. Belə ki, həmin maddədə təqdim edilən malların (işlərin, xidmətlərin) dəyərinin bu Məcəllənin 14-cü, 14-1- ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılmalı olması qeyd edilsə də, cavabdeh bu qaydada davranmamışdır.

31. Beləliklə, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, mübahisələndirilən qərarla hesablanmış məbləğlərin əsaslığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, cavabdeh işə əlavə vergi öhdəliklərinin yaranmasının əsaslı olduğunu sübut edə bilməmişdir.

32. Cavabdeh orqan və vergi qanunvericiliyinin müddəalarının pozulması ilə inzibati icraat apardığından və bunun nəticəsində əlverişsiz inzibati akt qəbul etdiyindən, o cümlədən, İPM-nin 14.1-ci maddəsinə uyğun olaraq, cavabdeh aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən qərar qanunsuzdur. Belə olan halda, iddia tələbinin təmin ed ilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə apellyasiya instansiya məhkəməsi razılaşmaqda haqlı olmuşdur.

33. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyul 2024-cü il tarixli, 21(103)-2011/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar