Məhkəmə qərarları › İş №2-1(102)-2923/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2923/2019

09.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2923/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı “xxxx” ASC-nin cavabdeh AR Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinəqarşı iş üzrə QƏRAR Açar söz: məcburi sosial sığorta haqqı üzrə yaranmış borcun silinməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili İsmayıl Əhmədin iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı məcburi sosial sığorta haqqı üzrə borcun silinməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 18 iyul 2019-cu il tarixli, 2-1(103)-172/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətlərinə əsasən işə 09 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx” ASC-nin cavabdeh DSMF-nin Bakı şəhəri üzrə X1 İdarəsinə qarşı cavabdehin iddiaçıdan 2007-2013-cü illər üzrə dövlət sosial sığorta haqqını tələb etməsinin qanunsuz sayılmasıbarədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçı «xxxx» ASC-nin 2007-ci ildən 2 013-cü ilin sentyabr ayına qədər olan dövr ərzində yaranmış 74680,10 manat məbləğində məcburi sosial sığorta haqqı üzrə borcun silinməsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC 10 dekabr 2002-ci il tarixdən fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi dövr ərzində 2007-2013-cü illər ərzində məcburi dövlət sosial sığorta haqları üzrə borclar yaranmışdır. Bu müddət ərzində cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət etməmiş və o cümlədən də xəbərdarlıq göndərilməmişdir. Buna baxmayaraq cavabdeh iddiaçının hesabına 14 may 2018-ci il tarixdə sərəncam qoymuşdur. Halbuki, “Sosial Sığorta haqqında” Qanunun 18-ci maddəsinin tələbinə əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq i cra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır; ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakınınsatılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır. Digər tərəfdən cavabdehin 2007-2013-cü illərin sosial sığorta borclarını tələb etmək hüququ belə yoxdur. Birinci in stansiya məhkəməsinin 08.10.2018-ci il tarixli iş № 2-1(81)-2844/2018, (sədrlik edən hakim E.Məmmədov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 08.10.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının(bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 18.07.2019-cu il tarixli qərardadı ilə cavabdeh DSMF-nin Bakı şəhəri üzrə X1 İdarəsi prosessual hüquq varisi AR Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ilə evəz edilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 18.07.2 019-cu il tarixli iş № 2-1(103)-172/2019 (hakimlər V.Baxışova - sədrlik edən və məruzəçi, E.Nağıyeva və H.Həmidov) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2-1(81)-2844/2018 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,iş materiallarından da göründüyü kimi, iddiaçının cavabdehə sosial sığorta haqları üzrə hal-hazırda 85880,10 manat məbləğində borcu vardır. Bu borcun əsas hissəsini isə 2007–2013-cü illərin sosial sığorta haqları təşkil edir. Belə ki, Məcburi Dövlət Sosial Sığorta sahəsində borcların tənzimlənməsi haqqında 06 mart 2018ci il tarixli Qanunun 1 -ci maddəsinin tələbinə əsəsən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 2-ci maddəsinin tələbinə əsəsən Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. İş materiallarında olan cavabdeh tərəfindən verilmiş 19 iyul 2018-ci il tarixli və 15 avqust 2018-ci il tarixli məktublardan görünür ki, iddiaçıya 2013-cü i l üzrə 27535,37 manat, 2014-cü il üzrə 33475,37 manat, 2015-ci il üzrə 37342,12 manat, 2016-cı il üzrə 17110,77 manat məbləğində, ümumilikdə 146451,33 manat sosial sığorta haqqı hesablanmışdır. Eyni zamanda həmin məktublardan görünür ki, iddiaçı tərəfindən 2013-cü il üzrə 31000 manat, 2014-cü il üzrə 36800 manat, 2015-ci il üzrə 36100 manat, 2016-cı il üzrə 10300 manat və 2017-ci il üzrə 34602,48 manat, ümumilikdə 148802,48 məbləğində ödəniş edilmişdir. Hazırkı ərizəyə əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, 2013-cü il mart–avqust ayları ərzində köhnə borcların əvəzi olaraq 23000 manat, 2014cü ildə 1000 manat, 2015-ci ildə 7200 manat, 2016-cı ildə 1000 manat, və 2017-ci ildə 2000 manat məbləğində vəsait ödənilmişdir. Başqa sözlərlə 2013-cü ilin sentyabr ayından bu günə qədər olan dövlət sosial sığorta haqları üzrə borc cəmi 11200 manat təşkil edir. Qalan 74680,10 manat məbləğində borc isə 2007-ci ildən etibarən 2013-cü ilin sentyabr ayına qədər yaranmış borc məbləğidir. “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinin tələbinə əsasən hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Məcburi dövlət sosial sığorta haqları üzrə borclar və tətbiq edilmiş maliyyə sanksiyaları sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir daha icraya qəbul edilmir, həmin borclar və maliyyə sanksiyaları sığort a edəndən məhkəmə qaydasında alınır. Bu müddət ərzində cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət etməmiş və o cümlədən də xəbərdarlıq göndərməmişdir. Buna baxmayaraq cavabdeh iddiaçının hesabına sərəncam qoyaraq, borcu tələb edir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasıya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyul 2019-cu il tarixli, 2-1(103)172/2019 saylı qərarının ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarına uyğun yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili İ.Əhməd kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 18.07.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 18.07.2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehinnümayəndəsi Nümayəndə da, cavabdehin vəkili İ.Əhmədin çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 18.07.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali M əhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 18 iyul 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 18 iyul 2019-cu il tarixli, 2-1(103)-172/2019 saylı qərarla, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixl i, 2-1(81)-2844/2018 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddianın rədd edilməsi qənaətinə gələrkən Mülki Məcəllənin 2.5-ci maddəsinə, “Sosial sığorta haqqında” Qanuna əsaslanmışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə gəldiyi yuxarıda göstərilmiş nəticəyə gələrkən 18 iyul 2019-cu il tarixli qərarında göstərmişdir ki, “Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər də sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. Bu hüquqi mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 may 2019-cu il tarixli qərarında ifadə edilmiş və qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə Mülki Məcəllənin müddəaları tətbiq edilmir. Hazırkı halda birinci instansiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 551.1 və 551.2-ci maddələrinə istinad etməklə maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir”. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə Mülki Məcəllənin 551-ci maddəsi həqiqətən tətbiq edilə bilməz. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, hazırda qüvvədə olan qanunvericiliyə görə sosial sığorta haqlarının yığılması səlahiyyətləri dövlət vergi orqanlarına verilmişdir ki, belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin hüquq münasibətlərinə dövlət vergi orqanlarının fəaliyyətini tənzimləyən Vergi Məcəlləsinin müva fiq müddəaları, o cümlədən Vergi Məcəlləsinin “Ümidsiz borcların silinməsi” adlanan 93-cü maddəsi tətbiq edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 93.1, 93.1.1, 93.1.2-ci maddələrinə görə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. Həmin Məcəllənin 93.2-ci maddəsinə müvafiq olaraq digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Lakin hazırkı mübahisəni həll edərkən apelyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almamışdır, yəni, mübahisəni Vergi Məcəlləsinin 93-cü maddəsinin müddəaları baxımından araşdırmamışdır ki, bu da İnzibati Prosessual Məcəllə 12.2, 12.2, 58.7, 68.1-ci maddələrinin pozulması anlamına gəlir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci ma ddəsinə müvafiq olaraq sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 18 iyul 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 68, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 18 iyul 2019-cu il tarixli, 21(103)-172/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar