Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2924/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR Açar söz: 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Rəfail Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə qarşı ona 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-856/19 saylı iş üzrə 23.05.2019cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 02 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 1963-cü il tarixdə Zəngilan rayonunda anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şə həri Nizami rayon Şöbəsinə qarşı ona 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini cavabdehin üzərinə öhdəlik qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının 25 ilə yaxın əmək stajı vardır, 16 iyul 1981-ci ildən 13 oktyabr 1999-cu ilə kimi Bakı xxxx Kombinatında toxuculuq sexində əyrici vəzifəsində işləmişdir. Odur ki, ona zərərli sexdə işlədiyini nəzərə alıb pensiya təyin edilməlidir. 19 il zərərli sexdə işlədiyinə görə 52 yaşında, yəni 2015-ci il tarixdən ona əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməliydi. Buna görədə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə müraciət etmişdir. Həmin şöbə 15/1215 saylı 13 mart 2018-ci il tarixli məktubu ilə imtina edərək ona güzəştli şərtlərlə əmək pensiyası təyin etmək mümkün olmadığını bildirmişdir. İddiaçı hesab edir ki, həmin imtina əsassızdır və onun sosial təminat hüququnu pozur. Birinci instansiya məhkəməsinin 01.06.2018-ci il tarixli iş № 2-1(82)1846/2018, (sədrlik edən hakim Etibar Mustafayev) qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 01.06.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kol legiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 26.09.2018-ci il tarixli iş № 2-1(103)-1819/18 (hakimlər Mirzə Tağızadə - sədrlik edən və məruzəçi, Ülvi Mayılov və Kəmalə Abiyeva) qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin2-1(82)-1846/18 saylı iş üzrə qəbul etdiyi 01 iyun 2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməklə iddia tələbinin təmin edilməsi, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin 26.09.2018 -ciil tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 06.02.2019-ci il tarixli iş № 2-1(102)398/19 (hakimlər Sevda Hüseynova - sədrlik edən və məruzəçi, İlqar Dadaşov və Kəmaləddin Bədəlova) qərarı ilə kasasiya şikayətinin qismən təmin olunması, iş üzrə apelyasiya instansiya məhkəməsinin 26.09.2018-ciil tarixli 2-1(103)-1819/18 saylı qərarının ləğv edilməsi, işintəkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 23.05.2019-cu il tarixli iş № 2-1(103)-856/19 (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova və Həmid Həmidov) q ərarı ilə birinci instansiya məhkəməsinin 01.06.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün düzgün nəticəyə gəlməmişdir. Buna görədə həmin qərar ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, onun 25 ilə yaxın əmək stajı vardır, onun 16 iyul 1981ci ildən 13 oktyabr 1999-cu ilə kimi Bakı xxxx Kombinatında toxuculuq sexində əyrici vəzifəsində işləmişdir. Odur ki, onun zərərli sexdə işlədiyini nəzərə alıb pensiya təyin edilməlidir. 19 il zərərli sexdə işlədiyinə görə 52 ya şında, yəni 2015-ci il tarixdən ona əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməliydi. Bütün bu halları məhkəmə araşdırmamış, barəsində tam qanunsuz və əsassız qərar qəbul etmişdir. 04.04.1991-ci ildə 24.06.1991-ci il tarixli 40 nömrəli əmr ilə əyirici sexində darayıcı vəzifəsinə keçirilməsi göstərilmişdir. Yəni əmək kitabçasında qeyd edilən şagird kimi deyil işçi kimi işə götürüldüyü qeyd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri nəzərə almamış və tam qanunsuz qərar qəbul etmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsinin 2(103)-856/2019 saylı 23 may 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddiamın tam təmin olunması barədə yeni qərar qəbul edilməlidir. Həmçinin hesab edir ki, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozaraq, mübahisəni kifayət qədər araşdırmadan və prosessual qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsindən kənara çıxaraq qanunsuz nəticəyə gəlmiş və istər milli və istərsə də Beynəlxalq hüquq normaları ilə qorunan hüquqlarını pozaraq ziyanına olan qətnamə qəbul etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993- cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. Buna görə də məhkəmənin sözügedən qərarı əsaslandırılmış və kifayət edici hesab edilə bilməz və buna görə də ləğv edilib yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23 may 2019cu il tarixli, 2-1(103)-856/2019 saylı qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili R.Abbasov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 23.05.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 23.05.2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 23 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. İddiaçı ka sasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə kollegiyası qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün düzgün nəticəyə gəlməmişdir. Buna görədə həmin qərar ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, onun 25 ilə yaxın əmək stajı vardır, onun 16 iyul 1981ci ildən 13 oktyabr 1999-cu ilə kimi Bakı xxxx Kombinatında toxuculuq sexində əyrici vəzifəsində işləmişdir. Odur ki, onun zərərli sexdə işlədiyini nəzərə alıb pensiya təyin edilməlidir. 19 il zərərli sexdə işlədiyinə görə 52 yaşında, yəni 2015-ci il tarixdən ona əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməliydi. Bütün bu halları məhkəmə araşdırmamış, barəsində tam qanunsuz və əsassız qərar qəbul etmişdir. 04.04.19 91-ci ildə 24.06.1991-ci il tarixli 40 nömrəli əmr ilə əyirici sexində darayıcı vəzifəsinə keçirilməsi göstərilmişdir. Yəni əmək kitabçasında qeyd edilən şagird kimi deyil işçi kimi işə götürüldüyü qeyd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənləri nəzərə almamış və tam qanunsuz qərar qəbul etmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsinin 2(103)-856/2019 saylı 23 may 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddiamın tam təmin olunması barədə yeni qərar qəbul edilməlidir. Həmçinin hesab edir ki, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarım kobud şəkildə pozaraq, mübahisəni kifayət qədər araşdırmadan və prosessual qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsindən kənara çıxaraq qanunsuz nəticəyə gəlmiş və istər milli və istərsə də Beynəlxalq hüquq normaları ilə qorunan hüquqlarını pozaraq ziyanına olan qətnamə qəbul etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. Buna görə də məhkəmənin sözügedən qərarı əsaslandırılmış və kifayətedici hesab edilə bilməz və buna görə də ləğv edilib yenidən araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu d əlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci il tarixinədək olan redaksiyada) 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik old uqda və bu müddətin azı 12 il 5 ayını həmin işlərdə, qadınlar- 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq mü əssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarand ığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, də nizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Göründüyü kimi, qeyd olunan normalardan belə nəticəyə gəlinir ki, şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunvericilik şəxsin müəyyən yaş həddinə çatması, minimal sığorta stajına malik olaraq, bu stajın bir qismini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyə n etdiyi əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin siyahısında nəzərdə tutulmuş peşələrdə işləməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısında” “əyrici” peşəsi “XVİ Süni və sintetik liflərin istehsalı” bölməsində 11600000-17541 kodla, 2 saylı Siyahıda isə “XX Yüngül sənaye” adlı hissəsinin 22102000 saylı “Toxuculuq sənayesi” alt bölməsində ******* a-11602 kodla “süni xəz istehsalı ilə bilavasitə məşğul olan trikotaj məmulatlar, kətan toxucular ı” peşəsi göstərilmişdir. İddiaçı 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi iddiası ilə çıxış etsə də, onun işlədiyi peşələrin və vəzifələrin əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısında” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda müəyyən edilmiş zərərli olması iş üzrə müəyyən edil mir. Bununla yanaşı iddiaçının əmək kitabçasının 5-ci səhifəsində qeyd olunmuş qeydə əsasən, o, 04.04.1991-ci ildə 24.06.1991-ci il tarixli 40 nömrəli əmr ilə əyirici sexində darayıcı şagirdi vəzifəsinə götürülmüş, 13.10.1999-cu ildə 14.10.1999-cu il tarixli 50 nömrəli əmrlə öz xahişi ilə işdən azad edilmiş, lakin iş materiallarında olan əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş (01.09.2018-ci il tarixində 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X1 ona məlum olan tərcüməçi Əzimzadə F.R tərəfindən təsdiq edilmişdir) surətinə əsasən isə iddiaçının 04.04.1991-ci ildə 24.06.1991-ci il tarixli 40 nömrəli əmr ilə əyirici sexində darayıcı vəzifəsinə keçirilməsi göstərilmişdir. Yəni əmək kitabçasında qeyd edilən şagird kimi deyil işçi k imi işə götürüldüyü qeyd edilmişdir. Bu səbəbdən məsələnin həlli ilə bağlı iddiaçının işlədiyi “xxxx” ASC-yə sorğu göndərilmiş, lakin göndərilən sorğu “köçüb” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. İddiaçı özü də izahatında bildirmişdir ki, həmin müəssisə sökülüb və onun yerində hal-hazırda “Ulduz” Şokolad Fabriki fəaliyyət göstərir. Eyni zamanda Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iş materiallarını nəzərdən keçirərək işə iddiaçının əmək kitabçasında onun şagird vəzifəsindən işçi vəzifəsinə keçirilməsi barədə əmr əlavə edilməmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 23.05.201 9-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 23.05.2019-cu il tarixli 21(103)-856/19 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-2924/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2924/2019
02.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver