Məhkəmə qərarları › İş №2-1(102)-2925/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2925/2019

13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2925/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2925/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: inzibati orqan tərəfindən istehsal həcmi müəyyən edilərkən əlaqəli məlumatlardan istifadə edilməmişdir). GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə, vəkili Vəkil oğlunun iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Res publikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 21(103)-928/2019 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxxx 2004-cü il tarixdə vergi orqanlarında yenidən qeydiyyatdan keçərək fəaliyyət göstə rdiyi gündən dövlət büdcəsinə olan vergi öhdəliklərini lazımınca yerinə yetirdiyini, cavabdehin xxxx 2015-ci il tarixli Qərarına əsasən, iddiaçının fəaliyyətinin yoxlanılması məqsədilə yenidən növbədənkənar səyyar vergi yoxlamasının təyin edildiyini, iddiaçının xxxx 2014-cü il tarixdən xxxx 2015-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlamasının keçirildiyini və nəticəsinin xxxx 2016-cı il tarixli aktla rəsmiləşdirildiyini, səyyar vergi yoxlaması aktı ilə mənfəət vergisinin 300,04 manat, əlavə dəyər vergisinin 28.176,58 manat məbləğində, mədən vergisinin 9.800,98 manat, sadələşdirilmiş verginin 1249,72 manat azaldılmasının aşkar edildiyini, Departamentin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xxxx 201 6-cı il tarixli qərarına əsasən, səyyar vergi yoxlaması aktı təsdiq edilmiş və ümumilikdə 19.763,67 manat məbləğində maliyyə sanksiyasının tətbiq edildiyini, müəssisə tərəfindən cavabdeh təşkilata Vergilər Nazirliyinə müraciət edilsə də, əsassız olaraq təmin edilmədiyini, sonuncu dəfə müəssisə tərəfindən cavabdehə inzibati şikayət verilsə də, Nazirliyin xxxx 2016-ci il tarixli “xxxx” qərarı ilə təmin edilmədiyini, Müəssisənin aparılmış səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktı və həmin aktın nəticələri üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” çıxarılmış xxxx 2016-cı il tarixli qərarın qüvvədə saxlanıldığını, səyyar vergi yoxlaması aktı ilə vergilərin azaldılmasının aşkar edildiyi göstəril sə də, yoxlayıcı tərəfindən bu istiqamətdə düzgün araşdırma aparılmadığını, yoxlama ilə mütəxəssis və ekspert rəylərinə əsasən müəssisənin sadələşdirilmiş vergi ödəyicisi olduğu dövr üzrə vergiyə cəlb olunan dövriyyəsinin 76.635,95 manat və ondan verginin 1.532,72 manat olduğu müəyyən edilərək 1.249,72 manat əlavə dəyər vergisinin hesablandığını bildirərək, İddiaçındə aparılmış səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib olunmuş xxxx 2016-cı il tarixli, ********** nömrəli səyyar vergi yoxlaması aktının və həmin aktın nəticələri üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” çıxarılmış xxxx 2016-cı il tarixli, **********nömrəli qərarının ləğv edilməsi və hesablanmış vergilərin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli, 2-1(82)-243/2017 saylı qərardadı ilə iddiaçının İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiasının geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (hakim-R.LKərimli). Bakı Apellyasiya Məhkəməsinin xxxx 2017-ci il tarixli, 2-1(103)-1931/2017 saylı qərardadı ilə (hakimlər S.Seyidova, S.Hüseynov, V.Məmmədov) iddiaçının şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2017-ci il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xxxx 2017-ci il tarixli, 2-1(102)195 6/2017 saylı qərarı ilə (hakimlər-S.Hüseynova, K.Bədəlov, İ.Dadaşov) cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xxxx 2017-ci il tarixli, qərardadı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)-1140/2018 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, cavabdehin xxxxxx tarixli, ********** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ƏDV, mədən vergisi və sadələşdirilmiş verginin hesablanması və həmin vergi məbləğlərinə münasib maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində ləğv edilmiş, qalan hissədə iddia rədd edilmişdir (hakim-R.L.Kərimli). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-928/2019 saylı qərarı ilə (sədrlik edən E.E.Nağıyeva, hakimlər V.Ə.Baxışova və H.Ü.Həmidov) cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı mübahisələndirilən (iddianın təmin olunan hissəsində) dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır k i, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xxxx 2015-ci il tarixli qərarı ilə iddiaçının fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama ilə ƏDV-nin 2015-ci il üzrə 28.176,58 manat, mənfəət vergisinin 2014-cü il üzrə 300,04 manat, mədən vergisinin 2014-cü il üzrə 1474,96 manat, 2015-ci il üzrə 8326,02 manat, sadələşdirilmiş verginin 2014-cü il üzrə 1043,71 manat, 2015-ci il üzrə 206,01 manat, cəmi 36527,32 manat məbləğində vergilərin azaldılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci madd əsinə əsasən, 19.763,67 manat məbləğində maliyyə sanksiyalarının tətbiq edilməsi təklif edilmiş, yoxlanılan dövrdə müəssisə mişar daşının istehsalı və icarə fəaliyyəti ilə məşğul olmuşdur. Müəssisənin gəliri icarəyə verilmiş obyektlərdən aylıq icarə haqqı üzrə və mişar daşının hasilatı üzrə gəlirlərdən ibarət olmuş, yoxlama müəssisə tərəfindən vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər yoxlamaya təqdim edilmədiyindən alınmış ekspert və mütəxəssis rəyləri əsasında aparılmış, vergi ödəyicisi tərəfindən yoxlamanın keçirilməsi üçün zəruri olan ilkin mühasibat sənədləri təqdim edilməmiş, bu barədə müvafiq akt tərtib edilmiş, yoxlanılan dövrdə müəssisənin fəaliyyətinə aid ilkin mühasibat sənədlərinin təqdim edilməsi təklif edilsə də, mühasibat sənədləri yoxlamaya təqdim edilməmiş v ə “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” xxxx 2016-cı il tarixli akt tərtib edilmişdir. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsi plərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin nümayəndəsi Nümayəndə, vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, dəyişdirilmədən sa xlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, vergi ödəyicisi olan İddiaçı xxxx 2014-cü il tarixdən xxxx 2015-ci il tarixədək olan dövrü üzrə fəaliyyətində vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti tərəfindən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının xxxx 2015-ci il tarixli qərarında yoxlamanın müddəti 30 iş günü müəyyən edilmiş, yoxlamanın nəticələri xxxx 2016-cı il tarixli aktla rəsmiləşdirilmiş və vergi orqanı tərəfindən həmi n akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xxxx 2016-cı il tarixli, ********* nömrəli qərarla vergi ödəyicisi İddiaçınə 39.527,32 manat azaldılmış vergi məbləği hesablanmış və həmin məbləğə 50% 19.763,67 manat maliyyə sanksiyası tətbiq edilmiş, hesablanmış 39.527,32 manat vergi məbləğinin tərkibi ƏDV 28.176,58 manat (2015-ci il üzrə), mənfəət vergisi 300,04 manat (2014-cü il üzrə), mədən vergisi 9.800,98 manat (2014-cü il üzrə 1.474,96 manat, 2015-ci il üzrə 8.326,02 manat), sadələşdirilmiş vergi 1.249,72 manat (2014-cü il üzrə 1.043,71 manat, 2015-ci il üzrə 206,01 manat) ibarətdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, İddiaçınə məxsus təsərrüfat subyektində müvafiq dövr ərzində m işar daşının istehsal həcmi bu istehsal zamanı sərf olunan elektrik enerjisi sərfiyyatı ilə müəyyən qədər mütənasiblik təşkil etsə də, bu dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici kimi əsas götürülə bilməz, elektrik enerjisinin sərfiyyatı avadanlıqların istismar müddəti, o cümlədən məişət təyinatlı avadanlıqların yoxlamanın keçirildiyi vaxtdan əvvəlki dövrdə qoşulması, avadanlıqlarla işləyən məsul şəxslərin peşəkarlıq səviyyəsindən və digər hallardan və xüsusatlardan asılı olaraq müxtəlif həcmdə ola bilər, mövcud qanunvericilik səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən zəruri sənədlər təqdim olunmadığı halda vergi orqanına əlaqəli məlumatlar, o cümlədən xronometraj metodu ilə müşahidənin nəticələri üzrə vergiləri hesablamaq hüququ verir, vergi ödəyicisi tə rəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün müvafiq meyarlar (eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı və s.) nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından da istifadə edilməsi nəzərdə tutulmuş, həmin vasitələrlə müəssisənin istehsal həcmi daha dəqiq müəyyənləşdirilə bildiyi halda, vergi orqanı müvafiq əlaqəli məlumatlardan istifadə etməmiş və yalnız formal ehtimallara əsaslanan mütəxəssis rəyi əsasında müəssisədə istehsal həcmini müəyyənləşdirərək buna münasib də vergi məbləğləri hesablamış, beləliklə, mübahisələndirilən xxxx 2016-cı il tarixli qərar qəbul olunarkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, nəticədə əsassız vergi məbləğl əri (ƏDV, mədən vergisi, sadələşdirilmiş vergi) hesablanmış, eləcə də maliyyə sanksiyaları tətbiq edilmiş, həmçinin xxxx 2016-cı il tarixli qərar əlverişsiz inzibati akt kimi əsaslandırılmamış (vergi qanunvericiliyinin pozulmasının şəraiti, onu təsdiq edən sənədlər və digər məlumatlar, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri, vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb etmənin izah olunması və s.) və bununla da Vergi Məcəlləsinin 49.2-ci maddəsinin, eləcə də “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin tələbləri pozulmuş, bundan başqa, səyyar vergi yoxlamasının təyin edilməsi barədə qərarda yoxlamanın 30 iş günü ərzində keçirilməsi qeyd olunmuş və sonradan yoxlama müddətinin artırılması və dayandırılması zamanı həmin müddət nəzərə alınmış, halbuki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iş günlərində keçirilməsini nəzərdə tutsa da, yoxlamanın əhatə etdiyi müddəti 30 təqdim günü müəyyən etmiş, buna görə də sübutetmə yükü daşıyan Bakı şəhəri Lokal Gəlirlər Departamentinin hüququ varisi olduğu Bakı Vergilər Departamenti tərəfindən qəbul edilmiş xxxx 2016-cı il tarixli ********** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ƏDV, mədən vergisi və sadələşdirilmiş vergilərin hesablanması və həmin vergilərə münasib maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində qanuna zidd sayılmalıdır, İşə kassasiya qaydasında baxan məhkəmə kollegiy ası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi - mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləs i, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsidir. Məcəllənin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisınə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Məcəllənin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Məc əllənin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Apellyasiya Məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, inzibati orqan xxxx 2016-cı il tarixli əlverişsiz inzibati aktı qəbul edərkən “2014-cü üzrə mənfəət vergisi” hissəsi istisna olmaqla vergiləri hesablayarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş və formal hüquqi tələbləri pozmuş, 2016-cı il üzrə mənfəət vergisi hesablanarkən ver gi ödəyicisi kimi İddiaçı “xxxx” MMC-yə icarəyə verdiyi daşınmaz əmlaka görə sonuncunun iddiaçıya ödədiyi vəsaiti gəlir kimi götürməklə xərcləri ondan çıxaraq alınmış məbləği mənfəət vergisinə cəlb etməkdə və 300,04 manat vergi hesablamaqda inzibati orqan Bakı Vergilər Departamenti haqlı olmuş, belə olan halda mübahisələndirilən xxxx 2016-cı il tarixli qərar “300,04 manat mənfəət vergisinin hesablanması və ona mütənasib maliyyə sanksiyasının tətbiq edilməsi” hissəsində qanunvericiliyin tələblərinə uyğun qəbul edilmiş kimi qiymətləndirilir, xxxx 2016-cı il tarixli qərarla digər vergilər - ƏDV, mədən vergisi və sadələşdirilmiş verginin hesablanarkən vergi ödəyicisi kimi İddiaçı mişar daşının istehsalı həcmi əsas götürülmüş, bu dövriyyə yoxlamaya cəlb olunmuş mütəxəssis və ekspert tərəfindən verilmiş rəylərlə müəyyənləşdirilmiş, səyyar vergi yoxlamasına cəlb olunmuş mütəxəssis öz rəyində mişar daşı istehsalı həcmini müəssisədə müvafiq dövrdə istifadə olunmuş elektrik enerjisi sərfiyyatı və istehsalda istifadə olunan avadanlıqların sayı və müəyyən göstəriciləri əsasında hesablamışdır. Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi)istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblə rdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (maddə 67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (maddə 67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (maddə 67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (maddə 67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (maddə 67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (maddə 67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (maddə 67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (maddə 67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (maddə 67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: (maddə 67.2.1) eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (maddə 67.2.2) eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (maddə 67.2.3) fəaliyyət göstərilən ərazi. Məcəllənin 124.1-ci maddəsinə əsasən daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentinvə ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələ rinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir. Məcəllənin 124.2-ci maddəsinə əsasən icarə haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən bu Məcəllənin 124.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur. Məcəllənin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan v erginin məbləğidir. Məcəllənin 154.1-ci maddəsinə əsasən ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. Məcəllənin 173.1-ci maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. 173.2-ci maddəsinə əsasən vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Məcəllənin 177.1-ci maddəsinə əsasən vergi ödəyicisi borcludur: vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə (177.1.2), bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə (177.1.3). Məcəllənin 177.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec ol mayaraq verilir. Məcəllənin 213-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntıların çıxarılmasına görə mədən vergisi tutulur. Məcəllənin 214-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi də daxil olmaqla) yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir. Məcəllənin 215-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru da daxil olmaqla) yerin təkindən çıxarılan faydalı qazıntılar vergitutma obyektidir. Məcəllənin 216.2-ci maddəsinə görə yerin təkindən çıxarılan mişar daşlarının mədən vergisi hər kubmetr üçün 2 manat hesablanır. Məcəllənin 217.1-ci maddəsinə görə mədən vergisi bu Məcəllənin 216.1-ci maddəsində müəyyən edilmiş faydalı qazıntılar üzrə yerin təkindən çıxarılmış faydalı qazıntıların topdansatış qiymətinə, 216.2-ci maddəsində müəyyən edilmiş faydalı qazıntılar üzrə isə yerin təkindən çıxarılmış faydalı qazıntıların hər kubmetrinə müvafiq vergi dərəcələrini tətbiq etməklə hesablanır. Məcəllənin 217.2-ci maddəsinə görə hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq ödənilir. Məcəllənin 217.3-cü maddəsinə görə mədən vergisinin ödəyiciləri hər ay hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına, yerli büdcələrə daxil olan mədən vergisi üzrə isə bələdiyyələrə məd ən vergisinin bəyannaməsini verirlər. Məcəllənin 218.1.1-ci maddəsinə görə bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. Məcəllənin 219.1-ci maddəsinə görə hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər İstisna edilməklə) həcmi vergitutma obyektidir. Məcəllənin 219.5-ci maddəsinə görə sadələşdirilmiş verg ini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil. Məcəllənin 220.1-ci maddəsinə görə sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır. Məcəllənin 221.1-ci maddəsinə görə hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri i stisna olmaqla) bu Məcəllənin 220-ci maddəsi ilə müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır. Məcəllənin 221.2-ci maddəsinə görə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında ver gi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xxxx 2003cü il tarixli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı, işlərə baxılarkən iş üzrə aydın olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin qismən təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası İddiaçınə məxsus təsərrüfat subyektində müvafiq dövr ərzində mişar daşının istehsal həcmi bu istehsal zamanı sərf olunan elektrik enerjisi sərfiyyatı ilə müəyyən qədər mütənasiblik təşkil etsə də, bu halın dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici kimi əsas götürülə bilmədiyini elektrik enerjisinin sərfiyyatının avadanlıqların istismar müddəti, o cümlədən məişət təyinatlı avadanlıqların yoxlamanın keçirildiyi vaxtdan əvvəlki dövrdə qoşulması, avadanlıqlarla işləyən məsul şəxslərin peşəkarlıq səviyyəsindən və digər hallardan və xüsusatlardan asılı olaraq müxtəlif həcmdə dəyişə bildiyini, mövcud qanunvericiliyin, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən zəruri sənədlər təqdim olunmadığ ı halda, vergi orqanına əlaqəli məlumatlar, o cümlədən xronometraj metodu ilə müşahidənin nəticələri üzrə vergiləri hesablamaq hüququ verdiyini, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün müvafiq meyarlar (eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı və s.) nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından da istifadə edilməsinin nəzərdə tutulduğunu, həmin vasitələrlə müəssisənin istehsal həcminin daha dəqiq müəyyənləşdirilə bildiyi halda, vergi orqanının müvafiq əlaqəli məlumatlardan istifadə etmədiyini, yalnız ehtimallara əsaslanan mütəxəssis rəyi əsasında müəssisədə istehsal həcmini müəyyənləşdirərək, vergi məbləğləri hesabladığı nı, beləliklə, mübahisələndirilən xxxx 2016-cı il tarixli qərar qəbul olunarkən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyini, nəticədə əsassız vergi məbləğləri (ƏDV, mədən vergisi, sadələşdirilmiş vergi) hesablandığını, müvafiq maliyyə sanksiyalarının tətbiq edildiyini, sübutetmə yükü daşıyan cavabdeh tərəfindən qəbul edilmiş xxxx 2016-cı il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ƏDV, mədən vergisi və sadələşdirilmiş vergilərin hesablanması və həmin vergilərə maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində qanuna zidd olduğunu nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəm ə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-928/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-928/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar