Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2926/2025 21.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılmasına dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dö vlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-2395/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: 1. ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək iqtisadçı; xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək mühasibatçı; xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək iqtisadçı; xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək mühasibatçı; xx.xx.2001-ci il tarixdə Rentgen şö bəsinin tibbi qeydiyyatçısı təyin edilmiş, xx.xx.2005-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və həmin şöbəyə sanitar vəzifəsinə təyin edilmişdir.
2. Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, iddiaçının ümumi iş stajı 23 il 03 ay təşkil edir. İşlədiyi vəzifə “Rentgendiaqnostikada rentgen trubkalarının və trubkalı rentgen aparatının bilavasitə otaqların təmizliyi və dezinfeksiyalanmasını” təmin etməkdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19 a bəndində müəyyən edilmiş sahənin və xüsusiyyətləri ilə eynidir.
3. İonlaşdırıcı şüa mənbələrinin təsir əhatəsində işləyən heyətin fərdi dozimetrik nəzarətinin nəticələrinə dair xx.xx.2024-cü il tarixl i, 636 nömrəli protokolundan görünür ki, iddiaçının adı həmin siyahıda yer almışdır.
4. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “X6” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-17/23851/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.2001-ci il tarixindən Şüa diaqnostika (şöbənin əvvəlki adı Rentgen) şöbəsinə tibb qeydiyyatçısı vəzifəsinə qəbul edilmişdir. xx.xx.2005-ci il tarixində isə Şüa diaqnostika şöbəsinə sanitar vəzifəsinə keçirilmiş və hal-hazırda da həmin vəzifədə çalışır. İddiaçı tutduğu vəzifə və gördüyü işlər insan sağlamlığına zərərli işlər kateqoriyasına daxildir, eləcə də onun gördüyü işlər güzəştli şərtlərlə pensiya hüququna imkan verir. İddiaçının tutduğu vəzifə Azərbayca n Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-ixtisas sorğu kitabça”sının təsdiq edilməsi barədə 19 iyun 2017-ci il tarixli 8 saylı qərarına əsasən kiçik tibb heyətinə aiddir. onun Şüa diaqnostika şöbəsində xx.xx.2024-cü il tarixinə olan əmək stajı 23 il 06 ay 08 gündür. Aylıq əmək haqqı 480,10 AZN təşkil edir. Onun əmək haqqına insan sağlamlığı üçün təhlükəli və ağır olan əmək şəraitinə görə 56,10 AZN məbləğində əlavə ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı (bundan sonra – “iddiaçı”) Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.2024-cü il tarixli inzibati aktının qanunsuz hesab edilməsi və güzəştli şərtlərlə pensiya hüququnun təmin edilməsi barədə müraciətinin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X6 X7 Rentgen şöbəsində tibbi qeydiyyatçı, xx.xx.2005-ci il tarixdən hazıradək həmin rentgen şöbəsində sanitar qadın vəzifəsində çalışır. Xəstəxanada çalışdığı sosial sığorta və iş stajı 23 il 3 ay təşkil edir. İddiaçı rentgen diaqnostika şöbəsində rentgen trubkalarının, trubkalı rentgen aparatlarının və bilavasitə otaqların təmizliyini təmin edir. Həmin vəzifədə zərərli işdə işlədiyinə görə hər ay 15% əlavə əmək haqqı alır, habelə hər 3 aydan bir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ X2 Sanitariya-gigiyena, fiziki-kimyəvi, toksikoloji və radioloji müayinələr üzrə laboratoriyasında ionlaşdırıcı şüa mənbələrinin təsiri əhatəsində işləyən heyətin fərdi dozimetrik nəzarətindən keçir. İnsan sağlamlığı üçün zərərli işdə çalışdığı üçün və nəticə etibarı ilə güzəştli pensiya hüququna malik olduğuma görə onun tərəfindən cavabdehə müraciət olunaraq güzəştli şərtlərlə pensiya təyin olunması xahiş olunmuşdur.
7. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçının təqdim etdiyi “X6” PHŞ-in arayışında xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Rentgen şöbəsində tibbi qeydiyyat çı, xx.xx.2005-ci tarixdən bugünədək sözügedən şöbədə sanitar vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının arayışda istinad olunan, işlədiyi sahə və vəzifələr siyahıda qeyd olunan sahə və vəzifələrə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən nəzərə alınır. AR Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda xüsusilə diqqət çəkən məqamlardan digəri isə, Siyahıda göstərilən bir sıra yarımbəndlərdə “kiçik tibb işçisi” vəzifəsi ilə yanaşı, həm də “sanitar” vəzifəsinin qeyd olunmasıdır (Nümunə olaraq, sözügedən Siyahının 19-cu bölməsinin “ə” yarımbəndində vəzifə üzrə işin xüsusiyyətinin eyniliyindən asılı olaraq, pataloqoanatomik bölmələrdə, proyektorlarda, morqlarda kiçik tibb bacıları (sanitar işçiləri) birgə qe yd edilmişdir). Lakin rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacıları yarımbölməsinə münasibətdə xüsusi olaraq, sanitar vəzifəsi həmin yarımbəndə daxil edilməmişdir. Bu isə açıq formada göstərir ki, “sanitar və ya qeydiyyatçı” vəzifəsi, sözügedən yarımbənddə qeyd olunan “kiçik tibb bacısı” vəzifəsi ilə hər hansı uyğunluq təşkil etmir. Bundan başqa, “X6” PHŞ-a məxsus olan arayışın son hissəsində qeyd olunur ki, Rentgen şöbəsində tibbi qeydiyyatçı və sanitar vəzifələri sözügedən Siyahının “19-a” bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynilik təşkil edir. Yuxarıda qeyd olunan bənddə nəzərdə tutulan, “vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində fəaliyyət göstərən kiçik və orta tibb heyəti” ilə iddiaçının fəaliyyət göstərdiyi “sanitar və qeydiyyatçı” vəzifələrinin eyniliyi sual doğuran növbəti məqam hesab edilə bilər. Çünki, arayışda qeyd olunan vəzifə üzrə işin xüsusiyyətlərində sözügedən Siyahının “19-a” bəndi ilə hər hansı uyğunluq təşkil etmədiyi görünür.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2966/2025 nömrəli qərarı ilə iddia tələbi təmin olunmamışdır (hakim – T.Məlikov).
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajı ilə bağlıdır və cavabdeh iddiaçının Rentgen şöbəsində tibb qeydiyyatçı və sanitar vəzifəsində işlədiyi müddəti güzəştli iş stajına daxil etmir. Məhkəmə ilk növbədə bildirmişdir ki, X5 PHŞ-in iddiaçıya təqdim etdiyi güzəştli şərtlə pensiya hüququ verən iş də çalışmasına dair arayışda iddiaçının işlədiyi sanitar və tibbi qeydiyyatçı vəzifəsinin Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 19-cu bəndinə uyğun olduğu göstərilsə də, konkret hansı yarımbənddəki peşəyə uyğunluğu dəqiq göstərilməmişdir. Baxmayaraq ki, iddiaçının işlədiyi vəzifədə insan sağlamlığı üçün təhlükəli və ağır əmək şəraitində çalışdığına görə əlavə haqq aldığı təsdiq olunub, lakin bu, həmin vəzifənin güzəştli iş stajına daxil edilməsinə hüquqi əsas yaratmır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il tarixi, 8 №-li Qərarı ilə təsdiq olunmuş Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X1 sanitar qadın (sanit ar) vəzifəsi kiçik tibb heyətinə aiddir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi sanitar vəzifəsi faktiki olaraq kiçik tibb heyətinə aid olsa da, qanunverici yalnız rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacılarına güzəştli şərtlərlə pensiya hüququ verir. Göründüyü kimi, tibb və sosial təminat müəssisələri bölməsində bir sıra sahələrdə (məsələn, vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində, onkoloji müəssisələrin kimyəvi-terapiya bölmələrində və kabinetlərində, uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika müəssisələrində, bölmələrində və s.) çalışan kiçik tibb heyətinə, o cümlədən pataloqoanatomik bölmələrdə, proyektorlarda, morqlarda çalışan kiçik tibb bacıları ilə yanaşı, sanitar işçilərinə bu h üquq tanınsa da, rentgenologiya bölməsində çalışan işçilərdən güzəştli pensiya hüququ bütün kiçik tibb heyətinə deyil, ancaq rentgen kabinetlərində işləyən və xəstələrə qulluq edən kiçik tibb bacılarına aid edilmişdir. Lakin iddiaçının konkret vəzifəsi rentgenologiya bölməsində sanitar kimi qeydə alınmışdır və onun fəaliyyət sahəsi, əmək funksiyası və iş yeri qeyd olunan siyahıda əksini tapmamışdır. Bu baxımdan, iddiaçı kiçik tibb bacısı olmamaqla yanaşı, onun vəzifələrində (əmək funksiyalarında) xəstələrə qulluq etmək nəzərdə tutulmadığından həmin vəzifə ona güzəştli şərtlərlə pensiya hüququ vermir.
11. Hüquqi baxımdan güzəştli pensiya hüququnun verilməsi üçün yalnız əmək şəraitinin çətin və ya insan sağlamlığı üçün təhlükəli olması kifayət etmir, həmin şəraitdə çalışan işçinin konkret ol araq Nazirlər Kabinetinin təsdiq etdiyi vəzifələr və bölmələr çərçivəsində fəaliyyət göstərməsi tələb olunur. İnsan sağlamlığına zərər verən işlər isə, ümumiyyətlə, işçinin daim zəhərli kimyəvi maddələr, radiasiya, bioloji təhlükələr və ya ağır fiziki yüklənmə ilə qarşılaşmasını nəzərdə tutur. Lakin bu hallar belə, hüquqi müstəvidə mütləq şəkildə güzəştli pensiya hüququnun yaranmasına səbəb olmur, çünki bu hüquq yalnız qanunvericilikdə dəqiq müəyyən edilmiş peşə və vəzifələrə şamil edilir.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-2395/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2966/2025 nömrəli qərarı ləğv edilmiş və iddia tələbi təmin olunmuşdur (Sədrlik edən – C.Məmmədov, hakimlər – Ş.Məmmədova, P.Hüseynov).
14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən konkret mübahisələndirilən hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır. İmtina onunla əsaslandırılmışdır ki, arayışda iddiaçının işlədiyi sanitar və tibbi qeydiyyatçı vəzifəsinin Azərbaycan Respublikası NK-nın xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 19-cu bəndinə uyğun olduğu göstərilsə də, konkret hansı yarımbənddəki peş əyə uyğunluğu dəqiq göstərilməmişdir. Lakin, məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə razılaşmamış və qeyd etmişdir ki, iddiaçıya 59 yaşdan əmək pensiyası təyin olunması üçün qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olan, ümumi və güzəştli pensiya hüququ verən peşə üzrə xüsusi stajı mövcuddur.
15. İşin apellyasiya baxışı zamanı müvafiq orqanlara sorğular verilmişdir. Eyni zamanda həmin qurum tərəfindən verilmiş 21 may 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İcbari Tibbi Sığorta X4 21 yanvar 2020-ci il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi X7 (TƏBİB) tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nın 7.1.12-ci bəndinin tələbinə əsasən müxtəlif profilli rentgen, rad ioloji və rentgen-radioloji şöbələrdə, laboratoriyalarda qruplarda və kabinetlərdə, rəhbər, həkim, orta və kiçik tibb heyəti (sanitar) vəzifələrində çalışan işçiləri ion şüalanması mühitində və ya radioaktiv maddələrlə daima işləyən mütəxəssislər sağlamlıq üçün təhlükəli və ağır olan əmək şəraitinə məruz qalan şəxslər hesab olunur, müqabilində vəzifə maaşının 15%-i miqdarında əlavə haqq ödənilməsi həyata keçirilir.
16. Həmin qurumun xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Mərkəzin Şüa diaqnostika şöbəsində sanitar qadın vəzifəsində çalışan iddiaçı digər şöbələrdə təmizlik işlərini həyata keçirmir. Göründüyü kimi, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacıları vəzifəsində işləyən şəxslərin adları qeyd edilmişdir.
17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı rentgen bölməsində qeydiyyatçı, sonradan və hal-hazıradək həmin bölmədə sanitar işləyir. “X6” Publik Hüquqi şəxs tərəfindən verilmiş 02 iyun 2025-ci il tarixli məktubdan müəyyən edilmişdir ki, iddiaçı təmizlik işlərini yalnız rentgen bölməsində həyata keçirmişdir. Nəzərə alınmalıdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası şəxsin işlədiyi vəzifəyə (peşəyə) görə deyil, həmin vəzifədə işləyən şəxslərin ağır əmək şəraitli, insan orqanizmi üçün təhlükəli və zərərli olan istehsalatlarda işləməsi ilə əlaqədardır.
18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, rentgen kabineti şüalanma səbəbindən (təhlükəsizlik baxımından) xəstənanın digər hissələrindən xüsusi qapı ilə təcrid edilib və həmin kabinetlərdə işləyən hər bir şəxsə “TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”nın 7.1.12-ci bəndinin tələbinə əsasən ion şüalanması mühitində, o cümlədən ağır əmək şəraitində işlədiklərinə görə əməkdaşların əmək haqqına 15 % miqdarında əlavə haqqın ödənilməsi həyata keçirilir. Qeyd olunan Qaydalar bir daha ona dəlalət edir ki, rentgen kabinetində sanitar və ya qeydiyyatçı vəzifələrində işləyən şəxslərin adları Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilməsə də, onların iş şəraiti həmin siyahıda göstərilmiş xəstələrə qulluq edən kiçik tibb bacılarının həyata keçirdiyi vəzifə funksiyalarından daha təhlükəsiz deyil. B aşqa sözlə desək, həm sanitar (və ya qeydiyyatçı), həm də kiçik tibb bacısı təhlükəli mühitdə işlədiklərinə görə güzəştli şərtlərlə əmək pensiyası ilə təmin edilmək hüquqlarına malikdirlər.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsinə və iddianın təmin edilməməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tibb və sosial təminat müəssisələri (19) bölməsində rentgen laborantları, o cümlədən rentgen cərrahiyyəsi, angioqrafiya və flüroqrafiya kabinetlərinin, rentgen şöbələrinin (kabinetlərinin) orta tibb heyəti, həmçinin rentgen cərrahiyyəsi, angioqrafiya kabinetlərində daimi məşğul olan orta tibb heyəti və rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacıları vəzifələri nəzərdə tutulmuşdur İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “X6” PHŞ-in arayışında xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Rentgen şöbəsində tibbi qeydiyyatçı, xx.xx.2005-ci tarixdən bugünədək sözügedən şöbədə sanitar vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının arayışda istinad olunan, işlədiyi sahə və vəzifələr yuxarıda qeyd olunan sahə və vəzifələrə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı mövcud o lmadığı müəyyən edilmişdir.
21. Bundan başqa, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda xüsusilə diqqət çəkən məqamlardan digəri isə, Siyahıda göstərilən bir sıra yarımbəndlərdə “kiçik tibb işçisi” vəzifəsi ilə yanaşı, həm də “sanitar” vəzifəsinin qeyd olunmasıdır (Nümunə olaraq, sözügedən Siyahının 19-cu bölməsinin “ə” yarımbəndində vəzifə üzrə işin xüsusiyyətinin eyniliyindən asılı olaraq, pataloqoanatomik bölmələrdə, proyektorlarda, morqlarda kiçik tibb bacıları (sanitar işçiləri) birgə qeyd edilmişdir). Lakin rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacıları yarımbölməsinə münasibətdə xüsusi olaraq, sanitar vəzifəsi həmin yarımbəndə daxil edilməmişdir. Bu isə açıq formada göstərir ki, “sanitar və ya qeydiyyatçı” vəzifəsi, sözügedən yarımbənddə qeyd olunan “kiçik tibb bacısı” vəzifəsi ilə hər hansı uyğunluq təşkil etmir.
22. Qeyd olunmalıdır ki, iddiaçının işlədiyi sanitar vəzifəsi faktiki olaraq kiçik tibb heyətinə aid olsa da, qanunverici yalnız rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacılarına güzəştli şərtlərlə pensiya hüququ verir. Göründüyü kimi, tibb və sosial təminat müəssisələri bölməsində bir sıra sahələrdə (məsələn, vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində, onkoloji müəssisələrin kimyəvi-terapiya bölmələrində və kabinetlərində, uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-p rofilaktika müəssisələrində, bölmələrində və s.) çalışan kiçik tibb heyətinə, o cümlədən pataloqoanatomik bölmələrdə, proyektorlarda, morqlarda çalışan kiçik tibb bacıları ilə yanaşı sanitar işçilərinə bu hüquq tanınsa da, rentgenologiya bölməsində çalışan işçilərdən güzəştli pensiya hüququ bütün kiçik tibb heyətinə deyil, ancaq rentgen kabinetlərində işləyən və xəstələrə qulluq edən kiçik tibb bacılarına aid edilmişdir. Lakin iddiaçının konkret vəzifəsi rentgenologiya bölməsində sanitar kimi qeydə alınmışdır və onun fəaliyyət sahəsi, əmək funksiyası və iş yeri qeyd olunan siyahıda əksini tapmamışdır. Bu baxımdan, iddiaçı kiçik tibb bacısı olmamaqla yanaşı, onun vəzifələrində (əmək funksiyalarında) xəstələrə qulluq etmək nəzərdə tutulmadığından həmin vəzifə ona güzəştli şərtlərlə pensiya h üququ vermir.
23. Eyni zamanda bildiririk ki, hüquqi baxımdan güzəştli pensiya hüququnun verilməsi üçün yalnız əmək şəraitinin çətin və ya insan sağlamlığı üçün təhlükəli olması kifayət etmir, həmin şəraitdə çalışan işçinin konkret olaraq Nazirlər Kabinetinin təsdiq etdiyi vəzifələr və bölmələr çərçivəsində fəaliyyət göstərməsi tələb olunur. İnsan sağlamlığına zərər verən işlər isə, ümumiyyətlə, işçinin daim zəhərli kimyəvi maddələr, radiasiya, bioloji təhlükələr və ya ağır fiziki yüklənmə ilə qarşılaşmasını nəzərdə tutur. Lakin bu hallar belə, hüquqi müstəvidə mütləq şəkildə güzəştli pensiya hüququnun yaranmasına səbəb olmur, çünki bu hüquq yalnız qanunvericilikdə dəqiq müəyyən edilmiş peşə və vəzifələrə şamil edilir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz iddia ərizəsinə və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslanmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısı üzrə kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığo rta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staj a görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayət i məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmd ə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zam an obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apellyasiya baxışına göndərilməlidir.
30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı 59 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır.
31. Cavabdehin imtinasından, eləcə də kassasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh iddiaçının işlədiyi rentgen şöbəsində tibbi qeydiyyatçı və sanitar peşələrinin güzəştli peşə kimi qəbul etməyərək yetərli güzəştli stajının olmaması əsası ilə müraciətinin təmin olunmasından imtina etmişdir.
32. Apellyasiya məhkəməsi isə iddianı t əmin edərkən iddiaçının təmizlik işlərini yalnız rentgen bölməsində həyata keçirdiyini, rentgen kabineti şüalanma səbəbindən (təhlükəsizlik baxımından) xəstəxananın digər hissələrindən xüsusi qapı ilə təcrid edildiyini və həmin kabinetlərdə işləyən hər bir şəxsə 15 % miqdarında əlavə haqqın ödənilməsini vurğulayaraq rentgen kabinetində sanitar və ya qeydiyyatçı vəzifələrində işləyən şəxslərin adları Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilməsə də, onların iş şəraiti həmin siyahıda göstərilmiş xəstələrə qulluq edən kiçik tibb bacılarının həyata keçirdiyi vəzifə funksiyalarından daha təhlükəsiz olmaması qənaətinə gəlmişdir.
33. Məhkəmə kollegiyası ilk öncə bildirir ki, iş materiallarında müəssisə tərəfindən verilmiş güzəştli ara yışda iddiaçının güzəştli stajı ilə bağlı mübahisələndirilən hallara tam aydınlıq gətirilməmişdir. Xüsusilə də iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün istinad etdiyi və işlədiyi peşənin funksionallığının nədən ibarət olduğu, həmin vəzifədə işləməsinin “zərərli işdə çalışma” kimi qəbul edilməsinin mümkünlüyü, vəzifə təlimatı baxımından peşənin qiymətləndirilməsi üçün zəruri olan məlumatlar kifayət qədər toplanmamışdır. Bu isə məhkəmənin iş üzrə mühüm əhəmiyyət kəsb edən halları obyektiv və hərtərəfli araşdırmasına mane olmuşdur. 34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur.
35. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması ona dəlalət edir ki, işçinin əmək funksiyasının, yəni işçinin yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin güzəştli olub-olmamasını işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş ara yışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
36. Zərərli əmək şəraitində işçinin işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bi lər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə çalışmasını müəyyən etməyə imkan verməlidir.
37. Bundan başqa, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tibb və sosial təminat müəssisələri bölməsində rentgenlaborantları, o cümlədən rentgen cərrahiyyəsi, angioqrafiya və flüroqrafiya kabinetlərinin, rentgen şöbələrinin (kabinetlərinin) orta tibb heyəti, həmçinin rentgen cərrahiyyəsi, angioqrafiya kabinetlərində daimi məşğul olan orta tibb heyət i və rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacıları vəzifələri nəzərdə tutulmuşdur.
38. Cavabdeh iddiaçının işlədiyi sanitar vəzifəsindən (peşəsindən) başqa tibbi qeydiyyatçı peşəsini onun siyahıda olmaması əsası ilə güzəştli staj illərinə ümumiyyətlə daxil etməmişdir.
39. Apellyasiya instansiya məhkəməsinin icraatı zamanı isə mübahisələndirilən peşələrdən ancaq sanitar peşəsinin vəzifə öhdəlikləri əldə edilmiş və kiçik tibb bacısı ilə sanitar peşələri üzrə vəzifə öhdəlikləri müqayisəli şəkildə təhlil aparmış və “həm sanitar (və ya qeydiyyatçı), həm də kiçik tibb bacısı təhlükəli mühitdə işlədiklərinə görə güzəştli şərtlərlə əmək pensiyası ilə təmin edilmək hüquqlarına malik olması” nəticəsinə gəlmişdir.
40. Beləliklə mübahisələndirilən qərarda tibbi qeydiyyatçı peşəsinə ümumiyyətlə qiymət verilməyərək tibbi qeydiyyatçı və sanitar peşələrinə sanki vahid peşə kimi yanaşmaqla bu peşələrin vəzifə öhdəlikləri eyni qəbul edilmişdir.
41. Göründüyü kimi, iddiaçının tibbi qeydiyyatçı kimi xx.xx.2001-xx.xx.2005-ci illərdə işləməsinə münasibətdə də vəzifə təlimatı baxımından vəzifə öhdəlikləri təhlil edilməklə həmin vəzifənin zərərli peşə sayılıb-sayılmamasına qiymət verilməlidir.
42. Bundan başqa, mübahisələndirilən qərardan göründüyü kimi, cavabdehin apellyasiya şikayətinə qarşı etirazındakı dəlillərinin bəzilərinə ümumiyyətlə apellyasiya məhkəməsi tərəfindən qiymət verilməmişdir. Məsələn, həmin dəlillərindən biri kimi göstərilmişdir ki, güzəştli pensiya hüququ proyektorlarda, morqlarda və sair yerlərdə çalışan kiçik tibb bacıları ilə y anaşı, sanitar işçilərinə münasibətdə də tanınmış, lakin bu hüquq bütün rentgenologiya bölməsində çalışan işçilərdən kiçik tibb heyətinə şamil edilməyərək ancaq rentgen kabinetlərində işləyən və xəstələrə qulluq edən kiçik tibb bacılarına aid edilmişdir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi bu dəlilə heç bir münasibət bildirməmişdir.
43. Məhz bu hallar aydınlaşdırıldıqdan sonra iddiaçının mübahisəli dövrün güzəştli staj kimi sayılıb-sayılmaması məsələsinə düzgün qiymət verilə bilər.
44. Odur ki, apellyasiya məhkəməsi tərəfindən növbəti apellyasiya baxışı zamanı sadalanmış hallar yoxlanılmalı və digər sübutlarla qarşılıqlı şəkildə müəyyən edilməli, nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yalnız yuxarıda göstərilən hall ara aydınlıq gətirilməklə obyektiv həqiqətə nail olmaq mümkündür.
46. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
47. Belə ki, hüququn təməl prinsiplərindən biri hüquqi müəyyənlik prinsipidir. Bu prinsipə əməl olunmadan səmərəli və obyektiv ədalət mühakiməsinin həyata keçirilməsi mü mkünsüzdür.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
49. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(103)-2395/2025 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(103)-2395/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.