Məhkəmə qərarları › İş №2-1(102)-2927/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2927/2019

23.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2927/2019 ALİ MƏHKƏMƏ İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə (Açar söz: icra sənədi üzrə icraatın dayandırılması) GİRİŞ HİSSƏ Hakimlər: 23.10.2019 Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Binəqədi Rayon Məhkəməsinin 2(001)-11168 saylı, 07 noyabr 2016-cı il tarixli icra sənədi üzrə cavabdehin hərəkətinin qanunsuz hesab edilməklə hazırki iş üzrə icraatın dayandırılması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1664/2019 saylı 27 iyun 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhk əmənin binasında 23.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət etdərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-11168 saylı, 07 noyabr 2016-cı il tarixli icra sənədi üzrə cavabdehin hərəkətinin qanunsuz hesab edilməklə iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-11168/2016 saylı, 07.11.2016-cı il tarixli qətnaməsinə əsasən, «xxxx» ASC ilə X1 arasında bağlanmış 05.07.2011-ci il tarixli ipoteka müqaviləsi üzrə Ünvan1 ünvanında yerləşən ümumi sahəsi 579.4 kv.m olan qeyri-yaşayış sahəsi üzərində olan ipotekaya xitam verilməsi və həmin qe yri-yaşayış sahəsinin ipotekadan azad olunması qərara alınaraq, ipoteka predmeti olan əmlakın ipotekadan azad edilməsinə dair arayışın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reysteri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə verilməsi vəzifəsi İddiaçı Əmanətlərin Sığortalanması Fonduna həvalə edilmişdir. Sözügedən icra sənədi cavabdehin olduğu yerə görə ərazi aidiyyəti üzrə icra edilməsi üçün Bakı şəhəri Cavabdehnə göndərilmişdir. «Banklar haqqında» Azərbaycan Respublikasının Qanununun 71.3-cü maddəsinin tələbinə görə banka təyin edilmiş ləğvedici, bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir, banka qarşı bütün tələblər bankın ləğved icisinə təqdim edilir. Həmin Qanunun 72.1-72.1.1ci maddələrinin tələbinə görə bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Hazırda iflas proseduru çərçivəsində ləğvetmədə olan «xxxx» ASC-nin kreditor tələbləri «Banklar haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq qeydə alınmış kreditorları qarşısında öhdəliklərini yerinə yetirməsinin təmin edilməsi debitor borcların vaxtında geri qaytarılmasının təmin edilməsindən asılıdır. «Banklar haqqında» Azərbaycan Respublikasının Qanununun 72-ci maddəsinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandır ılır, bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız «Banklar haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür, girovla təmin edilmiş aktivlər barəsində borc məbləği həddində «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 87.1 -ci maddəsinin tələbinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən icra məmurunun olduğu yer üzrə İnzibati-İqtisadi Məhkəməyə şikayət verilə bilər. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1821/2019 saylı, 07 may 2019cu il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, şikayətin təmin olunmasını və qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1664/2019 saylı 27 iyun 2019-cu il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1821/2019 saylı, 07 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı icra sənədini vermiş və icraya nəzarət edən ümumi məhkəməyə müraciət etməmiş, bunun əvəzinə inzibati qaydada iddia qaldırmışdır. Belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması da yol verilməzdir Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1664/2019 saylı 27 iyun 2019-cu il tarixli qərardadından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə məhkəmə araşdırması zamanı mübahisənin həlli obyektiv araşdırılmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, «Banklar haqqında» Azərbaycan Respublikasının Qanununun 72-ci maddəsinə əsasən, bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır, bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız «Banklar haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür, girov la təmin edilmiş aktivlər barəsində borc məbləği həddində «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə uyğun icraat istisna olmaqla, bankın aktivlərinə yönəldilmiş icra sənədlərinin icrası dayandırılır. Kassator “İcra haqqında” Qanunun 17.1.1, 87.1-ci maddələrinə, MPM-nin 402-407, 416, 417.1.4, 418.1, 418.2, 418.3-cü maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1664/2019 saylı 27 iyun 2019-cu il tarixli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayarq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməməmişdir. Məhkəmə Kollegiyası işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1664/2019 saylı 27 iyun 2019-cu il tarixli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “İcra haqqında” Qanunun 17.1.1-ci maddəsinə əsasən borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qər ar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 21.6-cı maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sır a vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun müddəalarında da irəli gəlir. Məhkəmə qərarının icrası məhkəmə müdafiə si hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Həmin şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkət və hərəkətsizliyi ilə əlaqədar icra sənədini verən məhkəməyə müraciət edilməlidir. Hazırkı iş üzrə iddiaçıya inzibati-iqtisadi məhkəmələr tərəfindən icra sənədi verilmədəyindən işə inzibati icraat qaydasında baxılması yol verilməzdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbayca n Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar, icra məmurunun icra sənədinin icra olunması ilə bağlı hərəkətləri və hərəkətsizlikləri inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmədiyindən,ayrıca iddia qaldırılmaqla həmin qərarların, hərəkət və hərəkətsizliklərin inzi bati məhkəmə icraatında mübahisələndirilməsi mümkün hesab olunmur. Qanuni qüvvəsini almış məhkəmə qərarının (qətnaməsinin, əmrinin) icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilir. Bu baxımdan belə qərarın icrası ilə bağlı icra məmurunun qərarlarından. hərəkət və hərəkətsizliklərindən şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmənin səlahiyyətinə aid edilir. Beləliklə, iddiaçı Binəqədi Rayon Məhkəməsinin 2(001)-11168 saylı, 07 noyabr 2016-cı il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul edilməsi ilə bağlı iddia tələbi ilə icra sənədinin icrasına nəzarəti həyata keçirən məhkəməyə müraciət etməli olduğu halda inzibati-iqtisadi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsas ən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1664/2019 saylı 27 iyun 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar