Məhkəmə qərarları › İş №2-1(102)-2928/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2928/2019

23.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2928/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sosial sığorta haqları üzrə borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Dünyamalılı İradə Şəms qızının, Cavabdehin nümayəndəsi x2, Cavabdehin vəkili Əhməd İsmayıl Əhməd oğlunun iştirakları ilə, İddiaçı x1-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhər Lo kal Gəlirlər Departamentinə qarşı “borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 iyul tarixli 2-1(103)-939/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Cavabdeh tərəfindən iddiaçıya 2013-cü ilin 3-cü rübünün sonu üzrə 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə əsas borc hesablanmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona 2013-cü ilədək hesablanmış cəmi 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə əsas borcu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsini xahiş etmiş, lakin müraciətə cavab verilməmişdir. İddi açı 2018-ci il 15 noyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 2013-cü il 1 oktyabr tarixədək hesablanmış cəmi 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə əsas borcu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsi və həmin borcun iddiaçının şəxsi hesabından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya 2013-cü ilin 3-cü rübünün sonu üzrə 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə əsas borc hesablanmışdır. Məcburi dövlət sosial sığorta haqqı üzrə iddiaçıya 2013-cü ilin 1 oktyabr tarixədək hesablanmış 491.364,48 manat borc inzibati orqan tərəfindən tutul mamışdır. Həmin borc üzrə öhdəliyə müddət keçdiyinə görə xitam verilməlidir. iddiaçı ərizə ilə cavabdehə müraciət edərək hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə əsas borcu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsini xahiş etmiş, lakin müraciətə cavab verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 550-ci maddəsinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. MM-in 551-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər 10 il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Bəzi tələblər beş il keçdikdən sonra qüvvəsini itirir, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. MM-in 552-ci maddəsinə əsasən, müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Bəzi hallarda müddətin axımı başlanmır və müddət dayandırılır: öhdəliyi n icrasına möhlət verildikdə və ya öhdəlik götürən başqa halla əlaqədar onun icrasından müvəqqəti imtina etmək hüququna malik olduqda; müddətin son altı ayı ərzində məhkəmə baxışının dayandırılması nəticəsində ixtiyarlı şəxs öz hüququnun məhkəmə müdafiəsini həyata keçirmək imkanından məhrum olana qədər. Bu cür imkansızlıq qarşısıalınmaz qüvvə nəticəsində baş verdikdə də eyni qayda qüvvədə olur. Müddətin axımı kəsilirsə, kəsilmə anınadək keçən vaxt nəzərə alınmır; yeni müddət yalnız kəsilmə qurtardıqdan sonra başlanır.MM-in 553-cü maddəsinə əsasən, aşağıdakı hallarda müddətin axımı kəsilir: mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə; ixtiyarlı şəxs məhkəməyə iddia verirsə. Müddətin kəsilməsi iddia üz rə qanuni qüvvəyə minmiş məhkəmə qərarı qəbul edilənədək davam edir. MM-in 554-cü maddəsinə əsasən, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “Sosial sığorta haqqı nda” Qanunun 21-ci maddəsinə əsasən, sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə - gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya hesablanır. Həmin Qanunun 18-ci maddəsinə müvafiq olaraq məcburi dövlət sığorta haqqını vaxtında ödəməyən və ya ödənilməsini gecikdirən sığortaedənə xəbərdarlıq edilir. Xəbərdarlıq müddətində bu hərəkətlər sığortaedən tərəfindən aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürülmə əməliyyatlarının aparılması qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırılır. Ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddi a qaldırılır. Belə ki, iddiaçının 2013-cü il 1 oktyabr tarixə 618.067,71 manat (əsas borc 491.364,48 manat penya 126.703,23 manat) məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə borcu yaranmışdır. İddiaçının 2013-cü il 1 oktyabr tarixə hesablanmış 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə əsas borcu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsi və həmin borcun iddiaçının şəxsi hesabından silinməsi öhdəliyinin cavabdeh DSMF-nin Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamentinin üzərinə qoyulması barədə iddia tələbi 2 saylı Bakı Yerli İqtisadi Məhkəməsində və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmış və qətnamə (qərar) qəbul edilmişdir. Buna baxmayaraq, iddiaçı təkrar olaraq yenidən həmin dövrü məhkəmədə mübahisələndirir. Birinc i instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 10 dekabr tarixli 2-1(81)4805/2018 nömrəli qərarıilə iddia təmin edilmiş, iddiaçıya 2013-cü il 1 oktyabr tarixədək hesablanmış cəmi 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə əsas borcu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsi və həmin borcun iddiaçının şəxsi hesabından silinməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh məcburi dövlət sosial sığorta haqlarının vaxtında hesablanıb ödənilməsi vəzifəsini yerinə yetirməyərək qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 iyul tarixli 2-1(103)-939/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məcburi dövlət sosial sığorta münasibətləri mahiyyət etibarilə ümumi (publik) hüquq münasibətləri olduğundan, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən mülki qanunvericiliyə əsaslanmaqla həlli istisna edilir. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 25 iyul tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 7 avqust tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın t əmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmənin hazırkı iş üzrə mövqeyi tamamilə yanlışdır. Belə ki, cavabdeh tərəfindən müəyyən dövrləri əhatə edən borcun tutulması ilə bağlı məhkəməyə müraciət olunaraq, bununla bağlı məhkəmə qətnamələri olsa da, həmin borcların hazırkı iddia tələbinin predmeti olan 2013-cü il 1 oktyabr tarixədək hesablanmış borcu əhatə etmir. Cavabdeh bu qətnamələrin məhz iddiaçının silinməsini tələb etdiyi borc olmasını sübut edə bilməmişdir. Bundan əlavə, işdə olan, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 31 iyul tarixli, 2(103)-286/2015 nömrəli qərardadından görünür ki, cavabdeh x1-nin apellyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-c ü il 9 iyul tarixli 2(82)-1690/2014 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı DSMF-nin Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamentinin cavabdeh x1-nə qarşı məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulması barədə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Göründüyü kimi, DSMF-nin Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamenti tərəfindən verilmiş iddia tələbinə dair mahiyyəti üzrə araşdırma aparmamış, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulmasına dair qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 3.0.1-ci maddəsinə əsasən, bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir.Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir.Həmin Qanunun 5-ci maddəsinə əsasən, Bu Qanun 2018-ci il aprelin 1-dən qüvvəyə minir. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, bu Qanunun müddəaları vergi ödəyicilərinin bu Qanunun 1-ci və 2-ci maddələri ilə müəyyən edilmiş borclarının məcburi ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir. Göründüyü kimi, bu istiqamətdə dövlətin mövqeyi ondan ibarətdir ki, borcun ödənilməsi barəsində məhkəmə qərarının olmasından asılı olmayaraq müddəti keçən bütün borclar silinməlidir. Apellyasiya instansiyası məhkəməsinin digər əsası isə ondan ibarət olmuşdur ki, “Vergi Məcəlləsinin 85.5-1-ci maddəsi ilə müəyyən olunmuşdur ki, bu Məcə llənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir”. Bununla bağlı cavabdeh qeyd etmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra mətndə - VM) 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. VM-in 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, qanunvericilikdə vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq üsullarından biridir. Başqa sözlə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məh kəməyə müraciət etmək onun hüququdur, lakin o, bu hüququndan VM-in 85.4-cü maddəsində nəzərdə tutulan müddətlər çərçivəsində verginin tutulması üçün istifadə etməlidir. Əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərarın mövcudluğu VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddətin əsassız olaraq 30 illik müddətlə əvəz edilməsi ilə nəticələnməməlidir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 12 yanvar tarixli Qərarına əsasən, vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VMdə vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə VM-in 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. VM-in 85.4-cü maddəsinə əsasən, vergi orqanları ve rgiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyy ətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subye ktlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. VM-in 93-cü maddəsinin tələblərinə uyğun olaraq, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda və müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə silinir. Bununla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 12 yanvar tarixli Qərarında qeyd edilmişdir ki, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının VM-in 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bit məsi həmin Məcəllənin 93.1.1ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinməlidir. İddiaçı məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 12 yanvar tarixli Qərarı “məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətləri” əhatə edir. Yəni həmin qərar iddiaçı Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin (DSMF-nin Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamenti) “məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi” tələbinə dair məhkəmə mübahisələrinə münasibətdə tətbiq edilə bilərdi. Hazırda iddiaçının iddia tələbi isə “iddiaçı x 1-yə 2013-cü il 1 oktyabr tarixədək hesablanmış cəmisi 491.364,48 manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə əsas borcu ödəmək öhdəliyinə müddətin keçməsi əsası ilə xitam verilməsi və həmin borcun iddiaçının şəxsi hesabından silinməsi öhdəliyinin cavabdeh DSMF-nin Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamentinin üzərinə qoyulması”na dairdir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarı tətbiq edilməməli olduğu halda, tətbiq edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinə Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyi baxımından şərh verilməsinə dair” 2019-cu il 24 aprel tarixli Qərarında göstərilmişdir ki, qər ar dərc edildiyi gündən (2019-cu il 25 may tarixdə “Respublika” Qəzetində dərc edilmişdir.) qüvvəyə minir. İddiaçının mübahisələndirdiyi məcburi dövlət sosial sığorta haqları 2013-cü il 1 oktyabr tarixədək hesablanmış borclardır. Həmin borcların silinməsinə dair iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılan zaman və həmin borclar hesablanan zaman Konstitusiya Məhkəməsi Plenumu tərəfindən sözügedən qərar qəbul edilməmiş, qüvvəyə minməmişdir. Bununla da, Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarında göstərilənlər hazırkı iş üzrə tətbiq edilməməlidir. “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 5 nömrəli, 2003-cü il 27 noyabr tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, vergi ödəyic ilərinin vergi borclarının məhkəmə qətnaməsi ilə tutulması faktı onun nə mahiyyətini, nə də məzmununu dəyişmir, həmin borc borcluğunda qalır və digər borclar kimi göstərilən qanunların təsiri altına düşdüyünə görə bu borclar qətnamələr ləğv edilmədən vergi orqanları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada silinməlidir. Göründüyü kimi, vergi borcunun tutulmasına dair məhkəmə qətnaməsinin qəbul edilməsi vergi borcunun silinməz borc olduğuna dəlalət etmir. Həmin qətnamələr ləğv olunmadan vergi orqanları tərəfindən vergi borcları silinməlidir. Hazırkı iş üzrə fakt ondan ibarətdir ki, vergi borcunun tutulmasına dair məhkəmə qətnamələri qəbul edilsəydi belə, hazırkı dövrədək həmin borclar vergi orqanı tərəfindən vergi ödəyicisindən tutulmamışdır. İşdə iştirak edən şəxslərin izahatla rı: İddiaçının vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, dövlət sosial sığorta münasibətlərində borcun müddətin keçməsi səbəbi ilə silinməsi nəzərdə tutulmamışdır, bu da səbəbsiz deyildir. Sosial sığorta haqqının ödənilməsi müəssisənin yalnız dövlət qarşısında öhdəliyini əhatə etmir. Sosial sığorta ödənişi sosial sığortanın digər iştirakçısı olan sığortaolunanın itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiyasına yönəlmiş təminatdırvə bu öhdəliyin icra edilməməsi sığortaolunanı gələcəkdə həmin təminatd an məhrum edə bilər. Belə ki, dövlət sosial sığorta haqlarının sığortaedən tərəfindən sığortaçıya ödənilməməsi işçilərin əmək pensiyası hüquqlarının birbaşa pozulması ilə nəticələnir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 21.1-ci maddələrinin tələbləri baxımından işçinin mövcud iş stajı o halda onun sığorta stajı kimi qəbul edilir ki. sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqları sığortaçı təşkilata ödənilmiş olsun. Bu səbəblə də, məcburi dövlət sosial sığorta haqqının tutularaq dövlət büdcəsinə ödənilməsi üçün müddətlə bağlı məhdudiyyətlər müəyyən edilməmişdir. Məhz buna görə də iddiaçı kassasiya şikayətini dövlət sosial sığorta sahəsində mövcud olan qanunvericilik əsasında deyil, MM-in, VM-in maddələri ilə əsaslandırmağa çalışmışdır. MM-in maddələrinin dövlət sosial sığorta münasibətlərinə tətbiq edilə bilməməsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 2019-cu il 24 may tarixli Qərarı ilə birmənalı münasibət bildirilmişdir. Konstitusiya Məhkəməsinin həmin qərarı ilə yaranmış dövlət sosial sığorta haqlarının silinməsinə yox, MM-in inzibati hüquq münasibətlərinə dövlət sosial sığorta münasibətlərinə tətbiq edilib-edilməməsinə dair şərh vermişdir.Hazırkı inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığından, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qərarı isə MM-in müddəalarına müvafiq olaraq əsaslandırıldığından, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq Konstitusiya Məhkəməsinin müvafiq qərarını hazırkı inzibati iş üzrə tətbi q etmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında etirazda göstərilənləri müdafiə edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Sosial sığorta haqqında” Qanunun 18-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetmə ni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin Qanunun 21-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 3.0.1-ci maddəsinə əsasən, bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığortaedənlər tə rəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, Bu Qanun 2018-ci il aprelin 1-dən qüvvəyə minir. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, bu Qanunun müddəaları vergi ödəyicilərinin bu Qanunun 1-ci və 2-ci maddələri ilə müəyyən edilmiş borclarının məcburi ödənilməsi barəsində məhkəmə qərarı q əbul edilmiş, lakin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, məcburi ödənişlərin alınması da daxil olmaqla dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Sözügedən dəyərlərin müdafiəsinə yönəlmiş təməl prinsiplərdən biri kimi hüquqi müəyyənlik prinsipi isə Azərbaycan Respublikasının Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elem entlərindən biri kimi çıxış edir. Bu prinsip digər tələblərlə yanaşı, ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78. 3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərarında da oxşar hüquqi mövqe ifadə olunaraq göstərilmişdir ki, Vergi Məcəlləsinin 93-cü maddəsində vergi borcunun ümidsiz hesab olunması üçün vergitutma müddətinin bitməsi əsas kimi nəzərdə tutulmasa da, vergi orqanlarında yuxarıda göstərilən hallarda qanunla müəyyən olunmuş qaydada vergi qalıqlarının tutulması üçün real imkan olmadığına görə borc silinməyə məruz qalır. Hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının VM-in 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə san ksiyaları üzrə borclar ümidsiz borc kimi silinməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi aşağıdakıları qeyd etmişdir. VM-in 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesa blanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəlləsinin 85.5-1-ci maddəsi ilə müəyyən olunmuşdur ki, bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Cavabdeh də həmin normalara istinadla apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin əsaslandırması ilə bağlı aşağıdakıları qeyd edir. Əvvəla, VM-in 85.5-1-ci maddəsi 2019-cu il 1 yanvar tarixdən qüvvəyə minmiş, iddiaçı isə hazırkı tələblə məhkəməyə 2018-ci ilin noyabrında müraciət etmişdir. Digər tərəfdən, normal arın məzmunundan göründüyü kimi, həmin normalarda müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlərin məcburi dövlət sosial sığorta haqqına tətbiq edilməməsi istər vergi orqanına (VM-in 85.4-cü maddəsi), istərsə də vergi ödəyicisinə (VM-in 85.5-ci maddəsi) həmin normalarda müəyyən edilmiş müddətlərdən sonra və həmin normalarda nəzərdə tutulmuş məzmunlarda tələb irəli sürmək imkanı verir. Lakin vergi orqanının məcburi dövlət sığorta haqqını 85.4-cü maddədə nəzərdə tutulmuş müddətlərdən sonra da tələb etmək imkanının saxlanması iddiaçının hazırkı məzmunda tələb irəli sürmək imkanını (hüququnu) məhdudlaşdırmır. Eyni ilə, VM-in 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlərin məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilməməsi VM-in 93.1-ci maddəsinin müddəalarının (93.1.1 və 93.1.2-ci maddələr) tətbiqi imkanına təsir etsə belə, bu, həmin Məcəllənin 93.2-ci maddəsinin tətbiqi üçün maneə deyil. Həmin normanın tələbinə görə, digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının qaldırılan iddiaya hüquqi marağı mövcuddur. Belə ki, o, təsərrüfat subyekti kimi öz maliyyə vəziyyətinə dair aydınlığa və müəyyənliyə nail olmaq hüququna malikdir. Bu, onun bazar münasibətlərinin digər iştirakçıları ilə əlaqələrində mühüm rol oynaya bilər. Ona görə də, faktiki olaraq ümidsiz borca çevrilmiş borcların silinməsinin yalnız ona qarşı müvafiq iddianın qaldırılacağı halda mümkün olduğuna dair yanaşmanın qəbul edilməsi hüquqi müəyyənlik prinsipi ilə ziddiyyət təşkil etdiyi üçün yolverilməzdir. Həmin yanaşma borcların qeyrimüəyyən zaman ərzində iddiaçının hesabında qalmasına gətirib çıxara və bununla da, ağlabatan olmayan və mütənasibliyə zidd şəkildə həmin məsələnin həlli yalnız cavabdehin iradəsindən asılı hala salına bilər. Bundan başqa, tərəflər arasındakı münasibətləri tənzimləyən qanunvericilik aktlarında iddiaçının hazırkı məzmunda tələb irəli sürmək hüququnu aradan qaldıran və ya onu məhdudlaşdıran norma yoxdur. İddiaçının öz tələbinin əsası kimi Mülki Məcəllənin müddəalarına istinad etməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaətinə gəldikdə, məhkəmə kollegiyası nəzərə alır ki, həmin Məcəllənin 2.5-ci maddəsinə əsasən, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Hazırkı mübahisə də bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan maliyyə münasibətlərindən irəli gəldiyindən və bu münasibətləri tənzimləyən normativ aktlarda mülki qanunvericiliyin tətbiqinə dair bilavasitə göstəriş olmadığından (məsələn, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsində nəzərdə tutulduğu kimi), Mülki Məcəllənin ərizədə istinad edilən müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Bununla yanaşı, məhkəmə kollegiyası oxşar mübahisələrə dair əvvəlki qərarlarında təsbit olunmuş mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına, onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və mübahisənin düzgün həlli üçün iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər. İddiaçının əsas dəlillərindən biri ondan ibarətdir ki, cavabdeh tərəfindən müəyyən dövrləri əhatə edən borcun tutulması ilə bağlı məhkəməyə müraciət olunaraq, bununla bağlı məhkəmə qətnamələri olsa da, həmin borcların hazırkı iddia tələbinin predmeti olan 2013-cü il 1 oktyabr tarixədək hesablanmış borcu əhatə etmir. Cavabdeh bu qətnamələrin məhz iddiaçının silinməsini tələb etdiyi borc olmasını sübut ed ə bilməmişdir. Digər tərəfdən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015ci il 31 iyul tarixli, 2(103)-286/2015 nömrəli qərardadından da görünür ki, cavabdeh x1-nin apellyasiya şikayəti təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 9 iyul tarixli 2(82)-1690/2014 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı DSMF-nin Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamentinin cavabdeh x1-nə qarşı məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulması barədə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Göründüyü kimi, DSMF-nin Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departamenti tərəfindən verilmiş iddia tələbinə dair mahiyyəti üzrə araşdırma aparmamış, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun tutulmasına dai r qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmışdır. İşin qeyd edilən halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış, onlara qiymət verilməmişdir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbin ə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 81.3-cü maddəsinin tələbinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Be ləliklə, İPM-in 12 və 58.7-ci maddələrində təsbit olunmuş tələblər apellyasiya icraatında da qüvvədədir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından qərar ləğv edilməli, iş təkrar baxılması və istinad edilən normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı yuxarıda istinad edilən normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtis adi Kollegiyasının 2019-cu il 11 iyul tarixli 2-1(103)-939/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar