Məhkəmə qərarları › İş №2-1(102)-2928/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2928/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2928/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyi, mənzilin 01 oktyabr 2009-cu ilə qədər verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 09 iyul 2024-cü il tarixli, 2-1(103)- 1111/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 26 Bakı Komissarı XDS-in İK-nın 10 noyabr 1968-ci il tarixli, 78/7168 saylı qərarı ilə ünvan 1 ünvanında yerləşən iki otaqdan ibarət mənzilin X9 verilməsi qərara alınmışdır.

2. Həmin qərar əsasında X9 və onun 4 nəfər ailə üzvünə (Vasyanina (Cəlilova) Nina Konstantinovna, X4, X3, X8) ünvan 1 ünvanında yerləşən iki otaqdan ibarət mənzilə dair 78507 saylı order verilmişdir.

3. X11, X4 və Vasyanina (Cəlilova) Nina Konstantinovna vəfat etmişlər.

4. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək ünvan 2 ünvanında yerləşən mənzilə dair onunla kirayə müqaviləsinin bağlanmasını xahiş etmişdir.

5. Cavabdeh 03 iyul 2023-cü il tarixdə müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti (Nazirlər Kabineti) orqanı tərəfindən təsdiq edilir. Hal-hazırda sosial kirayə müqaviləsinin birtipli forması təsdiq olunmadığından müraciətin təmin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzilə dair order nənəsi O.Vasyanina, A.Vasyanin, anası N.Va syanina, xalaları Nadejda Vasyanina və V.Vasyaninaya verilmişdir. Nənəsi və anası vəfat etdikdən sonra adıçəkilən mənzilə faktiki sahibliyi həyata keçirir. Bununla bağlı kirayə müqaviləsinin bağlanılmasını cavabdehdən tələb etsə də, cavabdeh müraciətinin təminindən imtina etmişdir. Halbuki, həmin müqavilənin bağlanılması üçün əsaslar mövcuddur.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12859/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakim X13) iddia tələbi rədd edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının adına kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi mənzilə dair hər hansı hüquqmüəyyənedici sənəd, o cümlədən yaşayış sahəsinə köçmə əsası kimi order olmadığından, iddiaçının “kirayə müqaviləsinin bağlanması” barədə iddiası əsaslı hesab edə bilməz. İddiaçının mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə yaşaması da onun hazırkı müzakirə edilən hüquqi statusuna əlverişli təsir göstərmir. İş materiallarında olan orderdən isə görünür ki, mənzilə dair orderdə digər şəxslərin adları mövcuddur ki, orderdə adı olub, vəfat edən şəxslərin vərəsələrinin, eləcə də sağ olan şəxslərin iddiaçının adına sosial kirayə müqaviləsinin bağlanılmasına razılıq ərizələri, eləcə də həmin şəxslərin istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı da olmadığından iddiaçının adına sosial kirayə müqaviləsinin bağlanılması barədə müraciətin təminindən imtina qanuni və əsaslı olmuşdur.

10. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edi lməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1111/2024 nömrəli, 09 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər X14 /məruzəçi/, X15 və X17) apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12859/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilmiş, ünvan 3 ünvanında yerləşən mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təqdim edilmiş sənədlərdən orderdə adı qeyd edilmiş şəxslərin və onların vərəsələrinin müvafiq mənzildə qeydiyyatda olmadıqları (həmçinin fakti ki yaşamadıqları), həmin ünvanda yalnız iddiaçının və onun bacısı X7 qeydiyyatda olmaları, sonuncunun isə ünvan 3 ünvanındakı mənzilə qardaşı tərəfindən kirayə müqaviləsi bağlanmasına dair razılıq ərizəsi verdiyi müəyyən edilmişdir. Belə olan halda iddia tələbi əsaslı olmuşdur.

13. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində Mənzil Məcəlləsinin 56.3, 62-ci maddələrinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız o lduğu qeyd edilir.

15. Belə ki, yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır və yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Azərbaycan Respublikasının Nazirlər Kabineti) təsdiq olunur. Lakin, yaşayış sahəsinin birtipli forması müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilməmişdir. Həmçinin, yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti tərəfindən öz təsdiqini taparsa belə, iddiaçının adına kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi mənzilə dair hər hansı hüquqmüəyyənedici sənəd, o cümlədən yaşayış sahəsinə köçmə əsası kimi o rder olmadığından, iddiaçı “kirayə müqaviləsinin bağlanması” barədə iddiası əsaslı hesab edə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayəti etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): Maddə

48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Maddə

51. Yaşayış sahəsini icarə müqaviləsi. Yaşayış sahəsini icarə müqaviləsinin bağ lanması Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Maddə

52. Yaşayış sahəsini icarə müqaviləsinin predmeti Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Maddə

53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədə n irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə

54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə u yğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instans iyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mü bahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətində əks etdirdiyi mövqe qanuni sayıla bilməz.

23. Əvvəla qeyd etmək lazımdır ki, iddiaçı mübahisəli mənzilə 14 noyabr 2005-ci il tarixdə qeydiyyata alındığından hazırkı iş üzrə hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimlənməlidir.

24. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

25. İş materiallarına əlavə edilmiş sənədlərlə ünvan 4 ünvanda yerləşən mənzilə dai r orderin iddiaçının nənəsi X9, dayısı X2 (vəfat edib), anası X5, xalası X1 və xalası X6 verildiyi müəyyən edilir.

26. Nənəsi və anası vəfat etdikdən sonra iddiaçı qeyd edilən ünvanda 14 noyabr 2005-ci il tarixdə pasport qeydiyyatında olmaqla yaşayır. Həmin ünvanda iddiaçı ilə yanaşı onun bacısı X10 qeydiyyatdadır.

27. İddiaçının bacısı X10 xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Birləşmiş X12 şəhərindəki Baş konsulluğu tərəfindən notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək qeydiyyatda olduğu ünvan 3 ünvanındakı mənzilinə qardaşı İddiaçı tərəfindən kirayə müqaviləsi bağlanmasına heç bir etirazının olmadığını bildirmişdir.

28. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərdə iddiaçı ilə bağlı 01 oktyabr 2009-cu ilə qədər mənzilə dair hüquq münasibəti mövcud olduğund an, orderdə adı qeyd edilmiş şəxslərin və onların vərəsələrinin müvafiq mənzildə qeydiyyatda olmadıqları, iddiaçıdan başqa qeydiyyatda olan digər şəxs X7 isə qardaşı tərəfindən kirayə müqaviləsi bağlanmasına dair razılıq ərizəsi verdiyi müəyyən edildiyindən apellyasiya instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbinin qanuni olması qənaətinə gəlmişdir.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 09 iyul 2024-cü il tarixli, 21(103)-1111/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar