Məhkəmə qərarları › İş №2-1(102)-293/2017

Ali Məhkəmə Qərar — İş №2-1(102)-293/2017

07.02.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-293/2017 07.02.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-293/2017) Bakı şəhəri 07 fevral 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X3, X2 ibarət tərkibdə, İddiaçı, vəkili Vəkil, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı(üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi-bundan sonra üçüncü şəxs) “iddiaçıya məxsus fərdi yaşayış evinə və torpaq sahəsinə g örə kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1318/2016saylı, 15 sentyabr 2016-cı il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 07 fevral 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 10 avqust 2005-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasporta əsasən faktiki torpaq sahəsi 0.04039 ha, tikinti altı sahə 0.00507 ha, digər sahələr 0.03532 ha təşkil edir. Azərbaycan Resp ublikası Prezidentinin 02 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planının” 23-cü bəndinə əsasən “Əzizbəyov” metro stansiyası dairəsindən Heydər Əliyev adına Hava Limanına qədər avtomobil yolunun 8-12 cərgəli nəqliyyat hərəkəti üçün nəzərdə tutulmaqla nəqliyyat qovşaqları ilə birlikdə layihələndirilməsi və tikintisinə başlanılmasının icraçısı kimi Nəqliyyat Nazirliyi və Maliyyə Nazirliyi göstərilmişdir. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsində yerləşən 6 saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin dövlət ehtiyacları üçün kompensasiya ödənilmədən alınması haqqında 08 yanvar 2015-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmi şdir. Cavabdeh tərəfindən 16 yanvar 2015-ci il tarixli, 02 saylı məktubla bildirilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli 1255 saylı sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən “Əzizbəyov dairəsi-Heydər Əliyev adına X12 avtomobil yolu”nun yenidən qurulması zamanı sözügedən sahənin ona (ərizəçiyə) məxsusluğunu təsdiq edən sənəd təqdim edilmədiyindən, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 7.5-ci maddəsinə uyğun olaraq həmin sahə torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər qismində kompensasiya ödənilməyərək icraçı təşkilat olan Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “xxxx” ASC tərəfindən alınmışdır. Bu barədə müvafiq məktubla məlumat verilmişdir. İddiaçı 19 yanvar 2015-ci il tarixdə cavabdehə qarşı 2 saylı Ba kı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “iddiaçıya məxsus fərdi yaşayış evinə və torpaq sahəsinə görə 300.000 manat məbləğində kompensasiyanın ödənilməsi” barədə qərar qəbul edilməsini xahişetmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus ev və həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 01.02.2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”na əsasən “Əzizbəyov dairəsi-Heydər Əliyev adına X12 avtomobil yolu”nun yenidən qurulması zamanı dövlət ehtiyacları üçün alınmışdır. “Torpaqların dövlət ehtiyaclan üçün alınması haqqında” Qanuna əsasən kompensasiyanın verilməsi üçün iddiaçı cavabdehə müraciət etmişdir. Sonradan da bir neçə dəfə h əmin quruma müraciət olunmuşdur. Lakin müsbət nəticə əldə olunmamışdır. Cavabdehin 16.01.2015-ci il tarixli məktubunda kompensasiya verilməsi məsələsinin həllindən imtina olunmuşdur. Cavabdehin məktubunda torpağın dövlət ehtiyaclan üçün icraçı təşkilat “xxxx” ASC tərəfindən alındığı bildirilmişdir. Məktubda həmçinin, həmin torpaq sahəsi və evin iddiaçıya məxsus olması barədə sənədlərin təqdim edilmədiyi də göstərilmişdir. Halbuki, cavabdehə evin “Qeydiyyat vəsiqəsi” və “Texniki pasport”u hər dəfə müraciətlə birlikdə təqdim edilmişdir. Bundan başqa, iddiaçı ona kompensasiya ödənilməsi ilə bağlı “xxxx” ASC-yə də müraciət etmişdir. ASC-dən alınmış 02.09.2013-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, torpaq sahəsi avtomobil yolunun genişləndirilməsinə aid olmadığından və yol infrastru kturunun altına düşmədiyindən məsələnin həmin quruma aidiyyəti yoxdur. Həqiqətən də, ev və torpaq sahəsi cavabdeh tərəfindən sökülmüş və onun yerində park salınmışdır. İddiaçı və onun ailə üzvləri həmin evdə pasport qeydiyyatındadırlar. Cavabdeh tərəfindən həmin ev söküldükdən və yararsız hala salındıqdan sonra, iddiaçı məcbur qalıb Sabirabad rayonunda başqa mənzildə yaşayır. İddiaçı İİ qrup əlildir və buna görə pensiya alır. Ailəsi çətinliklə dolanır. Hal-hazırda iddiaçının şəxsi mülkiyyətində olan evin və torpaq sahəsinin bazar dəyəri 300.000 manat təşkil edir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 247-249-cu maddələrinəistinad edilmişdir. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı sahəsinin qeyd olunan avtomobil yolunun çəkilişi il ə bağlı söküntüyə məruz qalıb-qalmaması barədə birinci instansiya məhkəməsinin ekspert qarşısında qoyduğu sual üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 avqust 2015-ci il tarixli rəydə göstərilmişdir ki, 10 avqust 2005-ci il tarixli “Qeydiyyat vəsiqəsi”nə əsasən iddiaçının mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasport üzrə qarşısında mövcud olmuş həyətyanı torpaq sahəsinin hasarlarının həmin ərazidə yaşıllıq zonasının çəkilməsi ilə bağlı söküntüyə məruz qaldığı və həmin torpaq sahəsinin bütünlüklə avtomobil yolunun yaşıllıq zonasına düşdüyü müəyyən edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X5, 2-1(82)-408/2016 saylı iş) 27 yanvar 2016-cı il tarixli qərarı ilə iddia qismən t əmin edilərək iddiaçıya ünvan 3 ünvanındakı evin həyətyanı torpaq sahəsinə görə 89.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etməsini onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinə görə iddiaçıya kompensasiyanın ödənilməməsi qanuna ziddir və bir mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmin qərardan cavabdeh və 3-cü şəxs apellyasiya şikayətləri vermişlər. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X8-məruzəçi, X6 və X4, 2-1(103)-1318/2016 saylı iş) 15 sentyabr 2016-cı il tarixli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 yanvar 2016- cı il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamasını onunla əsasladırmışdır ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən iş üzrə cavabdehin iddiaçının iddiasına cavab verməli olan orqan olub-olmamasına düzgün hüquqi qiymət verməmiş və iddianı həmin cavabdehə münasibətdə mümkün hesab edərək baxmaqla, Azərbaycan Respublikası İPM-in 35-ci maddəsinin tələblərini pozmuşdur. İddiaçı 19 oktyabr 2016-cı il tarixdə qərardadın surətini almış, 26 oktyabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın təmin olunmasıbarədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının qərardadı əsassız və q anunsuz olduğundan kassasiya qaydasında ləğv olunmalı və işdə olan sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, işdə olan sənədlərdən və “xxxx” ASC-nin 02 sentyabr 2013-cü il tarixli məktubundan görünür ki, iddiaçının evi və həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2005-2007-ci illər üçün Tədbirlər Planı”na əsasən “Əzizbəyov dairəsi-Heydər Əliyev adına X12 avtomobil yolu”nun yenidən qurulması zamanı avtomobil yolunun genişləndirilməsinə aid olmadığından və yol infrastrukturunun altına düşmədiyindən həmin işlərin aparılması ilə bağlı sökülməmişdir. İşdə olan sənədlərdən də görünür ki, ev və torpaq sahəsi məhz c avabdeh tərəfindən sökülərək onun yerində park salınmışdır. Belə olan halda torpağından və evindən istifadəyə görə cavabdeh iddiaçı ilə razılığa gəlməli və iddiaçıya mövcud qanunvericiliyə görə kompensasiya ödəməli idi. Bakı Apellyasiya Məhkəməsi bu mühüm məsələyə düzgün hüquqi qiymət verməmiş və nəticədə əsassız və qanunsuz qərardad çıxarmışdır. Bundan başqa kollegiya ekspert rəyinə də düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18 avqust 2015-ci il tarixli rəydə göstərilmişdir ki, 10 avqust 2005-ci il tarixli “Qeydiyyat Vəsiqəsi”nə əsasən iddiaçının mülkiyyətində olan, fərdi yaşayış evinin texniki pasport üzrə qarşısında mövcud olmuş həyətyanı torpaq sahəsinin hasarlarının həmin ərazidə yaşıllıq zonasının çəki lməsi ilə bağlı söküntüyə məruz qaldığı və həmin torpaq sahəsinin bütünlüklə avtomobil yolunun yaşıllıq zonasına düşdüyü müəyyən edilmişdir. İşdə olan sənədlərdən görünür ki, yaşıllıq zonası cavabdeh tərəfindən salınmışdır. Cavabdeh həm iddiaçıya kompensasiya ödənilməsi ilə bağlı cavab məktublarında, həm də nümayəndəsi məhkəmədə verdiyi izahatında göstərmişdir ki, kompensasiya ödənilməməsinə səbəb iddiaçı tərəfindən müvafiq sənədlərin təqdim edilməməsi olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyası nəzərə almamışdır ki, Azərbaycan Respublikası Prezidentinin 01.02.2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın 27-ci bəndinə görə avtomobil yolları, yol ötürücülər i, yol qovşaqları, körpülər üçün təhkim və mühafizə zolağına aid torpaq sahəsinin ayrılması və müvafiq qaydada sənədləşdirilməsi məsələlərinin həlli üzrə digər təşkilatlarla yanaşı Bakı şəhər İcra Hakimiyyəti də icraçı qrum müəyyən edilmişdir. Cavabdeh İcra Hakimiyyəti isə məhz şəhər rayonu icra hakimiyyəti statusunda olub Bakı şəhər İcra Hakimiyyətinə tabedir. İşin materialları ilə birmənalı olaraq müəyyən edilmişdir ki, iddiaçının həyətyanı sahəsi cavabdeh tərəfindən qeyri-qanuni olaraq yaşıllıq zolağının salınmasında istifadə edilmişdir, cavabdeh özü də iş materiallarına əsasən iddiaçıya məxsus torpaq sahəsində həmin yaşıllıq zonasının salınması faktını inkar etmir. Bu da onu təsdiq edir ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçının iradəsinə zidd olm aqla əvəzi ödənilmədən alınmışdır. İnzibati işin bütün materialları ilə təsdiq olunur ki, iddia tələbi cavabdeh kimi Cavabdehnə hüquqi cəhətdən düzgün və əsaslı olaraq yönəldilmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyinə görə çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnz ibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İddiaçı ünvan 3 ünvanda yerləşən yaşayış evi və torpaq sahəsinə görə cavabdehdən ona kompensasiya ödənilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddia düzgün olmayan cavabdehə qarşı verildiyindən iddia mümkün iddia deyildir. İddiaçı hesab etm işdir ki, ona məxsus yaşayış evi və torpaq sahəsi ölkə Prezidentinin 01 fevral 2006-cı il tarixli 1255 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”na əsasən Əzizbəyov dairəsi-X7 Hava Limanı avtomobil yolunun yenidən qurulması zamanı dövlət ehtiyacları üçün sökülmüşdür. Cavabdeh iddiaçıya və birinci instansiya məhkəməsinə göndərdiyi məktublarında həmin sahənin icraçı təşkilat olan Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “xxxx” ASC tərəfindən alındığını bildirmişdir. “xxxx” ASC iddiaçıya ünvanladığı 02 sentyabr 2013-cü il tarixli məktubunda X7 Hava Limanı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində ona məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin yolun tikinti altına düş mədiyi qeyd edilmiş, 18 avqust 2015-ci il tarixli ekspert rəyində torpaq sahəsinin bütünlüklə avtomobil yolunun yaşıllaşdırma zonasına düşdüyü müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 fevral tarixli 1255 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın 23-cü bəndində bildirilir ki, “Əzizbəyov” metro stansiyası dairəsindən Heydər Əliyev adına Hava Limanına qədər avtomobil yolunun 8-12 cərgəli nəqliyyat hərəkəti üçün nəzərdə tutulmaqla nəqliyyat qovşaqları ilə birlikdə layihələndirilməsi və tikintisinə başlanılması icraçı kimi Nəqliyyat Nazirliyi və Maliyyə Nazirliyinə həvalə edilmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bu müddəanın tələblərinin Bakı şəhəri Cavabdeh kimi cəlb olunması məsələsinə tətbiqi isə o nəticəyə gəlmək üçün əsas yaradır ki, icra hakimiyyəti ilə iddiaçı arasında publik hüquqa əsaslanan inzibati münasibətlər yaranmamış, cavabdeh inzibati orqan iddiaçı ilə bağlı hər hansı bir aktı qəbul etməmiş və ya hərəkətə yol verməmişdir. İnzibati icraatda iddianın müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən, həm də müvafiq cavabdehliyi olan şəxsə yəni, qanunla üzərinə vəzifə qoyulan inzibati orqana qarşı verilməsi və bu zaman həmin orqan tərəfindən iddiaçının qanunla qorunan hüquq və azadlıqlarının pozulmasının konkret şəkildə əsaslandırılması iddianın mümkünlüyünün zəruri şərtləridir. Cavabdehin qanunla üzərinə düşən hansı vəzifələrinin yerinə yetirilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması əsaslandırılmamışdır. İddia qanunla üzərinə müvafiq cavabdehlik daşımayan inzibati orqana qarşı verildiyindən iddianı mümkün saymamaqla məhkəmə haqlı olmuşdur. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamış dır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1318/2016 saylı, 15 sentyabr 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar