Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-293/2021 13.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçılar İddiaçı və Cavabdeh1 cavabdeh Qusar rayon Quxuroba Bələdiyyəsinə (üçüncü şəxslər AR Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi və Cavabdeh3 iştirakı ilə) qarşı iş üzrə QƏRAR Açar sözlər: (qərarın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçılar İddiaçı və Cavabdeh1 cavabdeh Qusar rayon Quxuroba Bələdiyyəsinə (üçüncü şəxslər AR Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi və Cavabdeh3 iştirakı ilə) qarşı qərarın ləğv edilməsi tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İK-nın xxx sa ylı qərardadından üçüncü şəxs Cavabdeh3 tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 13 yanvar 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçılar İddiaçı və Cavabdeh1 cavabdeh Qusar rayon Quxuroba bələdiyyəsinə qarşı Qusar rayon Quxuroba bələdiyyəsinin 09.08.2019-cu il tarixli, 08 nömrəli qərarının ləğv edilməsi barədə ərizə ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. Birinci instansiya məhkəməsinin 02.12.2019-cu il tarixli qərardadı ilə Cavabdeh3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
3. Birinci instansiya məhkəməsinin 28.02.2020-ci il tarixli, 2-1(118)-138/2020 nömrəli (sədrlik ed ən hakim Ceyhun Məmmədov) qərarı ilə iddianın təmin edilməsi, iddiaçılar İddiaçı və Cavabdeh1 0,12 hektar torpaq sahəsinin satılması barədə Qusar rayonu Quxuroba bələdiyyəsinin 10 aprel 2007-ci il tarixli 4 nömrəli qərarının ləğv edilməsi barədə Qusar rayonu Quxuroba bələdiyyəsinin 09 avqust 2019-cu il tarixli, 08 saylı qərarının ləğv edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 2, 4-cü bəndlərinə, «İnzibati icraat haqqında» Qanunun 13.1, 13.2, 13.3, 13.4, 63, 67, 68, 69-cu maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, cavabdehin 09 avqust 2019-cu il tarixli, 08 saylı protokol-qərarı qanunsuzdur.
5. Məhkəmənin qeyd olunan q ərarından narazı üçüncü şəxs apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 28.02.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
6. Cavabdeh Qusar rayonu Quxuroba Bələdiyyəsi müvafiq qərardan apelyasiya şikayəti verməmiş və Sumqayıt İnzibati Məhkəməsinin xxx il tarixli, 2-1(118)-138/2020 saylı qərarı cavabdehə münasibətdə qanuni qüvvəyə minmişdir.
7. Sumqayıt Apelyasiya Məhkəməsinin 24 iyul 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:
8. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasi ya instansiyası məhkəməsi) xxx il tarixli, 2-1(105)-291/20 nömrəli (hakimlər Zaur Məmmədov - sədrlik edən və məruzəçi, Hökümə Babayeva və Fuad Məmmədov) qərardadı ilə Cavabdeh3 üçüncü şəxs qismində prosessual iştirakına xitam verilməsi, birinci instansiya məhkəməsinin xxx il tarixli, 2-1(118)-138/2020 saylı qərarından Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkün sayılmaması, apelyasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi həmin qənaətə gələrkən «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.5-ci maddəsinə, Mülki Məcəllənin 719.1, 719.2-ci maddələrinə, «Torpaq icarəsi haqqında» Qanunun 23-cü maddəsinə, «İcarə haqqında» Qanunun 13.1, 13.5-ci maddələrinə, İnzibati Prosessual Məcəl lənin 27, 28.1, 28.2, 81, 87.2, 87.3, 87.4-cü maddələrinə istinad edərək belə hesab etmişdir ki, məhkəmə qərarının Cavabdeh3 qanunla qorunan maraqlarına toxunacağı hallar müəyyən edilməmişdir. Kasasiya şikayətinin dəlilləri:
10. Üçüncü şəxs Cavabdeh3 kasasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi 5 proses ərzində mahiyyəti üzrə araşdırmış, lazımi sübutları toplamışdır. İş üzrə 5 məhkəmə prosesindən sonra belə bir qənaətə gəlinib ki, hazırkı şikayət mümkünsüz hesab edilməlidir. Hesab edirəm ki, işin mümkünlük məsələsinə məhkəmənin ilk iclasında baxılmalı və qərar qəbul edilməli idi. 5 proses müddətində mümkünlük məsələsi necə araşdırıla bilərdi. Ona məsələ ilə bağlı hətta dinlənilmə hüququ da verilmədi.
11. Məhkəmənin nəzərinə çatdırıram ki, qəbul olunmuş məhkəmə qərarları birb aşa mənim mənafeyimə toxunur. Əgər toxunmurdusa, Sumqayıt İnzibati Məhkəməsi məni necə üçüncü şəxs qismində necə cəlb edə bilərdi? İş materialları ilə tamamilə sübuta yetirilir ki, mübahisəli torpaq 30 ildən artıq müddətdir ki, mənim faktiki istifadəmdədir. Uzun müddətdir ki, icarə müqaviləsi əsasında mən həmin torpaqdan istifadə edirəm. Cavabdeh Quxuroba bələdiyyəsi tərəfindən icarə müqaviləsi ləğv edilməmiş, əksinə icarə münasibətləri davam etmişdir. Bələdiyyə torpağı satarkən mənə münasibətdə qanunun tələblərini kobud surətdə pozmuşdur.
12. İş materialları ilə sübuta yetirildi ki, mübahisəli torpaq sahəsi əhalinin ümumi istifadəsində olan örüş təyinatlı torpaqlardır. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanuna əsasən kənd təsərrüfatı torpaqlarının, onlar üzərində istifadə və icarə hüquqlarının əldə edilməsində, habelə kənd təsərrüfatına az yararlı və yararsız torpaqların kənd təsərrüfatına və onunla bağlı olan dövriyyəyə cəlb edilməsi məqsədilə satın alınmasında üstünlük hüququ, bu torpaqların əvvəlki istifadəçilərinə və icarəçilərinə, torpaqdan istifadə etməklə ailə kəndli təsərrüfatı kimi fəaliyyət göstərmək istəyən müvafiq yaşayış məntəqəsində daimi yaşayan və qeydiyyatda olan torpaq payı almamış vətəndaşlara və istefaya çıxmış hərbi qulluqçulara, habelə satışa çıxarılan sahələrlə həmsərhəd yerləşən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilir. Qanunun müddəasından da aydın şəkildə görünür ki, bu torpağın faktiki istifadəçisi mən olduğuma görə və bu kənddə qeydiyyatda olduğuma və daimi yaşadığıma görə, torpaq payı almamı ş yeganə istifadə etdiyim və gəlir yerim bu torpaq olduğuna görə vətəndaş kimi satın alınmasında üstünlük hüququm var idi. Lakin bələdiyyə qanunun bu müddəalarını kobud surətdə pozaraq mənə torpaq almaq bərədə heç bir təklif etmədən qanunsuz əsaslarla qonşularıma satmışdır. Halbuki, dəfələrlə Bələdiyyəyə mübahisəli torpağı almaq barədə müraciət etsəm də, mənə bildirilmişdi ki, istifadəmdə olan torpaq alqı-satqısı qanunla qadağan edilmiş örüş təyinatlıdır.
13. Bundan əlavə məhkəmə qətnamənin təsviri hissəsində mənim həmin torpağa dair etimad prinsipimin olduğunu qeyd etsə də, əsaslandırıcı hissədə bu prinsipi mənə deyil iddiaçılara aid etmişdir. Halbuki, mübahisəli torpaq sahəsi 30 ildən artıq müddətdir ki, faktiki olaraq mənim istifadəmdədir. Mən həmin torpağa uzaq məsafədən qaz, su, işıq xətləri çəkib 3000-dən çox ağac əkmişəm. Lakin nə bələdiyyə torpağı qonşularıma satarkən, nə də məhkəmə qətnamə qəbul edərkən bunları nəzərə almamış, torpağı almaqda üstünlük hüququmu rəhbər tutmamışdır.
14. Bundan əlavə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi iş üzrə üçüncü şəxs kimi cəlb edilməmiş və nəticədə onların da maraqlarına toxunan qərar qəbul etmişdir.
15. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs Cavabdeh3 kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin xxxxci il tarixli, 2-1(105)-291/2020 saylı qərardadını ləğv edib, baxılması üçün yenidən Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. a. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etm əyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər.
16. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. (müvafiq bildiriş 22.12.2020-ci il tarixdə göndərilmişdir) Əsaslandırıcı hissə:
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhk əməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
19. Məhkəmə kollegiyası üçüncü şəxs Cavabdeh3 kasasiya şikayəti ilə əlaqədar qeyd edir ki, üçüncü şəxs Cavabdeh3 kasasiya şikayətindəki dəlillərdən biri odur ki, «Məhkəmə işi 5 proses ərzində mahiyyəti üzrə araşdırmış, lazımi sübutları toplamışdır. İş üzrə 5 məhkəmə prosesindən sonra belə bir qənaətə gəlirib ki, hazırkı şikayət mümkünsüz hesab edilməlidir. Hesab edirəm ki, işin mümkünlük məsələs inə məhkəmənin ilk iclasında baxılmalı və qərar qəbul edilməli idi, 5 proses müddətində mümkünlük məsələsi necə araşdırıla bilərdi».
20. Üçüncü şəxs Cavabdeh3 iddia edir ki, məsələ ilə bağlı ona hətta dinlənilmə hüququ da verilmədi.
21. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs bu dəlili əsassızdır, belə ki, İnzibati Prosessual Məcəllənin 87.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
22. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir.
23. Həmin Məcəllənin 87.4-cü maddəsinə müvafiq olaraq apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirak çılarının dinlənilmə hüququ təmin edilməlidir.
24. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiyanın mümkünlüyünün əsaslarının yoxlanılması hər hansı bir müddətlə və ya məhkəmə iclaslarının sayı ilə məhdudlaşdırmamışdır.
25. Üçüncü şəxs kasasiya şikayətində özü qeyd edir ki, işin araşdırılması getmişdir ki, bu da onunla təsdiqlənir ki, üçüncü şəxs məhkəmə iclasında özü iştirak etməsə də, onun 2 vəkili və nümayəndəsi bütün məhkəmə iclaslarında iştirak edərək izahatlar vermişlər ki, bu da, apelyasiya instansiyası məhkəməsi tərəfindən dinləmə hüququnun təmin edilməsi anlamına gəlir.
26. Üçüncü şəxs Cavabdeh3 kasasiya şikayətindəki digər dəlili isə ondan ibarətdir ki, onun özünün yazdığı kimi «İş materialları ilə tamamilə sübuta yetirilir ki, mübahisəli torpaq 30 ildən artıq müddətdir ki, mənim faktiki istifadəmdədir. Uzun müddətdir ki, icarə müqaviləsi əsasında mən həmin torpaqdan istifadə edirəm. Cavabdeh Quxuroba bələdiyyəsi tərəfindən icarə müqaviləsi ləğv edilməmiş, əksinə icarə münasibətləri davam etmişdir».
27. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs Cavabdeh3 bu dəlili də əsassızdır, belə ki, onun mübahisəli torpaq sahəsindən 30 ildən artıq müddətdir ki, istifadə etdiyi hər hansı bir mötəbər sübutlarla təsdiq olunmur.
28. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh3 istinad etdiyi 07 yanvar 2014-cü il tarixli icarə müqaviləsi Qusar rayonu, Quxuroba bələdiyyəsi ilə X1 arasında, 22 dekabr 2014-cü il tarixli icarə müqaviləsi Qusar rayonu Quxuroba bələdiyyəsi ilə Cavabdeh3 arasında 11 ay müddə tinə bağlanmışdır.
29. Üçüncü şəxs Cavabdeh3la cavabdeh arasında sözügedən torpaq sahəsi ilə bağlı hər hansı digər müqavilə ümumiyyətlə mövcud deyildir.
30. Sevil İsabəyovanın isə Cavabdeh3 nə kimi aidiyyəti olması bəlli deyildir.
31. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, «İcarə haqqında» Qanunun 13.5-ci maddəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər.
32. Yəni, üçüncü şəxs Cavabdeh3la cavabdeh arasında mübahisəli torpaq sahəsinə dair bağlanmış 22 dekabr 2014-cü il tarixli icarə müqaviləsi, maksimum 22 oktyabr 2016-cı il tarixə qədər qüvvədə ola bilərdi.
33. Başqa sözlə, «İcarə haqqında» Qanunun 13.5-ci maddəsində nəzərdə tutulmuş müqavilənin uzadılması (prolonqasiyası) yalnız bir dəfə mümkündür, belə ki, bu proses ömürlük davam edə bilməz, yeni icarə müqaviləsi bağlanmalı və orada bütün şərtlər yenidən müəyyən edilməlidir.
34. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 719.1ci və 719.2-ci maddələrini düzgün tətbiq etmişdir.
35. Belə ki, həmin Məcəllənin 719.1-ci maddəsinə görə torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir.
36. Həmi n Məcəllənin 719.2-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyrimüəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur.
37. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Quxuroba Bələdiyyəsi dəfələrlə bələdiyyə torpaqlarının Cavabdeh3 qanunsuz istifadəsindən alınması üçün müvafiq aidiyyəti orqanlara, həmçinin Cavabdeh3 xəbərdarlıq məktubları göndərərək qeyri-qanuni i stifadə etdiyi bələdiyyə torpağının mülkiyyətçiyə qaytarılması barədə müraciətlər etmişdir.
38. Bundan başqa, Cavabdeh3 istinad etdiyi onunla cavabdeh arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli icarə müqaviləsi üzrə onun tərəfindən həmin dövr üzrə icarə haqları belə ödənilməmişdir.
39. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların iddia ərizəsində mübahisələndirdiyi cavabdehin 09 avqust 2019-cu il tarixli protokol-qərarında üçüncü şəxs Cavabdeh3 adı belə çəkilmir.
40. İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbb üsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.
41. Həmin Məcəllənin 28.2-ci maddəsinə görə mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).
42. Belə olan halda apelyasiya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəl mişdir ki, tərəf kimi subyektiv hüququ olmadığı halda məhkəmə Cavabdeh3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etmiş, beləliklə onun qəbul olunmuş məhkəmə qərarından şikayət vermək hüququnu tanımaqla həmin iş üzrə iddiaçılar İddiaçı və Cavabdeh1 Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
43. Üçüncü şəxs Cavabdeh3 həmçinin kasasiya şikayətində növbəti dəlil olaraq göstərmişdir ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi iş üzrə üçüncü şəxs kimi cəlb edilməmişdir.
44. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin bu dəlili də əsassızdır, be lə ki, apelyasiya instansiyası məhkəməsinin 24 iyul 2020-ci il tarixli qərardadı ilə adıçəkilən təşkilat iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş və onun nümayəndəsi məhkəmə iclaslarında iştirak etmişdir (iş səhifələri: 162, 163).
45. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs Cavabdeh3 hazırkı işdə iştirak edən şəxslərə mötəbər hüquqi sənədlər əsasında pretenziyaları olduğu halda, o cümlədən torpağın ümumi istifadədə olduğu təqdirdə o, yeni əsalar üzrə məhkəmədə iddia qaldırmaq hüququna malikdir.
46. Eyni zamanda məhkəmə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xxxxci il tarixli qərarı, Cavabdeh3 apelyasiya instansiyası məhkəməsinin «Qərara aldı:» hissəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən «üçüncü şəxs qismində prosessual iştirakına xitam verilməsi» barədə cümləsi İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmadığından Qərardan xaric edilməklə, qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxsin kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xxxxci il tarixli, 2-1(105)291/2020 saylı qərarı, həmin qərarın «Qərara aldı:» hissəsindəki «Cavabdeh3 üçüncü şəxs qismində prosessual iştirakına xitam verilsin» cümləsi qərardaddan xaric edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılsın.