Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-293/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1700/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı X1 əri X4 xx.xx.xxxx-ci il tarixində vəfat etmişdir.
2. İddiaçıya 01 iyul 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanununun 20.17.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə ömürlük 1972,40 manat əmək pensiyası təyin edilmiş, 10 sentyabr 2020-ci il tarixli qərarla iddiaçıya 01 iyul 2020-ci il tarixində ailə başç ısını itirməyə görə təyin edilmiş pensiyası yenidən hesablanaraq, iyun ayı üçün 1739,20 manat məbləğ müəyyən edilərək ödənilməsi nəzərdə tutulmuşdur
3. İddiaçı 28 iyul 2020-ci il tarixində ailə başçısını itirməyə görə pensiyanın hüququ yarandığı tarixdən hesablanması barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh 21 sentyabr 2020-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir
4. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 35.2-ci maddəsinin tələblərinə uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Buna görə də iddiaçının əmək pensiyası 01 iyun 2020-ci il tarixindən yenidən hesablanmışdır. Bundan başqa, Filial tərəfindən əm ək pensiyası ödənilən X4 02 may 2020-ci il tarixində vəfat etmiş, lakin vaxtında Mərkəzi Filiala məlumat verilmədiyindən onun müvafiq kart hesabına may ayı üzrə əmək pensiyası tam məbləğdə (1972,21 manat) köçürülmüşdür. Bu səbəbdən də mərhum A.Ziyadova 1908,59 manat məbləğində artıq vəsait ödənilmişdir. Adıçəkilən Qanunun 42.2-ci maddəsinə uyğun olaraq iddiaçıya ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200 manat) üç misli miqdarında (600 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 1908,59 manat məbləğindən çıxılmışdır. Qalan 1308,59 manat məbləğində pul vəsaiti isə cari ilin iyul ayından etibarən hissə-hissə əmək pensiyasından çıxılmaqla tutulur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı X3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 21 sentyabr 2020-ci il tarixli **********8 saylı cavab məktubunun qismən əsassız hesab edilməsi və cavabdehin üzərinə iddiaçının hüququnun yaranan gündən, yəni 02 may 2020-ci il tarixindən ailə başçısını itirən kimi əmək pensiyasının təyin edilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiаçı tələbini belə əsаslаndırmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X4 DİN-nin yüksək rütbəli qulluqçusu olduğuna görə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından pensiya alırdı. 02 may 2020-ci il tarixində o vəfat etdikdən sonra ona ailə başçısını itirən kimi əmək pensiyası təyin edilməsi üçün tələb olunan bütün s ənədləri ərizə ilə birlikdə 31 may 2020-ci il tarixində Mərkəzi Filiala təqdim edərək ona hüququ yaranan gündən, yəni 02 may 2020-ci il tarixindən ailə başçısını itirən kimi əmək pensiyası təyin edilməsini xahiş etmişdir. X6 əməkdaşları tərəfindən ona 01 iyul 2020-ci il tarixindən ailə başçısını itirən kimi əmək pensiyası təyin edilmişdir. O, 27 iyul 2020-ci il tarixində təkrar ərizə ilə Mərkəzi Filiala müraciət edərək ona hüququ yaranan gündən, yəni 02 may 2020ci il tarixindən Ailə başçısını itirən kimi əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh isə 21 sentyabr 2020-ci il tarixli **********8 saylı məktubla iddiaçının müraciətini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Belə ki, inzibati orqanın cavab məktubunda "Əmək pensiyaları haqqında" Qanunun 35.2-ci maddəsinə isti nad edildiyi üçün həmin maddənin ona ailə başçısını itirən kimi təyin edilməli olan əmək pensiyasına heç bir aidiyyəti yoxdur. Çünki, həmin maddə ilə təyin edilmiş əmək pensiyasından payın ayrılması tənzimlənir. Əmək pensiyasından payın ayrılması o deməkdir ki, təyin edilmiş əmək pensiyasında iki və daha artıq şəxsin payı ola bilər. Bu halda hər bir şəxs həmin pensiyadan öz payının ayrılmasını tələb etdiyi halda onun payı ərizə ilə müraciət etdiyi növbəti ayın 1-dən ayrılmalıdır. İddiaçının isə müraciəti əlilliyə görə əmək pensiyasından ailə başçısını itirən kimi əmək pensiyasına keçirilməyindən ibarətdir. Bu isə “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 34-cü maddəsi ilə tənzimlənir. 34-cü maddə isə Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə adlanır. Qanunun 31.2-ci maddəsində əmək pensiyasının təyinatının müraciətin qeydə alındığı aydan sonrakı ayın 1-dən aparılması barədə heç bir göstəriş yoxdur.
7. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya ailə başçısını itirməyə görə “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. İddiaçıya da DSMF-nin rayo n şöbəsindən aldığı əmək pensiyası 30 iyun 2020-ci il tarixindən dayandırılmış və ərizəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2, 34, 35.2-ci maddələrinə əsasən ailə başçısını itirməyə görə növbəti ayın 1-dən əmək pensiyası təyin edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(112)-2365/2021 nömrəli qərarı ilə (hakim Fərid Mədətli) iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 21 sentyabr 2020-ci il tarixli **********8 saylı cavab məktubunun qismən əsassız hesab edilməsi və X2 hüququnun yarandığı gündən, yəni 02 may 2020-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır
9. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia tələbi cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 35.2-ci maddəsinin təsiri altına düşmür. Belə ki, həmin norma “əmək pensiyası üzrə payın ayrılması” barədədir. Hazırkı münasibətlərdə iddiaçının müraciəti isə əlilliyə görə əmək pensiyasından ailə başçısını itirən kimi əmək pensiyasına keçirilməyindən ibarətdir. İddiaçıdan savayı onun ailəsində qeyd olunan pensiyanı almaq üçün pay hüququ olan ikinci şəxs inzibati orqana müraciət etməmişdir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məh kəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1700/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Elmira Nağıyeva, hakimlər – Həmid Həmidov və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(112)-2365/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1700/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassas iya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə “Əmək pensiyaları haqqında" Qanunun 35.2-ci maddəsini düzgün təfsir etməmişdir. Belə ki, həmin maddəyə görə ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Göründüyü kimi, maddənin iddiaçıya münasibətdə tətbiqini istisna edən hər hansı hal yoxdur. Çünki, əgər iddiaçı ailə başçısını itirməyə görə pensiya almaq hüququna malik yeganə şəxsdirsə, onda onun pensiyadakı payı tamdır. İstər hissəvi, istərsə də tam payı olan pensiyaçıya münasibətdə həmin maddənin tətbiqi mümkündür.
15. Təyinat may ayında aparılmalı olsaydı belə, təyinat tarixinin 02 may olaraq müəyyən edilməsinin əsası göstərilməyib. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 3 1.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı etiraz təqdim edərək kassasiya şikayətinin qanunsuz və əsassız olduğunu bildirmiş, kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1700/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun Maddə
14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: (-) 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; (-) Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. (-) 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir (-) Maddə
35. Əmək pensiyası üzrə payın ayrılması 35.1. Ailənin hər bir üzvünün tələbi ilə onun ailə başçısını itirməyə görə əmək pensiyası payı ayrılır və ona ayrıca ödənilir.35.2. Ailə başçısını itirməyə görə əmək pensiyası payı bu barədə ərizənin qeydə alındığı aydan sonrakı ayın 1-dən ayrılır. Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları (-) 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci m addəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. (-)
18. İnzibati Prosessual Məcəllə Maddə
14. Sübut etmə vəzifəsi (-) 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
96. Ali Məhkəmədə icraat (-) 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-) Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbl əri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 35.2-c i maddəsini düzgün təfsir etməmişdir. Məhkəmə kollegiyası kassatorun bu dəlilini əsassız hesab edir.
23. Belə ki, istinad edilən normada əmək pensiyası payının bu barədə ərizənin qeydə alındığı tarixdən sonrakı ayın 1-dən ayrılması nəzərdə tutulmuşdur. Bu göstəriş isə pensiyanın təyin olunma tarixinə yox, təyin olunmuş pensiyanın ödənilmə tarixinə şamil olunur. Əmək pensiyasının təyin edilməsi müddətləri adıçəkilən Qanunun 32-ci maddəsi ilə tənzimlənir ki, həmin maddənin məzmununda əmək pensiyalarının onu almaq hüququ yarandığı gündən və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə təyin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçıya müraciət etdiyi tarixdən sonrakı ayın 1-dən pensiya təyin edilməsi barədə cavabdehin dəlilləri qanunun göstərilən maddələrinə uyğu n deyil.
24. Bundan başqa, hazırkı qərarın 17-ci bəndində göstərilən normaların təhlilindən aydın olur ki, Qanunun 35.2-ci maddəsi “əmək pensiyası üzrə payın ayrılması” barədə olmaqla özündə ailə üzvlərinin arasında onlara çatacaq payın ayrılmasını tənzimləyir. Hazırkı halda isə iddiaçıdan savayı onun ailəsində qeyd olunan pensiyanı almaq üçün pay hüququ olan ikinci şəxs inzibati orqana müraciət etməmişdir.
25. Kassatorun digər dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi hüququnun yarandığı gündən ailə başçısını itirən kimi əmək pensiyasının təyin edilməsidir. İşin mübahisəsiz hallarından məlumdur ki, iddiaçının mərhum əri 02 may 2020-ci il tarixində vəfat etmişdir. İddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ da həmin tarixdə yarandı ğından məhkəmənin 02 may 2020-ci il tarixindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin etməsi əsaslı və qanunidir.
26. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1700/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2021-ci il tarixli, 2-1(103)-1700/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.