Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-293/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1648/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində yerləşən 81 saylı evin 3 saylı mənzili Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Ö M seriyalı 138840 saylı qeydiyyat vəsiqəsinə əsasən xx.xx.2003-cü il tarixdə; 4 saylı mənzili isə həmin İdarə tərəfindən verilmiş ÖM seriyalı 125892 saylı qeydiyyat vəsiqəsinə əsasən xx.xx.2002-ci il tarixdə reyestr kitabında xüsusi mülkiyyət olaraq iddiaçının adına dövlət qeydiyyatına alınmışdır.
2. Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının 131 saylı xx.xx.2003-cü il tarixli sərəncamı ilə S.Dadaşov küçəsi 81 saylı evin 3 və 4 saylı mənzillərinin mülkiyyətçisi olan iddiaçıya həmin mənzilləri sökərək yerində yaşayış evinin tikilməsinə icazə verilmişdir.
3. İddiaçıya məxsus fərdi mənzillərin sökülüb yenidən tikintisinə dair təqdim edilmiş eskiz layihəsi razılaşdırılmış və Bakı şəhər İcra Hakimiyyəti “Bakı şəhər Ekspertiza Mərkəzi”nin xx.xx.2006-cı il tarixli 80-E/6 saylı rəyində iddiaçıya məxsus 3 və 4 saylı mənzillərin sökülərək yerində 2 mərtəbəli (zirzəmili və mansardlı) fərdi yaşayış evinin tikintisi” layihəsini ekspertizanın verdiyi iradların nəzərə alınması şərtilə razılaşdırılması, tikinti işlərinin Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi və obyektin layihədə nəzərdə tutulmuş təyinatı üzrə istifadə edilməsi tövsiyə olunmuşdur.
4. İddiaçı xx.xx.2020-ci il tarixdə qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmişdir.
5. Cavabdehin xx.xx.2020-ci il tarixli **********24 saylı imtina məktubunda qeyd edilmişdir ki, qeydiyyatdan keçmiş mənzilin torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbayca n Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun sənədlər təqdim edilməmişdir. Həmçinin bildirilmişdir ki, həmin sahə binanın birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulmuş ümumi paylı mülkiyyət hüquqi ilə mülkiyyətçilərə aid sahədə yerləşir.
6. İddiaçının xx.xx.2021-ci il tarixli təkrar müraciətinə cavabdehin xx.xx.2021-ci il tarixli **********86 saylı məktubu ilə bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı onun müraciətinə **********24 nömrəli xx.xx.2020-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 23 aprel 2021-ci il tarixdə cavabdehə qarşı i ddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində yerləşən 81 saylı evin 3 və 4 mənzillərinin yerində tikilmiş fərdi yaşayış evinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılırmışdır ki, yuxarıda qeyd olunan mənzillər qəzalı olduğundan, sökülüb yenidən tikilməsinə icazə verilməsi üçün iddiaçı Bakı şəhəri İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 7790/7 saylı məktubunda Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, A-23 saylı razı lıq məktubu, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM 125892 saylı və ÖM 138840 saylı qeydiyyat vəsiqələri, qonşuluqda yaşayan sakinlərin razılıqları nəzərə alınaraq, ona məxsus fərdi mənzillərin sökülüb yenidən tikintisinə dair təqdim edilmiş eskiz layihəsinin razılaşdırılaraq mövcud qanunvericilik əsasında sənədləşmə işlərinin aparılmasına etiraz edilmədiyi qeyd edilmişdir. Qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının 18 mart 2003-cü il tarixli, 131 saylı sərəncamına əsasən Yasamal rayonu S.Dadaşov küçəsi 81 saylı evin 3 və 4 nömrəli mənzillərin sökülərək yerində yaşayış evinin tikilməsinə iddiaçıya icazə verilmişdir. Həmçinin Bakı şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Ekspertiza Mərkəzi”-nin və Azərbaycan Respublikası DİN B DUTİ-nin Yasamal rayonu, X1 Xidmətinin həmin mənzillərin sökülüb yenidən tikilməsinə etirazı olmamışdır. İddiaçı hesab etmişdir ki, cavabdehin hazırda onun istifadəsində olan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina etməsi onun hüquqlarını və qanunla qorunan maraqlarını pozmuşdur.
9. Cavabdeh iddia ərizəsinə qarşı imtina məktubunun dəlilləri ilə eynilik təşkil edən etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6007/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qərarı ilə (hakim M.C.Qarayeva) iddia təmin edilməmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq sadalanmışdır. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. İddiaçı isə sözügedən maddədə nəzərdə tutulmuş hər hansı bir əsasa istinad etmədən mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etmişdir. Məhkəmə tərəfindən də hazırkı iş üzrə Qanunun 8-ci maddəsində təsbit edilmiş əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. İddiaçının bildirdiyi faktiki hallar isə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas təşkil etmir.
12. Həmçinin, iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binası birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahədə inşa edildiyi üçün cavabdeh tərəfindən həmin sahə üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmaması barədə hərəkəti qanuni olmuşdur.
13. İddiaçının evə dair müəyyən orqanlarla müvafiq sənədlərin razılaşdırması da tələbini təmin etməyə imkan vermir. Çünki yuxarıda da qeyd olunduğu kimi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyata alınması həmin faktiki hallara əsasən deyil, yalnız “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan birinin mövcudluğunda əsasən aparıla bilər. Belə olan halda iddiaçı tələb etdiyi evə dair qanuni hüququn sahibi kimi tanına bilməz və bununla da həmin hüququnun reyestrdə qeydə alınmasını tələb edə bilməz.
14. İddiaçı apellyasiya şikayəti verərək qeyd olunan qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasın ı xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1648/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və İ.Ə.Kərimli) iddiaçının apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6007/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmişdir. İddiaçının Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində yerləşən 81 saylı evin 3 və 4 mənzillərin yerində tikdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə ona dövlət reyestrindən çıxarış və texniki pasport tərtib olunub verilməsi öhdəliyinin cavabdehin üzərin ə qoyulması qərara alınmışdır.
16. Məhkəmə kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.1-ci maddəsinə və Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, iş materiallarında olan sənədlərə əsasən sözügedən binanın yerləşdiyi torpaq sahəsi, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə məxsusdur. Belə olan halda, Qanunun bu tələbi baxımından iddiaçının mübahisəli ünvanda yerləşən binada 3 və 4 saylı mənzillərinin mülkiyyətçisi olmasını təsdiq edən qeydiyyat vəsiqələri həm də onu ehtiva edir ki, o, həmin mənzillərin yerləşdiyi, sökülmüş yaşayış binasının altında yerləşən torpaq sahəsinin də mülkiyyətçisidir.
17. Bundan başqa, yuxarıda qeyd olunan normanın 2-ci şərti olan müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəyə gəld ikdə, iş materiallarından görünür ki. bu sənəd də iddiaçıda mövcuddur. Belə ki, tədqiq olunan sübutlardan göründüyü kimi, Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının 131 saylı xx.xx.2003-cü il tarixli sərəncamı ilə iddiaçıya məxsus S.Dadaşov küçəsi 81 saylı evin 3 və 4-cü mənzillərinin sökülərək yerində yaşayış evinin tikilməsinə icazə verilmiş, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 7-790/7 saylı xx.xx.2003-cü il tarixli məktubu ilə həmin fərdi yaşayış evinin eskiz layihəsi razılaşdırılmışdır. İddiaçıının yeni inşa etdiyi fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmasını zəruri edən bütün faktiki şərtlər mövcuddur.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işdə olan süb utlara uyğun olmamış, sübutlara qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilməmiş, iddianın rədd edilməsi barədə qərar qəbul edilərkən maddi və prosessual qanunvericiliyin tələbləri pozulmuşdur.
19. Cavabdeh kassasiya şikayəti verərək qeyd olunan qərarın ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh qeyd etmişdir ki, aparılan araşdırmaya əsasən Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində yerləşən 81 saylı evin 3 və 4 saylı mənzillər üzərində mülkiyyət hüququ iddiaçının adına qeydiyyata alınmışdır. Qanunvericilikdə mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması nəzərdə tutulmamışdır. Həmçinin, həmin ünvanda ye rləşən mənzillərə dair tərtib edilmiş texniki pasportda torpaq sahəsi nəzərdə tutulmamışdır.
21. Qeyd olunan ünvanda yeni inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və ya Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların eldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənədici sənədlərdən hər hansı biri təqdim edilməmişdir.
22. Kassasiyaçı bildirmişdir ki, iddiaçının İdarəyə müraciəti zamanı idarənin mütəxəssisləri tərəfindən xx.xx.2020-ci il tarixində qey d olunan ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə baxış keçirilmiş və müayinə aktı tərtib olunmuşdur. Həmin müayinə aktına əsasən torpaq sahəsinin faktiki ölçüsü 474.30 kv.m. fərdi yaşayış evinin faktiki ölçüsü isə 641.9 kv.m təşkil edir. Bu hallar və qanunvericiliyin tələbləri birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş və nəticədə qanunsuz qərar qəbul edilmişdir.
23. Kassasiyaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun və Torpaq Məcəlləsinin müvafiq maddələrinə, həmçinin İPM-nin 90-96-cı maddələrinə istinad edərək apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarının ləğv olunmasını xahiş etmişdir. b. kass asiya şikayətinə etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun:... -4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.... -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -8.0.2. qan unla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; -8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; -8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları -8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -8.0.6. mənzil-tikinti kooperativ i binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); -8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. -8.0.9. Azərbaycan Respublikasının Şəh ərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: -8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: -8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; -8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; -8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: -8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; -8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; -8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; -8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
26. Mənzil Məcəlləsi:... -35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir....
27. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəm ə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmə dən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
30. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəm ə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan H üquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçının fərdi yaşayış evinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı məsələni apellyasiya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apelly asiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Bununla belə, məhkəmə kollegiyası hazırkı mübahisə predmeti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsində yerləşən 81 saylı evin 3 və 4 saylı mənzillərinin yerində tikilmiş fərdi yaşayış evinin üzərində iddiaçıya mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsindən imtina etmiş, apellyasiya məhkəməsi isə cavabdehin imtinasını əsaslı saymamışdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən istinad e tdiyi normaların tələblərindən də göründüyü kimi iddiaçının hazırkı tələbi tamamilə əsaslı olmuşdur. Belə ki, bu qərarın 1-3-cü bəndlərinə nəzər yetirdikdə müəyyən edilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.1-ci maddəsinin və Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıda onun sözügedən sahə üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcuddur.
37. Odur ki, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hazırkı qərarın 25 və 26-cı bəndlərində qeyd olunan maddi hüquq normalarını və qərarın 27a bəndində qeyd olunan prosessual hüquq normalarını tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə raz ılaşaraq qeyd edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1648/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1648/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.