Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-293/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxx qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 25.01.2024 Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2023-cü il tarixli, 2-1(103)-702/2023 nömrəli qərarından iddiaçı tərəf indən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlannın Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 439-a nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhərində Xətai rayonu, Cavanşir küçəsində yerləşən 29 nömrəli qeyri-yaşayış binası ümumi sahəsi - 309.8 kv.m olmaqla İddiaçı adına mülkiyyət hüququ əsasında tam payda verilmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək Cavanşir küçəsi 29 ünvanında yerləşən tikilinin köçürülməsi ilə əlaqədar qanunsuz müdaxilə edildiyini və yaranmış vəziyyətlə əlaqədar dəymiş ziyanın ödənilməsini xahiş etmişdir.
3. Cavabdeh 29 aprel 2021-ci il tarixli, cavab məktubu ilə bildirmişdir ki, S adıqcan, Əbilov və Zığ yolu küçələrinin əhatə dairəsində yerləşən “Gənclik” parkında abadlıq işləri çərçivəsində qırx mindən çox ağac əkilmişdir. Ərazinin planı işlənilmiş və hazırda abadlıqquruculuq işləri həyata keçirilir. “Gənclik” parkı ərazisində abadlıq işlərinə maneçilik yaradan yarım sökülü vəziyyətdə olan tikilinin köçürülməsi zərurəti yaranmışdır. Odur ki, qeyd olunan yarım tikilinin köçürülməsi ilə əlaqədar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tövsiyə olunmuş müstəqil qiymətləndirmə şirkəti tərəfindən qiymətləndirmə aparılaraq vəsait Kapital Banka iddiaçının adına olan hesaba köçürülmüş və tikili sökülərək yerində təmizlik işləri aparılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ə rizə ilə məhkəməyə müraciət edərək nəticəsində ona vurulmuş 10.039.000 (on milyon otuz doqquz min) manat real ziyan, 27.120.000 (iyirmi yeddi milyon yüz iyirmi min) manat əldən çıxmış gəlirin alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xətai rayonu, Cavanşir küçəsində yerləşən iddiaçıya məxsus ümumi sahəsi 2007,8 kv.m olan torpaqda 339 kv.m ölçüsü olan qeyri-yaşayış binası Xətai rayon İcra şöbəsinin işçiləri tərəfindən qanunsuz sökülmüş və torpağa gedən yol bağlanmaqla həmin torpaqdan istifadə hüquqlarından məhrum olmuşdur. Bununla ona 10.039.000 manat faktiki ziyan, 27.120.000 isə əldən çıxmış gəlir şəklində ziyan vurmuşlar. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbi təmin edilməmişdir. Qanu n dövlət ehtiyacları üçün torpaqların alınması barədə qərar qəbul edilməsi üçün yalnız Nazirlər Kabinetinə səlahiyyət vermişdir. Maliyyə Nazirliyinin, nə də icra hakimiyyəti orqanlarının bu barədə qərar qəbul etmək səlahiyyəti yoxdur. Qanunların tələbinin əksinə olaraq Xətai Rayon İcra Hakimiyyətinin işçiləri iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozaraq heç bir ictimai zərurət və qanuni əsas olmadan zor tətbiq etməklə mülkiyyətində olan qeyri-yaşayış binasını sökmüş, həmin torpağa gedən yolu isə dəmir lövhələrlə bağlamaqla onu torpaqdan istifadə etmək imkanından məhrum etmişlər. İddiaçı pandemiyadan sonra qeyri-yaşayış tikilinin yerində 16 mərtəbəli yaşayış binası inşa etmək fikrində idi. Mülkiyyətində olan torpağın yerləşdiyi ərazi çox qiymətli yer olduğu üçün onun hər kv.m 5000 man. dəyərində hesablanmaqla ümumi torpağın qiyməti - 2007,8 kv.m x 5000=10039000 (on milyon otuz doqquz min manat), 339 kv.m sahəsi olan tikilinin yerində 16 mərtəbə bina inşa etdirəcəkdi və bununla o, 1.695.000 x 16=27120000, yəni 27.120.000 manat (iyirmi yeddi milyon yüz iyimi min) əldə edə biləcəyi qazanc əlindən çıxmışdır.
6. Cavabdeh iddia dair imtina məktubuna uyğun etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, köçürülməyə məruz qalan qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli 189 saylı sərəncamı ilə komissiya yaradılmışdır. Belə ki, ünvan 1 ünvanında dövlət mülkiyyəti ndə olan torpaq sahəsində yerləşən yarımtikili üçün Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3 bəndi nəzərə alınaraq təyin olunmuş bazar qiymətinə 20% əlavə haqq ödənilməklə tikilinin 1 kv.m-nin alqı-satqı orta bazar qiyməti 300 (üç yüz) manat, daş hasar tikilisinin 1 kv.m-nin alqı-satqı orta bazar qiyməti 36 (otuz altı) manat müəyyənləşdirilərək İddiaçı təklif olunmuşdur. Belə ki, Cavanşir küçəsi 29 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə görə ödəniləcək təzminat aşağıdakı qaydada hesablanmışdır:
1. Tikili sahəsi 309.80 kv.m üçün (309.80 x 300 manat) = 92.940 manat,
2. Daş hasar sahəsi 196.0 kv.m üçün (196.0 kv.m x 36 manat) = 7.056 manat. Beləliklə, ünvan 1 ünvanında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahəsində mövc ud yarımtikilinin 309,80 kv.m tikilisi və 196,0 kv.m daş hasar sahəsi üçün cəmi alacağı təzminat 99.996 (doxsan doqquz min doqquz yüz doxsan altı) manat pul məbləği qiymətləndirilərək vəsait ödənilmiş və sökülmüşdür.
7. Bakı İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2-1(112)-1039/2022 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia tələbi rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, torpaq sahəsinə münasibətdə iddiaçının mülkiyyət hüququ və ya mülkiyyət hüququnun əldə edilməsi üçün qanuni gözləntisi olmadığından həmin əmlaka münasibətdə müvafiq kompensasiyanın ödənilməsini tələb etmək hüququ da yaranmamışdır.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkə məsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2023-cü il tarixli, 2-1(103)-702/2023 nömrəli qərarı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, C.Yusifov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olmuş olsa da tikilinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq dövlət mülkiyyətində, iddiaçının isə istifadəsində olmuş, bu istifadə hüququ məhz üzərində yerləşə n qeyri-yaşayış sahəsindən istifadə imkanı ilə bağlı olmuşdur. Əks halda qeyri-yaşayış sahəsinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsindən istifadəyə dair müvafiq icra hakimiyyəti ilə bağlanmış ayrıca icarə müqaviləsi və yaxud mülkiyyət hüququna istinad edilirsə xüsusi mülkiyyət əsasında qeydə alınması üçün torpaq sahəsinin ayrıca müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında özəlləşdirilməsi tələb olunurdu. Hazırkı halda iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçıya özəlləşdirilməsi barədə sənədlər (qərar, alqı-satqı müqaviləsi, müvafiq şəhadətnamə və s.) müəyyən olunmamışdır. Belə olan halda iddiaçının qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun mövcud olduğuna dair hər hansı hüquqi müddəaya əsaslanan “qanuni gözləntisi ” mövcud olmamışdır. Torpaq sahəsinə münasibətdə iddiaçının mülkiyyət hüququ və ya mülkiyyət hüququnun əldə edilməsi üçün qanuni gözləntisi olmadığından həmin əmlaka münasibətdə müvafiq kompensasiyanın ödənilməsini tələb etmək hüququ da yaranmamışdır. Eyni zamanda iddiaçının qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsində tikilinin yerində inşa etdirəcəyi 16 mərtəbə binaya görə əldən çıxmış faydanın ödənilməsi tələbi də nə qeyd edildiyi kimi torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaması, nə də inşa etdirəcəyi binaya dair müvafiq tikintiyə icazələr, təsdiq olunmuş lahiyə, torpaq sahəsinin istifadəyə verilməsi ilə bağlı sərəncam, müqavilə və s. sənədlər təqdim edilmədiyindən “gələcəkdə çoxmərtəbəli binanın inşa ediləcəyi” fərziyyəsi “qanuni gözlənti” əsasını yaratmır və bu halda m övcud olmayan əsasa görə əldən çıxmış faydanın tələb edilməsi yolverilməzdir.
12. Həmin nəticəyə gələrkən apellyasiya məhkəməsi Mülki Məcəllənin 21, 1096, 1097, 1100-cü, «İnzibati icraat haqqında» Qanunun 89.1, 89.2-ci, maddələrinə istinad etmişdir.
13. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya məxsus tikili, tam istifadəyə yararlı və içərisində iddiaçıya məxsus əşyalar olmuşdur. Qanun dövlət ehtiyacları üçün torpaqların alınması barədə qərar qəbul edilməsi üçün yalnız Nazirlər Kabinetinə səlahiyyət vermişdir. Maliyyə Nazirliyinin, nə də icra hakimiy yəti orqanlarının bu barədə qərar qəbul etmək səlahiyyəti yoxdur. Qanunların tələbinin əksinə olaraq Xətai Rayon İcra Hakimiyyətinin işçiləri iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozaraq heç bir ictimai zərurət və qanuni əsas olmadan zor tətbiq etməklə mülkiyyətində olan qeyri-yaşayış binasını sökmüş, içərisində olan əmlakları məhv etmiş, həmin torpağa gedən yolu isə dəmir lövhələrlə bağlamaqla iddiaçının torpaqdan istifadə etmək imkanından məhrum etmişlər. Cavabdeh orqan, ünvan 1 ünvanında yerləşən və İddiaçı mülkiyyətində olan 309,80 kv.m tikilisi və 196,0 kv.m daş hasar sahəsi üçün iddiaçıya 99.996 manat məbləğində təzminatın ödənilməsi təklif etmişdir. Əmlakın dəyərinin qat-qat yüksək olmasına baxmayaraq cavabdeh orqan, real bazar qiymətini əks etdirməyən məbləği İddiaçı təkl if etdiyindən o akta imza atmaqdan imtina etmişdir. Məhkəmə işin ədalətli həlli üçün iddiaçıya məxsus əmlakın real bazar dəyərinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin etməmiş, heç bir araşdırma aparmamış, iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələn ədalətsiz qərar qəbul etmişdir.
15. Kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün, Azərbaycan Respublikası Konstitusiyanın 13, 29-cu, Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci, “Torpaqların dövlət ehtiyacları üçün alınmasi haqqında” Qanunun 3.1-ci, «İnzibati icraat haqqında» Qanunun 89.1, 89.2-ci, maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh kassasiya şikayətlərinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Mülki Məcəllə Maddə
21. Zərərin ə vəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zə rərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir;
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməs i üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 19. “İnsan hüquqlarının və Konvensiyanın 1 saylı Protokolu əsas azadlıqların müdafiəsi
20. Avropa İnsan hüquqları Məhkəməsinin “Saghinadze Gürcüstana qarşı” işi üzrə 27 may 2010-cu il tarixli qərarı. haqqında” və başqaları
21. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiy a məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından kompensasiyanın ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdı rılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. İş materiallarında müəyyən olunur ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) qeyri-yaşayış sahəsinin yerləşdiyi torpağın hər kv.m 5000 manat dəyərində hesablanmaqla ümumi torpağın qiyməti - 2007,8 kv.m x 5000 = 10.039.000 (on milyon otuz doqquz min manat) manat ziyanın; 2) 339 kv.m sahəsi olan tikilinin yerində gələcəkdə inşa etdirəcəyi 16 mərtəbə binaya görə 1.695.000 x 16 = 27.120.000 (iyirmi yeddi milyon yüz iyimi min) manat əldən çıxmış gəlirin ödənilməsi.
30. Hazırkı qərarın 17-ci bəndində istinad olunan normalara görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Bundan başqa, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü k imi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.
32. Həmçinin qeyd edilməlidir ki, “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyaya 1 s aylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir. 33. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar).
34. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:
35. İşin məhkəmələr tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi, dövlət mülkiyyətində olmaqla iddiaçının istifadəsində olmuşdur. Həmin istifadə hüququ məhz üzərində yerləşən qeyri-yaşayış sahəsindən istifadəni özündə ehtiva edir. Belə ki, dövlət mülkiyyətində olan torpaq sahəsindən istifadəyə dair müvafiq icra hakimiyyəti ilə bağlanmış ayrıca icarə müqaviləsi iddiaçı tərəfindən təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəfindən həmin torpaq sahəsinə dair mülkiyyət hüququna istinad edilirsə xüsusi mülkiyyət əsasında qeydə alınması üçün torpaq sahəsinin ayrıca müvafiq ic ra hakimiyyəti orqanının qərarı əsasında özəlləşdirilməsi tələb olunur.
36. Belə olan halda “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən iddiaçının qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun mövcud olduğuna dair hər hansı hüquqi müddəaya əsaslanan “qanuni gözləntisi” mövcud olmamışdır.
37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əldən çıxmış faydanın ödənilməsi tələbi nə qeyd edildiyi kimi torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaması, nə də inşa etdirəcəyi binaya dair müvafiq tikintiyə icazələr, təsdiq olunmuş layihə, torpaq sahəsinin istifadəyə verilməsi ilə bağlı sərəncam, müqavilə və s. sənədlər təqdim edilmədiyindən “gələcəkdə çoxmərtəbəli bi nanın inşa ediləcəyi fərziyyəsi “qanuni gözlənti” əsasını yaratmır və bu halda mövcud olmayan əsasa görə əldən çıxmış faydanın tələb edilməsi əsaslı sayıla bilməz.
38. Beləliklə, cavabdehin hər hansı qanunsuz hərəkətindən söz gedə bilməz, belə ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, “Gənclik” parkı ərazisində yerləşən qeyriyaşayış sahələrinin köçürülməsi üçün kompensasiya köçürüləcək sakinlərin siyahısında İddiaçı alacağı vəsaitin məbləği 99996,00 manat göstərilmiş və iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, məktubundan müəyyən edilmişdir ki, köçürülən 99996,00 (doxsan doqquz min doqquz yüz doxsan altı) manat vəsaitdən 0.8 % xidmət haqqı tutularaq xx.xx.2021-ci il tarixdə 99196,03 (doxsan doqquz min bir yüz doxsan altı,03) manat iddiaçının özü tərəfindən mə xaric edilmişdir.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə hazırki qərarın 17-20 bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.
40. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 may 2023-cü il tarixli, 21(103)-702/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.