Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2930/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmə barədə qərardaddan şikayət; kassasiyanın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə daimi ist ifadə hüququnun qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyul 2024-cü il tarixli, 2-1(103)2193/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən İddiaçı MMC-yə məxsus 0.5 ha torpaq sahəsinə dair istifadə hüququnun İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin 2-1(112)12920/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.
2. Qərar qanuni qüvvəyə minmədən Əmlak Məsələləri Dövlət Xidməti ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin (hakim: R.L.Kərimli) 14 mart 2024-cü il tarixli 21(112)-12920/2024 nömrəli qərardadı ilə ərizə (vəsatət) təmin edilməmişdir.
4. Əmlak Məsələləri Dövlət Xidməti həmin qərardaddan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və M.C.Qarayeva) 24 iyul 2024-cü il tarixli 2-1(103)2193/2024 nömrəli qərardadı ilə şikayət təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, Əmlak Məsələlər i Dövlət Xidməti hazırki iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
5. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.... 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz.... Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyan ın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ
7. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
8. Belə ki, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasın da onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir.
9. Sözügedən maddənin tələbinə görə, üçüncü şəxslərin məhkəmə icraatına cəlbi məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər mümkündür. Bununla belə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarı ilə İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respubl ikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş və məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilmə imkanı yaradılmışdır.
10. Beləliklə, üçüncü şəxslərin məhkəmə icraatına cəlbi həm birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qərarın qanuni qüvvəyə minməsinə qədər və ya icraatın davam etdiyi işin yuxarı instansiya məhkəmələrinin icraatında olduğu müddətdə, həm də məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra mümkündür.
11. İPM-in 28.4-cü maddəsinə əsasən, məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadlarından şikayət verilə bilməz. Qeyd edilən müddəa Məcəllənin 28.1ci maddəsi ilə bağlıdır. Başqa sözlə, Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə üçüncü şəxsin cəlbi barədə qərardad qəbul edildikdə, həmin qərardaddan şikayət verilməsinin mümkünlüyü is tisna edilmişdir.
12. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12920/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərarı qanuni qüvvəyə minmədən Əmlak Məsələləri Dövlət Xidməti ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni təmin etməsə də, apellyasiya instansiya məhkəməsinin qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş, Əmlak Məsələləri Dövlət Xidməti zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
13. Qanunvericiliyin yuxarıda sadalanan tələblərinə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müvafiq qərarı qanuni qüvvəyə minmədən Əmlak Məsələləri Dövlət Xidm əti üçüncü şəxs qismində cəlbetmə barədə vəsatətlə məhkəməyə müraciət etdiyindən və bu halda, məhkəmənin cəlbetmə barədə qərardadından şikayət verilməsi nəzərdə tutulmadığından, şikayət üzrə kassasiya mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.
14. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 iyul 2024-cü il tarixli, 21(103)-2193/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.