Məhkəmə qərarları › İş №2-1(102)-2930/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2930/2025

20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2930/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair işi üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ta beliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2-1(103)-1999/2025 nömrəli xx.xx.2025-ci il tarixli saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur.

2. İddiaçının adına açılmış xx.xx.1975-ci il tarixli əmək kitabçasında əksini tapmış qeydlərə əsasən, iddiaçı xx.xx.1975-ci ildə X6 direktor vəzifəsinə təyin edilmiş, xx.xx.1976cı ildə Sovet ordusunda xidmətə göndərilməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1977ci ildən xx.xx.1977-cu ilədək yenidən X6 işləmiş, xx.xx.1 981-ci ildən Lerik rayon İstehlak Cəmiyyətində olan Univermağın qızıl şöbəsində satıcı, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək mədəni-mallar mağazasının mebel şöbəsində müdir-satıcı, xx.xx.1991-ci ildən xx.xx.1995-ci ilədək mebel mağazasında satıcı vəzifəsində, xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək Lerik rayon X4 vəzifəsində, xx.xx.1996-cı ildən xx.xx.2000-ci ilədək Baş Dövlət Vergi Müfəttişliyinin Lerik rayonu üzrə X3 rəisi vəzifəsində çalışmış, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək Vergilər Nazirliyinin Lerik rayonu üzrə Vergilər Şöbəsinin rəisi vəzifəsində işləmişdir.

3. Cavabdehin iddiaçıya ünvanlandığı 14 mart 2024-cü il tarixli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respubli kası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027- ci il iyulun 1-dək hər il 6 ay artırılır). xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Həmin Qanunun 1. 0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019- 2025ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyiniz əmək kitabçanızın, təhsil haqqında diplomunuzun və hərbi biletinizin surətlərinə əsasən sığorta stajınız (xx.xx.1978-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək təhsil aldığınız illər və hərbi xidmətdə olduğunuz müddət, xx.xx.1981-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək adınıza əməkhaqqı hesablanan aylar nəzərə alınmaqla) 21 il 6 ay 10 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19 il 3 ay 10 gün sığorta stajına uyğun olaraq 17854,31 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2021- ci il tarixinədək 3657,32 manat (2023-cü il tarixinə indeksləşdiril miş) olmaqla, ümumilikdə 21511,63 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınız tamam olan tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bildiririk ki, əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1981-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Lənkəran-Astara regional filialının xx.xx.2024-cü il tarixli müvafiq aktına əsasən Lerik r ayon İstehsal-İstehlak Kooperativində xx.xx.1981-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək əmək fəaliyyətiniz zamanı 1981-ci ildə 7 ay, 1982-ci ildə 1 ay, 1983-cü ildə il ərzində, 1984-cü ildə 1 ay, 1985-ci ildə il ərzində, 1986-cı ildə 1 ay, 1990-cı ildə 6 ay, 1991-ci ildə 3 ay, 1993-cü ildə 3 ay, 1994-cü ildə 9 ay adınıza əməkhaqqı hesablanmadığı üçün sözügedən ayların sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Eyni zamanda Lerik rayon Çörək zavodunda xx.xx.1995-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək əmək fəaliyyətinizə dair məlumat aşkar edilmədiyi üçün həmin dövr sığorta stajınıza daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçanızın surətində göstərilən müvafiq dövrlər sığorta stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajınız qanunla nəzərdə tut ulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonraQanun) 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2023-cü il tarixindən yaşa görə müavinət təyin edilmiş, ödənişi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra-MEİS) “Əmək və Məşğulluq” altsistemində olan məlumatlara əsasən qüvvədə olan əmək müqaviləniz olduğu üçün xx.xx.2024-cü il tarixindən dayandırılmışdır. MEİS-in “Əmək və Məşğulluq” altsistemində olan məlumatlara əsasən əmək müqavilənizə xx.xx.2024-cü il tarix indən xitam verildiyindən sizin yaşa görə müavinətinizin ödənişi xx.xx.2024-cü il tarixindən 220 manat məbləğində olmaqla bərpa edilmişdir. Qanunun 9.1-2-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətinizin üzərinə əlavə edilməklə ödəniləcəkdir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər..” İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin T əyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək Astara rayon Tara Bazasında 2 il (xx.xx.1975 - xx.xx.1977) əmək stajı, Lerik rayon Çörək zavodunda 4 ay 4 gün (xx.xx.1995 - xx.xx.1996) əmək stajı və Lerik rayonu X5 çalışdığı 5 il 9 ay (xx.xx.1996 - xx.xx.2001) əmək və sığorta stajının, cəmi 8 il 01 ay 03 gün (2 il + 4 ay 4 gün + 5 il 09 ay) əmək və sığorta stajının nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və yuxarıda göstərilən əmək və sığorta stajı nəzərə alınmaqla hesablanmış pensiya məbləğinin 04 noyabr 2023cü il tarixdən etibarən təyin olunmaqla verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “İddiaçı 65 yaşdan, xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi nin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1975-ci il 20 noyabr tarixindən 1977-ci ilin 30 noyabr tarixinə kimi (2 il) Astara rayon Tara Bazasında çalışmışdır. 19771978-ci illərdə və 1980-1981 ci illərdə (2 il) texnikumda təhsil almışdır. 1978-ci ilin oktyabrından 1980-ci ilin oktyabrına kimi ordu sıralarında xidmət etmişdir. xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Lerik rayonunda işlədiyi müxtəlif sahələrdəki sığorta fəaliyyəti (21 il 6 ay 10 gün) təşkil etmiş, lakin sonrakı iş fəaliyyəti nəzərə alınmamışdır. Belə ki, xx.xx.1995-xx.xx.1996- cı illər Lerik rayon X4 vəzifəsində çalışmışdır. xx.xx.1996cı ildən xx.xx.2000-ci ilədək Baş Dövlət Vergi Müfəttişliyinin Lerik rayonu üzrə X3 rəisi vəzifəsində çalışmış, x x.xx.2000-ci ildə struktur dəyişikliyi ilə əlaqədar Vergilər Nazirliyinin Lerik rayonu üzrə Vergilər Şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Həmin vəzifədə xx.xx.2001-ci il tarixədək çalışmışdır. İstər xx.xx.1995-xx.xx.1996-cı illər Lerik rayonundakı Çörək Zavodunda çalışdığı zamanı, istər xx.xx.1975-xx.xx.1977-ci illər X6 çalışdığı zamanı və istərsə də xx.xx.1996-cı ildən xx.xx.2001-ci il tarixədək Lerik rayonunda Vergi orqanlarında çalışdığı müddət ərzində bütün aylar üzrə əmək haqqı almış və yekun olaraq 8 il 01 ay 03 gün (2 il + 4ay 4 gün+ 5 il 9 ay) sığorta stajı təşkil etmişdir. Lakin pensiya məbləği müəyyən olunarkən düzgün hesablanma aparılmamışdır. Pensiya yaşına çatmağı ilə bağlı pensiya məbləğinin düzgün hesablanmasından və təyin olunmasından ötrü ƏƏSMN-nə müraciət olunmuş, müəyyən araşdırma aparılsa da, araşdırma tam və obyektiv olmamışdır. Belə ki, xx.xx.1978-ci ildən xx.xx.1994-cü il tarixədək adına hesablanmış əmək haqqı nəzərə alınmaqla əmək fəaliyyəti, onun əsasında hesablanmış sığorta stajı 21 il 6 ay 10 gün hesablamışlar. Lakin, əmək kitabçasında təsdiq olunduğu kimi, X6 xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək (2 il) əmək stajı nəzərə alınmamış və nəticədə sığorta stajına əlavə edilməmişdir. Bundan əlavə, xx.xx.1995-xx.xx.1996-cı illər Lerik rayon X4 vəzifəsində çalışdığı müddət (4 ay 04 gün) nəzərə alınmamışdır. Bundan başqa, xx.xx.1996 — xx.xx.2001- ci ilədək (5 il 01 ay) Lerik rayonu üzrə Vergi Müfəttişliyinin rəisi vəzifəsində (xx.xx.2000-ci ildə struktur dəyişikliyi ilə həmin təşkilat, Vergilər Nazirliyinin Lerik rayonu üzrə Vergilər Şöbə sinin rəisi vəzifəsinə təyin olunmuş) çalışmışdır. Tərəfindən DVX-nə müraciət olunmuş, verilən cavab bir daha təsdiq etmişdir ki, xx.xx.1996-xx.xx.2000-ci illər Lerik rayonu üzrə X2 çalışmış və əmək haqqı almışdır. Lakin xx.xx.2000-ci il tarixdə struktur dəyişikliyindən sonrakı müddət, əmək fəaliyyəti və sığorta stajı nəzərə alınmamışdır. Bu illər pensiya hesablanarkən nəzərə alınmadığından və sığorta stajına əlavə edilmədiyindən tələb olunan 25 il sığorta stajı formalaşmamış və pensiya məbləği təyin olmamışdır. Rayon vergi qrumu dövlət orqanı olmuş, əmək fəaliyyəti rəsmi olmuş və Dövlət vergi orqanında göstərilən müddətdə fasiləsiz fəaliyyət göstərmiş və əmək haqqı almışdır. Yuxarıda göstərdiyi iş yerləri, əmək fəaliyyəti əmək kitabçasında tam qeyd olunmuş, rəsmiləşmişdir. Eyni zamanda gö stərilmiş iş yerləri, əmək haqqı almağı barədə əmək kitabçasında olan rəsmi qeydlər, aktlar, arayışlar və məhkəməyə dəvət edəcəyi şəxslərin izahatları ilə də öz təsdiqini tapmaqla bir daha yuxarıdakıların həqiqət olduğunu bəyan edir. Tələb olunan sənədlər cavabdeh təşkilata təqdim olunsa da, pensiya hesablanmasında təqdim olunan qanuni sənədləri nəzərə alınmamış, pensiya stajı düzgün və tam hesablanmamışıdr. Odur ki, təqdim olunan, hüquq verən və digər sənədlər əsasında şərh olunan və sənədlərdə əks olunan tarixlərdə işlədiyi illərin sığorta stajına daxil edilərək əmək pensiyası yenidən və düzgün hesablanmaqla təyin olunmalıdır.

7. Cavabdeh əsası iddiaçıya ünvanlandığı 14 mart 2024-cü il tarixli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubun mətni ilə eyni lik təşkil edən iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. 8. “Azərittifaq” Lerik rayon İstehsal-istehlak Kooperativinin xx.xx.2023-cü il tarixli 06 nömrəli arayışında bildirilir ki, İddiaçı 117 saylı xx.xx.1981-ci il tarixli əmr üzrə Lerik rayon İstehlak Cəmiyyətində olan Univermağın qızıl şöbəsində satıcı işinə qəbul edilmiş, Lerik rayonu İstehlak Cəmiyyətinin İdarə Heyətinin 29 sentyabr 1990-cı il tarixli qərarına əsasən mal çeşidləyici üzrə əmtəəşünas vəzifəsinə təyin olunmuş, Lerik rayon İstehlak Cəmiyyətinin İdarə Heyətinin 112 saylı, 01 oktyabr 1990-cı il tarixli qərarı ilə qəsəbədəki mədəni-mallar mağazasının mebel şöbəsinə müdir-satıcı vəzifəsinə təyinat almış, Lerik rayon İstehlak Cəmiyyətinin № 01/1 saylı 02 yanvar 1991-ci il tarixli qərarı ilə məzuniyyətə göndərilmiş, sonra i sə ərizəsi üzrə Lerik rayon İstehlak Cəmiyyətinin 62 saylı, 15 noyabr 1994-cü il tarixli sərəncamı ilə işindən azad edilmişdir. İşlədiyi müddət ərzində iş yerində fasilələrə yol verməmiş, sabit ştat cədvəli ilə müəyyən olunmuş əmək haqqı almışdır. (Ştat cədvəli ilə müəyyən olunmuş əmək haqqının işçi tərəfindən almasına dair cədvəl arayışa əlavə olunur). 9. “Azərittifaq” Lerik rayon İstehsal-istehlak Kooperativinin xx.xx.2023-cü il tarixli 05 nömrəli arayışında bildirilir ki, İddiaçı 1981-ci ildən 15 noyabr 1994-cü ildən aşağıda göstərilən qaydada və məbləğdə əmək haqqı almışdır. İddiaçı göstərilən tarixlərdə fasiləsiz əmək fəaliyyəti ilə məşğul olmasına və bunun əsasında əmək haqqı almasına baxmayaraq, cəmiyyətin arxiv sənədlərində işçinin 1983-cü il və 1985-ci il təqvim illəri üçün onun əmək haqqı almasına dair məlumatlar, hesabat sənədləri aşkar etmək mümkün olmamışdır.

10. Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli arayışında bildirilir ki, Lerik rayon sakini İddiaçı xx.xx.1996- cı il tarixdən xx.xx.2001-ci il tarixədək Lerik rayonu üzrə X2 çalışdığı müddət ərzində aylar üzrə əmək haqqı və digər gəlirləri arayışa əlavə edilən cədvəl məlumatlarına uyğun olmuşdur. Arayış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək üçün verilir.

11. Lerik rayon X7 Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Lerik rayon Çörək Zavoduna aid sənədlər arxivə təhvil veriməmişdir. Ona görə də İddiaçı xx.xx.19 95-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Çörək Zavodunda işləyib işləməməsi barədə rəsmi məlumatı yoxdur. 12. “Azərittifaq” X9 Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərittifaqm tərkibində olan Lerik Rayon İstehsal-istehlak Kooperativinin (keçmiş Rayon İstehlak Cəmiyyətinin) sənədləri Lerik RİİK-də saxlanılır. İddiaçı barəsində heç bir məlumat təqdim edə bilmir.

13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-3899/2025 nömrəli qərarı (hakim Ləman Musayeva) ilə, iddia təmin edilmiş, İddiaçı 65 yaşdan, xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyin də Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

14. Birinci instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının xx.xx.1981-xx.xx.1994-cü illərdə müvafiq dövrlər üzrə işləməsi, əmək haqqı cədvəllərində barəsində məlumatın mövcud olması işə götürənin arayışı ilə də təsdiq olunur.

15. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul e dilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının işlədiyi 1973-2005-ci illərdə qüvvədə olan qanunvericilik normaları əmək kitabçası əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı əmək kitabçası ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tap mış və iddiaçının işlədiyi həmin müəssisənin mövcudluğu hər hansı şübhə doğurmur.

16. Cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının xx.xx.2025-ci il tarixli 21(103)-1999/2025 nömrəli qərarı ilə (hakimlər - Ş.Məmmədova (sədrlik edən və məruzəçi) C.Məmmədova və P.Hüseynov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3899/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsi hüquqi mövqeyi ilə razılaşmışdır.

19. Cavabdeh kassasiya şikayəti ver ərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 14 noyabr 2023-cü il tarixli, 05 nömrəli arayışda 1983 və 1985-ci illər üzrə əmək haqqı almadığı aşkar görünür. Həmçinin, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1981ci il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı LənkəranAstara regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən Lerik rayon İstehsal-istehlak Kooperativində xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək əmək fəaliyyəti za manı 1981-ci ildə 7 ay, 1982-ci ildə 1 ay, 1984-cü ildə 1 ay,, 1986-cı ildə 1 ay, 1990-cı ildə 6 ay, 1991-ci ildə 3 ay, 1993-cü ildə 3 ay, 1994-cü ildə 9 ay əməkhaqqı hesablanmamışdır. Belə olan halda qeyd edilən dövrlərin sosial sığorta stajında daxil edilməsi qanunvericiliyə uyğun deyildir. Göründüyü kimi məhkəmə sözügedən arayışa tam, hərtərəfli və obyektiv yanaşmamış və qanunsuz qərar qəbul etmişdir. Bildiririk ki, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1996-ci il tarixədək Lerik rayon Çörək Zavodunda işləyib-işləməməsi ilə bağlı Lerik rayon Dövlət Arxivinə ünvanlanmış sorğuya cavab olaraq iddiaçının həmin müəssisədə işəyib-işləməməsinə dair məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Sözügedən sorğuya cavab məkubuna da məhkəmə qərarında münasibət bildirilməmişdir. Eyni zamanda xx.xx.2 006-cı il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19 il 3 ay 10 gün sığorta stajına uyğun olaraq 17854,31 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 3657,32 manat olmaqla, ümumilikdə 21511,63 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olan tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Beləliklə, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara, təqdim edilən əmək kitabçasının, təhsil haqqında diplomun və hərbi biletin surətlərinə əsasən ərizəçinin xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək və xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri həmçinin, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək təhsil illəri və hərbi xidmət müddəti, xx.xx.1981-ci il tarixdən 15.11 1994-cü il tarixədək adına əməkhaqqı hesablanan aylar və xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək Lerik rayonu üzrə X1 əmək fəaliyyəti dövrü də nəzərə alınmaqla ümumi sığorta stajı 21 il 6 ay10 gün təşkil edir. Lakin birinci və apellyasiya instansiya məhkəməsi iddiaçının əməkhaqqı almadığı dövrləri də sosial sığorta stajına daxil etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(102)-269/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, hazırkı halda, bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş və ya məhkəmələrin öz təşəbbüsü ilə əldə etdikləri məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özü-özlüyündə, qeyd-şərtsiz təsdiq etmir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli əmək stajı ilə bağlı cavabdehin dəlillərinin hansı mötəbər sübutlarla təkzib olunduğunu qərarında göstərməli və gəldiyi nəticəni həmin sübutlarla əsaslandırmalı idi. Belə ki, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır.

21. Məhkəmə qərar qəbul edərkən maddi hüquq normalarının tələblərini nəzərə almamışl ar. b. kassasiya şikayətinə etirazın dəlilləri

22. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyu lun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

28. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticəni aşağıdakı kimi şərh edilməsini məqsədə müvafiq hesab edir.

29. Cavabdehin kassasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır. Belə ki, kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Lənkəran-Astara regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən Lerik rayon İstehsal-istehlak Kooperativində xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək əmək fəaliyyəti zamanı 1981-ci ildə 7 ay, 1982-ci ildə 1 ay, 198 4-cü ildə 1 ay, 1986-cı ildə 1 ay, 1990-cı ildə 6 ay, 1991-ci ildə 3 ay, 1993-cü ildə 3 ay, 1994-cü ildə 9 ay əmək haqqı hesablanmamışdır.

30. Kollegiya ilk növbədə qeyd edir ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İş materiallarından da görünür ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunmuşdur və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir.

31. İnzibati Prosessual Məcəllənin 68.2-1.-ci maddəsinə əsasən bu Məcəllənin 91.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qərarını yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş sübutlar və məhkəmə icraatında tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırır.

32. İnzibati ic raat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

33. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası tərəfindən məhkəmə araşdırması nəticəsində əldə edilən işəgötürənin arayışına əsasən müəyyən olunmuşdur ki, iddiaçı 117 saylı xx.xx.1981-ci il tarixli əmr üzrə Lerik rayon İs tehlak Cəmiyyətində olan Univermağın qızıl şöbəsində satıcı işinə qəbul edilmiş, Lerik rayonu İstehlak Cəmiyyətinin İdarə Heyətinin 29 sentyabr 1990-cı il tarixli qərarına əsasən mal çeşidləyici üzrə əmtəəşünas vəzifəsinə təyin olunmuş, Lerik rayon İstehlak Cəmiyyətinin İdarə Heyətinin 112 saylı, 01 oktyabr 1990-cı il tarixli qərarı ilə qəsəbədəki mədəni-mallar mağazasının mebel şöbəsinə müdir-satıcı vəzifəsinə təyinat almış, Lerik rayon İstehlak Cəmiyyətinin № 01/1 saylı 02 yanvar 1991-ci il tarixli qərarı ilə məzuniyyətə göndərilmiş, sonra isə ərizəsi üzrə Lerik rayon İstehlak Cəmiyyətinin 62 saylı, 15 noyabr 1994-cü il tarixli sərəncamı ilə işindən azad edilmişdir. İşlədiyi müddət ərzində iş yerində fasilələrə yol verməmiş, sabit ştat cədvəli ilə müəyyən olunmuş əmək haqqı almışdır. Gör ündüyü kimi iddiaçının xx.xx.1981xx.xx.1994-cü illərdə müvafiq dövrlər üzrə işləməsi, əmək haqqı cədvəllərində barəsində məlumatın mövcud olması işə götürənin arayışı ilə də təsdiq olunmuşdur.

34. İddiaçının xx.xx.1981-xx.xx.1994-cü illərdə müvafiq dövrlər üzrə işləməsi, əmək haqqı cədvəllərində barəsində məlumatın mövcud olması işə götürənin arayışı ilə də təsdiq olunur.

35. İddiaçı iddia tələbini əsaslandıracaq yetərli sənəd sübutları məhkəməyə təqdim etmişdir və həmin sübutları şübhə altına alan heç bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir.

36. Cavabdeh həmçinin bildiririk ki, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1996-ci il tarixədək Lerik rayon Çörək Zavodunda işləyib-işləməməsi ilə bağlı Lerik rayon Dövlət Arxivinə ünvanlanmış sorğuya cavab olaraq iddiaçının həmin müəssisədə işəyibişləməməsinə dair məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Sözügedən sorğuya cavab məktubuna da məhkəmə qərarında münasibət bildirilməmişdir.

37. Şikayətin bu hissəsinə də münasibətdə kollegiya bildirir ki, apellyasiya instansiyasının mövqeyi ilə razıdır. Belə ki, İddiaçı əmək kitabçasından görünür ki, o, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Lerik rayon X4 vəzifəsində işləmişdir.

38. Kollegiya həmçinin qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların öl ümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

39. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: 1) tələb olunan yaş; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. 1 iyul 2020 – 30 iyun 2021 il üçün kişilər üçün pensiya yaşı 65 yaş, qadınlar üçün 62 yaşdır.

40. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər.

41. İddiaçı xx.xx.1958-cu il təvəllüdlüdür, pensiya təyin edilməsi ilə müraciət etdiyi vaxta yaşı 65-dir. Əmək kitabçasına əsasən inzibati orqan tərəfindən nəzərə alınmış sığorta stajı (hərbi xidmət dövrü və təhsil aldığı illər daxil edilməklə) 25 ildən çoxdur.

42. Məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçının işlədiyi müəssisə mövcud olmuş və onun həmin müəssisədə xx.xx.1981-ci il tarixdə n xx.xx.1994-cü il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək işləməsi əmək kitabçasında müvafiq qeydlərlə təsdiq olunduğundan (2002-ci ilədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi tələbi mövcud olmadığından) cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir. Belə ki, məhkəmə araşdırması nəticəsində iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün faktiki şərtlərin mövcudluğu sübut edilmiş, cavabdeh isə konkret halda pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etməsinə baxmayaraq, belə şərtlərin mövcudluğunu sübut etməmişdir.

43. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 2 006-cı ilin yanvar ayının 1-nə qədər cəmi 25 ildən çox sığorta stajı iş materiallarında öz təsdiqini tapmışdır. Belə ki, yuxarıda qeyd olunan dövrlərdə işlədiyi müddətlər (cəmi 25 ildən çox) iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ verir.

44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2-1(103)-1999/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar