Məhkəmə qərarları › İş №2-1(102)-2931/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2931/2019

19.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2931/2019 19.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinin vəkili X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Resp ublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı sosial yardımın ödənilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1752/2019 saylı, 10 iyul 2019-cu il tarixli qərardadından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 19 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək sosial yardımın ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 fe vral 2019-cu tarixli qərarı ilə iddia qismən təmin edilərək iddiaçının 2017-2018-ci illər üzrə ünvanlı sosial yardımın ödənilməsi barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verməklə yanaşı apellyasiya məhkəməsinə vəsatət ilə müraciət edərək apellyasiya şikayəti üzrə müddətin buraxıldığını bildirib müddətin bərpa olunmasını xahiş etmişdir. Cavabdeh vəsatətində işlərin çoxluğu ilə əlaqədar qərardan verilən apellyasiya şikayəti üzrə müddətin üzrlü səbəbdən buraxıldığını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 10 iyul 2019-cu il tarixli 2-1(103)-1752/2019 saylı qərardadı ilə cavabdehin ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti mümkün sayılmamışdır. Cavabd eh 29 iyul 2019-cu il tarixdə qərardadın surətini almış, 9 avqust 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin qərarı onlara göndərilmişdir. Şöbədə işlərin çoxluğu ilə əlaqədar qərardan verilən şikayət üzrə müddətin buraxılması üzrlü sayılmalıdır. Müddət üzrlü səbəbdən buraxıldığından məhkəmə onu bərpa etməli idi. tərəflərin izahatı: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı vəkillə təmsil olunmadığından çıxışlarda iştirak etməmişdir. əsaslandırma hissəsi: Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam forma da təqdim olunduğu gündən 10 gün müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslı deyildir. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İşin hallarından görünür ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə 19 fevral 2019-cu il tarixli qərar qəbul etmiş və qərarın surətini həmin gün məktubla cavabdehə göndərmiş, cavabdeh 18 mart 2019-cu il tarixdə (səh.51) məhkəmə sənədini almışdır. İşdə olan sənədlərdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qərarından verdiyi apel lyasiya şikayətini və müddətin bərpa olunması barədə vəsatəti 7 iyun 2019-cu il tarixdə imzalamış, 10 iyun 2019-cu il tarixdə şikayət apellyasiya məhkəməsinə daxil olmuşdur. İPM-in 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də, məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsi ilə veril ir (İPM-in 85.1-ci maddəsi). İPM-in 23.1-cü maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Cavabdehin mübahisə açdığı birinci instansiya məhkəməsinin 19 fevral 2019-cu il tarixli qərarından şikayət vermə müddəti 18 mart 2019-cu il tarixdə başlamış, 17 aprel 2019-cu il tarixdə bitmişdir. Apellyasiya şikayəti isə 7 iyun 2019-cu il tarixdə imzalanmaqla şikayət vermə müddəti 1 ay 20 gün buraxılmışdır. Cavabdehin müddətin bərpası barədə apelly asiya instansiyası məhkəməsinə təqdim etdiyi vəsatətin məzmunu ilə kassasiya şikayətinin məzmunu eyni olmuşdur. Cavabdeh vəsatət və şikayətinin dəlilləri ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. İPM-in 24.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Cavabdehin apellyasiya şikayəti üzrə müəyyən olunmuş müddətin onun təqsiri olmadan buraxması işdə olan sənədlərlə təsdiq edilmir. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsi nin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Cavabdeh apellyasiya şikayətini vaxtında vermədiyindən, müəyyən olunmuş müddətin onun təqsiri olmadan buraxılması iş materialları ilə təsdiq edilmədiyindən qeyd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibat i-İqtisadi kollegiyasının 2-1(103)-1752/2019 saylı, 10 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar