Məhkəmə qərarları › İş №2-1(102)-2933/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2933/2019

16.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2933/2019 16.10.2019 ALİ MƏHKƏMƏ X2 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə (Açar söz: qaçqın statusunun verilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1303/19 saylı 17 iyul 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 16.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ AR Dövlət Miqrasiya Xidmətinin İQ-135/1 nömrəli, 06.11.2018-ci il tarixli “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” Qərarı ilə İran İslam Respublikasının vətəndaşı X1çqın statusu verilməsindən imtina edilmişdir. AR Dövlət Miqrasiya Xidmətinin 370 nömrəli, 29.12.2018-ci il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarı ilə “Qaçqın statusunun verilməsindən imtina edilməsinə dair” Dövlət Miqrasiya Xidmətinin İQ-135/1 nömrəli, 06.11.2018-ci il tarixli qərarından İran İslam Respublikasının vətəndaşı X4 tərəfindən verilmiş şikayət əsassız olduğuna görə təmin edilməyərək, qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İran İslam Respublikasının vətəndaşı X2 01.08.2018-ci il tarixli vəsatətinin tə min edilərək oan qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını, İQ-135/1 nömrəli, 06.11.2018-ci il tarixli “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” Qərarın və AR Dövlət Miqrasiya Xidmətinin 370 nömrəli, 29.12.2018-ci il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1990-cı ildə İranın Yasooj şəhərində anadan olan İran vətəndaşıdır. O, etnik mənsubiyyətinə görə qaşqay Türkmənidir və İslamın Şiə təriqətinə etiqad edir. İddiaçı subaydır; onun İranda yaşayan üç bacı-qardaşı var. İddiaçı orta təhsilini başa vurduqdan sonra “Bagunar” Universitetində kompüter mühəndisliyi üzrə bakalavr təhsili almışdır. Məzun olduqdan sonra iddiaçı bir il “Nur Bara” və “Tah a” hostellərində işləmiş və onların internet səhifələri üçün dizaynerlik xidmətləri göstərmişdir. Təxminən yeddi il əvvəl iddiaçı özünün şəxsi internet səhifəsini yaratmış və orada İran hökuməti əleyhinə məlumatlar yerləşdirmişdir. Bu səbəbdən o, 2-3 dəfə həbs olunmuş və ondan fəaliyyətini dayandırılması tələb olunmuşdur. İddiaçı hər hansı məlumat paylaşmayacağı barədə yazılı təsdiq vermək məcburiyyətində olmuş və öz internet səhifəsini bağlamışdır. Həmin vaxtdan etibarən onun polislə hər hansı problemi olmamışdır. İddiaçının dediklərinə görə 2018-ci ildə, onun Azərbaycana gəlməsindən təxminən iki həftə əvvəl Kazerun şəhərində iddiaçı də daxil olmaqla təxminən 100 nəfərin iştirak etdiyi nümayiş olmuşdur. Nümayişə səbəb Kazerun şəhəri əhalisinin hökumətin şəhərin türk və fars əhalisi arasın da apardığı ayrı-seçkilik siyasəti idi. Şəhərin etnik türk əhalisi etnik farslara nisbətən daha pis şəraitdə yaşayır. Nümayiş 4-5 gün davam etmiş və hökumət nümayişi dağıtmaq üçün gözyaşardıcı qaz da daxil olmaqla bütün vasitələrdən istifadə etmişdir. Nümayiş hökumət tərəfindən nümayişdə iştirak edən şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün videoya çəkilmiş və iştirakçılar sonradan həbs olunmuşlar. İddiaçının Reza adlı dostu ona nümayişdə iştirak etmiş şəxslərin həbs olunması barədə məlumat vermişdir. Bundan sonra iddiaçı ölkəni tərk etmək qərarına gəlmişdir. 17 may 2018-ci ildə iddiaçı Azərbaycana gəlmiş, 01 avqust 2018-ci ildə iddiaçı sığınacaq vəsatəti ilə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata almış və iddiaçı ilə mü sahibə aparmışdır. İddiaçının müraciətinin inandırıcı olmaması səbəbindən 26 oktyabr 2018-ci ildə DMX 135/1 saylı qərarı ilə rədd etmişdir və bu barədə qərar ona 31.10.2018-ci ildə təqdim olunmuşdur. DMX qərarını onunla əsaslandımışdır ki, iddiaçının izahatları mötəbər deyildir. İddiaçı cavabdehin qərarından inzibati şikayət vermiş, 29.12.2018-ci ildə cavabdehin şikayət instansiyası 370 saylı qərarla inzibati şikayəti rədd etmişdir. Şikayət instansiyası qərarını ümumi və qeyri-müəyyən sözlərlə əsaslandırmışdır. İddiaçı nümayişdə iştirak etməsi və hökumət əleyhinə getməməsi barədə verdiyi sözə əməl etməməsinə görə pis rəftara məruz qalacağından qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1132/2019 saylı, 04 aprel 2 019cu il tarixli qərardadı ilə iddia tələbi AR Dövlət Miqrasiya Xidmətinin 370 nömrəli, 29.12.2018-ci il tarixli “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərarının ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1132/2019 saylı, 04 aprel 2019cu il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1132/2019 saylı, 04 aprel 2019cu il tarixli qərarından və qərardadından iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1303/19 saylı 17 iyul 2019-cu il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1132/2019 saylı, 04 aprel 2019-cu il tarixli qərard adı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1303/19 saylı 17 iyul 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1132/2019 saylı, 04 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, qaçqın statusu verilməsi haqqında vəsatətə əsasən ərizəçi ölkəsində qaçqın anlayışında əks olunmuş 5 əsasdan hər hansı birinə uyğun gələn təqibə məruz qaldığını əsaslandıra bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1303/19 saylı 17 iyul 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə işin fakt iki halları məhkəmə tərəfindən tam aydınlaşdırılmamışdır. İddiaçı AİHK-nın 3, 8, 13-cü maddələrinə, AR Konstitusiyasının 60 və 70-ci maddələrinə, İPM-nin 73.1, 81-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1303/19 saylı 17 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-1303/19 saylı 17 iyul 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göründüyü kimi, şəxsin qaçqın sayılması üçün onun təqibi sadalanan beş səbəbdən biri ilə əlaqədar özünü biruzə verməlidir: irqi əlamət, milli mənşə, dini etiqad, müəyyən sosial qrupa mənsubiyyət və siyası əqidə. Hazırkı iş üzrə qaçqın statusu verilməsi haqqında vəsatətə əsasən ərizəçi ölkəsini qaçqın anlayışında əks olunmuş 5 əsasdan hər hansı birinə uyğun gələn təqibə məruz qaldığını əsaslandıra bilməmişdir. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan hallları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı ölkədə təqibə məruz qaldığı onun müsahibə zamanı verdiyi izahatı ilə də öz təsdiqini tapmamışdır. Belə ki, o, mitinqdə iştirak etdiyinə görə hakimiyyət orqanları tərəfindən axtarıldığını bildirsə də, ölkəni qa nuni yolla, maneəsiz tərk etmiş və heç bir problemlə üzləşməmiş, həmçinin Azərbaycana gəldikdən sonra ailə üzvləri ilə əlaqə saxlamış, onun barədə hər hansı axtarışın aparılması barədə məlumatın olmadığını öyrənmişdir. Bundan əlavə onunla (iddiaçı ilə) birlikdə mitinqdə iştirak edən dostu Rezanın hazırda İranda yaşadığı məlum olmuşdur. Göründüyü kimi, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmir. İddiaçı hazırkı iş üzrə qaçıqın statusunun verilməsi üçün zəruri olan faktiki şərtlərin mövcudluğunu sübuta yetirmədiyindən iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbayca n Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, ha belə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlərinə əsasən: - «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. - Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraci ət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. -«Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Belə liklə, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kol legiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1303/19 saylı 17 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar