Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2936/2019 30.10.2019 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar söz: mənzilə dair mülkiyyət hüququn qeydə alınması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzillərə mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1546/19 saylı 02 iyul 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ «xxxx» MTK ilə İddiaçı arasında ünvan 1 saylı binada yerləşən ümumi sahəsi 106.8 kv.m olan 63 və 230 saylı mənzillərinə dair 12 mart 2014-cü il tarixdə müqavilə bağlanmışdır. İddiaçı ünvan 1 saylı binada yerləşən ümumi sahəsi 106.8 kv.m olan 3 otaqlı, 63 saylı mənzilin (mansard) tikintisi üçün tələb olunan pay haqqını və tam 230 saylı mənzilin (mansard) tikintisi üçün tələb olunan pay haqqını tam ödəmişdir. İddiaçı, ünvan 1 ünvanında yerləşən mənzillər üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyy ata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə 29 oktyabr 2018-ci il tarixli, **********49 saylı məktubda cavab verilərək bildirilmişdir ki, aparılan araşdırma zamanı sözügedən mənzillərin yerləşdiyi yaşayış binasının istismarına icazə sənədlərinin və protokoldan çıxarışın 1 saylı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən “xxxx” MTK tərəfindən inşa edilmiş binanın 63 və 230 s aylı mənzillərinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhərində çoxmənzilli binaların tikintisi ilə məşğul olan “xxxx” MTK-dan 12 mart 2014-cü il tarixdə ünvan 1 saylı binadakı ümumi sahəsi 106.8 kv.m olan 63 və 230 saylı mənzilləri onların dəyərini tam ödəməklə almışdır. Bina 2015-ci ildə sakinlərin istifadəsinə verilmiş, qaz, su və elektrik enerjisi ilə təchiz olunmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq., binanın 63 saylı mənzilində onun əri X1, 230 saylı mənzilində isə X2 qeydiyyatdadır. İddiaçı həmin mənzillərə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması ilə bağlı 19 oktyabr 2018-ci il tarixdə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Lakin cavabdeh 29 oktyabr 2018-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. Nəzərə alınmalıdır ki, o, həmin mənillərə pay haqqını tam şəkildə ödəmiş və onlara mülkiyyət hüququ əldə etmişdir. İddiaçı tələbini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci, 152.1-ci, 178-ci maddələrinə, İPM-in 45-ci, 46-cı, 68-ci, 70- ci, 73-cü maddələrinə istinad etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-556/2019 saylı, 14 mart 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ünvan 1 saylı evin 63 və 230 saylı mənzillərinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, İddiaçı ünvan 1 saylı evin 63 və 230 saylı mənzillərə mülkiyyət hüququ əldə etdiyindən iddia tələbi əsaslıdır. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1546/19 saylı 02 iyul 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-556/2019 saylı, 14 mart 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edi lmişdir. Məhkəmə hesab etmişdir ki, tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq istismara qəbul edilməli və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı zamanı obyektin istismara qəbul aktı qeydiyyat orqanına təqdim edilməlidir. Hazırki halda, iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddia qaldırdığı mənzillərin yerləşdiyi binanın qanunvericiliyin tələbinə uyğun olaraq istismara qəbul edilməsinə dair işin materiallarına hər hansı sənəd əlavə edilmədiyindən, istismara qəbul edilməyən yaşayış binasında yerləşən mənzillər üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından cavabdehin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 11, 23cü maddələrinin tələblərinə uyğun olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1546/19 saylı 02 iyul 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı Bakı şəhərində çoxmənzilli binaların tikintisi ilə məşğul olan “xxxx” MTK-dan 12 mart 2014-cü il tarixdə ünvan 1 saylı binadakı ümumi sahəsi 106.8 kv.m olan 63 və 230 saylı mənzilləri onların dəyərini tam ödəməklə almışdır. Bina 2015-ci ildə sakinlərin istifadəsinə verilmiş, qaz, su və elektrik enerjisi ilə təchiz olunmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq., binanın 63 saylı mənzilində onun əri X1, 230 saylı mənzilində isə X2 qeydiyyatdadır. İddiaçı hesab ed ir ki, işə baxan apellyasiya isntansiya məhkəməsi MM-nin 112.1, 139-1, 178.8-ci maddələrinin tələblərini pozmuşdur. Kassator “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə, MPM-nin 8.1, 9.1, 9.3, 14.1, 14.2-ci maddələrinə, İPM-nin 12.1-ci maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1546/19 saylı 02 iyul 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin İnzib ati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1546/19 saylı 02 iyul 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, «xxxx» MTK ilə İddiaçı arasında ünvan 1 saylı binada yerləşən ümumi sahəsi 106.8 kv.m olan 63 və 230 saylı mənzillərinə dair 12 mart 2014-cü il tarixdə müqavilə bağlanmışdır. İddiaçı ünvan 1 saylı binada yerləşən ümumi sahəsi 106.8 kv.m olan 3 otaqlı, 63 saylı mənzilin (mansard) tikintisi üçün tələb olunan pay haqqını və tam 230 saylı mənzilin (mansard) tikintisi üçün tələb olunan pay haqqını tam ödəmişdir. Hazırkı iş üzrə iddiaçının ünvan 1 ünvanında yerləşən mənzillər üz ərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinasının əsasını sözügedən mənzillərin yerləşdiyi yaşayış binasının istismarına icazə sənədlərinin və protokoldan çıxarışın 1 saylı Ərazi İdarəsinə təqdim edilməməsi təşkil edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Hazırkı işdə iddiaçı tərəfindən kooperativin payının tam ödənilməsi barədə sənədi mə hkəmə həmin maddədə qeyd edilən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı kimi qəbul edir. Belə ki, MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.8-ci maddəsinin 2018-ci ilin iyul ayının 1-dək olan redaksiyasına əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativin in üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.3-cü maddəsinə əsasən Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Beləliklə, sözügedən mənzilin pay dəyəri iddiaçı tərəfindən tam ödənildiyindən onun həmin yaşayış sahəsinə mülkiyyət hüququ yaranmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Halbuki, sadalanan əsaslardan hər-hansının olması barədə cavabdeh tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. MM-nin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüq uqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.10.2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülki yyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanla rına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Hazırkı iş üzrə həm işə baxan apellyasiya instansiya məhkəməsi iddia tələbini rədd edərkən, həm cavabdeh iddiaçının ərizəsini icra etməkdən imtina edərkən iddiaçı tərəfindən mənzillərin yerləşdiyi yaşayış binasının istismarına icazə sənədlərinin və protokoldan çıxarışın təqdim edilməməsi istinad etsələr də, məhkəmə kollegiyası bu dəlillərlə razılaşmır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtər əfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qeyd olunan normaların tələblərinə əsasən cavabdehin qeyd olunan sənədlərin iddiaçıdan tələb edilməsi qanunauyğun deyildir. Belə ki, cavabdeh yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından öz təşəbbüsü ilə həmin sənədləri əldə edə bilərdi. Bundan əlavə, İPM-nin 12.1-ci maddəs inə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırkı iş üzrə işə baxan məhkəmə isə İPM-nin 12.1-ci maddəsinin tələblərinə uyğun olmayaraq qeyd olunan sənədlərin təqdim edilməsi ilə bağlı vəzifəni əsassız olaraq iddiaçının üzərinə qoymuşdur. Halbuki, məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmalı idi. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallard a, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi tələb olunan sənədləri müvafiq şəxslərdən tələb etməli (“xxxx” MTK-nin işə 3-cü şəxs kimi cəlb etməklə) və işə mahiyyəti üzrə baxıb yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməklə müvafiq qərar qəbul etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1546/19 saylı 02 iyul 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2936/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2936/2019
30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver