Məhkəmə qərarları › İş №2-1(102)-2937/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2937/2019

30.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2937/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının nümayəndəsi Nümayəndə və vəkili Vəkil, cavabdehin vəkili Gülarə İlyasovanın iştirakı ilə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına qarşı Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının 02.09.2015-ci il tarixli 2875 nömrəli məktubla imtinası əsassız hesab edilməsi, onun hərbi xidmət dövründə xəstələndiyini nəzərə a laraq xəstəliyini hərbi xidmət dövründə qazandığı barədə 08.09.2014-cü il tarixli 1536 nömrəli Xəstəlik haqqında Şəhadətnaməsində dəyişiklik edilərək, hərbi xidmət dövründə xəstəliyi qazandığının xüsusilə qeyd olunması vəzifəsini cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-90/2019 saylı iş üzrə 26.02.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 30 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1996-cı il tarixdə Lənkəran rayonunun Vilvan kəndində anadan olmuşdur. Cavabdeh inzibati orqan olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həya ta keçirir. İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına qarşı Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının 02.09.2015-ci il tarixli 2875 nömrəli məktubla imtinası əsassız hesab edilməsi, onun hərbi xidmət dövründə xəstələndiyini nəzərə alaraq xəstəliyini hərbi xidmət dövründə qazandığı barədə 08.09.2014-cü il tarixli 1536 nömrəli Xəstəlik haqqında Şəhadətnaməsində dəyişiklik edilərək, hərbi xidmət dövründə xəstəliyi qazandığının xüsusilə qeyd olunması vəzifəsini cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1996-cı il təvəllüdlü İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmə tinin Lənkəran rayon çağırışına əsasən tibbi müayinədən keçirilməklə hərbi xidmətə yararlı olduğuna görə hərbi xidmətə çağırılmışdır. SHXÇDX Lənkəran rayon şöbəsi tərəfindən çağırışa əsasən, 25 yanvar 2014-cü il tarixdə o, sağsalamat hərbi xidmətə yola salınmışdır. O, ön cəbhədə Müdafiə Nazirliyinin N saylı hərbi hissədə atıcı vəzifəsində xidmət etmişdir. Xidmətinin yeddinci ayında səhhəti pisləşmişdir. Onurğa sütununda skalyoz aşkar edilmişdir. Hərbi xidmət dövründə xəstələnməyi ilə əlaqədar 08.09.2014cü il tarixli 1536 nömrəli "Xəstəlik haqqında şəhadətnamə”nin 8-ci qrafasında Anamnezində qeyd edilən "Anamnezi” özünü uşaq yaşlarından xəstə hesab edir. Xəstəliyini əlaqələndirmir. Xəstəliyi ilə əlaqədar müalicə olunmamışdır. Hərbi xidmətə çağırış zamanı şikayətlərini bildirmiş, döş qəfəsi orqanlarının fluoroqrammasında patologiya görünməsinə baxmayaraq çağırış həkim komissiyası tərəfindən səthi müayinə olunmuş və hərbi xidmətə yararlı bilinmişdir.” İddiaçı Hərbi Həkim Komissiyasının qərarı ilə razılaşmır, onun heç vaxt onurğa sütunundan şikayəti olmamışdır. Əgər onun onurğa sütununda hər hansı bir əyilmə baş vermişdirsə, onda hərbi həkim komissiyası bunu müəyyən edərək və onu müalicəyə cəlb etməli idi. Yararsız olduğu halda onu hərbi xidmətə aparmamalı idi. Birinci instansiya məhkəməsinin 09.08.2016-cı il tarixli iş № 2-1(81)-489/2016, (sədrlik edən hakim Tahirə Əsədova) qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 09.08.2016-cı il tarixli qəra rının ləğv edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 24.08.2017-ci il tarixli iş № 2-1(103)-57/2017 (hakimlər Abiyeva Kəmalə - sədrlik edən və məruzəçi, Sərvət Hüseynov və Ülvi Mayılov) qərarı ilə birinci instansiya məhkəməsinin 09.08.2016-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin 24.08.2017-ciil tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul edilməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqt isadi Kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 31.01.2018-ci il tarixli iş № 2-1(102)108/2018 (hakimlər İlqar Dadaşov - sədrlik edən və məruzəçi, Kəmaləddin Bədəlov və Sevda Hüseynova) qərarı ilə kasasiya şikayətinin qismən təmin olunması, iş üzrə apelyasiya instansiya məhkəməsinin 24.08.2017-ciil tarixli, 2-1(103)57/2017 saylı qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin 26.02.2019-cu il tarixli iş № 2-1(103)-90/2019 (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Həmid Həmidov və Vüsalə Baxışova) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin2-1(81)489/2016 saylı 09 avqust 2016-cı il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddiaçının cavabdehə qarşı “məhkəmə araşdırması aparmaqla Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının 02 sentyabr 2015-ci il tarixli 2875 nömrəli məktubla imtinasının əsassız hesab edilməsi, onun hərbi xidmət dövründə xəstələndiyini nəzərə alaraq, xəstəliyini hərbi xidmət dövründə qazandığı barədə 08 sentyabr 2014-cü il tarixli 1536 nömrəli Xəstəlik haqqında Şəhadətnaməsində dəyişiklik edilərək, hərbi xidmət dövründə xəstəliyi qazandığının xüsusilə qeyd olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,iddiaçı hərbi xidmətə çağırılarkən o, hərbi xidmətə yararlı olmuş, lakin İddiaçı hərbi xidmətdə işlər gördürüblər və o, İİ dərəcəli skolioz xəstəliyinə tutulub, İİ dərəcəli skolioz məhz iddiaçının hərbi xidmətdə olduğu dövrdə olub və bu inkar edilməz faktdır. İddiaçının hərbi biletinin 2-ci səhifəsindən də görünür ki, o, 2014-cü ilin yanvar ayında hərbi xidmətə yararlı sayılmışdır. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübə və Tədris Birliyi tərəfindən verilmiş T10/2019 saylı ekspert rəyində də ziddiyyətli məqamlar vardır. Belə ki, həmin rəyin tədqiqatlar və tibbi sənədlərdən məlumatlar bölməsinin birinci abzasından görünür ki, DQ-nin rentgen müayinəsində əsas TİTD-də olan (10°) İ dərəcə S-vari skolioz qeyd olunur. Travmatoloq: Diaqnoz: onurğanın döş fəqərəsinin əsası THD-də olan birinci dərəcə (10°) skoliozu MN-nin 123 saylı n / qrafası ilə hərbi xidmətə yararlıdır, lakin, həmin rəyin nəticə hissəsində isə ekspertlər qeyd edir ki, guya iddiaçı İİ dərəcəli skoliozdan anadan gəlmə əziyyət çəkir və guya bu hərbi xidmətlə bağlı deyildir, halbuki 2018-ci il tarixdə verilmiş digər ekspertin rəylərində iddiaçının 14 dərəcəli skoliozdan əziyyət çəkdiyi qeyd olunur, əgər iddiaçıda anadan gəlməsi 15 dərəcəli skolioz olmuşdursa onda niyə bəzi sənədlərdə İddiaçı 10 dərəcəli skoliozdan, bəzilərində 14 dərəcəli skoliozdan, axırıncı ekspert rəyində isə 15 dərəcəli skoliozdan əziyyət çəkdiyi qeyd olunur? İlkin sənədlərdə isə iddiaçının ümumiyyətlə tam sağlam olması bildirilir. Necə olur ki, ekspertlər bir rəy verir halbuki, həmin rəyin bir yerində qeyd olunur ki, iddiaçı MN-nin 123 saylı n İ qrafası ilə hərbi xidmətə yararlıdır, amma digər y erində (nəticə hissəsində) müəyyən olunur ki, iddiaçıda İİ dərəcəli skolioz anadan gəlmədir. Bu ziddiyyətlərin daha da geniş araşdırılması üçün iddiaçının nümayəndəsi tərəfindən vəsatət verilmiş, ədalətli məhkəmə araşdırılması aparılması üçün 05 dekabr 2018-ci il tarixli T-10/2019 saylı rəyi vermiş ekspertlər Kazımov Murtuzalı, X3, X1 məhkəmə iclasına dəvət edilməsini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Lənkəran rayon şöbəsi tərəfindən aparılmış müayinənin 25 yanvar 2014cü il tarixdə AR-sı Müdafiə Nazirliyinin 051 nömrəli (Bərdə korpusu) hərbi hissədə tibbi müayinədən keçməyi və hərbi xidmətə yararlı olduğu, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə tibbi müayinədən keçməyi və hərbi xidmətə yararlı olduğunu təsdiq edən tibbi müayinə sənədlərinin və flüoroqrafiya və onurğa sümüyünün rentgenoqrammasının şəklini (plyonkasını) məhkəməyə təqdim edilməsinin AR Müdafiə Nazirliyindən tələb edilməsini və obyektiv və qanuni ekspertiza rəyi alınması üçün komisyon məhkəmə-tibb ekspertizasının təyin edilməsi xahiş edilsə də məhkəmə əsassız olaraq həmin vəsatəti rədd etmişdir. Nəticədə iş, hərtərəfli obyektiv və tam araşdırılmamışdır. Axırıncı ekspertiza rəyində, digər rəylərdə olan ziddiyyətlərə hüquqi qiymət verilməmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 fevral 2019-cu il tarixli, 2-1(103)-90/2019 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən id diaçının vəkili R.Sadıxadə kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 26 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə da, iddiaçının vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 26 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili G.İlyasova kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 26.02.2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 26.02.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiya məhkəməsinin 26 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,iddiaçı hərbi xidmətə çağırılarkən o, hərbi xidmətə yararlı olmuş, lakin Rüstəmə Kərimov hərbi xidmətdə işlər gördürüblər və o, İİ dərəcəli skolioz xəstəliyinə tutulub İİ dərəcəli skolioz məhz iddiaçının hərbi xidmətdə olduğu dövrdə olub və bu inkar edilməz faktdır. İddiaçının hərbi biletinin 2-ci səhifəsindən də görünür ki, o, 2014-cü ilin yanvar ayında hərbi xidmətə yararlı sayılmışdır. Səhiyyə Nazirliyinin Məhkəm ə-Tibbi Ekspertiza və X4-Təcrübə və Tədris Birliyi tərəfindən verilmiş T10/2019 saylı ekspert rəyində də ziddiyyətli məqamlar vardır. Belə ki, həmin rəyin tədqiqatlar və tibbi sənədlərdən məlumatlar bölməsinin birinci abzasından görünür ki, DQ-nin rentgen müayinəsində əsas TİTD-də olan (10°) İ dərəcə S-vari skolioz qeyd olunur. Travmatoloq: Diaqnoz: onurğanın döş fəqərəsinin əsası THD-də olan birinci dərəcə (10°) skoliozu MN-nin 123 saylı n / qrafası ilə hərbi xidmətə yararlıdır, lakin, həmin rəyin nəticə hissəsində isə ekspertlər qeyd edir ki, guya iddiaçı İİ dərəcəli skoliozdan anadan gəlinə əziyyət çəkir və guya bu hərbi xidmətlə bağlı deyildir, halbuki 2018-ci il tarixdə verilmiş digər ekspertin rəylərində iddiaçının 14 dərəcəli skoliozdan əziyyət çəkdiyi qeyd olunur, əgər iddiaçıda an adan gəlməsi 15 dərəcəli skolioz olmuşdursa onda niyə bəzi sənədlərdə İddiaçı 10 dərəcəli skoliozdan, bəzilərində 14 dərəcəli skoliozdan, axırıncı ekspert rəyində isə 15 dərəcəli skoliozdan əziyyət çəkdiyi qeyd olunur? İlkin sənədlərdə isə iddiaçının ümumiyyətlə tam sağlam olması bildirilir. Necə olur ki, ekspertlər bir rəy verir halbuki, həmin rəyin bir yerində qeyd olunur ki, iddiaçı MN-nin 123 saylı n İ qrafası ilə hərbi xidmətə yararlıdır, amma digər yerində (nəticə hissəsində) müəyyən olunur ki, iddiaçıda İİ dərəcəli skolioz anadan gəlmədir. Bu ziddiyyətlərin daha da geniş araşdırılması üçün iddiaçının nümayəndəsi tərəfindən vəsatət verilmiş, ədalətli məhkəmə araşdırılması aparılması üçün 05 dekabr 2018-ci il tarixli T-10/2019 saylı rəyi vermiş ekspertlər Kazımov Murtuzalı, X3, X1 mə hkəmə iclasına dəvət edilməsini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Lənkəran rayon şöbəsi tərəfindən aparılmış müayinənin 25 yanvar 2014cü il tarixdə AR-sı Müdafiə Nazirliyinin 051 nömrəli (Bərdə korpusu) hərbi hissədə tibbi müayinədən keçməyi və hərbi xidmətə yararlı olduğu, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə tibbi müayinədən keçməyi və hərbi xidmətə yararlı olduğunu təsdiq edən tibbi müayinə sənədlərinin və flüoroqrafiya və onurğa sümüyünün rentgenoqrammasının şəklini (plyonkasını) məhkəməyə təqdim edilməsinin AR Müdafiə Nazirliyindən tələb edilməsini və obyektiv və qanuni ekspertiza rəyi alınması üçün komisyon məhkəmə-tibb ekspertizasının təyin edilməsi xahiş edilsə də məhkəmə əsassız olaraq həmin vəsatəti rədd etmişdir. Nəticədə iş, hərtərəfli obyektiv və tam araşdırılmamışdır. Axırıncı ekspertiza rəyində, digər rəylərdə olan ziddiyyətlərə hüquqi qiymət verilməmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş ekspert rəylərinə əsasən müəyyən olunur ki, iddiaçının xəstəliyi (onurğa sütununun döş nahiyəsinin İİ mərhələdə təsbit olunmuş skolioz) anadangəlmə xəstəlik olduğundan hərbi xidmət dövründə yaranması istisna olunur. Həmin ekspert rəyinə əsasən, müəyyən olunur ki, bu xəstəliyin fəsadı olaraq, yaranmış Th3-Th6 fəqərə cisimlərinin pazvari deformasiyası isə bu xəstəliyin deformasiyası hərbi xidmət dövrü ilə əlaqəli o la bilməz. Eyni zamanda iddiaçıya izah olunur ki, hərbi xidmətə çağırışla bağlı narazılığı olduğu təqdirdə, onun ziyanla bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 26.02.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.02.2019-cu il tarixli 21(103)-90/2019 nömrəli qərarı dəyişdirilməd ən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar