Məhkəmə qərarları › İş №2-1(102)-2937/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2937/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2937/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində D övlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 60 yaşdan xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2023-ci il tarixli, 2-1(103)-1443/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

2. Cavabdeh 09 may 2021-ci il tarixli **********7 nömrəli imtina məktubunda bildirmişdir ki, təqdim edilən 15 yanvar 1986-ci il tarixli İT-İ ******* nömrəli və 3 0 yanvar 1989-cu il tarixli İT- İ ******* nömrəli əmək kitabçalarında qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 6 ay 24 gün (xx.xx.1977xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1983-cü il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1987xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1989-cu il, xx.xx.2005-xx.xx.2006-cı il, xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona xx.xx.2019-cu il tarixdən güzəş tli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xx.xx.2019-cu il tarixə ümumi sığorta stajı 25 il olmaqla, bu müddətin 12 il 6 aydan çox müddəti əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə aid staj olmuşdur. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı müvafiq sənədlərlə xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ümumi iş stajının 25 ildən az, yəni 24 il 6 ay 24 gün olması əsas gətirilərək ona güzəştli şərtlərlə pensiya təyinatından xx.xx.2021-ci il tarixli məktubla imtina edilmişdir. Təqdim edilən xx.xx.1986-cı il tarixli İT-№0848997 nömrəli və xx.xx.1989-cu il tarixli İT-İ №1939415 nömrəl i əmək kitabçalarından, şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış və hərbi biletdən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixə artıq onun güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Belə ki, hərbi xidmət dövrü- (xx.xx.1977- xx.xx.1979-cu il) 2 il 1 ay 3 gün (əsas: hərbi bilet); əmək fəaliyyəti üzrə sığorta stajı;) (xx.xx.1979- xx.xx.1983) 3 il 10 ay 26 gün (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 2-3-cü səhifələr), (xx.xx.1983xx.xx.1986) 2 il 10 ay (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 3-5 səhifələr) qeyd: Həmin müddət Mərkəz tərəfindən hər hansı səbəb göstərilmədən iş stajı kimi nəzərə alınmamışdır. (xx.xx.1986- xx.xx.1986) 1 ay 5 gün (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 4-5 səhifələr), (xx.xx.1986- xx.xx.1986) 1 ay 29 gün (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 4-5 səhifələr), (xx.xx.1986- xx.xx.1986) 1 ay 2 gün (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 6-7 səhifələr), (xx.xx.1987- xx.xx.1987) 1 ay (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 8-9 səhifələr), (xx.xx.1987- xx.xx.1987) 2 ay 15 gün (əsas: İT№0848997 nömrəli əmək kitabçası 8-9 səhifələr), (xx.xx.1988-01.1 1.1988) 9 ay 2 gün (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 10-11 səhifələr), (xx.xx.1988- xx.xx.1989) 6 ay 10 gün (əsas: İT-№0848997 nömrəli əmək kitabçası 12-13 səhifələr), (xx.xx.1989xx.xx.1989) 5 ay 20 gün (əsas: İT- №0848997 nömrəli əmək kitabçası 12-13 səhifələr), (xx.xx.2005- xx.xx.2006) 1 il 24 gün (əsas: İT-İ №1939415 nömrəli əmək kitabçası 4-5 səhifələr).qeyd: Göstərilən müddətdən 3 ay 2 gün əksik hesablanmışdır. (xx.xx.2006 xx.xx.2021) 14 il 11 ay 25 gün əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 11-ci bəndində/ 11.1.a/ (yarımbəndində) müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyəti ilə eynidir. (əsas: "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun 92 nömrəli xx.xx.2021-ci il tarixli arayışı). İddiaçı hal hazıradək həmin işlərdə işləyir. Göründüyü kimi pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixə 25 il ümumi iş stajına malik olmuş, bu müddətin 12 il 6 aydan çox müddəti 12 il 8 ay 14 günü güzəştli şərtlərlə pensiya hüququ verən işlər olmuşdur. Artıq həmin tarixdə 60 yaşı tamam olmuşdur və pensiya kapitalında əmək pensiyasının minimum məbləğindən az olmayan vəsait vardır. Lakin Mərkəz tərəfindən pensiya hüqu qunun yarandığı xx.xx.2019-cu il tarixə kimi olan iş stajı (xx.xx.1983-xx.xx.1986) 2 il 10 ay və (xx.xx.2005-xx.xx.2006) 1 il 24 gündən 3 ay 2 gün əksik hesablanmaqla ümumilikdə 3 il 1 ay 2 gün müddət əsassız olaraq iş stajı kimi nəzərə alınmamışdır.

5. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz təqdim etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2-1(112)-5899/2022 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

7. Məhkəmə qeyd etmişdir ki, işdə olan iddiaçıya məxsus əmək kitabçalarına və hərbi biletinə əsasən iddiaçının xx.xx.2019-cu il tarixinə 25 il ümumi stajı olması təsdiq olunur. Cavabdeh iddiaçının əmək kitabçasının 14-1 5-ci səhifələrində xx.xx.1991-ci il tarixinə aid qeydlərdə sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunması və həmin səhifələrdə xx.xx.1991-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində aparılmış qeydlərdə möhürün oxunması mümkün olmaması səbəbindən həmin dövrləri ümumi stajına daxil etməmiş, nəticədə iddiaçının ümumu iş stajı 25 ildən az (24 il 6 ay 24 gün) olması əsası ilə güzəştli şərtlərlə pensiyanın təyin edilməsindən imtina etmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçalarının mötəbər sənəd olmamasına dair hər hansı bir sübut təqdim edilməmişdir.

8. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icra at

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2023-ci il tarixli, 2-1(103)-1443/2023 nömrəli qərarı ilə (hakimlər: hakimlər: A.Oruczadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və R.Səmədov) Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmiş, iddiaçıya xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş fərqli əmək kitabçalarındakı 1989-2004-cü illər arasındakı dövrlərlə bağlı fərqli iş yerində (fərqli şəhərdə) işlədiyi barədə məlumatların (xx.xx.1989-xx.xx.2004-cü illərdə Keşlə ət kombinatında və xx.xx.1991-xx. xx.2004-cü illərdə Beyləqan rayon 24 saylı TTS-də işlədiyi dövrlər) mövcudluğunu və məhkəmə iclaslarında iddiaçı tərəfindən sözügedən dövrlərdə hansı iş yerində işləməsi barədə dəqiq məlumatın verilə bilməməsi səbəbindən cavabdeh inzibati orqan tərəfindən həmin dövrlər üzrə gəlinən nəticə ilə razılaşmışdır. Həmçinin, məhkəmə cavabdehin sorğuya cavab məktubunda iddiaçının xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr üzrə fərdi hesabının sığorta hissəsinə ödənilmiş məcburi sosial sığorta haqları qeydə alınmaması səbəbindən həmin dövrlərin nəzərə alınmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da, lakin iddiaçının Jdanov beton zavodunda xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilədək armaturçu peşəsində işlədiyi müddətin ümumi iş stajında nəzərə alınmalı olduğu barədə qənaətə gəlmişdir. Belə ki, cavabdeh inzibati orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasında qeyd edilən dövr üzrə arxiv sənədlərinin aşkar edilməməsi səbəbindən ümumi iş stajına daxil edilmədiyi barədə izahat vermişdir. Baxmayaraq ki, iddiaçı Jdanov beton zavodunda xx.xx.1979-cu ildən işləməyə başlamış, xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilədək olan dövrdə fəhlə peşəsindəki müddət mübahisələndirilməmişdir. Odur ki, iddiaçının Jdanov zavodunda 1983-1986-cı illər arasında armaturçu işləməsinə dair arxiv sənədlərinin mövcud olmaması vətəndaşın ziyanına şərh edilə bilməz, həmçinin, iddiaçının əmək kitabçasında qeyd edilən dövrlərlə bağlı qeydlərdəki məlumatın mötəbərliyinə şübhələr mövcud deyildir.

11. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, ş üzrə araşdırma nəticəsində müəyyən edildi ki, iddiaçını n 60 yaşı 19 noyabr 2018-ci il tarixdə tamam olmasına baxmayaraq, qanunla tələb olunan 25 il ümumi iş stajı 25 may 2019-cu il tarixində tamamlanmışdır. Odur ki, iddiaçının pensiya hüququ qanunvericiliklə tələb olunan bütün şərtlərin tamamlandığı tarixdən yaranmış hesab edilməlidir.

12. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 07 sentyabr 2023-ci il tarixli, 2-1(103)-1443/2023 nömrəli qərarını d TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

16. Azərbaycan Respub likası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir....

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”

1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsa s sənəddir. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

19. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, mə hkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman pro sessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhk əməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. Cavabdehin iddiaçının tələbini təmin edilməməsinə səbəb, onun 25 ildən az (24 il 6 ay 24 gün) ümumi iş stajının olmasıdır. Belə ki, cavabdeh iddiaçının Jdanov beton zavodunun dəmir-beton sexində xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilədək armaturçu peşəsində işlədiyi müddəti ümumi iş stajı kimi qəbul etməmişdir. Həmçinin, Keşlə ət kombinatı zavodunda işlədiyi xx.xx.1989-xx.xx.2004-cü illərin və “X1 və Dış Ticarət Limited” Şirkətinin Azərbaycan filialında 4-cü dərəcəli tökməçi peşəsində işlədiyi xx.xx.2006-xx.xx.2006-cı illərin iddiaçının ümumi iş stajında nəzərə almamışdır.

29. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən təqdim edilmiş fərqli əmək kitabçalarındakı 1989-2004-cü illər arasındakı dövrlərlə bağlı fərqli iş yerində (fərqli şəhərdə) işlədiyi barədə məlumatların (xx.xx.1989xx.xx.2004-cü illərdə Keşlə ət kombinatında və xx.xx.1991-xx.xx.2004-cü illərdə Beyləqan rayon 24 saylı TTS-də işlədiyi dövrlər) mövcuddur. Apellyasiya məhkəməsinin iclaslarında da iddiaçı tərəfindən sözügedən dövrlərdə hansı iş yerində işləməsi barəd ə dəqiq məlumatın verilə bilməmişdir. Bu səbəbdən apellyasiya məhkəməsi düzgün olaraq cavabdeh inzibati orqanın ən həmin dövrlər üzrə gəlinən nəticəsi ilə razılaşmışdır.

30. Lakin iddiaçının Jdanov beton zavodunda xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilədək armaturçu peşəsində işlədiyi müddət ilə bağlı qeyd edilməlidir ki, iddiaçının əmək kitabçasından görünür ki, o, həmin zavodda xx.xx.1979-cu ildən işləməyə başlamış, xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilədək olan dövrdə fəhlə peşəsində işləmişdir. Cavabdeh tərəfindən də bu hal mübahisələndirilməmişdir. 31. 1983-1986-cı illər arasında iddiaçının armaturçu peşəsində işləməsinə dair arxiv sənədlərinin mövcud olmaması ilə bağlı qeyd edilməlidir ki, həmin dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında b ununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir.

32. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı qərarın 16-18-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən iş stajı onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir.

33. İddiaçıya məxsus sənədlərin arxivə təhvil verilməsi və lazımi qaydada saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından, qeyd edilən hal da onun ziyanına şərh edilə bilməz.

34. Həmçinin qeyd edilməlidir ki, iddiaçının müəyyən olunmuş yaş həddinə çatması, azı 12 il 6 ay xüsusi iş stajının mövcud olması, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir.

35. Yuxarıda istinad olunanlara görə və qeyd edilən səbəblərdən iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.

36. Məhkəmə kollegiyası hesab edir ki, iddi açıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

37. İddiaçıya hüququnun yarandığı tarixdən (xx.xx.2019-cu ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə apellyasiya məhkəməsinin qərarı əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 sentyabr 2023-ci il tarixli, 2-1(103)-1443/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar