Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-294/2019 06.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-294/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İddiaçı iştirakı, M.Həsənovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə qarşı pensiyanın ye nidən hesablanması və s. tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)1749/2018 saylı qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsi və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial X2 rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək, xx xxxxxxxx 1940-cı il tarixində Bakı şəhərində anadan olduğunu, 1972-1977-ci illərdə X1 Respublikasında, 1983-1986-cı illərdə isə Mali Respublikasında ezamiyyətdə olduğunu, bu səbəbdən iş yeri olan Azərbaycan Dövlət Neft Akademiyasında müəllim işlədiyi müd dətdə aldığı əmək haqqının və İddiaçı nəsli represiya məruz qaldığı dövrdə ailənin 1941-ci ildə represiyaya uğraması ilə əlaqədar 1956-cı ildə onun ailəsinə verilən reabilitasiya arayışı əsasında hesablandığını, göstərilən sənədlərin 2002-ci ildə DSMF Bakı şəhəri Xətai rayon Şöbəsinə təqdim edildiyini, pensiya hesablanarkən müəllimlərin orta əmək haqqına məhdudiyyət qoyulduğundan, əmək haqqının orta məbləğinin düzgün hesablanmadığını, xaricə ezam olunduğu müddətdə Bakı şəhərində əsas iş yerində əsas əmək haqqının 60 faizi saxlanılması şərti ilə əmək haqqının Əlcəzairdə 344,8 invalyut manatdan 465,0 invalyut manata qədər, Mali Republikasında isə 448,0 invalyut manat təşkil etdiyini, ümumilikdə onun 48 ildən çox əmək stajı olduğunu, ona DSMF-nun Xətai rayon Şöbəsi tərəfindən pensiya təyin ed ilərkən səhvlərə yol verildiyini, əmək pensiyasının az hesablandığını, əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə cavabdeh inzibati orqana etdiyi müraciətə sonuncu, xxxx 2017-ci il tarixli məktubla xxxx 2006-cı il tarixdən ölkədə sosial sığorta münasibətlərinə əsaslanan əmək pensiyaları sisteminin tətbiq olunduğuna, pensiyaçıların sosial müdafiəsinin dövlət tənzimlənməsi və bazar münasibətləri əsasında təminatın müasir forması yarandığına, əvvəlki pensiya sistemi ilə əhatə olunmuş şəxslərin pensiya təminatının yeni normalara uyğunlaşdırıldığına və onların yeni sistemin iştirakçısına çevrilməsi, o cümlədən pensiyaların artımı və indeksləşdirilməsinin yeni qaydaları ilə əhatə olunmalarının təmin edildiyinə, Azərbaycan Respublikasının 2009-cu il xxxx tarixli 904-İİİ QD nömrəli qə rarına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa edilən əlavə və dəyişikliyə uyğun olaraq 2010-cu ilin xxxx 2006-cı ilin xxxx mövcud olmuş pensiya sistemi sosial sığorta prinsiplərinə əsaslanmadığından, həmin dövrdə qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsində əmək haqqına istinadın aradan qaldırıldığına, hesablamaların vahid əmək stajı göstəricilərinə əsasən aparılmasının təmin edildiyinə istinad etməklə, imtina etdiyini bildirərək, onun 19721977-ci illərdə X1 Respublikasında, 1983-1986-cı illərdə isə Mali Respublikasında işlədiyi dövrdə aldığı əmək haqları və həmin dövrdə əsas iş yerində saxlanılan əmək haqları nəzərə alınmaqla, xxxx 2008-ci il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu və 27-ci maddələrinin xxxx 2010- cu il tarixədək qüvvədə olan tələbləri əsasında yenidən hesablanması və keçmiş dövr ərzində yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(82)1187/2017 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 1972-1977-ci illərdə X1 Respublikasında, 1983-1986-cı illərdə Mali Respublikasında işlədiyi dövrdə aldığı əmək haqları və həmin dövrdə əsas iş yerində saxlanılan əmək haqları nəzərə alınmaqla xxxx 2008-ci il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu və 27-ci maddələrinin xxxx 2010-cu il tarixədək qüvvədə olan tələbləri əsasında yenidən hesablanması və keçmiş dövr ərzində yaranmış fərq məbləğini n birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim – R.L.Kərimli). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1749/2018 saylı qərarı ilə (sədrlik edən K.N.Abiyeva, hakimlər M.N.Tağızadə və Ü.A.Mayılov) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsi və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları xxxx 2006-cı ildən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanunu ilə tənzimlənir, ölkəmizdə əhalinin sosial müdafiəsi sahəsində beynəlxalq standartlara uyğun aparılan islahatlar nəticəsində 2006-cı il xxxx tarixdən sosial sığorta prinsiplərinə əsaslanan sığorta-pensiya sistemi fəaliyyətə başlamış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi bu sistemin qanunvericilik bazasını formalaşd ırmış, həmin tarixdən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu və həmrəylik prinsipinə əsaslanan əvvəlki pensiya sisteminin bütün normaları qüvvədən düşmüş, «Azərbaycan Respublikasının 2009-cu il xxxx tarixli 904- 11İQD nömrəli Qanununa əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa edilən əlavə və dəyişikliklərə uyğun olaraq 2010cu ilin xxxx 2006-cı ilin xxxx mövcud olmuş pensiya sistemi sosial sığorta prinsiplərinə əsaslanmadığından, həmin dövrdə qazanılmış pensiya hüquqlarnın müəyyənləşdirilməsində əmək haqqına istinad aradan qaldırılmış (Qanunun 27-ci maddəsi dəyişdirilmiş), hesablamaların vahid prinsiplə əmək stajı göstəricisinə əsasən aparılması təmin edilmişdir. Tərəflərin izahatları İddiaçı məhkəmə kollegiyasının iclasınd a vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. Cavabdeh Dövlət Sosial X2 rayon Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Dövlət Sosial X2 rayon Şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən h üquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1749/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx xxxxxxxx 1940-cı il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır, iddiaçıya cavabdeh or qan tərəfindən xxxx 2004-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçı, mütəxəssis kimi Əlcəzairdə və Malidə müəllim vəzifəsində işlədiyi illər nəzərə alınmaqla, pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu, xxxx 2017ci il tarixli məktubla Azərbaycan Respublikasının xxxx 2009-cu il tarixli, 904-İİİ QD saylı qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilən əlavə və dəyişikliyə uyğun olaraq 2010-cu il xxxx 2006-cı il xxxx mövcud olmuş pensiya sistemi sosial sığorta prinsiplərinə əsaslanmadığından, həmin dövrdə qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsində əmək haqqına istinadın aradan qaldırıldığına, hesablamaların vahid əmək stajı göstəricilərinə əsasən aparılmasının təmin edildiyin ə istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş 01-89 saylı, xxxx 2017-ci il tarixli arxiv arayışına görə İddiaçı 1972-1977-ci illərdə SSRİ-nin Ali və Orta Təhsil Nazirliyinin mütəxəssisi kimi Əlcəzairdə mühəndis laborant müəllim, 1983-1986-cı illərdə isə Malidə müəllim vəzifəsində işləmiş, Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinin xxxx 2017-ci il tarixli arayışına görə iddiaçının 01.01.2006-cı il tarixdən xxxx 2017-ci il tarixədək 11 il sığorta stajı, fərdi hesabın sığorta hissəsində xxxx 2017-i il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi və ödənilmiş məcburi dövlət sığorta haqları nəzərə al ınmaqla, 15.223.34 manat pensiya kapitalı var, iddiaçıya əmək pensiyası təyin olunarkən X1 Respublikasında və Mali Respublikasında işlədiyi illərin orta aylıq əmək haqqı nəzərə alınmamış, xxxx 2008ci ildən etibarən pensiya məqsədləri üçün orta aylıq əmək haqqına məhdudiyyətin götürülməsinə baxmayaraq, iddiaçının aldığı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 26.2-ci maddəsinin tələbləri qaydasında yenidən hesablanmamış, iddiaçı tərəfindən qeyd edilən illərdə aldığı əmək haqqı barədə müvafiq arayış cavabdeh inzibati orqana təqdim olunmuş, beləliklə, iddiaçının X1 Respublikasında və Mali Respublikasında işlədiyi illərin orta aylıq əmək haqqınəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanmaması pensiya qanunvericiliyinə uyğun olmadığından, cavabdehin imtinası qanunsuz və əsass ızdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci ilin xxxx keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Qanunun 26.1-ci maddəsinə əsasən (Qanunun xxxx 2009-cu il ədək olan redaksiyası) bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Qanunun 26.2-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta ayl ıq əmək haqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Həmin maddənin qeydinə görə maddə 2008-ci il xxxx tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilir (26.2-ci maddə və həmin maddənin “Qeyd” hissəsi xxxx 2010-cu il tarixdən qüvvəyə minmiş xxxx 2009-cu il, 904-İİİQD №-li qanunla çıxarılmışdır). Qanunun 26.3-3-cü maddəsinə əsasən 2006-cı il xxxx pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış və mövcud pensiya məbləğlərindən daha yüksək olan məbləğ pensiya t əyinatı üçün əsas götürülür. (xxxx 2011-ci il, № 128-İVQD qanunla əlavə edilmişdir. “Azərbaycan” qəzeti, 10 iyun 2011-ci il, № 124-də dərc edilmişdir). "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər Qanunun (xxxx 2017-ci ilədək olan redaksiyası) 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddia çıya əmək pensiyası təyin olunarkən X1 Respublikasında və Mali Respublikasında işlədiyi illərin orta aylıq əmək haqqının nəzərə alınmadığını, xxxx 2008-ci ildən etibarən pensiya məqsədləri üçün orta aylıq əmək haqqına məhdudiyyətin götürülməsinə baxmayaraq, iddiaçının aldığı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 26.2-ci maddəsinin tələbləri qaydasında yenidən hesablanmadığını, iddiaçı tərəfindən mübahisəli illərdə aldığı əmək haqqı barədə müvafiq arayışın cavabdeh inzibati orqana təqdim olunduğunu, beləliklə, iddiaçının X1 Respublikasında və Mali Respublikasında işlədiyi illərin orta aylıq əmək haqqınəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanmamasının pensiya qanunvericiliyinə uyğun olmadığını, iddiaçı 2004-cü ildən pensiyaya çıxdığı üçün Azərbaycan Respublikasının xxxx 2009-cu il tarixli Qanununa əsasən «Əmək pensiyaları haqqında» Qanununa edilmiş və xxxx 2010-cu ildən qüvvəyə minmiş dəyişiklik ona tətbiq edilə bilmədiyinə görə cavabdehin imtinasının qanunsuz və əsassız olduğunu nəzərə alaraq kassasiya şikayətinin bununla bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəmə sinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 21(103)-1749/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-1749/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-294/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-294/2019
06.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver