Məhkəmə qərarları › İş №2-1(102)-294/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-294/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-294/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun qeydə alınması, torpaq sahəsinin qismən yüklü olması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Da şınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs X4, bundan sonra üçüncü şəxs) “JN-295F kod 30406028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ona məxsus torpaq sahəsinə mülkiyyət hüququnun təkrar qeydiyyata alınması, 2005-ci ildə Sincanboyad bələdiyyəsi tərəfindən X3 ayrılmış torpaq sahəsinin kadastr məlumatlarının qeydiyyatı zamanı buraxılmış kobud texniki səhvin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-06/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halla rı

1. Şabran (keçmiş Dəvəçi) rayon Sincanboyad bələdiyyəsinin x xxxxxx 2006-cı il tarixli 01 N-li qərarı ilə bələdiyyə tərəfindən 0,10 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçıya satılmışdır.

2. DT və XK-nin Şabran (keçmiş Dəvəçi) rayon şöbəsi tərəfindən verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-295F saylı kod 30406028 saylı şəhadətnamə Dəvəçi rayon Sincanboyad bələdiyyəsinin x xxxxxx 2006-cı il tarixli 01 saylı qərarına əsasən iddiaçıya satılmış torpaq sahəsinə dair tərtib edilmişdir.

3. Şabran (keçmiş Dəvəçi) rayon Sincanboyad bələdiyyəsinin xx xxxxxxxx 2005-ci il tarixli 24 N-li qərarı ilə bələdiyyə tərəfindən 0,05 ha torpaq sahəsi kommersiya obyektinin tikintisi məqsədi ilə üçüncü şəxsə satılmışdır.

4. İddiaçı 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh xx.xx.2013-cü il tarixli imtina bildirişində həmin torpaq sahəsinin digər vətəndaşların mülkiyyətində olan torpaq sahələrinin üzərinə düşməsinə və həmin torpaq sahəsində tikililərin mövcud olmasına, sonrakı imtina cavablarında isə iddiaçının iddia tələbinin məhkəmə tərəfindən mümkün sayılmadığına istinad edərək onun ərizəsinin təmin olunmasından imtina etmişdir. Sonuncu dəfə cavabdeh xx.xx.2017-ci il tarixli məktubunda bildirmişdir ki, araşdırma zamanı sözügedən şəhadətnamənin idarənin elektron baza kadastr xəritə materiallarında əks olunmamışdır və göstərilən torpaq sahəsi üzərində digər şəxsin mülkiyyət hüququ qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı xx xxxx 2017-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-295F kod 30406028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ona məxsus torpaq sahəsinə mülkiyyət hüququnun təkrar qeydiyyata alınması, 2005-ci ildə Sincanboyad bələdiyyə tərəfindən X3 ayrılmış torpaq sahəsinin kadastr məlumatlarının qeydiyyatı zamanı buraxılmış kobud texniki səhvin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi buraxılmış texniki səhv nəticəsində iddiaçıya məxsus torpaq sahəsinə yeni koordinat sistemi üzrə 2011-ci ildə torpaq sahəsinin plan və ölçü sənədi əsasında üçüncü şəxsə xx.xx.2011-ci il tarixli çıxarış ve rilmişdir. Sonuncu iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahəsini xx.xx.2005-ci il tarixdə əldə etmişdir, lakin torpaq 2011-ci ildə dövlət reyestrində qeydiyyata alınmışdır. Yeni Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun çəkilməsi zaman, onun torpaq sahəsi yolun mühafizə zolağına düşmüş və bu səbəbdən iddiaçının torpaq sahəsinə dair plan və ölçü sənədi almışdır. İddianın maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3, 9.1.2-ci maddələrinə istinad edilmişdir.

7. İş üzrə təyin edilmiş və Daşınmaz əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 4 saylı X11 İdarəsinin mütəxəssisinin iştirakı ilə keçirilmiş məhkəmə-texnikitikinti ekspertizasının xx xxxx 2018-ci il tarixli 2572 saylı rəyinə əsasən Şabran rayon Sincanboyad bələdiyyəsinin x xxxxxx 2006-cı il tarixli 01 saylı qərarına əsasən iddiaçıya satılmış 0,10 ha torpaq sahəsinin naturada mövcud olduğu və həmin torpaq sahəsinin koordinatları daxilində DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən başqa şəxslərə verilmiş **********48 və **********47 saylı çıxarışların koordinatlarının qeydə alındığı müəyyən edilmişdir.

8. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X7, 2-1(85)-131/2018 saylı iş) xx xxxx 2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyinə görə iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb etmək hüququna malikdir. Lakin həmin torpaq sahəsi hal-hazırda hüquqi cəhətdən yüklü olduğundan, yəni başqa şəxslərin hüquqları qeydə alındığından iddiaçını n tələbini təmin etmək mümkün deyildir.

10. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X6-məruzəçi, X8 və X5, 2-1(105)06/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

12. İddiaçı x xxxxxx 2020-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icr aatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

13. İş materiallarından da göründüyü kimi hazırkı cavabdeh tam olaraq qanunsuz və əsassız olaraq iddiaçıya məxsus torpaq sahəsini digər şəxslərin adına rəsmiləşdirmişdir. Bu faktlar iş materialları və ekspert rəyləri ilə tam sübut olunmuşdur.

14. Hazırda məhkəmənin istinad etdiyi hal - maraqlı şəxslərin iddiaçının torpaq sahəsinə hüququnun olması halı məhkəmə iclasında tam sübuta yetirilmişdir. Lakin məhkəmənin gəldiyi nəticəyə görə iddiaçı ümumi məhkəməyə müraciət edərək üçüncü şəxslərin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu mübahisələndirdikdən və bu yolla ona satılmış torpaq sahəsini hüquqi cəhətdən yüklülükdən azad etdikdən sonra həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını iddia edə bilər.

15. M əhkəmənin bu tələbi hansı hüquq normasına əsaslanır? yəni məhkəmə hansı məntiqə və hansı normaya əsasən bu nəticəyə gəlib ki, “iddiaçı ümumi məhkəməyə müraciət edərək üçüncü şəxslərin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu mübahisələndirdikdən və bu yolla ona satılmış torpaq sahəsini hüquqi cəhətdən yüklülükdən azad etdikdən sonra həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını iddia edə bilər”.

16. İddiaçı hesab edir ki, məhkəmənin bu nəticəyə gəlməsində hər hansı hüquq norması yoxdursa onda bu gəlinən nəticə qanunsuz hesab olunmalıdır. Əks halda məhkəmənin qəbul etdiyi qərar qanunvericiliyin tələblərinə uyğun olmur. Çünki, İPM-in 69.4-cü maddəsində qeyd olunur ki, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Üçüncü şəxs məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün çıxışlarda iştirak etməmişdir.

19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü mad dəsi). Tətbiq edilən hüquq 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə q aydasında həll edilir. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-); 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). 11.1. Hü quqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlə rin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etir az edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayə tlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlə rində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkə mə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qə bul etmədikdə. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

22. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edili r.

23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl olunmadığından qəbul edilən məhkəmə qərarı qismən ləğv olunmalıdır.

25. İddiaçı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ona məxsus 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun təkrar qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina edərək şəhadətnamənin elektron baza kadastr xəritə materiallarında əks olunmadığını və göstərilən torpaq sahəsi üzərində digər şəxsin mülkiyyət hüququnun qeydiyyata alı ndığını bildirmişdir.

26. İddiaçının şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddia tələbi məhkəmə iclaslarında tam sübuta yetirilmiş, lakin məhkəmə tərəfindən düzgün qərar qəbul edilməmişdir.

27. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

28. İşdə olan sənədlərə əsasən Dəvəçi rayon Sincanboyad Bələdiyyəsinin xx xxxxxxxx 2005-ci il tarixli 24 nömrəli qərarına əsasən, bələdiyyə tərəfindən 0,05 ha torpaq sahəsi kommersiya obyektinin tikintisi məqsədi ilə üçüncü şəxs F.Z.İsmayılova satılmış və 0,05 ha torpaq sahəsi onun adına x xxxxxxxx 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. F.Z.İsmayılov ona məxsus torpaq sahəsinin 0,0257 ha hissəsini digər üçüncü şəxs M.Ə.Ağayevə satmış və M.Ə.Ağayevin adına x xxxxxxxx 201 1-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

29. Həmçinin Dəvəçi rayon Sincanboyad Bələdiyyəsinin x xxxxxx 2006-cı il tarixli 01 nömrəli qərarına əsasən 0,10 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçıya satılmış və JN-295F saylı 30406028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən torpaq sahəsi DT və XK-nin Dəvəçi rayon şöbəsində xx xxx 2006-cı il tarixdə 41 nömrə ilə iddiaçının mülkiyyətinə verilmişdir.

30. İddiaçı şəhadətnaməyə əsasən ona məxsus torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsası kimi araşdırma zamanı sözügedən şəhadətnamənin idarənin elektron baza kadastr xəritə m ateriallarında əks olunmadığı və göstərilən torpaq sahəsi üzərində digər şəxsin mülkiyyət hüququ qeydə alındığı göstərilmişdir.

31. Apelyasiya məhkəməsinin araşdırması əsasında əldə edilmiş mütəxəssis və ekspert rəyləri, həmçinin mütəxəssisin məhkəmə iclasında ifadəsi əsasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə olan sxemdə göstərilən torpaq sahəsi ilə üçüncü şəxs F.Z.İsmayılova daşınmaz əmlakın Dövlət reyestr xidməti tərəfindən verilmiş çıxarışda (M.Ə.Ağayevə satılmazdan əvvəl verilmiş çıxarış və texniki pasporta əsasən və ya hazırkı vəziyyətdə F.Z.İsmayılova və M.Ə.Ağayevə məxsus iş materiallarında göstərilən torpaq sahələrinin ikisi birlikdə) və ona müvafiq verilmiş Texniki Pasportda göstərilən torpaq sahəsinin qismən üst-üstə düş düyü müəyyən olunur.

32. Həmçinin araşdırmanın nəticəsinə görə bələdiyyə qərarları ilə iddiaçıya və üçüncü şəxsə ayrılan torpaq sahələri üst-üstə düşmür, iddiaçıya bələdiyyə qərarı ilə ayrılan torpaq sahəsi ilə ona aid “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən torpaq sahəsi üst-üstə düşür.

33. İddiaçı hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsinin bir hissəsi (0,0414 ha) 2011-ci ildə üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və hüququn qeydə alınması tələb olunan torpaq sahəsi hüquqi cəhətdən qismən yüklüdür.

34. İddiaçı tələbində torpağa mülkiyyət hüququna dair şəhadətnamədə göstərilən 0,10 ha torpağa mülkiyyət hüququnun qeydə alınmasını istəmişdir.

35. Apelyasiya məhkəməsi İPM-in 13 və 48-ci maddələrinin tələblərinə uyğun işin halla rının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına, o cümlədən iddiaçıya yardım etməmiş, 0,0414 ha torpaq sahəsi istisna olmaqla 0,10 ha torpağın qalan sahəsinə hüququn qeydə alınması barədə iddiaçının münasibətini öyrənməmiş, həmçinin şəhadətnamənin elektron baza kadastr xəritə materiallarında əks olunmaması və ərizədə göstərilən məsələ ilə bağlı iddianın mümkün sayılmaması barədə x xxxxx 2017-ci il tarixli məhkəmə qərardadının olmasına dair cavabdehin dəlillərinə münasibət bildirməmişdir.

36. İddiaçıya məxsus torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun 41 nömrə ilə qeydə alındığı, ikinci nüsxəsinin Dəvəçi rayon şöbəsində saxlanıldığı qeyd edilmiş, 2006-cı ilin aprel ayında DT və XK-nın Dəvəçi ra yon şöbəsi tərəfindən imza və möhürlə təsdiq edilmişdir.

37. Apelyasiya məhkəməsi 2006-cı il üzrə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyatı kitabını və cavabdehin istinad etdiyi elektron baza kadastr xəritə materialı tələb edib baxış keçirməmiş, 41 nömrə ilə iddiaçının adına şəhadətnamənin qeydə alınmasını və şəhadətnamənin ikinci nüsxəsinin mövcud olmasını yoxlamamışdır.

38. Odur ki, bu hissədə şikayətin dəlili əsaslı sayıldığından apelyasiya məhkəməsinin qərarı ləğv edilərək iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməli, apelyasiya instansiyası məhkəməsində geniş həcmdə sübutların araşdırılması tələb olunduğundan iddianın təmin edilməli olması barədə şikayət təmin edilməməlidir. 39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun yuxarıda bəhs ol unan müddəalarına görə qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır.

40. İddiaçı iddia tələbində həm də cavabdehin apardığı texniki səhvin aradan qaldırılmasını xahiş etmişdir.

41. Məhkəmə kollegiyasının qənaətinə görə torpaq sahəsinə dair hüququn üçüncü şəxsin adına qeydə alınması texniki səhv kimi qiymətləndirilə bilməz.

42. İddia ərizəsində üçüncü şəxsə aid hissədə dövlət reyestrinin məzmunu ilə bağlı tələb irəli sürülməmişdir. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olduğundan apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, bu hissədə ş ikayət təmin edilməyərək apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-06/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən torpaq sahəsinə mülkiyyət hüququnun təkrar qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. Bu hissədə iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Şikayət qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar