Məhkəmə qərarları › İş №2-1(102)-294/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-294/2022

01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-294/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Firmasının cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icrasına dair qarşılıqlı iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Firmasının cavabdeh Azərbaycan X1rşı (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiy a Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 20 oktyabr tarixli, 2-1(103)-2270/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı 2019-cu il 16 sentyabr tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçı Firmasına məxsus Xəzər rayon, Bakı-Aeroport yolunun cənub hissəsində yerləşən 1,22 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı iddiaçıya kompensasiyanın ekspert rəyi əsasında ödənilməsi vəzifəsinin (keçmiş "xxxx" ASC-nin) indiki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbin in dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı firmasına məxsus Xəzər rayonu, Bakı-Aeroport yolunun cənub hissəsində yerləşən 1.22 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı iddiaçıya kompensasiyanın ekspert rəyi əsasında 526 kv.m. torpaq sahəsinə görə ödənilməsi vəzifəsi (keçmiş "xxxx" ASC-nin) indiki "xxxx" ASC-nin üzərinə qoyulmasını xahiş etmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 16 iyun tarixli, 2-1(112)-271/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. Cavabdeh 2021-ci il 23 aprel tarixdə Bakı İnzibati Məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilk iddia ərizəsi üzrə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Agentliyə qarşı kompensasiya tələbinə dair iddiasının rədd o lunmasını, qarşılıqlı iddia üzrə iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı çıxarışın ləğv edilməsi barədə tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 13 iyul tarixli, 2-1(112)-1551/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 10 iyun tarixli, 2-1(112)-271/2021 nömrəli qərardadı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia tələbi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı olmaqla mübahisəli torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi olduğundan, həmin hal inzibati hüquq münasibətləri ilə bağlı olmadığından inzibati icraat qaydasında mübahisələndirilə bilməz və həmin tələbə ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatında baxılmalıdır.

8. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və qarşılıqlı iddianın icraata qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 20 oktyabr tarixli, 2-1(103)-2270/2021 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 10 iyun tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə raz ılaşmışdır.

11. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətində qeyd edilmişdir ki, inzibati hüquqda hüquq münasibəti konkret şəraitdə publik hüquq sahəsinə aid olan hüquq normasına görə subyektlər arasında yaranan qarşılıqlı hüquqla əlaqəlidir, yəni iki tərəfli münasibətdir. Bununla yanaşı, inzibati hüquq münasibətlərinin çoxtərəfli olması da mümkündür. Hüquq münasibətinin konkret münasibət olması üçün tərəflər arasında real münasibət mövcud olmalıdır, təsadüfi hal olmamalıdır. Qeyd edilməlidir ki, qarşılıqlı iddianın əsası kimi, Respublika əhəmiyyətli “Əzizbəy ov dairəsi X3 hava-limanı avtomobil yolunun cənub hissəsində cavabdehə məxsus torpaq sahəsi avtomobil yolunun təhkim zolağı və hərəkət hissəsində yerləşir. Bu hal avtomobillərin dayanmadan, fasiləsiz və təhlükəsiz hərəkətinə maneçilik törətməklə bərabər, həm də respublika əhəmiyyətli avtomobil yolunda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarını pozur. Apellyasiya instansiyası məhkəməsi inzibati iş üzrə kifayət qədər araşdırma aparmamış və kassatorun hüquqlarının pozulması ilə nəticələnən qərardad qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

13. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, guya İddiaçı firmasına qanunsuz ayrılmış torpaq sahəsi magistral avtomobil yolunun mühafizə zolağına düşür və buna görə də bu torpaq sahəsinə görə verilən çıxarış əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Lakin istənilən halda belə iddia inzibati məhkəmənin səlahiyyətinə daxil deyil və baxıla bilməz. Sadəcə cavabdeh tərəf işi uzatmaq məqsədi ilə kassasiya şikayəti vermişlər. Digər tərəfdən də mübahisələndirilən torpaq sahəsi 1999-cu ildən verilmişdir və o zaman şikayətdə yazılan avtomobillərin mühafizə zolağı xeyli uzaqda idi. Yalnız 2011-ci ildən sonra 64 m eni olan Mərdəkan yolunun çəkilişindən sonra iddia olunan mühafizə zolağı 30 m hesablanmışdır. Bu zaman isə artıq 1.22 ha torpaq sahəsi dövlət ehtiyacı üçün geri alınmışdır. Hesab edilmişdir ki, iş üzrə qərardad Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə əsasən, qüvvədə olan maddi hüquq nor malarına uyğun çıxarılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 53.1. İlkin iddia üzrə icraat zamanı qarşılıqlı iddia qaldırıla bilər, lakin bu halda qarşılıqlı tələb ilkin iddiada irəli sürülən tələblə və ya cavabdehin ilkin iddiaya qarşı istifadə etdiyi müdafiə vasitələri ilə əlaqəli olmalıdır. Aidiyyət qaydaları na görə iddianın başqa məhkəməyə aid olduğu hallarda qarşılıqlı iddiaya yol verilmir. Maddə 53.2 Qarşılıqlı iddia bu Məcəllə ilə müəyyən edilmiş qaydada qaldırılır. Maddə 53.3. Mübahisələndirmə haqqında, qanunauyğunluq haqqında və ya məcburetmə haqqında iddialara münasibətdə qarşılıqlı iddia qaldırıla bilməz. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi i lə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayə tçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

18. Məhkəmə kollegiyası, ilk növbədə qarşılıqlı iddianın mümkünsüzlüyünün əsaslarına dair apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə bağlı aşağıdakıları qeyd edir. 19. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsip lərini və prosedur qaydalarını müəyyən edir.

20. Beləliklə, tələb inzibati akta qarşı yönəldikdə, bu, aidiyyətlə bağlı sual doğurmur və həmin inzibati akta qarşı mübahisələndirmə (inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi), yaxud tanınma (inzibati aktın etibarsızlığının tanınması, artıq icra edildiyinə görə əhəmiyyətini itirmiş inzibati aktın qanunsuz sayılması) haqqında iddia irəli sürülə bilər. Bu halda, həmin inzibati akt həm formal-hüquqi baxımdan (məsələn, inzibati aktın inzibati icraat qaydalarının pozulması ilə qəbul edildiyi halda), həm də maddi-hüquqi baxımdan qanunsuz sayıla bilər. 21. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkət lərinə) də şamil olunur.

22. Normanın məzmunundan göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər.

23. Formal-hüquqi baxımdan “İnzibati icraat haqqında” Qanunda onun 1.2-ci maddəsində təsbit edilmiş hərəkətlər (fəaliyyət) üçün heç bir aşkar qayda nəzərdə tutulmayıb. Lakin belə bir hərəkət inzibati akt olsaydı və qanunsuz olsaydı (məsələn, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində nəzərdə tutulan əsaslara görə), onda, inzibati orqanın “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən müvafiq hərəkəti də qanunsuz sayılardı.

24. Maddi-hüquqi baxımdan isə inzibati orqanın faktiki xarakterli hərəkəti o zaman qüsurlu olur ki, həmin hərəkət məzmun baxımından qüsurlu olsun (məsələn, hüquqi vəziyyəti əks etdirən arayışın, yaxud çıxarışın verilməsinə görə). İnzibati orqanın faktiki xarakterli hərəkəti maraqlı şəxsin hüquqlarına müdaxilə etdikdə və bunun üçün hüquqi əsas olmadıqda da həmin hərəkət qüsurlu olur. Bu qənaət “İnzibati icraat haqqında” Qanunun inzibati orqanların faktiki xarakterli fəaliyyətinə də şamil olunan və təkcə formal-hüquqi deyil, həmçinin maddi-hüquqi tələbləri də əks etdirən 10-19-cu maddələrindən irəli gəlir.

25. Göstərilənlər nəzərə alındıqda, inzibati orqan tərəfindən verilmiş sənədlərin ləğvinə dair tələblər heç də hər bir halda “inzibati aktın ləğvinə dair” iddia kimi qiymətləndirilməli deyil. Nəzərə alınsa ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanla rın fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur, deməli maraqlı şəxs inzibati orqan tərəfindən verilmiş sənədlərin ləğvini həmin orqandan tələb edə bilər. Onun tələbi təmin olunmadıqda isə, həmin inzibati orqana qarşı öhdəliyin icrası haqqında iddia qaldıra bilər.

26. Beləliklə, “torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi” məzmunda iddianın ümumi məhkəmədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğuna dair qənaəti əsaslı deyil.

27. Bununla yanaşı, hazırkı məzmunda qarşılıqlı iddia digər əsaslara görə mümkünsüzdür. Belə ki, İPM-in 53.2-ci maddəsinin tələbindən göründüyü kimi, qarşılıqlı iddia bu Məcəllə ilə müəyyən edilmiş qaydada qaldırılır. Cavabdehin qaldırdığı qarşılıqlı iddia İPM-in tələblərinə uyğun deyil. Əvvə la, İddiaçı MMC “torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi” məzmunda iddiaya cavab verməli şəxs deyil. Başqa sözlə, bu tələb həmin çıxarışı vermiş inzibati orqana qarşı qaldırıla bilər. Bu halda da, öhdəliyin icrası haqqında iddianın mümkünlük şərti kimi ilk növbədə həmin inzibati orqana müraciət olunması tələb olunur. Əks təqdirdə, iddiaçı həmin orqan tərəfindən hüququnun pozulduğunu iddia edə bilməz.

28. Hazırkı işdə bu qeyd olunan mümkünlük şərtləri qarşılıqlı iddiaya münasibətdə təmin olunmamışdır. Buna görə də, qarşılıqlı iddia üzrə iddiaçının İPM-in 35.1-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur.

29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci i l 20 oktyabr tarixli, 2-1(103)-2270/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar