Məhkəmə qərarları › İş №2-1(102)-2940/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2940/2025

15.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2940/2025 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi; gəlirdən çıxılan xərclər; ƏDV əvəzləşdirilməsi; əlaqəli şəxsdən alınmış məsləhət xidmətləri; investisiya xərcləri; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. Cavabdeh vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarı ilə iddiaçı MMC-də növbəti səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticəsi ##.##.2024-cü il tarixli, **************** nömrəli səyyar vergi yoxlaması akt ilə rəsmiləşdirilmişdir.

2. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ## #### 2024-cü il tarixli, **************** nömrəli qərarla iddiaçıya mənfəət vergisi üzrə 2019-cu il üzrə 230.304,72 manat, 2021-ci il üzrə 127.279,84 manat, ƏDV üzrə isə yoxlanılan dövr üzrə (Sentyabr 2019 - Avqust 2022) əlavə dəyər vergisi (ƏDV) üzrə 378.927,38 manat əlavə vergi məbləğləri hesablanmış və müvafiq olaraq 368255,97 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Əsas: menecment və digər xidmətlər üzrə xərclərin tanınmaması və həmin xidmətlər üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinin rədd edilməsi

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI

a. Birinci instansiyası məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ## #### 2024-cü il tarixli, **************** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, inzibati aktla Vergi Məcəlləsinin 109 və 175ci maddələrinə istinad edilməklə iddiaçı tərəfindən 2019 və 2021-ci illər üzrə mənfəət vergisinin müvafiq olaraq 230.304,72 və 127.279,84 manat, yoxlanılan dövr üzrə (Sentyabr 2019- Avqust 2022) əlavə dəyər vergisinin (ƏDV) 378.927,38 manat azaldılması qərarına gəlinmiş və buna görə 736.511,94 manat əlavə vergi məbləği hesablanmış, 368.255,97 manat maliyyə sanksiyası tətbiq edilmişdir. “xxxx” MMC (VÖEN **********) iddiaçının da daxil olduğu Neqsol Holding şirkətlər qrupu üçün korporativ mərkəz funksiyasını yerinə yetirir, iddiaçıya və qrupa daxil olan digər hüquqi şəxslərə hüquq, vergi, insan resursları, təchizat, strategiya, layihələrin idarə edilməsi, əsas vəsaitlər üzrə investisiya, maliyyə, korporativ idarəçilik və katiblik, risklərin idarəedilməsi və s. peşəkar məsləhət xidmətlərini menecment müqaviləsi əsasında göstərir. Korporativ Mərkəz menecment xidmətlərindən əlavə qrup şirkətlərinin sorğusu əsasında onlara investisiyalar sahəsində peşəkar xidmətləri də ayrıca müqavilə əsasında göstərməkdədir. İnvestisiya sahəsində bu xidmətlərə hədəfin aşkar edilməsi, hədəfdə vergi, maliyyə və hüquq auditlərinin yerinə yetirilməsi, satıcı(lar) ilə danışıqlar, alqı-satqı müqavilələrinin hazırlanması və satıcı ilə danışıqların aparılması, antiinhisar xidmətindən və digər dövlət orqanlarından razılıqların əldə edilməsi, əldə etmə zamanı səhmdar strukturlaşdırması və əqdin strukturlaşdırılması, maliyyə institutları ilə danışıqlar, hədəf şirkətin alınması üçün borc pul vəsaitlərinin cəlb edilməsi və s. xidmətlər daxildir. Korporativ Mərkəzin investisiyalar üzrə göstərdiyi xidmətlərə görə aldığı xidmət haqqı qrup şirkətləri ilə razılaşmadan asılı olaraq bir qayda olaraq bunlardan (birindən və ya bir neçəsindən) ibarət ola bilər: a) Xərclərin əvəzinin ödənilməsi- Xidmətlərin göstərilməsi üçün üçüncü şəxslər üzrə çəkilmiş xərclərin ödənilməsi; b) Sabit haqq- bu bir qayda olaraq xidmətlərin göstərilməsi üzrə üçüncü şəxslər üçün çəkilmiş xərclərin üzərinə müəyyən ticarət əlavəsi gələrək hesablanır; c) Uğur haqqıbu hədəf şirkətin alqı-satqı dəyərinin müəyyən bir faizi olaraq hesablanır; d) Maliyyələşdirmə ilə bağlı müvəffəqiyyət haqqı- cəlb edilmiş borc vəsaitlərinin məbləğinə müəyyən faiz tətbiq etməklə hesablanır. Qeyd edilən xidmətlərlə bağlı Korporativ Mərkəz öz ştatında olan yüksək ixtisaslı işçi heyətinin xidmətlərindən və ya Korporativ Mərkəzin cəlb etdiyi digər müstəqil peşəkar məsləhətçilərin xidmətlərindən istifadə edir. İnvestisiya sahəsi xüsusi bir sahə olduğundan effektivliyi təmin etmək üçün hər bir əməliyyat şirkəti investisiyalar üzrə öz ştatında əlavə kadrlar saxlamır və tələb olunduğu təqdirdə bu xidmətləri Korporativ Mərkəzdən sorğu edir. Korporativ Mərkəz özü də vergi ödəyicisidir və menecment xidmətləri və investisiya xidmətlərinin göstərilməsindən əldə etdiyi gəlirdən müvafiq olaraq mənfəət vergisi və ƏDV ödəyir. Bundan əlavə qeyd edilir ki, iddiaçı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən iri investorlarından biri sayılır. Telekommunikasiya sahəsində əhəmiyyətli investisiyalar etməklə və Azərbaycana qabaqcıl texnoloji həllər gətirməklə böyük bir xidmət mərkəzinə çevrilmişdir. Həmçinin Cəmiyyətin məqsədlərdən biri rəqəmsal ekosistemin qurulmasıdır. Qeyd edilən səbəblərdən 2019-2022-ci illər ərzində “xxxx” MMC-nin təcrübəsindən yararlanaraq iddiaçı tərəfindən bu layihələr aparılmışdır: 1.Ukraynanın aparıcı telekommunikasiya şirkətinin alışı həyata keçirilmişdir (VFU layihəsi); 2. Belarus Respublikasının aparıcı telecommunikasıya şirkətinin alınması məqsədilə araşdırma aparmışdır (Buranium layihəsi). 2019-cu ildə Telco Investments B.V nin səhmlərinin 10%-nin alınması, 2021-ci ildə Telco Solutions B.V-yə təqdim edilməsi əməliyyatında “xxxx” MMC-nin iştirakı və Ukraynada olan müəssisənin alışı ilə bağlılığının və bu alış ilə bağlı iddiaçı tərərfindən bütün çəkilən xərclərin gəlirdən çıxılan xərclər kimi təsdiqini tapmaması əsassızdır. Bununla əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birləşmə və Satınalma (M&A) prosesi, adətən, bir neçə əsas mərhələlərdən ibarətdir: a. Strateji Planlaşdırma və Hədəfin Müəyyənləşdirilməsi: Alıcı şirkət, böyümə strategiyasına uyğun gələn strateji məqsədlərini və potensial hədəflərini müəyyən edir. Bu, bazar dinamikasının, rəqabətli mənzərənin və hədəf şirkətin atributlarının qiymətləndirilməsini əhatə edir. b. Lazımi araşdırma: Alıcı şirkət hədəf şirkətin maliyyə və əməliyyat fəaliyyətini, qanunlara uyğunluğunu, əqli mülkiyyətini, müştəri müqavilələrini və digər kritik aspektləri yoxlamaq üçün hərtərəfli lazımi yoxlama aparılır. Bu qiymətləndirmə mümkün risklərin aşkarlanması məqsədilə edilir nəticədə əldə etmənin məqsədəmüvafiqliyini, əqdin sövdələşmə qiymətini alıcı üçün müəyyən etməyə və riskləri minimallaşdırmaq üçün strategiyanın formalaşdırılmasına kömək edir. c. Qiymətləndirmə və Təklif: Müvafiq yoxlama və bazar təhlilinin nəticələrinə əsasən, alıcı şirkət hədəf şirkət üçün ədalətli qiymətləndirmə müəyyən edir və satınalma təklifini təqdim edir. Qiymət, ödəniş strukturu və digər gözlənilməz hallar da daxil olmaqla, sövdələşmənin şərtləri üzrə razılığa gəlmək üçün danışıqlar aparıla bilər. Bu işlərin aparılması müvafiq sahələr üzrə mütəxəssislərin cəlb edilməsini, alınan şirkətin nümayəndələri ilə danışıqların aparılmasını, alqı-satqının maliyyələşdirilməsi üçün kənar maliyyə mənbələri hesabına maliyyənin cəlb edilməsini və digər mühüm addımların atılmasını tələb edir. Cəmiyyət yuxarıda qeyd olunan işləri yerinə yetirmək üçün investisiya sahəsində peşəkar məsləhət xidməti göstərə biləcək kifayət qədər təcrübəyə və ixtisaslı mütəxəssislərə malik və Azərbaycan bazarında azsaylı şirkətlərdən biri olan “xxxx” MMC-yə müraciət etmişdir. Ukraynada olan müəssisənin alışı ilə bağlı işlər: 1. 2019-cu ilin dekabr ayında 17.670.000 ABŞ dollar dəyərinə iddiaçı Ukraynanın aparıcı telekommunikasiya şirkəti olan “xxxx” QSC-nin alışını həyata keçirmişdir. Qeyd edilən qeyri-orqanik böyümə ilə Cəmiyyət öz fəaliyyət coğrafiyasını genişləndirərək yeni bazarlara və müştəri seqmentlərinə çıxışı təmin etmiş olmuşdur. Həmçinin, özündən daha böyük və daha inkişaf etmiş telekommunikasiya şirkətin alışı yeni texnologiyaları və təcrübələri də iddiaçı üçün əlçatan etmişdir. Alqı-satqının icra edilməsi məqsədləri üçün və həmçinin xarici banklardan maliyyənin cəlb edilməsi məqsədilə, X2 İnvestment B.V. şirkəti yaradılmışdır. Telco İnvestment Şirkətində səhmlərin 10 faizi Cəmiyyətə məxsus olmaqla və 90 faizi Niderland Krallığında yaradılmış Cəmiyyət ilə qarşılıqlı surətdə asılı olan Telco Solutions B.V. şirkətinə məxsus olmaqla Cəmiyyət və Telco Solutions həmtəsisçi qismində çıxış etmişlər. X1 cəmi 10 faizinin iddiaçıya məxsus olmasına baxmayaraq, Telco İnvestment şirkətinin idarəedilməsində formal nəzarət digər həmtəsisçi olan Telco Solutions ilə razılaşma əsasında iddiaçı tərəfindən həyata keçirilmiş və iddiaçının Baş İcraçı Direktoru isə xxxx Şirkətinin Müşahidə Şurasında olmuşdur. 2. 2021-ci il ərzində artan regional geosiyasi gərginlik xxxxnın gələcək fəaliyyətində qeyrimüəyyənlik və risklərin artması ilə nəticələndi. Bu səbəbdən iddiaçının Direktorlar Şurası tərəfindən qeyd edilən risklərin minimallaşdırılması və iddiaçının maraqların qorunması məqsədilə xxxxnın səhmlərinin digər həmtəsisçinin xeyrinə özgəninkiləşdirmək qərarı verilmişdir. Bu qərarın nəticəsi olaraq iddiaçı 2021-ci ilin 1 Sentyabr tarixində 19.814.831 ABŞ dolları məbləğində Telco İnvestment şirkətinin səhmlərini Telco Solutions BV Şirkətinə satmış və 2,144,831 ABŞ dolları məbləğində gəlir əldə etmişdir. Eyni zamanda, alqı-satqı dəyəri iddiaçı üçün daha əlverişli şərtlərlə həyata keçirilmişdir (Telco investment şirkərin 2021-ci il üzrə hazırlanılmış maliyyə hesabatına uyğun olaraq müəssisənin xalis aktivlərin dəyəri 159,010,000 ABŞ dollarına bərabər olmuşdur (10%- 15,901,000 ABŞ dolları)). Göstərilən əməliyyatdan əldə edilən gəlir üzrə iddiaçı tərəfindən müvafiq vergilər tam olaraq ödənilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən Telco İnvestments B.V şirkətinin, başqa sözlə Vodafone Ukrayna şirkətinin alınması ilə əlaqədar çəkilmiş, yoxlama zamanı nəzərə alınmayan xərclər, məhz gəlirin əldə edilməsi ilə nəticələnmişdir. Əlavə olaraq qeyd edilir ki, hər hansı bir kapital qoyuluşun həyata keçirilməsi üçün kapital qoyuluşun optimal (riskli) olub-olmamasının və dolayısı ilə gələckdə bu kapital qoyuluşunun reallaşdırılması üçün əlavə maliyyə mənbələrinin (maliyyə institutlarının kreditləri) mövcudluğunun, kreditin əldə edilməsi labütlüyünün, kreditin geri qaytarılması qayda və şərtlərinin uyğunluğunun, həmçinin bu kimi öz hesabına və maliyyə institutlarından əldə edilə biləcək kredit hesabına kapital qoyuluşunun Vodafon Ukrayna kimi şirkətin Ukrayna Respublikasında 2014-cü ildə artan geosiyasi gərginlik şəraitində kapital qoyuluşunun həyata keçirilib-keçirilməməsi qərarı üçün üçüncü şirkətlər tərəfindən Vodafon Ukrayna mobil operator şirkətinin hüquqi, texniki və maliyyə baxımından vəziyyətinin qiymətləndirilməsi və sair araşdırılması ilə bağlı xərclərin İddiaçı tərəfindən çəkilməsini və gəlirdən çıxılan xərcə aid edilməsi VM-nin 109.2-ci və 175.1, 175.2-ci maddələrinin tələblərini pozmur. Qeyd edilməlidir ki, Cəmiyyətin Telco İnvestments B.V.dəki 10% səhm payının digər həmtəsisçisi olan Telco Solutions B.V.-dən (90% səhm payı) nisbətdə aşağı olması onun “xxxx” MMC-nin göstərdiyi xidmət qarşılığında (dolayısı ilə üçüncü tərəflər vasitəsi ilə) ödədiyi vəsaitləri mənfəət vergisi üzrə xərcə salmamasına və bununla əlaqədar ödənilmiş ƏDV məbləğlərinin (ümümi xərcin məbləği- 1 454 895 manat + 333 024 manat = 1 787 919 manat ) əvəzləşdirilməməsinə (ümumi ƏDV məbləği- 161 617 manat + 114 550 manat=276 167 manat) əsas vermir. Belarus Respublikasının aparıcı telekommunikasıya şirkətinin alınması məqsədilə araşdırma işləri 2021-ci ildə Cəmiyyət qeyri-orqanik böyümə strategiyasını davam edərək fəaliyyət coğrafiyasını genişləndirmək məqsədilə Belarus Respublikasında yerləşən aparıcı telekommunikasiya şirkətinin alışı üçün ilkin araşdırma işlərinə başlamışdır. Lakin regionda artan geosiyasi risklər və bunun fonunda əqdin maliyyələşməsi ilə bağlı yaranan qeyri-müəyyənlikləri nəzərə alaraq layihənin həyata keçirilməsi qeyd edilən risklər aradan qalxanadək təxirə salınmışdır. Hesab edilir ki, dünyada gedən geosiyasi proseslər nəticəsində müvəqqəti nəhəng yatırımların həyata keçirilməsinin ertələnməsi ola biləcək böyük itkilərin qarşısının alınması daha önəmlidir. Bu səbəblə VM-nin 175.1 və 175.2-ci maddələri nəzərə alınmaqla İddiaçının xeyrinə ƏDV-nin əvəzləşdirilməsi olduğu kimi saxlanılmalıdır, çünki bu xərclər də məhz gəlirin əldə edilməsi ilə bağlı çəkilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 3.4.16-cı bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat Reyestrə daxil edilməli məlumatlara aid edilmişdir. Yoxlama 9 dəfə dayandırılmış, 2 dəfə müddəti uzadılmış, 1 dəfə aktın tərtibi müddəti uzadılmış və 1 dəfə əlavə yoxlama tədbiri qərarı çıxarılmışdır. Aktın tərtibi müddətinin uzadılması barədə qərar Reyestrə daxil edilməmişdir. Cavabdeh “Billinq” sistemindən DATA bazasının götürülməsi və araşdırılması, eyni zamanda billinq uçot məlumatlarınına baxışın həyata keçirilməsi məqsədilə mütəxəssis dəvət etmişdir. Belə ki, ##.##.2022-ci il tarixdə mütəxəssis dəvət edilməsi barədə qərar çıxarılmış və ##.##.2023-cü il tarixdə son dəfə yoxlamanın müddəti 22 gün dayandırılmışdır. Başqa sözlə, Yoxlama 9 dəfə mütəxəssisin dəvət edilməsi əsas gətirilərək dayandırılmışdır. Mütəxəssis 9 aydan sonra rəy verə bilməməsi barədə məlumat təqdim etmişdir. Yoxlama Aktında Cavabdeh bununla bağlı qeyd etmişdir ki, İddiaçı tərəfindən “Billinq” sistemindən DATA bazasının götürülməsi və araşdırılması, eyni zamanda billinq uçot məlumatlarına baxışın həyata keçirilməsi üçün mütəxəssisə lazımı şərait yaradılmamışdır. Məsələ ilə bağlı bildirilir ki, İddiaçı tərəfindən Cavabdehə yoxlama prossesində izah edilmişdir ki, “Billinq” sistemindən DATA bazada fərdi müəyyənləşdirilə bilən məlumatlar (məsələn ad, soyad, ünvanlar, telefon nömrələri və Fərdi Məlumatlar haqqında qanunla qorunan digər məlumatlar), zəng məlumatları (zəng müddətləri, şəxslərin olduqları yer, hərəkət trayektoriyaları və SMS-lərin mətnləri) və digər həssas və konfidensial məlumatları olduğundan bu məsələyə İddiaçı çox həssaslıqla yanaşmış və bu zaman əlavə tədbirlər görmək zəruriyyətində qalmışdır. İddiaçı yoxlama zamanı cavabdehə “Billinq” DATA bazası əsasında tərtib edilmiş bütün ilkin uçot sənədləri ilə tanış olmağa tam şərait yaratmışdır. İddiaçı hesab edir ki, cavabdehin “Billinq” sistemindən DATA bazasının götürülməsi və araşdırılması tələbini yoxlama dövründə qoyması yoxlama zamanı qüvvədə olan Vergi qanunvericiliyi ilə dəstəklənmirdi. Belə ki, Vergi Məcəlləsinin 16.1.16-cı maddəsinin yoxlama dövründə qüvvədə olan redaksiyasında vergi ödəyicisinin vəzifəsi kimi göstərilirdi: “bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək. Göründüyü kimi Vergi Məcəlləsinin 16.1.16-cı maddəsinin əvvəlki redaksiyası Cavabdehə (eləcə də mütəxəssisə) “Billinq” DATA bazasının götürülməsi səlahiyyətini vermirdi. Belə ki, yalnız # ###### 2023-cü il tarixli ****-VIQD nömrəli Qanunla qeyd edilən maddə aşağıdakı redaksiyada verildikdən sonra vergi orqanına “Billinq” DATA məlumatlarını təqdim etmək öhdəliyi vergi ödəyicisinin öhdəliyi kimi müəyyən edilmişdir : “bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), mühasibat uçotu elektron formatda aparıldığı halda, vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək. Vergi qanunvericiliyində yoxlamanın dayandırılması və uzadılması imkanının nəzərdə tutulması obyektiv araşdırma prinsipinin və yoxlama üzrə obyektiv qərarın qəbulunun təmin olunması məqsədlərinə xidmət edir. Vergi orqanı qanunvericiliklə ona verilmiş bu imkandan həmin səlahiyyətin məqsədinə uyğun istifadə etməli, yoxlama müddətlərinin əsassız uzadılmasına və bununla da, sahibkarlıq fəaliyyətinə əsassız müdaxiləyə gətirib çıxara biləcək şərait yaratmamalıdır. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin qarşılıqlı əlaqədə olduğu müxtəlif təşkilatlardan qarşılıqlı əlaqələrə dair sənədlərin alınması üçün yazılmış məktubun cavabı alınmadığı zərurəti nəzərə alınaraq “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında” Qərar çıxarılmışdır. Lakin Səyyar yoxlama Aktında bu sorğuların predmetinin, nəticəsinin nə olduğu və yoxlamada necə istifadə olunduğu və ya olunmalı olduğu barədə qeyd aparılmamışdır. Nəticədə, Yoxlamanın müddəti əsassız olaraq uzadılmış və 1 il 7 ay müddətində davam etmişdir.

Cavabdehin etirazları:

5. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 109.2-ci maddəsinin tələbləri pozularaq “xxxx” MMC-dən (VÖEN **********) 2019-cu ildə 1151523,6 manat məbləğində Vodafon Ukrayna şirkətinin hüquqi, texniki və maliyyə baxımından qiymətləndirilməsi, 2021-ci ildə isə 303375.2 manat həmin şirkətin alışının yekunlaşması ilə bağlı əldə olunmuş xidmətlərin dəyəri (ümumilikdə 1454898,8 manat) gəlirdən çıxılan xərclərə aid edilmişdir. Belə ki, Cəmiyyət Telco Solutions B.V. şirkəti ilə birgə ##.##.2019-cu ildə Telco Invesment B.V şirkətini (Niderland qeydiyyatlı) təsis etmişdir (Cəmiyyətin payı 10%, Telco Solutions B.V. şirkətinin payı 90% olmaqla). Telco Investments B.V. şirkəti tərəfindən isə ##.##.2019-cu ildə xxxx LLC (Ukrayna qeydiyyatlı) yaradılmış və həmin şirkət tərəfindən ##.##.2019-cu ildə Vodafon Ukrayna şirkətinin səhm paylan alınmışdır. xxxx LLC səhm paylarının alışını həm öz vəsaiti (nizamnamə kapitalı), həm də bu məqsədlə xarici maliyyə institutlarından alınan kredit hesabına həyata keçirmişdir. Göründüyü kimi Vodafon Ukrayna şirkətinin səhmlərin alışında Cəmiyyət birbaşa iştirak etməmiş, pay alışı törəmə müəssisə tərəfindən həyata keçirilmişdir, lakin bununla bağlı məsləhət və bu kimi xidmətlərin dəyəri Cəmiyyət tərəfindən qarşılanmışdır. Bu səbəbdən əldə olunmuş xidmətlərin Cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə bağlı xərclərə aid edilməsi əsassız hesab olunmuşdur. Bundan başqa cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 109.2-ci maddəsinin tələbləri pozulmuş, “xxxx” MMC (VÖEN **********) 333024.0 manat dəyərində xarici kredit vəsaitinin cəlb edilməsi ilə bağlı əldə olunmuş xidmətlərin dəyərini gəlirdən çıxılan xərclərə aid edilmişdir. Belə ki, Cəmiyyətin Telco Solutions B.V. ilə birgə yaratdığı törəmə müəssisə Telco Invesment B.V tərəfindən Vodafon Ukrayna şirkətinin səhm paylarının alışı zamanı xarici maliyyə institutlarında kredit cəlb olunmuşdur. Bu kreditlərin əldə olunması ilə bağlı məsləhət xidmətləri Cəmiyyət tərəfindən “xxxx” MMC-dən əldə olunmuşdur. Lakin, faktiki olaraq xarici maliyyə institutlarından kreditin Cəmiyyət tərəfindən deyil, birgə yaradılan törəmə müəssisə tərəfindən əldə olunduğu bildirilmişdir. Bu səbəbdən əldə olunmuş xidmətlərin Cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə bağlı xərclərə aid edilməsi əsassız hesab olunmuşdur. Ümumilikdə verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 357584,56 manat (o cümlədən, 2019-cu il üzrə 230304,72 manat, 2021-ci il üzrə 127279,84 manat olmaqla) azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50%, yəni 178792,28 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Həmçinin yoxlama zamanı əlavə dəyər vergisi üzrə uyğunsuzluqlar aşkar edilərək ƏDVnin 378927,26 manat azaldılmasının müəyyən edilmişdir. Belə ki, cəmiyyət tərəfindən Vergi Məclləsinin 109.2-ci maddəsinin tələbləri pozularaq “xxxx” MMC dən (VÖEN **********) 2019-cu ildə 1151523,6 manat məbləğində Vodafon Ukrayna şirkətinin hüquqi, texniki və maliyyə baxımından qiymətləndirilməsi, 2021-ci ildə isə 303375,2 manat həmin şirkətin alışının yekunlaşması ilə bağlı əldə olunmuş xidmətlərin dəyəri (ümumilikdə 1454898,8 manat) gəlirdən çıxılan xərclərə aid edilmişdir. Cəmiyyət “xxxx” MMC-dən alınmış bu xidmətlər üzrə ##.##.2019-cu il tarixli EAAY seriyalı ****** nömrəli e-qaimə faktura üzrə 93838,5 manat, ##.##.2019-cu il tarixli EAAZ seriyalı ****** nömrəli e-qaimə faktura üzrə 67779 manat, ümumilikdə isə 2019-cu il üzrə 161617,6 manat ƏDV məbləği, ##.##.2021-ci il üzrə EBBP seriyalı ***** nömrəli EQF üzrə ödənilmiş 54607,54 manat ƏDV məbləğini düzgün olmayaraq əvəzləşdirmişdir. Belə ki, Cəmiyyət Telco Solutions B.V. şirkəti ilə birgə ##.##.2019-cu ildə Telco Invesment B.V şirkətini (Niderland qeydiyyatlı) təsis etmişdir (Cəmiyyətin payı 10%, Telco Solutions B.V. şirkətinin payı 90%olmaqla). Telco Investments B.V. şirkəti tərəfindən isə ##.##.2019 cu ildə xxxx LLC (Ukrayna qeydiyyatlı) yaradılmış və həmin şirkət tərəfindən ##.##.2019-cu ildə Vodafon Ukrayna şirkətinin səhm payları alınmışdır. xxxx LLC səhm paylarının alışını həm öz vəsaiti (nizamnamə kapitalı), həm də bu məqsədlə xarici maliyyə institutlarından alınan kredit hesabına həyata keçirmişdir. Göründüyü kimi Vodafon Ukrayna şirkətinin səhmlərin alışında Cəmiyyət birbaşa iştirak etməmiş, pay alışı törəmə müəssisə tərəfindən həyata keçirilmişdir, lakin bununla bağlı məsləhət və bu kimi xidmətlərin dəyəri Cəmiyyət tərəfindən qarşılanmışdır. Yoxlama ilə qeyd olunan xərclərin Cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə bağlı xərclərə aid edilməsi əsassız hesab olunmuş və Vergi Məcəlləsinin 175ci maddəsinin 175.1-ci və 175.2-ci maddələrinə əsasən ƏDV əvəzləşdirmələri ləğv edilmişdir. Ümumilikdə yoxlama 216225,14 manat məbləğində ƏDV əvəzləşdirilməsi ləğv edilmişdir. Həmçinin yoxlama zamanı müəyyən edilmişdir ki, Cəmiyyətin Telco Solutions B.V. ilə birgə yaratdığı törəmə müəssisə tərəfindən xarici maliyyə institutlarında kredit cəlb olunmuşdur. Bu kreditlərin əldə olunması məqsədilə Cəmiyyət tərəfindən “xxxx” MMC-dən maliyyə vəsaitinin cəlb edilməsi ilə bağlı 333024 manat dəyərində xidmətlər əldə olunmuşdur. Xarici maliyyə institutlarından kredit Cəmiyyət tərəfindən deyil, törəmə müəssisə tərəfindən alındığına görə bu məqsədlə çəkilmiş xərclər gəlirin əldə edilməsi ilə bağlı xərc kimi qəbul edilməmişdir. Belə ki, Cəmiyyət tərəfindən “xxxx” MMC-dən (VÖEN **********) alınmış ##.##.2021-ci il tarixli EBBP seriyalı ***** nömrəli və ***** nömrəli EQF üzrə xidmətlərə görə ödənilmiş 59944.34 manat ƏDV məbləği üzrə əvəzləşmələr Vergi Məcəlləsinin 175-ci maddəsinin 175.1-ci və 175.2 ci maddələrinin tələbləri pozulduğu üçün ləğv edilmişdir. Cəmiyyət tərəfindən 2022-ci il ərzində Belarusiya Telekom şirkətinin araşdırılması məqsədilə “xxxx” MMC-dən ümumilikdə 570877,21 manat dəyərində xidmət almışdır. Yoxlama zamanı Cəmiyyət tərəfindən Belarusiya Telekom şirkətin alışı həyata keçirilməmiş və təqdim olunan məlumata əsasən gələcəkdə də nəzərdə tutulmamışdır. Qeyd olunan xərclərin gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə alınmış ##.##.2022-ci il tarixli EBBY seriyalı ****** nömrəli və ##.##.2022-ci il tarixli EBBZ seriyalı ****** nömrəli EQF üzrə xidmətlərə görə ödənilmiş 102757,9 manat ƏDV məbləği üzrə əvəzləşmələr Vergi Məcəlləsinin 175-ci maddəsinin 175.1-ci və 175.2-ci maddələrinin tələbləri pozulduğu üçün ləğv edilmişdir. Göründüyü kimi ilkin mühasibat sənədlərinə əsasən yoxlama zamanı məlum oldu ki, ümumilikdə ƏDV-nin bəyannamədə göstərilən məbləği, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 378927.38 manat azaldılmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə azaldılmış 378927.38 manat vergi məbləğinə 50 faiz miqdarında yəni 189463,69 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilir. 2019-cu ilin əmlak vergisinin yoxlanılması zamanı Vergi Məcəlləsinin 202.1-ci maddəsinin tələblərinə əməl edilmədiyindən əmlak vergisi 386,49 manat artıq hesablanmışdır. Yoxlama ilə müəyyən edilmişdir ki, Telco Solutions & investments LLC səhm paylarının alışını həm öz vəsaiti (nizamnamə kapitalı), həm də bu məqsədlə xarici maliyyə institutlarından alınan kredit hesabına həyata keçirmişdir. Göründüyü kimi Vodafon Ukrayna şirkətinin səhmlərin alışında cəmiyyət birbaşa iştirak etməmiş, pay alışı törəmə müəssisə tərəfindən həyata keçirilmişdir, lakin bununla bağlı məsləhət və bu kimi xidmətlərin dəyəri cəmiyyət tərəfindən qarşılanmışdır. Bu səbəbdən əldə olunmuş xidmətlərin cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə bağlı xərclərə aid edilməsi əsassız hesab olunmuşdur. Eyni zamanda, cəmiyyətin Telco Solutions B.V. ilə birgə yaratdığı törəmə müəssisə Telco Invesment B.V tərəfindən Vodafon Ukrayna şirkətinin səhm paylarının alışı zamanı xarici maliyyə institutlarında kredit cəlb olunmuşdur. Bu kreditlərin əldə olunması ilə bağlı məsləhət xidmətləri cəmiyyət tərəfindən “xxxx” MMC-dən əldə olunmuşdur. Lakin, faktiki olaraq xarici maliyyə institutlarından kreditin cəmiyyət tərəfindən deyil, birgə yaradılan törəmə müəssisə tərəfindən əldə olunduğu bildirilmişdir. Bu səbəbdən əldə olunmuş xidmətlərin cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə bağlı xərclərə aid edilməsi əsassız hesab olunmuşdur. Cəmiyyət tərəfindən Belarusiya Telekom şirkətin alışı həyata keçirilməmiş və təqdim olunan məlumata əsasən gələcəkdə də nəzərdə tutulmamışdır. Qeyd olunan xərclərin gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə alınmış ##.##.2022-ci il tarixli EBBY seriyalı ****** nömrəli və ##.##.2022-ci il tarixli EBBZ seriyalı ****** nömrəli EQF üzrə xidmətlərə görə ödənilmiş 102757,9 manat ƏDV məbləği üzrə əvəzləşmələr Vergi Məcəlləsinin 175-ci maddəsinin 175.1-ci və 175.2-ci maddələrinin tələbləri pozulduğu üçün ləğv edilmişdir. Yoxlama tədbirinin nəticələrini əks etdirən ##.##.2024-cü il tarixli, **************** nömrəli qərarla 736.511,94 manat əlavə vergi, 368.255,97 manat məbləğində maliyyə sanksiyası hesablanmışdır. İddiaçı ərizəsində qeyd edir ki, “xxxx” MMC ilə bağlanmış müqaviləyə əsasən göstərilmiş araşdırma və qiymətləndirmə xidmətlərinin dəyəri olaraq həmin müəssisəyə ödənilmiş məbləğlər vergi qanunvericiliyinə uyğun olaraq gəlirdən çıxılan xərclərə aid edilmişdir. Faktiki hallara əsasən isə İddiaçı MMCTelco Solutions B.V. şirkəti ilə birgə ##.##.2019-cu ildə Telco İnvestment B.V şirkətini təsis etmişdir (Cəmiyyətin payı 10%, Telco Solutions B.V. şirkətinin payı 90% olmaqla). Telco İnvestments B.V. şirkəti tərəfindən isə ##.##.2019-cu ildə Telco Solutions & İnvestments LLC yaradılmış və həmin şirkət tərəfindən ##.##.2019-cu ildə Vodafon Ukrayna şirkətinin səhm payları alınmışdır. Telco Solutions & İnvestments LLC səhm paylarının alışını həm öz vəsaiti (nizamnamə kapitalı), həm də bu məqsədlə xarici maliyyə institutlarından alınan kredit hesabına həyata keçirmişdir. Qeyd olunanlardan anlaşıldığı üzrə Cəmiyyət Vodafon Ukrayna şirkətinin paylarının alğı-satqısında iştirak etməmişdir və müəssisələrin araşdırılması üçün “xxxx” MMC ilə bağlanmış xdimət müqaviləsinə əsasən həmin müəsssləsəyə ödəmiş olduğu məbləğlər faktiki olaraq Cəmiyyətin hər hansı gəliri əldə etməsi ilə bağlı olmamış, törəmə müəssisənin yaratmış olduğu digər müəsissə tərəfindən xarici müəsissənin paylarının alınması üçün ödənilmişdir. Göründüyü kimi cəmiyyətin müvafiq fəaliyyəti ilə bağlı çəkilən xərc gəlirin əldə edilməsi və sahibkarıq fəaliyyətinə uyğun olmadığından vergi hesabatı zamanı gəlirdən çıxılan xərc qismində nəzərə alınmamışdır. Qanunvericiliyin tələbindən də göründüyü kimi vergi ödəyicisinin apardığı əməliyyatlar sahibkarlıq fəaliyyətinə aid edildiyi halda ödənilmiş əlavə dəyər vergisi üzrə əvəzləşmələr aparıla bilər. Mübahisələndirilən iş üzrə cəmiyyət tərəfindən pay alışı həyata keçirilmədiyindən və araşdırmanın aparılması üçün “xxxx” MMC ilə bağlanmış müqavilə əsasında edilmiş ödənişlər üzrə ƏDV əvəzləşmələri ləğv edilmişdir. Eyni qaydada, cəmiyyət tərəfindən 2022ci il ərzində Belarusiya Respublikasında yerləşən telekom şirkətinin alışı üçün “xxxx” MMC ilə müqavilə bağlanmış və sonuncu müəssisə tərəfindən göstərilmiş xidmətlər üçün ödənilmiş 570.877,21 manat dəyərində xidmət alınmışdır. Lakin yoxlama zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən həmin layihə üzrə hər hansı pay alışı həyata keçirilməmişdir. Bu səbəblə, cəmiyyətin fəaliyyəti müvafiq hissədə hər hansı gəlir əldə edilməsi ilə (sahibkarlıq fəaliyyəti ilə) bağlı olmadığından Vergi Məcəlləsinin 175.1 və 175.2ci maddələri əsas götürülməklə cəmiyyət tərəfindən təqdim edilmiş ƏDV əvəzləşmələri nəzərə alınmamış və əlavə vergi hesablanması həyata keçirilmişdir. İddiaçı vergi orqanı tərəfindən yoxlama keçirilən zaman prosessual pozuntulara yol verildiyini bildirmiş və səyyar vergi yoxlamasının 9 dəfə dayandırıldığını, 2 dəfə müddəti uzadıldığını, 1 dəfə aktın tərtibi müddətinin uzadıldığını, 1 dəfə əlavə yoxlamanın tədbirinin həyata keçirildiyini və aktın tərtibi müddətinin uzadılması barədə qərarın reyestrə daxil edilmədiyini bildirmişdir. İlkin olaraq bildirilmişdir ki, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin ##.##.2022-ci il tarixli, **************** nömrəli qərarı ilə sentyabr 2019-avqust 2022-ci il dövrlərini əhatə edən səyyar vergi yoxlamasının keçirilməsi qərar alınmışdır. Müvafiq qərar Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən qeydiyyatdan keçirilmiş və qeydiyyata dair ##.##.2024-cü il tarixli, KY********* saylı çıxarış əldə edilmişdir. Daha sonra, yoxlama qanunvericiliklə nəzərdə tutulmuş müddəti keçməməklə 9 dəfə vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi əsası ilə dayandırılmışdır. Yoxlamanın hansı tarixlər aralığında və hansı müddətə dayandırılması məlumatları reyestrə daxil edilmişdir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Qeyd olunan maddə əsasında yoxlamanın müddəti ##.##.2023ci il tarixindən ##.##.2023-cü il tarixinədək (43 gün müddətinə) və ##.##.2023-cü il tarixindən ##.##.2023-cü il tarixinədək (45 gün müddətinə) yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması səbəbindən artırılmış və bu barədə qanunla tələb olunan məlumatlar, o cümlədən ##.##.2024-cü il tarixli, **************** nömrəli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərarla ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək keçirilmiş əlavə vergi yoxlamasına dair məlumatlar reyestrə daxil edilmişdir. Göründüyü kimi vergi orqanı tərəfindən yoxlamanın həyata keçirilməsi zamanı prosessual pozuntulara yol verilməmiş, qanunvericiliyin tələblərinə riayət edilmişdir. İddiaçının ərizəsində qeyd etdiyi “aktın tərtibi müddətinin uzadılmasının reyestrə daxil edilməməsi” hissəsinə münasibətdə bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4-cü maddəsində reyestrə daxil edilməli məlumatlar sırasında yoxlamaya dair tərtib edilmiş aktın tərtibi müddətinin uzadılması barədə məlumat göstərilməmişdir. Əlavə olaraq, 3.4.16-cı maddəsində yalnızca yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumatların reyestrə daxil edilməli olduğu qeyd olunmuşdur. Bununla yanaşı, aktın tərtib edilməsi ilə bağlı Məcəllənin 39.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının # ######## 2016-cı il tarixli, **************** nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi” Qaydalarının 8.13-cü maddəsinə əsasən, səyyar vergi yoxlamasının nəticələri üzrə akt yoxlama başa çatdıqdan sonra 3 iş günü müddətində tərtib edilir. Səyyar vergi yoxlamasının ##.##.2024-cü il tarixdə başa çatdığını və **************** nömrəli yoxlamanın nəticələrinə dair aktın ##.##.2024-cü il tarixində tərtib edildiyi nəzərə alsaq, vergi orqanı tərəfindən aktın tərtib edilməsi ilə bağlı hər hansı prosessual pozuntuya yol verilməmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin # ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim H.Ağalarov) iddia tələbi təmin edilərək cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ## #### 2024cü il tarixli, **************** nömrəli qərarı ləğv edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: – İddiaçı kommersiya fəaliyyəti ilə məşğul olan təşkilatdır. İş materialında olan müqavilələr, rəylər, nizamnamələr və digər sənədlərin birgə təhlili onu deməyə əsas verir ki, iddiaçı xxxx şirkətinin paylarının alınmasını birbaşa həyata keçirmək imkanına malik olmadığı üçün bu fəaliyyəti yaradılan törəmə şirkətlər vasitəsilə yerinə yetirmişdir. Həmin payların alınmasında birbaşa marağı olan subyekt iddiaçıdır. Qeyd olunan səbəbdən iddiaçı “xxxx” LLC vasitəsilə xxxx şirkətinin alınmasından əvvəl həmin şirkətin hərtərəfli qiymətləndirilməsi, habelə alışı üçün kreditin cəlb olunacağı borcverənlərin müəyyən edilməsi məqsədilə Təchizatçıdan xidmətlər almış və xidmətlərin dəyərini öz vəsaiti hesabına ödəmişdir. – İddiaçının xxxx şirkətinin səhmlərinin alışına yönəlmiş çəkdiyi xərclər onun gəlir qazanması məqsədilə həyata keçirildiyindən cavabdehin həmin xərcləri mənfəət vergisi bəyannaməsindən silməsi əsassız olmuşdur. Həmçinin həmin məqsədlərə xidmət edən iddiaçının təchizatçıya ödədiyi məbləğlərə görə ödənilən ƏDV məbləğinin əvəzləşdirilməsinə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. – İddiaçı Belarusiya Telekom şirkətinin səhmlərini almaq məqsədilə “xxxx” MMC ilə müqavilə bağlamış və investisiya qoyuluşu etməzdən öncə həmin şirkətin təhlil olunması, ümumi dəyərləndirilməsi məqsədilə ödəniş həyata keçirmişdir. Cavabdeh isə həmin ödənişi iddiaçının xərcləri kimi tanımamış, həmçinin ödənilmiş ƏDV məbləğini əvəzləşdirmədən silmişdir. – Cavabdehin qeyd olunan formada yanaşması mövcud qanunvericiliyin tələblərinə uyğun olmamışdır. İddiaçının iş materiallarına əlavə etdiyi sənədlərdən də göründüyü kimi, göstərilən xərclərin çəkilməsində məqsəd investisiya qoyuluşundan öncə risklərin qarşısının alınması istiqamətində dəyərləndirmənin aparılmasından ibarət olmuşdur. Bu əməliyyatın həyata keçirilməsində iddiaçının iqtisadi marağı gəlir əldə etmək olmuşdur. Vergi Məcəlləsinin 108.1-ci maddəsində nəzərdə tutulan “gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər” anlayışına yalnız faktiki olaraq əldə olunmuş gəlirlər deyil, gəlirin əldə olunmasına yönələn addımlar (çəkilən xərclər) də daxildir. Bu hala analoji olaraq reklam, yanacaq və s. xərcləri misal göstərmək olar. Həmin xərclərin də çəkilməsi zamanı hələ gəlirin yaranıb-yaranmayacağı bəlli deyildir, amma şəxsin marağı həmin gəlirin əldə olunmasına yönəlmişdir. Bu baxımdan cavabdehin qeyd olunan layihə çərçivəsində xərcləri nəzərə almaması qanunauyğun deyildir.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər: G.Abbasova - sədrlik edən və məruzəçi, A.Oruczadə və E.Əliyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin # ###### 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ

a. Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir – Cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 109.2-ci maddəsinin tələbləri pozularaq "xxxx" MMC-dən (VÖE 1404465101) 2019-cu ildə 1151523.6 manat məbləğində Vodafon Ukrayna şirkətinin hüquqi, texniki və maliyyə baxımından qiymətləndirilməsi, 2021-ci ildə isə 303375.2 manat həmin şirkətin alışının yekunlaşması ilə bağlı əldə olunmuş xidmətlərin dəyəri (ümumilikdə 1454898.8 manat) gəlirdən çıxılan xərclərə aid edilmişdir. Belə ki, Cəmiyyət Telco Solutions B.V. şirkəti ilə birgə ##.##.2019-cu ildə Telco Invesment B.V şirkətin (Niderland qeydiyyatlı) təsis etmişdir (Cəmiyyətin payı 10%, Telco Solutions B.V. şirkətinin payı 90% olmaqla). Telco Investments B.V. şirkət tərəfindən isə ##.##.2019-cu ildə xxxx LLC (Ukrayna qeydiyyatlı) yaradılmış və həmin şirkət tərəfindən ##.##.2019-ct ildə Vodafon Ukrayna şirkətinin səhm paylan alınmışdır. xxxx LLC səhm paylarının alışını həm öz vəsaiti (nizamnamə kapitalı), həm də bu məqsədlə xarici maliyyə institutlarından alınan kredit hesabına həyata keçirmişdir. Göründüyü kimí Vodafon Ukrayna şirkətinin səhmlərin alışında Cəmiyyət birbaşa iştirak etməmiş, pay alışı törəmə müəssisə tərəfindən həyata keçirilmişdir, lakin bununla bağlı məsləhət və bu kimi xidmətlərin dəyəri Cəmiyyət tərəfindən qarşılanmışdır. Bu səbəbdən əldə olunmuş xidmətlərin Cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə bağı xərclərə aid edilməsi əsassız hesab olunmuşdur. –Cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 109.2-ci maddəsinin tələbləri pozulmuş, "xxxx" MMC (VÖE 1404465101) 333024.0 manat dəyərində xarici kredit vəsaitinin cəlb edilməsi ilə bağlı əldə olunmuş xidmətlərin dəyərini gəlirdən çıxılan xərclərə aid edilmişdir. Belə ki, Cəmiyyətin Telco Solutions B.V. ilə birgə yaratdığı törəmə müəssisə Telco Invesment B.V tərəfindən Vodafon Ukrayna şirkətinin səhm paylarının alışı zamanı xarici maliyyə institutlarında kredit cəlb olunmuşdur. Bu kreditlərin əldə olunması ilə bağlı məsləhət xidmətləri Cəmiyyət tərəfindən "xxxx" MMC-dən əldə olunmuşdur. Lakin, faktiki olaraq xarici maliyyə institutlarından kreditin Cəmiyyət tərəfindən deyil, birgə yaradılan törəmə müəssisə tərəfindən əldə olunduğu bildirilmişdir. Bu səbəbdən əldə olunmuş xidmətlərin Cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə bağlı xərclərə aid edilməsi əsassız hesab olunmuşdur. Ümumilikdə verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 357584.56 manat (o cümlədən, 2019-cu il üzrə 230304.72 manat, 2021-ci il üzrə 127279.84 manat olmaqla) azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50%, yəni 178792.28 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. – Həmçinin yoxlama zamanı əlavə dəyər vergisi üzrə uyğunsuzluqlar aşkar edilərək ƏDV-nin 378927.26 manat azaldılmasının müəyyər edilmişdir. Belə ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 109.2-ci maddəsinin tələbləri pozularaq "xxxx" MMC-dən (VÖE 1404465101) 2019-cu ildə 1151523.6 manat məbləğində Vodafon Ukrayna şirkətinin hüquqi, texniki və maliyyə baxımından qiymətləndirilməsi, 2021-ci ildə isə 303375.2 manat həmin şirkətin alışının yekunlaşması ilə bağlı əldə olunmuş xidmətlərin dəyəri (ümumilikdə 1454898.8 manat) gəlirdən çıxılan xərclərə aid edilmişdir. Cəmiyyət "xxxx" MMC-dən alınmış bu xidmətlər üzrə ##.##.2019-cu il tarixli EAA seriyalı ****** nömrəli e-qaimə faktura üzrə 93838.50 manat, ##.##.2019-cu il tarixli EAAZ seriyalı ****** nömrəli e-qaimə faktura üzrə 67779.00 manat, ümumilikdə isə 2019-cu il üzrə 161617.6 manat ƏDV məbləği, ##.##.2021-ci il üzrə EBBP seriyalı ***** nömrəli EQF üzrə ödənilmiş 54607.54 manat ƏDV məbləğini düzgün olmayaraq əvəzləşdirmişdir. Yoxlama ilə qeyd olunan xərclərin Cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə bağlı xərclərə aid edilməsi əsassız hesab olunmuş və Vergi Məcəlləsinin 175-ci maddəsinin 175.1-ci və 175.2-ci maddələrinə əsasən ƏDV əvəzləşdirmələri ləğv edilmişdir. Ümumilikdə yoxlama 216225,14 manat məbləğində ƏDV əvəzləşdirilməsi ləğv edilmişdir. – Yoxlama ilə müəyyən edilmişdir ki, Telco Solutions & investments LLC səhm paylarının alışını həm öz vəsaiti (nizamnamə kapitalı), həm də bu məqsədlə xarici maliyyə institutlarından alınan kredit hesabına həyata keçirmişdir. Göründüyü kimi Vodafon Ukrayna şirkətinin səhmlərin alışında cəmiyyət birbaşa iştirak etməmiş, pay alışı törəmə müəssisə tərəfindən həyata keçirilmişdir, lakin bununla bağlı məsləhət və bu kimi xidmətlərin dəyəri cəmiyyət tərəfindən qarşılanmışdır. Bu səbəbdən əldə olunmuş xidmətlərin cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə bağlı xərclərə aid edilməsi əsassız hesab olunmuşdur. Eyni zamanda cəmiyyətin Telco Solutions B.V. ilə birgə yaratdığı törəmə müəssisə Telco Invesment B.V tərəfindən Vodafon Ukrayna şirkətinin səhm paylarının alışı zamanı xarici maliyyə institutlarında kredit cəlb olunmuşdur. Bu kreditlərin əldə olunması ilə bağlı məsləhət xidmətləri cəmiyyət tərəfindən "xxxx" MMC-dən əldə olunmuşdur. Lakin, faktiki olaraq xaric maliyyə institutlarından kreditin cəmiyyət tərəfindən deyil, birgə yaradılan törəmə müəssisə tərəfindən əldə olunduğu bildirilmişdir. Bu səbəbdən əldə olunmuş xidmətlərin cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə bağlı xərclərə aid edilməsi əsassız hesab olunmuşdur. Cəmiyyət tərəfindən Belarusiya Telekom şirkətin alışı həyata keçirilməmiş və təqdim olunan məlumata əsasən gələcəkdə də nəzərdə tutulmamışdır. Qeyd olunan xərclərin gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə alınmış ##.##.2022-ci il tarixli EBBY seriyalı ****** nömrəli və ##.##.2022-ci il tarixli EBBZ seriyalı ****** nömrəli EQF üzrə xidmətlərə görə ödənilmiş 102757.9 manat ƏDV məbləği üzrə əvəzləşmələr Ver Məcəlləsinin 175-ci maddəsinin 175.1-ci və 175.2-ci maddələrinin tələbləri pozulduğu üçün ləğv edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Vergi Məcəlləsi: Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək ... Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludur; ...

Maddə 108. Gəlirin əldə edilməsi ilə bağlı xərclər 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Maddə 109. Gəlirdən çıxılmayan xərclər ... 109.2. Qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. 175.2. Bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank və digər ödəniş hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir.

15. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

19. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

20. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

21. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

22. Hazırkı mübahisənin əsasını iddiaçının da daxil olduğu Neqsol Holding Şirkətlər qrupuna aid “xxxx” MMC-dən əldə etdiyini bildirdiyi investisiya, hüquqi, texniki, maliyyə qiymətləndirmə və məsləhət xidmətlərinə görə çəkilmiş xərclərin gəlirdən çıxılan xərclərə aid edilib-edilməməsi, habelə həmin xidmətlər üzrə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsinin qanuniliyi təşkil edir.

23. İddiaçı tərəfindən 2019-cu ildə Vodafone Ukrayna şirkətinin hüquqi, texniki və maliyyə baxımından qiymətləndirilməsi ilə bağlı “xxxx” MMC-dən 1.151.523,6 manat, 2021ci ildə isə həmin şirkətin alışının yekunlaşdırılması ilə bağlı 303.375,2 manat, ümumilikdə 1.454.898,8 manat məbləğində xidmət alındığı bildirilmişdir. Bundan başqa, xarici kredit vəsaitinin cəlb edilməsi ilə bağlı 333.024 manat dəyərində xidmətlərin, habelə Belarus Respublikasında yerləşən telekommunikasiya şirkətinin alınması məqsədilə 570.877,21 manat dəyərində xidmətlərin əldə olunduğu qeyd edilmişdir.

24. Lakin apellyasiya instansiyası məhkəməsi həmin xidmətlərin faktiki göstərilməsini, onların real həcmini, məzmununu, nəticələrini və iddiaçının sahibkarlıq fəaliyyəti ilə əlaqəsini təsdiq edən sübutları lazımi qaydada araşdırmamışdır. Xüsusilə, 2 milyon manatdan çox dəyərdə məsləhət və qiymətləndirmə xidmətlərinin nəticəsi kimi hansı hesabatların, hüquqi rəylərin, texniki qiymətləndirmələrin, maliyyə modellərinin, risk təhlillərinin, investisiya memorandumlarının, qiymətləndirmə sənədlərinin, danışıqlar protokollarının, təqdimatların və ya digər analitik materialların hazırlanıb iddiaçıya təqdim edildiyi müəyyən edilməmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, əlaqəli şəxslər arasında bağlanmış müqavilə, elektron qaimə-faktura və ödəniş sənədlərinin mövcudluğu özlüyündə xidmətlərin real olaraq göstərildiyini, həmin xidmətlərin məhz iddiaçıya göstərildiyini və onun gəlir əldə etməsinə yönəldiyini təsdiq etmək üçün yetərli sayıla bilməz. Bu sənədlər sadəcə əməliyyatın rəsmiləşdirməsini göstərir, işin faktiki görüldüyünü təsdiq etmir. Xüsusilə, xidmət göstərən şəxsin iddiaçının daxil olduğu eyni holdinq strukturu daxilində fəaliyyət göstərməsi nəzərə alınmaqla, məhkəmə bu cür əməliyyatların real iqtisadi məzmununu, xidmətlərin faktiki nəticəsini və iddiaçının həmin xidmətlərdən konkret olaraq hansı iqtisadi faydanı əldə etdiyini daha mötəbər və yetərli sübutlarla araşdırmalıdır.

26. Vergi Məcəlləsinin 109.2-ci maddəsinin tətbiqi baxımından həlledici məsələ yalnız xərclərin çəkilməsi faktı deyil, həmin xərclərin gəlirin əldə edilməsi ilə bağlılığıdır. Buna görə də apellyasiya instansiyası məhkəməsi xidmətlərin dəyərinin ödənilib-ödənilməməsi ilə kifayətlənməməli, həmin xidmətlərin hansı gəlirin əldə edilməsinə yönəldiyini, həmin gəlirlə xərclər arasında real səbəbli əlaqənin mövcud olub-olmadığını, habelə çəkilmiş xərclərin iqtisadi cəhətdən əsaslandırılmış və zəruri olub-olmadığını müəyyən etməli idi.

27. Bu baxımdan, iddiaçının sonradan Telco Investment B.V.-dəki payını sataraq gəlir əldə etməsi barədə dəlili də ayrıca və hərtərəfli qiymətləndirilməli idi. Belə ki, müəyyən gəlirin əldə olunması faktı avtomatik olaraq həmin investisiya ilə bağlı bütün xərclərin gəlirdən çıxılan xərc kimi qəbul edilməsinə əsas vermir. Məhkəmə həmin gəlirin məhz hansı xidmətlərin nəticəsində əldə edildiyini, çəkilmiş xərclərin həmin gəlirlə bağlılığını, xərclərin məbləğinin gəlirlə və iddiaçının payı ilə mütənasibliyini, eləcə də həmin xərclərin cari dövr xərci kimi tanınmalı, yoxsa investisiya xarakterli xərc kimi qiymətləndirilməli olduğunu araşdırmalıdır.

28. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi mübahisəli xidmətlərdən faktiki faydalananının kim olduğunu da müəyyən etməmişdir. İşin hallarından görünür ki, Vodafone Ukrayna şirkətinin səhmləri birbaşa iddiaçı tərəfindən deyil, Telco Investment B.V. və onun təsis etdiyi xxxx LLC vasitəsilə alınmışdır. Xarici maliyyə institutlarından kredit vəsaitlərinin cəlb edilməsi də birbaşa iddiaçı tərəfindən deyil, həmin korporativ struktur çərçivəsində həyata keçirilmişdir. Belə olan halda, “xxxx” MMC tərəfindən göstərildiyi iddia olunan xidmətlərin nəticələrinin iddiaçının öz sahibkarlıq fəaliyyətinə, yoxsa ayrıca hüquqi şəxs olan xarici şirkətlərin fəaliyyətinə xidmət etdiyi müəyyənləşdirilməlidir.

29. Məhkəmə kollegiyası hesab edir ki, əgər xidmətlərin nəticələri faktiki olaraq başqa hüquqi şəxsin fəaliyyətinə, başqa hüquqi şəxsin aktiv əldə etməsinə və ya başqa hüquqi şəxsin maliyyələşməsinə xidmət etmişdirsə, həmin xərclərin iddiaçının gəlirdən çıxılan xərcləri kimi qəbul edilməsi üçün əlavə əsaslandırma tələb olunur. Bu halda iddiaçının həmin xərcləri öz üzərinə götürməsinin iqtisadi səbəbi, xərclərin onun 10 faizlik iştirak payı ilə əlaqəsi, digər iştirakçının bu xərclərdə iştirakı, xərclərin bölüşdürülmə mexanizmi və iddiaçının həmin xidmətlərdən real faydalanma dərəcəsi araşdırılmalıdır.

30. Eyni yanaşma Belarus Respublikasında yerləşən telekommunikasiya şirkətinin alınması məqsədilə əldə edildiyi bildirilən xidmətlərə də aiddir. Həmin layihə üzrə alışın baş vermədiyi, layihənin həyata keçirilmədiyi və gələcəkdə də nəzərdə tutulmadığı halda, apellyasiya instansiyası məhkəməsi bu xidmətlər üzrə hansı konkret işlərin görüldüyünü, həmin işlərin nəticəsində hansı sənədlərin hazırlandığını, layihənin dayandırılması barədə qərarın hansı araşdırmaya əsaslandığını və həmin xərclərin iddiaçının gəlir əldə etməsi ilə əlaqəsinin nədən ibarət olduğunu müəyyən etməli idi. Bu hallar araşdırılmadan yalnız layihənin strateji xarakter daşıması barədə ümumi mülahizələr əsasında ƏDV əvəzləşməsinin qanuni hesab edilməsi əsaslı sayıla bilməz.

31. ƏDV əvəzləşdirilməsi məsələsinə münasibətdə də apellyasiya instansiyası məhkəməsinin yanaşması natamam olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 175-ci maddəsinin tətbiqi üçün xidmətlərin sadəcə alınması deyil, həmin xidmətlərin vergi tutulan əməliyyatlar üçün istifadə edilməsi və ya istifadə edilməsinin nəzərdə tutulması müəyyən edilməlidir. Məhkəmə isə mübahisəli xidmətlərin iddiaçının ƏDV-yə cəlb olunan əməliyyatları ilə bağlılığını, yoxsa səhm alışına, xarici törəmə şirkətlərin fəaliyyətinə və ya baş tutmamış investisiya layihələrinə aid olduğunu ayrıca qiymətləndirməmişdir.

32. Beləliklə, iş üzrə müəyyən edilməli olan əsas hallar bunlardır: “xxxx” MMC tərəfindən hansı konkret xidmətlərin göstərilməsi; həmin xidmətlərin nəticəsində hansı sənədlərin və ya analitik materialların hazırlanması; xidmətlərin faktiki faydalananının kim olması; xərclərin iddiaçının öz gəlirinin əldə edilməsi ilə birbaşa və real əlaqəsinin mövcudluğu; xidmətlərin dəyərinin iqtisadi əsaslandırılması; xərclərin cari xərc, yoxsa investisiya xarakterli xərc olması; habelə həmin xidmətlər üzrə ƏDV məbləğlərinin iddiaçının vergi tutulan əməliyyatları ilə bağlılığı.

33. Bu hallar tam və hərtərəfli araşdırılmadan Vergi Məcəlləsinin 109.2-ci və 175-ci maddələrinin tətbiqi barədə düzgün hüquqi nəticəyə gəlmək mümkün deyildir.

34. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # #### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar