Məhkəmə qərarları › İş №2-1(102)-2941/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2941/2025

31.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2941/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilmədən imtina (əsassız iddialar); oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə (üçüncü şəxs "xxxx" MMC-yə) qarşı “sərəncamın müvafiq hissədə etibarsız hesab edilməsi” tələbinə dair iş ü zrə İddiaçı dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyul 2025-ci il tarixli, 2-1(103)-2962/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı İnzibati Məhkəməsinin (hakim: T.R.Məlikov) 02 iyul 2024-cü il tarixli, 21(112)-8461/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

2. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və C.A.Yusifov) 18 dekabr 2024-cü il tarixli, 2-1(103)-3379/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti t əmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8461/2024 nömrəli, 02 iyul 2024-cü il tarixli qərardadı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir.

3. İşə birinci instansiya məhkəməsində təkrar baxılarkən iddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin (hakim: E.A.Abdullayev) 21 aprel 2025-ci il tarixli, 2-1(112)6527/2025 nömrəli qərardadı ilə onun ərizəsi təmin edilməmişdir.

4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin (hakim: E.A.Abdullayev) 21 aprel 2025-ci il tarixli, 21(112)-6527/2025 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir.

5. Bakı İnzibati Məhkəməsinin (hakim: E.A.Abdullayev) 21 aprel 2025-ci il tarixli, 21(112)-6527/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

6. İddiaçı həmin qərardadlardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və O.N.İsmayılov) 25 iyun 2025-ci il tarixli, 2-1(103)-2962/2025 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2-1(112)-6527/2025 nömrəli qərardadlarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilmiş və şikayətlərin qəbulundan imtina edilmişdir.

7. İddiaçı (bundan sonra mətndə - ərizəçi) həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabı na vəkillə təmin edilməsi üçün ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və O.N.İsmayılov) 02 iyul 2025-ci il tarixli, 2-1(103)-2962/2025 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

8. Ərizəçi həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şik ayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn dü zgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kif ayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul e tdiyi qərardad(lar)da (xx.xx.2024-cü il tarixli 2-1(102)-1736/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)-2783/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şikayət hüququndan sui-istifadə hallarının qarşısının alınması və sanksiyalaşdırılması daxili hüquqda olduğu kimi, beynəlxalq hüquqda və beynəlxalq məhkəmələrdə də mövcuddur. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 1.2-ci maddəsinə görə, heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Avropa İnsan hüquqları haqqında Konvensiyanın 35-ci maddəsinin § 3 (a) yarımbəndində isə qeyd olunmuşdur ki, şikayət hüququndan sui-istifadə edilməklə təqdim olunmuş şikayət Məhkəmə tərəfindən qəbuledilməz (mümkün olmayan) ela n edilməlidir.

14. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, Konvensiya çərçivəsində yaradılan və Razılığa gələn X1 ilə bağlı öhdəliklərinə riayət etməsini təmin etmək üçün nəzərdə tutulan Məhkəmə əsassız və bezdirici şikayətlərlə məşğul olmamalıdır, bu, onun real funksiyaları ilə uyğun gəlməyən lazımsız iş yükü yaradır (mutatis mutandis, keçmiş Komissiya ilə bağlı, M. Birləşmiş Krallığa qarşı, №13284/87, Komissiyanın qərarı, 15 oktyabr 1987, Qərarlar və Hesabatlar (DR) 54, s. 214). Məhkəmə şikayətin, şikayət hüququndan sui-istifadə əsasında rədd edilməsinin müstəsna tədbir olduğunu vurğulayaraq, bunu müstəsna hallarda: şikayətçi bilərəkdən yalan faktlara əsaslanan şikayətlər verdikdə; işdə sənədləri saxtalaşdırdıqda və ya Məhkəməni işin araşdırılması üçün əsaslı bir sübut barəd ə məlumatlandırmadıqda və ya icraatın gedişində yeni yaranan əhəmiyyətli halları gizlətdikdə; şikayətçi Məhkəmə ilə yazışmalarında xüsusilə təhqiredici, kobud, təhdidkar və ya təxribatçı ifadələrdən istifadə etdikdə; eləcə də, şikayətçi təkrartəkrar və açıq-aşkar əsassız şikayətlər göndərdikdə və bu şikayətlərin əvvəllər təqdim etdiyi və qəbuledilməz hesab edilən şikayətlərə bənzədiyi və buna bənzər digər hallarda tətbiq etmişdir (Miroļubovs və başqaları Latviyaya qarşı, №798/05, §§ 62-65, 15 sentyabr 2009; və S.A.S. Fransaya qarşı [BP], № 43835/11, §§ 66-67, 1 iyul 2014).

15. Beləliklə, şəxsin məhkəməyə şikayət etmək hüququ müstəsna hallarda məhdudlaşdırıla bilər və bunlardan biri də şəxsin şikayət hüququndan sui-istifadə etməsidir.

16. Yuxarıda sadalanan hallardan göründüyü kimi, şikayət hüququndan sui-istifadə edilən hallar müxtəlif ola bilər, o cümlədən, usandırıcı (ciddi hüquqi əsası olmayan şikayətlər, əsasən qarşı tərəfi narahat etmək və ya təzyiq etmək məqsədi ilə və ya bir işin həllini və ya məhkəmə qərarının icrasını lüzumsuz dərəcədə gecikdirmək məqsəd ilə edilən), açıq-aydın əsaslandırılmamış, şikayət hüququnun məqsədlərinə aşkar zidd olan (tərəfin məhkəmədən ədalət axtarışı xaricində, fərqli məqsədlə istifadə etməsi), daha əvvəl verilməklə mümkün sayılmamış şikayətlərə bənzər şikayətlərin təkrar-təkrar məhkəməyə təqdim edilməsi və buna bənzər digər hallar şikayət hüququndan sui-istifadə kimi qəbul edilə bilər. Müvafiq olaraq, şikayətçinin məhkəmənin lazımınca fəaliyyət göstərməsinə və qarşısında qaldırılmış icraatları lazımi qaydada həyata keçirməsinə əngəl tör ədən hər hansı davranışı şikayət hüququndan sui-istifadədir. Eləcə də, məhkəməni aldatmaq məqsədilə bilərəkdən həqiqi olmayan faktlarla əsaslandırılan şikayətin təqdim edilməsi, məhkəməyə göndərilən sənədlərin saxtalaşdırılması, şikayətçinin işin araşdırılması üçün əhəmiyyətli amil haqqında məhkəməni əvvəlcədən məlumatlandırmaması halında hərəkətsizlik və şikayətçinin Məhkəmə ilə yazışmalarında xüsusilə təhqiredici, kobud, təhdidkar və ya təxribatçı ifadələrdən istifadə etməsi şikayət hüququndan sui-istifadə sayılır.

17. Şikayət hüququndan sui-istifadənin qarşısının alınmasının məqsədi, məhkəmə sisteminin bütövlüyünü və effektivliyini qorumaq, məhkəmə resurslarının ədalətli və məntiqli şəkildə istifadə olunmasını təmin etmək, məhkəmə resurslarını əsassız şəkildə israf etməmək və eləcə də, qarşı tərəfi əsassız narahat etməməkdir. Sui-istifadə məhkəmə sisteminin effektivliyi və ədaləti üzərində ictimai etimadı azalda bilər, məhkəmə sisteminin yanlış məqsədlər üçün manipulyasiya edilə biləcəyi təəssüratını yarada bilər. Ona görə də, şikayət hüququndan sui-istifadəyə qarşı mübarizə aparmaq məqsədilə məhkəmələr şikayət hüququndan sui-istifadə edildiyi üçün şikayətin mümkün sayılmaması haqqında qərardad və ya bu hüquqdan sui-istifadə edən tərəflərə qarşı xəbərdarlıq və cərimə tətbiqi barədə qərarlar qəbul edə bilər.

18. Hazırkı iş üzrə ərizəçi (iddiaçı) subyektiv hüququ olmadığı halda, inzibati məhkəmə icraatına aid olmayan əsassız iddialar qaldırmaqla və həmin iddialar üzrə qərarları bütün məhkəmə instansiyalarında mübahisələndirməklə hüququndan sui-istifadə edir, süni şəkildə m əhkəmə işlərini artırır. Eləcə də, şikayətçinin məhkəmə ilə yazışmalarında xüsusilə təhqiredici, kobud, təhdidkar və ya təxribatçı ifadələrdən istifadə etməsi şikayət hüququndan sui-istifadə sayılır.

19. Ərizəçinin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

20. Qeyd olunmalıdır ki, hazırkı halda ərizəçinin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməməsi onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Belə ki, əsassız kassasiya şikayəti tərtib olunması üçün dövlət hesabına vəkillə təmin edilmə, həmçi nin qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına (hazırkı iş üzrə cavabdehə münasibətdə), süründürməçiliyə, dövlət büdcəsi vəsaitlərinin əsassız xərclənməsinə səbəb olur, şəxslərin intizamsızlığına şərait yaradır.

21. Odur ki, qeyd edilən hallarda ərizəçiyə dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin olunmasından imtina edilməlidir. Belə yanaşma, həmin institutdan sui-istifadə hallarının qarşısının alınması məqsədlərinə xidmət edir.

22. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi möv qe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur.

23. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyul 2025-ci il tarixli, 21(103)-2962/2025 nömrəli qərardadından ərizəçi (iddiaçı) tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar