Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2943/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: inzibati icraatın müdaxilənin yolverilməzliyi aparılması, mülkiyyət hüququna qanunsuz Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəs i yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “sərəncamların, icazənin və icarə müqavilələrinin qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2-1(103)-194/2024 saylı qərarından cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 240 kv.m. torpaq sahəsi əlavə edilmiş eskiz əsasında fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə X1 mülkiyyət inə satılmışdır.
2. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 53 saylı sərəncamına əsasən "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli 15 saylı müraciəti nəzərə alınaraq, ünvan 1də 0,1458 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. 3. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 30 may 2018-ci il tarixli 1484 saylı müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 53 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli 13384 saylı inşaat pasportuna əsasən Bakı şəhəri, ünvan 1də yerləşən 1458 kv.m. torpaq sahəsi 49 il müddətinə icarəçi "xxxx" MMC-nin istifadəsinə verilmişdir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X1 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A№415435 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində 0,024 ha torpaq sahəsinin kadastr göstəriciləri və planı qeyd edilmiş, həmin torpaq sahəsi üzərində X1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamına əsasən ünvan 1də Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 53 saylı Sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş 0.1567 ha əraziyə bitişik 0,0895 ha torpaq sahəsi yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə icarə əsasında "xxxx" MMC-nin istifadəs inə verilmişdir.
6. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən təsdiq edilmiş 19/64 saylı xx.xx.2019-cu il tarixli cizgidə "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, X11 qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə yalnız abadlıq və yaşıllaşdırma işlərinin aparılması üçün ayrılan 0.0895 ha və yaşayış binasının tikintisinə icazə verilmiş 0,1458 ha torpaq sahəsinin koordinatları və texniki göstəriciləri əks olunmuşdur. 7. “30 may 2018-ci il tarixli 1484 saylı torpaq icarə müqaviləsinə” 19 noyabr 2019-cu il tarixli dəyişikliklərə əsasən 1458 kv.m.-in 2462 kv.m. kimi oxunması qeyd edilmişdir.
8. Bakı Şəhər İcra Hakimiyyəti başçısının Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 18/49 saylı “xx.xx.2018 -ci il tarixli aktına əlavə edilmiş cizgi”də "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, X11 qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə tikinti işlərinin aparılması üçün ayrılan 0.1567 ha torpaq sahəsinin koordinatları və texniki göstəriciləri əks olunmuşdur.
9. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə” ilə müəyyən edilir ki, Bakı şəhəri, ünvan 1də yerləşən ümumilikdə 0,2462 ha torpaq sahəsində "xxxx" MMC-yə tikinti işlərinin aparılmasına icazə verilmişdir.
10. İddiaçı X3 ərizə ilə cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edərək Bakı şəhəri, ünvan 1 ünvanında tikinti no rma və qaydalarına riayət edilmədən aparılan tikinti işlərinin araşdırılmasını xahiş etmişdir.
11. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 53 nömrəli və xx.xx.2019-cu il tarixli 358 nömrəli sərəncamları ilə "xxxx" MMC-yə Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 3223-cü məhəllədə 0,1567 hektar torpaq sahəsində yaşayış binasının layihələndirilməsinə icazə verilmiş və həmin əraziyə bitişik 0,0895 hektar torpaq sahəsi abadlıq və yaşıllaşdırma işlərinin aparılması məqsədilə həmin MMC-nin istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun olaraq, həmin MMC tərəfindən müvafiq sənədlərin tamlığı təmin edildikdən sonra aidiy yəti qurumların rəyi, razılığı və digər zəruri sənədlər əsasında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən yuxarıda göstərilən ünvanda yaşayış binasının tikintisinə xx.xx.2020-ci il tarixli 38 nömrəli icazə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçı X3 cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 53 saylı və xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamlarının, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsini n xx.xx.2020-ci il tarixli 01 nömrəli sərəncamının, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazənin” ona məxsus torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” ilə müəyyən edilmiş hüdudlarında olan hissədə qanunsuz hesab edilməklə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırmışdır ki, Binəqədi bələdiyyəsinin 04 iyul 2003-cü il tarixli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində torpaq sahəsi iddiaçıya satılmışdır. 1988-ci ildən faktiki, 2003-cü il tarixdən isə rəsmi olaraq torpaq sahəsi iddiaçının qanuni istifadəsində və sahibliyində olmuşdur. Daha sonra 25 oktyabr 2019-cu il tarixdə iddiaçının torpağa dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilmişdir. 2018-ci ilin mart ayında "xxxx" MMC tikinti şirkətinin nümayəndələri həmin yeri "abadlıq" adı ilə söküb dağıdaraq zəbt etməyə cəhd etmiş, buna qismən nail olmuşlar. Onların hərəkətlərində ciddi qanun pozuntularının (talama və işçilərin bağdakı əşyaların oğurlanması) əlamətləri olduğundan müraciətinə əsasən polisdə araşdırma başlanmış, "xxxx" MMC-nin nümayəndəsi İlkin Şükürov tikinti-layihə sənədlərini təqdim edərək orada iddiaçının sahəsinin onun layihəsi ilə əhatə olunduğunu göstərmişdir. Lakin təqdim etdikləri sərəncamdan məlum olmuşdur ki, onlara torpaqayırma sənədi deyil, yalnız layihələndirmə işinə icazə verilmiş və Bakı şəhəri İH nəzdindəki "İnters ervis" qurumu ilə torpaq sahəsinin icarə müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Buna baxmayaraq 2018-ci ildə "xxxx" MMC tikinti şirkəti iddiaçıya məxsus yerlə yanaşı olan bütün ərazini hasara alaraq içindəki ağacları kökündən çıxarmış, yaşıllığı şumlamış, iddiaçının yerinin hasarını dağıtmış, darvazanı, bağın içindəki dəmir şkafda olan əşyaları, yerdə toplanmış dəmir boruları və bağ alətlərini talamışlar. Polisdə araşdırma aparılan dövrdə onlar vurduqları ziyanı aradan qaldıracaqlarına və sahəyə toxunmayacaqlarına zəmanət versələr də, buna əməl etməmişlər. 2020-ci ilin may ayının əvvəlində həmin şəxslər bir daha əraziyə gələrək ağır texnika ilə işlərə başlamışlar. Bu şəxslərin hərəkətləri özbaşınalıq və talan, özgə əmlakı məhv etmə olmaqla iddiaçının və yaxınlarının səhhətinə sars ıdıcı zərbə olmuşdur. Hesab edir ki, şirkətə tikinti üçün şəhərsalma qaydalarına görə yerində müayinə və baxış olmadan, yerquruluşu, o cümlədən torpağın başqa hüquqlardan sərbəst olması məsələsi dəqiq öyrənilmədən nə ayrıc aktı və ya başqa sənəd verilə bilməzdi. Məlumdur ki, ayrıc aktı yer naturada təhvil verilməklə imzalanır. Heç bir halda xüsusi mülkiyyətdə olan torpaq sahəsinə icazə verilə bilməzdi. Heç bir sənəd, o cümlədən yanlış tərtib olunmuş sənəd özgənin xüsusi mülkiyyətinə zorakılıqla daxil olmağa, dağıtmağa əsas vermir. Beləliklə, cavabdehlərin vermiş olduğu icazə sənədlərinə əsaslanaraq "xxxx" MMC açıq şəkildə, bilərəkdən iddiaçının xüsusi mülkiyyətində olan əmlakını məhv etmişdir. Hesab edir ki, verilmiş icazələr qanunsuzdur.
14. Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsa lma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019- cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında” Əsasnamənin 3.1.16-cı yarımbəndinə əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tikinti obyektinin tikintisinə icazə vermək səlahiyyətinə malikdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi səlahiyyətləri çərçivəsində "xxxx" MMC-yə xx.xx.2020-ci il tarixli 38 nömrə li “Obyektin tikintisinə icazə” sənədini təqdim edərkən hər hansı qanun pozuntusuna yol verməmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-316/2022 saylı, 02 fevral 2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC məhkəmə icraatına cəlb edilmişdir.
16. X3 vəfat etdiyi üçün Bakı İnzibati Məhkəməsinin 2-1(112)-112/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qərardadı iddiaçı X3 onun hüquqi varisi İddiaçı ilə əvəz edilmişdir.
17. Daha sonra isə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə bağlı onun hüquqi varisi İddiaçı adına ********** saylı xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyi üçün İddiaçı əsl iddiaçı qismində tanınmışdır.
18. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində "xxxx" MMC-yə dair B akı şəhəri İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 53 saylı və xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamlarının, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 30 may 2018-ci il tarixli 1484 saylı müqavilə və “30 may 2018-ci il tarixli 1484 saylı torpaq icarə müqaviləsinə” 19 noyabr 2019-cu il tarixli dəyişikliklər barədə müqavilənin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə” sənədinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X1 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A№415435 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində müəyyən e dilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi hissəsində ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-112/2023 saylı, 28 fevral 2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-112/2023 saylı, 15 mart 2023-cü il tarixli qərarı ilə (hakim X6) iddia təmin edilmiş, "xxxx" MMC-yə dair Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 53 saylı və xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamları, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 30 may 2018-ci il tarixli 1484 saylı müqavilə və “30 may 2018-ci il tarixli 1484 saylı torpaq icarə müqaviləsinə” 19 noyabr 2019-cu il tarixli dəyişikliklər barədə müqavilə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitekt ura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə” sənədi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X1 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli A№ 415435 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində müəyyən edilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi hissəsində ləğv edilmişdir.
21. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər tərəfindən torpaq sahəsi üçüncü şəxsə istifadəyə verilərkən torpaq qanunvericiliyinin tələbləri pozulmuş, həmin vaxt iddiaçının mülkiyyətində olmuş ərazidən torpaq sahəsi icarəyə verilmişdir. Halbuki, yerli icra hakimiyyəti orqanı dövlət mülkiyyətində olan və hər hansı şəxsin istifadəsində olmayan (istifadəsiz) torpaq sahəsini icarəyə verə bilərdi. Dövlət mülkiyyətində olan torpaqların idarə olunmasında dövlətin maraqlarını təmsil edən cavabdehlər üçüncü şəxslərin hüquqlarından azad əşya vermək öhdəliyi daşıyırdılar (Mülki Məcəllənin 572.1-ci maddəsi). İddiaçının istifadəsində olan torpaq sahəsinin üçüncü şəxsin icarəsinə verilməsinə dair mübahisələndirilən sənədlər iddiaçının hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan ona aid hissədə qanunsuz olmuşdur.
22. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxs "xxxx" MMC apellyasiya şikayətləri və buraxılmış prosessual müddətin bərpasına dair ərizələr vermişlər. b) apellyasiya instansiyası məhkəməsində icraat
23. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2824/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qərardadı ilə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş "Prosessual müddətin bərpasına dair” ərizə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-112/2023 saylı, 15 mart 2023-cü il tarixli qərarından cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilmiş və şikayətin qəbulundan imtina edilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2824/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qərardadı üçüncü şəxs "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddət ötürülməmiş hesab edilmiş, apellyasiya şikayəti mümkün sayılmışdır.
25. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələ binin “MAP MMC-yə dair Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 53 saylı və xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamları, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə” sənədi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs) 1 saylı Ərazi İdarəsi tərəfindən X2 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli 415435 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində müəyyən edilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi hissəsində et ibarsız hesab edilməsi kimi qəbul edilməsini xahiş etmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-194/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-194/2024 nömrəli, 10 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər X7 /məruzəçi/, X8 və X10) 3-cü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-112/2023 saylı 15 mart 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia işin apellyasiya baxışı zamanı verilmiş “iddianın dəqiqləşdirilməsi” barədə ərizəyə uyğun şəkildə təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəx si 1 saylı Ərazi İdarəsi tərəfindən X2 adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli 415435 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş torpaq sahəsinin koordinatları ilə üst üstə düşdüyü müəyyən edilən "xxxx" MMC-yə dair Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2019cu il tarixli 358 saylı sərəncamı 10,93 kv.m. hissədə, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə” sənədi 0,024 ha hissədə etibarsız hesab edilmişdir.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamı (10,93 kv.m hissədə), eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arx itektura Komitəsi yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə”nin (0,024 ha hissədə) iddiaçının mülkiyyətinə müdaxilə olduğu işin mübahisəsiz halıdır. Həmin müdaxilə mülkiyyətdən məhrumetməyə bərabərdir, keçirilmiş ekspert rəyi və aparılan araşdırmaya əsasən qanuni olmamışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır ki, cavabdeh Bakı şəhər İH yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək haqqına, digər cavabdeh Memarlıq və Şəhərsalma Baş İdarəsi isə yalnız öz səlahiyyətləri çərçivəsində başqalarının hüquqlarından azad olan sahədə tikintiyə icazə sənədi vermək hüququna malikdir. Bu baxımdan hazırki mübahisəyə münasibətdə cavabdehlərin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi torpaq sahəsinə (0,024 ha) münasibətdə sərəncam, o cümlədən tikintiyə icazə vermək səlahiyyətinə malik olmadıqları nəzərə alınmalı və mübahisələndirilən sənədlərə bu prizmadan qiymət verilməlidir. Nəzərə almaq lazımdır ki, hazırki işdə Bakı şəhər İcra Hakimiyyəti xüsusi mülkiyyətdə olan torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxsə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda iddiaçının torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdir. Digər cavabdeh Memarlıq və Şəhərsalma Baş İdarəsi isə öz səlahiyyətlərindən kənara çıxmaqla, iddiaçının xüsusi mülkiyyətində olan torpa q sahəsi üzərində iddiaçının (sərəncam verildiyi vaxt isə mərhum atasının) sərəncamvermə hüququnun olduğunu nəzərə almadan özü, qanunsuz və əsassız olaraq üçüncü şəxs tərəfindən tikinti aparılmasına icazə vermişdir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində etibarsız inzibati aktların dairəsi təsbit edilmişdir. İstinad olunan Qanunun 65.1.2-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin norma anlamında cavabdehlər tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati aktlar iddiaçının torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, iddiaçıya aid hissədə etibarsız inzibati akt sayılmalıdır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.
29. Apellyasiya instansiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, hazırki işdə inzibati orqanlar tərəfindən iddiaçının mübahisələndirdiyi sərəncam və tikintiyə icazə sənədi qəbul edilərkən baxmayaraq ki, həmin sərəncam və tikintiyə icazə sənədi birbaşa iddiaçının atasının (hazırki halda isə iddiaçının) mülkiyyət hüququna toxunur, iddiaçının atası Cəbrayıl Azadəliyev həmin inzibati icraata cəlb edilməmiş, dinlənilməmiş və beləliklə də, cavabdeh inzibati orqanlar tərəfindən “İnzibati İcraat haqqında” Qanunun tələblərinə riayət olunmadığı müəyyən olunur. Həmin halları təkzib edə biləcək sübutları məhkəmə araşdırmaları zamanı cavabdeh inzibati orqanlar təqdim edə bilməmişlər.
30. Cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsa lma Baş İdarəsi kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
31. Kassasiya şikayətində Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə istinad edilərək apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilir.
32. Qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi iddia ərizəsinə baxan zaman gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və iş üçün əhəmiyyətli olan halları nəzərə almamışdır. Eyni zamanda qərarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, mübahisəli torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 2018-ci il tarixli 18 /49 nömrəli “Ayrıc aktı”na əsasən yaşayış binasının tikintisi üçün "xxxx" MMC-in istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında” Əsasnamənin 3.1.16-cı yarımbəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tikinti obyektinin tikintisinə icazə vermək səlahiyyətinə malikdir. Göründüyü kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi səlahiyyətləri çərçivəsində "xxxx" MMCin xx.xx.2020-ci il tarixli 38 nömrəli “obyektin tikintisinə icazə”ni təq dim edərkən hər hansı qanun pozuntusuna yol verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. İddiaçı kassasiya şikayəti etiraz edərək onun təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ
34. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olma qla, həqiqi hesab edilir. 35. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə
16. Dövlət reyestrində düzəli şlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
36. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasın dan imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə
65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfind ən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
37. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə
75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikint iyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır.... 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd;... Maddə
76. Tikintiyə icazə ilə bağlı icraatda maraqlı şəxslərin iştirakı 76.1. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonş ulara) məlumat verməyə və onları dinləməyə borcludur. 76.2. Nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. 76.3. Tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.
38. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şik ayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirilsə də, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı yalnız cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin kassasiya şikayətinə münasibətdə yoxlan ılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri m əqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
43. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi i lə də razılaşır.
44. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
45. Cavabdeh bildirir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi səlahiyyətləri çərçivəsində "xxxx" MMC-in xx.xx.2020-ci il tarixli 38 nömrəli “obyektin tikintisinə icazə”ni təqdim edərkən hər hansı qanun pozuntusuna yol verməmişdir.
46. Kassasiya şikayətinin dəlilinə qiymət verməzdən əvvəl məhkəmə kollegiyası bildirir ki, iş materiallarında olan sənədlərlə, eləcə də keçirilmiş ekspertiza rəylərinin nəticəsi ilə birmənalı şəkildə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 0,024 ha torpaq sahəsinin 10,93 kv.m. hissəsi Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 358 saylı sərəncamı ilə yaşıllaşdırma işlərinin aparılması üçün "MAP” MMC-nin istifadəsinə ayrılmış 0,0895 ha torpaq sahəsinin daxilində, eləcə də X1 (hazırda iddiaçının) mülkiyyətində olan 0,024 ha torpaq sahəsi bütövlükdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə” sənədi əsasında "MAP” MMC-yə bina tikintisi üçün ayrılmış 0,2462 ha torpaq sahəsinin daxilində yerləşir.
47. Başqa sözlə üçüncü şəxs "MAP” MMC-yə bina tikintisi üçün ayrılmış torpaq sahəsinin 0,024 ha hissəsi iddiaçının mülkiyyətindədir və onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdı r. Bu qeydiyyatın qanuni olmaması ilə bağlı hər hansı mübahisə mövcud olmadığından dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyası tətbiq edilməlidir. 48. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə AR Ali Məhkəməsinin İİK-ın 18/10/17 il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam ver ilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir.
49. Beləliklə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin 07 may 2020-ci il tarixli 38 saylı “Obyektin tikintisinə icazə” ilə (0,024 ha hissədə) iddiaçının mülkiyyətinə müdaxilə olduğu işin mübahisəsiz halıdır. Həmin müdaxilə mülkiyyətdən məhrumetməyə bərabərdir. 50 Cavabdehin kassasiya şikayətində mübahisələndirdiyi - Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi səlahiyyətləri çərçivəsində "xxxx" MMC-in xx.xx.2020- ci il tarixli 38 nömrəli “obyektin tikintisinə icazə”ni təqdim edərkən hər hansı qanun pozuntusuna yol verməməsi ilə əlaqədar məsələyə gəlincə məhkəmə kollegiyası bildirir ki, qeyd edilən dəlilin heç bir hüquqi əsası yoxdur.
51. Belə ki, obyektin tikintisinə icazə vermə özündə inzibati orqanın bir hərəkətini ehtiva edir. Hər hansı inzibati orqan müəyyən hal barədə inzibati akt qəbul edərkən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Başqa sözlə inzibati orqan öz imkanlarından istifadə edərək tikintisinə icazə verilməsi ilə bağlı müraciət edilmiş sahə ilə əlaqədar sənədləri təhlil etməli və yoxlamalıdır.
52. Şəhərsalma və Tikinti Məcəlləsinin yuxarıda qeyd edilən tələbinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müv afiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edərkən torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim etməli, səlahiyyətli orqan isə tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməli, onları dinləməlidir.
53. Lakin iş materiallarından göründüyü kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən belə yoxlama aparmamış, eyni zamanda tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (iddiaçıya) məlumat verməmiş, onu dinləməmişdir.
54. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan hər hansı bir məsələ ilə əlaqədar sahəvi qanunla istinad etməklə qəra r qəbul edərkən həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Yəni, Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında” Əsasnamənin 3.1.16-cı yarımbəndinə əsasən cavabdehə tikinti obyektinin tikintisinə icazə vermək səlahiyyətinin verilməsi, onun “İnzibati icraat haqqında” Qanunla üzərinə qoyulmuş hərtərəfli, tam və obyektiv araşdırma aparılması vəzifəsindən azad etmir.
55. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın qəbul etdiyi akt (“obyektin tikintisinə icazə”) qanunvericiliyə uyğun olaraq qəbul edilməyindən həmin sənədin 0,024 ha hissədə etibarsız sayılması ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyi qanuni olmuşdur.
56. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 21(103)-194/2024 saylı qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.